SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

                                            
218 
Barilaha, bu sifət çox görəsən bayrami,  
Harda olsan bu zəmanə ola gülzar sənə!  
Yarü əvanın ilə eyşü səfa eyləyəsən,  
Verə saqi qədəhi-badeyi-gülnar sənə!  
Necə ki, öylədü eyhamımı dərk etsən əgər  
Rəbbi-izzət eləsin düşmənüvü xar sənə! 
  


                                            
219 
HƏSƏN BƏY NƏBİBƏYOVA 
Tərkibbənd 
Gətir, saqi, qədəh kim, mövsümi-işrət hüveydadır,  
Gəlir novruzi-sultani, bahari-aləmaradır.  
Gəlir ol fəsl kim, gülşəndə cənnət aşikar olsun.  
Deyərsən sünbüli-pürtablər giysuyi-huradır,  
Açılsın laləvü gül bağü dağə yüz səfa versin,  
Zəmani-seyri-bağü mövsümi-gülgəştü səhradır.  
Çəmən əmvatini badi-səlıərgahi qılır zində,  
Dəmi-badi-səhər, guya ki, ənfasi-Məsihadır.  
Gəlir ol fəsl alsın lalə dəstə sağəri-mərcan,  
Sanırsan bülbülü sərməstü rindi-badəpeymadır.  
Gətir, saqi, meyi-gülgün ki, gəldi mövsümi-işrət,  
Dəxi bundan sora bülbül gülün vəsfində guyadır.  
Vəkəlla, haşəlillah, bülbül etməz vəsf gülzarı,  
Təsəvvür etmə bülbül madihi-gülbərgi-rənadır,  
Nədir gül kim, onu gülzardə vəsf eyləsin bülbül,  
O zarın vəsfi-güldən məqsədi bir zati-valadır. 
Edər bülbül o zati vəsf kim, aləmdə ol təkdir,  
Həsən xəlqü, həsən xülqü, həsən namü Həsen bəgdir. 
Gəlir, saqi, şərabi-nabı kim, fəsli-bahar oldu.  
Açıldı laləvü gül, bağü səhra laləzar oldu.  
Gəlibdir zabili-gülşəndə bülbül şurü qovğayə,  
Sədayi-nəğmədən məmlüvv bu firuzi Həsar oldu.  
Müvaliflər müxaliflərlə gəlmiş cəng üçün, saqi,  
Bəyat ilə oxur əbyat bülbül, özgə kar oldu.  
Kəmani-Rüstəmi qövsi-qüzehlər aşikar etmiş,  
Zimistan münhəzimçün ləşkəri-İsfəndiyar oldu.  
Əbülçəpvar fəsli-dey bir ahəngi-çəp etmişdi,  
Qədini sərv edibdir rast, dilkəş ruzgar oldu.  
Əşirani-gül olmuşdu pərişan səhni-gülşəndə,  
Yenə cəm oldular, düşmən şükuhi tarümar oldu.  
Nəkisavar qümri nəğmə eylər sərvi-rənadə,  
Nəvayi-Barbüd səlsəl dəmindən aşikar oldu. 


                                            
220 
  
Səhər gülşəndə guş etdim bu beyti ləhni-bülbüldən,  
Hazaran şövq ilə xürrəm dili-ümmidvar oldu- 
Ki, yarəb, dari-dünyadə Həsən bəy kamkar olsun!  
Onun seytü cəlalı dəhrə xurşid-iştihar olsun! 
Bülurin camə tök, saqi, şərabi-nabı minadən,  
Münvər eyle Turi-məclisi nuri-təcəlladən.  
Deyir Musayi-dil: "Anəstü narən" lütf qıl, saqi,  
Göründü nuri-iyzəd çeşmimə sinayi-Sinadən.  
Xitabi-"lən tərani" rəmzinə ləb açma, ey saqi,  
Məni qıl şadü xürrəm röyəti-rəbbi-təalədən!  
Çəmalüllahı görmək istərəm ayineyi-meydən,  
Məni məhrum qılma, saqiya, bu feyzi-üzmadən.  
Demişdim içmənəm mey, saqi, gəldi novbahar axir,  
Şikəst olmaq bu tövbə yaxşidır, yüz fikri-təqvadən.  
Hədis ilə mey içmək baği-cənnətdə həlal olmuş,  
Deyildir sahəti-gülzar kəm, firdovsi-əladən.  
Bizə mey vədəsin gülzari-cənnətdə verir vaiz,  
Nə hasil nisyə sözdən, nəqd xoşdur eyşi-fərdadən.  
Bu mövsümdə o kəs kim, badə içməz səxt qafildir,  
Dili-agahımın sən feyzini artır cami-səhbadən- 
Ki, ta sərməst olub vəsf eyləyim ol zati-valanı,  
Həsən tinət Həsən bəy kim, yetirmiş feyzə dünyanı. 
Şəmaxidən səfər etmiş əgərçi xeyli müddətdir,  
Diyari-Badikubə feyzi-didarilə cənnətdir.  
Düşübdür qamətindən ta o gimdən kim, cüda könlüm,  
Mənə hər gün Şəmaxi dərdi-firqətdən qiyamətdir.  
O gündən kim, gedibdir ol fələk-şövkət Şəmaxidən,  
Mədarım ahü əfqandır, işim rəncü riyazətdir.  
Dəxi bir kimsə yoxdur kim, səxa göstərsin, el tutsun,  
Gedibdir sahibi, dildə qalan nami-səxavətdir.  
Müxəmmərdir dərü divan Şirvanın xəsasətdən,  
Qəribə şəhri-virandır, əcibə bəd vilayətdir!  
Nəzər min yanə qılsan, qöftguyi-föhşi-bicadır,  
Güzər hər bəzmə etsən, qeybətü büxlü ədavətdir. 
   


                                            
221 
  
Bu büxlü bu həsəd, bu göftgu bikarliqdandır,  
Məcalı qeybətə olmaz o kəs kim, əhli-sənətdir.  
Zinavü qeybətü böhtan bu qövmi-şumə məzhəbdir,  
Yemək mali-yetimi bunlara dinü şəriətdir. 
Bu qövmi-bədnihadm var içində əhli-dil tək-tək,  
Və lakin bu yəqindir ki, o da olmaz Həsən bəg tək. 
O da getdi Şəmaxidən, dəxi zövqü səfa getdi,  
Yuzi xarşid idi, çün getdi, gözlərdən ziya getdi.  
Deyirlərdi gedib dövlət Şəmaxidən, inanmazdım,  
Yəqin etdim o gündən kim, o, dəryayi-səxa getdi.  
Qalıbdır damənim dəstində bu qövmi-cəfakarm,  
Mürüvvət aləmi teyy oldu, sultani-vəfa getdi.  
Dəxi fülki-ümidim qərq olur dəryayi-ənduhə,  
Qoyub dəryayi-qəmdə çün məni ol naxuda getdi.  
Hər il novruzdə ondan gəlirdi lütfü ehsanlar,  
Driğa ki, o bəxşayişlər, ol lütffi əta getdi.  
Əli seyyidlərin qoymında qaldı dərdü möhnətlə,  
Kərəmlə əl tutan ol sərvəri-müşgülgüşa getdi.  
Zənanə dövrü oldu sanki ol mərdanələr dövrü,  
Məgər kim, dövrdən, ey dil, Əliyyül-Mürtəza getdi.  
Həsən bəy getməyini sanma kim, bir əmri-asandır,  
Şəmaxi düşdü dövlətdən ki, ol mürği-hüma getdi. 
Driğa dərd kim, getdi Şəmaxidən səxa kani,  
Yetim oldu zəmanə möhnətiylə əhli-ürfani. 
Gəlir novruzi-sultani, mənim, ey dil, dəmağım yox!  
Əlimi yoxdu bir kimsə tutan, əldə əyağım yox.  
Çəmənlər cənnəti-mövudə dönsə, seyri-bağ etməm,  
Gülüstan seyrinə başın üçün bülbül, ayağım yox,  
Mənim bağım, baharım, sünbülüm, sərvim Həsən bəydir,  
Xəyali-sünbülü sərvim, baharü meyli-bağım yox.  
Nədibdir
*
 kim, o sərvin laleyi-rüxsarı hicrindən 
                                                          
*
 
Nə edibdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə