SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

                                            
208 
MAHMUD AĞAYA 
Qəsidə 
Alişan həzrəti-Mahmud ağa- 
Ki, düşüb aləmə şöhrət səndən. 
Kəsməsin sayə hümayi-bəxtin,  
Getməsin hiç bu dövlət səndən.  
Hələ dünyadə yüz il ömr edəsən,  
Getməsin ləzzətü işrət səndən. 
Vermisən hər kəsə bir növ səfa,  
Şaddır əhli-vilayət səndən.  
Bir mənəm şəfqətüvün məhrumi,  
Yetmədi qəlbimə rahət səndən. 
Sahiba, var dili-zarımda mənim  
Xeyli müddətdi cərahət səndən.  
Salmadı zəxmimə lütfun mərhəm,  
Görmədim hiç təbabət səndən.  
Özün insaf sər etsən onda  
Edirəm indı şıkayət səndən  
Neçə illərdi ki, görməz Seyyid  
Sərvəra, hiç şəfaət səndən.  
Keçən illərdə sənə şer yazıb,  
İstədim halıma rəfət səndən. 
İki ildir ki, gözüm yolda qalıb,  
Görmürəm hiç əlamət səndən.  
Yoxsa eşqin kimi payanə yetib,  
Qurtarıb kəşfı-kəramət səndən. 
Əhli-dil Kəbə deməzlər qapuvi,  
Gər rəva olmaya hacət səndən.  
Gəlmişəm xidmətüvə gözləyirəm  
Lütf ilə çeşmi-inayət səndən. 
Seyyidə lazımədir vasil ola  
Nəqd bir cameyi-xələt səndən.  
Yaz, bəratimi bu gün eylə əta,  
Ta yetə qəlbə məsərrət səndən.  
Yazmış idim sənə də əşan- 
Ki, edim hasili-hacət səndən. 


                                            
209 
  
Dedi bir şəxs mənə tənə ilə:  
Məhv olub fəhmü fərasət səndən 
Bu sifət sən ki təməhkar oldun, 
Eyləyir xalq odu nifrət səndən. 
Əqlü idrak kimi zail olub  
Yoxsa iksiri-qənaət səndən? 
Olacaqsan bəs ölüncə sail, 
Gedə müşgüldü bu halət səndən. 
Bəsdi bir danə sənə köhnə əba,  
Çün gedib zivərü zinət səndən 
İstəmə Mahmud ağadan xələt, 
Səhvdir btr belə cürət səndən. 
Seyyidi-pakə həram oldu sual,  
Məhv olub yoxsa səyadət səndən? 
Sahiba, ərzimi ki, guş etdin 
Gör nədir indi ləyaqət səndən. 
  


                                            
210 
ƏLİ BƏYƏ 
Qəsidə 
Gəldi novruz ki, gülşənlərə zinət versin,  
Ətri-azari-gülə tabü təravət versin.  
Dəhr ara təbi-həva Maniyi-nəqqaş kimi  
Qələmi-hikmət ilə güllərə surət versin.  
Doidurub jalə ilə lalə o mərcan qədəhin,  
hicr bimarı olan bülbülə şərbət versin.  
Bad geysuyi-ərusanə yetirsin şanə,  
Gül üzün ğazə qılıb, sərvə rəunət versin.  
Novərusani-çəmən zinət olunsun yeksər,  
Gül ələ sağər alıb badeyi-işrət versin.  
Səhni-gülzardə açsın vərəqi-hikməti gül,  
Bülbüli-xəstədilə dərsi-fəsahət versin.  
Şərh olunsun rəvişi-mazivü müstaqbəlü hal,  
Gül bu todris ilə bülbüllərə halət versin.  
Nərgis açsın gözünü bağə təmaşa qılsın,  
Susən açsın gözünü nazü nəzakət versin.  
Məsnəd etsin həməli xosrovi-zərrin-nəsəb,  
Bağ şahidlərinə xələtü nemət versin.  
Kamran vəsli-güli-tərdən olurdu, ey dil,  
Xari-sərtiz əgər bülbülə fürsət versin.  
Bülbül eylər gülü övsaf gülüstan içrə,  
Ta açılsın gül, o biyarə məsərrət versin.  
Açılan dəmdə gülü qarət edər gülçinlər,  
Səbr bülbüllərə ol sahibi-qüdrət versin.  
Seyyida, sən gülü vəsf eyləmə, güldən nə bitər?  
Qulu bəy mədhini qıl, ta sənə xələt versin.  
Sənə noruzdə hər il eləyib ənam əta,  
Yenə mədh eyfə, bu il könlüvə behcət versin.  
Əli bəy vəsfini qıl, vəchi ələnnəqd olsun,  
Nisyə sözdən nə bitər, nəqd ilə nemət versin.  
Qulu bəy nəqdşünasi-şüəradır,  
Seyyid, Var ümidim ki, sənin şerüvə qiymət versin.  
Hər nə kamın ola bir rəng ilə eylər hasil, 
  


                                            
211 
Razı olmaz ki, sənə rəngi-xəcalət versin.  
Hər nə etsə sənə zahir Qulu bəy etsin əta,  
Həqq onun düşməninin mərgini xəlvət versin.  
Günbəgün həqq eləsin dövlətin əfzun buların,  
Hasidü hafidinin könlünə nifrət versin.  
Eyləsin əxtəri-bəxtini səadətlə qərin,  
İzzətü hörmətinə gün kimi şöhrət versin.  
Kərəmi-lütfləri səfheyi-Şirvanı tutub,  
Bundan əfzun olara tanrı kəramət versin.  
Sahiba, vəsf deyildir bu ki, mən eyləmişəm,  
Vesfi-Çirma nəçidİr ki, günə zinət versin,  
Günü bir kimsənə vəsf eyləməyib aləmdə,  
Vəsf odur ki, özü halına şəhadət versin.  
Sizə nemətlərini həqq eləyib cümlə əta,  
Bir uzun ömr sizə ömrdə rahət versin.  
Qərəzim vəsf deyil, xeyrü duadır mətləb,  
Tarı bu işdə mənim təbimə sürat versin.  
Şəhri-Şirvanda mənim izzətimin baisisiz,  
Həq-təala sizə bu dəhrdə izzət versin.  
Eyləsin şad xuda ruhin o mərhumlərin,  
Saqiyi-həqq olara kovsəri-cənnət versin.  
Sahiba, fəsli-bahar oldu, könül şad gərək,  
Bari-qəra qoyma mənim qəlbimə siqlət versin.  
Neçə ildir oluram təhti-pənahında sənin.  
Qoyma hər kəlbi-əquri mənə zəhmət versin.  
İncisəm mən, olu rəncidə dili-paki-rəsul,  
Qoyma peyğəmbərə bu qovm əziyyət versin.  
Sən gərək saxlayasan xaneyi-izzətdə məni,  
Şahi-lütfün niyə hər bəydəqə cürət versin.  
Ey mənim taci-sərim, sərvəri-alinəsəbim,  
Kim nəcib olsa, gərək buyi-nəcabət versin.  
Seyyida, şerdə rəmz ilə hekayət açma,  
Nə gərək, vəsfüvi de, bəy sənə xələt versin. 
  


                                            
212 
QULU BƏYƏ 
Qəsidə 
Alişana, ey Qulu bəy, gövhəri-bəhri-səxa,  
Vəsfi-zatın eyləmək eyni-sifatımdır mənim.  
Mən gədayi-dərgehin, sən padşahi-şövkətim,  
Tabe olmaq ömrüvə rahi-niçatımdır mənim.  
Mən təbibün-nəfs, həm şirin təkəllüm şairəm- 
Kim, mələklər zikri-şeri-təyyibatımdır mənim.  
Aləmi-zülmətsəra içrə haman Xızram ki, mən  
Abi-heyvan rəşheyi-kilkü dəvatımdır mənim.  
Abi-heyvandır kəlamım xəlqi ehya eyləyən,  
Ey Sikəndərfər, haman abi-həyatımdır mənim.  
Bəydəqi-filəfkəni-əsrəm ki, hər yan rüx tutam,  
Yüz vəzirü şahü tusən təbi-matımdır mənim.  
Şieyi-Xülləxzəmirəm, mirü sultanım  
Əli-Kim, o şəh həllali-üqdi-müşgülatmıdır mənim.  
Çox çağırdım, yetmədi mövla Əli fəryadıma,  
Bilmişəm ki, baisi öz səyyibatımdır mənim.  
İndi səndən qalmışam müşküldə, imdad istərəm,  
Təşnəkaməm, şəfqətin abi-Fəratımdır mənim.  
Müxtəsər, var bir atım kirtı, Zülcənahi-əsrdir,  
Filhəqiqə həm qolumdur, həm qanadımdır mənim.  
Ol Buraqım, Rəfrəfimdir, izzü cahım, dövlətim,  
Həm səlatım, şövkətim, xümsüm, zəkatımdır mənim.  
Bir neçə gündür qalıb heyvan samansız, arpasız,  
Heyf ol bədbəxtü kəmtale ki, atımdır mənim.  
Öldü at, ey dust, qıl arpa-saman əncamını,  
Sanma kim, arpa-saman qəndü nəbatımdır mənim.  
Nəqd filməclis əgər sən həm sərəncam etməsən,  
Dad əlindən eylərəm ta kim, həyatımdır mənim. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə