SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

                                            
232 
Qış gedər, yaz gəjər, laləvü güllər açılar,  
Bağlər zahir edər sərvü gülü reyhani. 
Gün həmişə bulud altında nişimən qılmaz,  
Əbrdən ta ki çıxıb dəhri qılar nurani. 
Daima guşeyi-zindandə qalmaz Yusif,  
Aqibət təxtə çıxıb tərk qılar zindani. 
Bu yaman gündür, əzizim, bunun  
Ömrü az olar, Bu deyil Nuhi-Nəci ömr eləsin tulani. 
Səni tari, özün insaf elə, bir mən kimi şəxs- 
Ki, fəsahətdə nıərie xəlq deyir Xaqani, 
Sən təki bəy ona bəd gündə əlac eyləməyə  
Dəxi çıxmazmı göyə ahi-dili-suzani? 
Gər mənim şikvəmi konsul eşidə, ya ki bilə,  
Sənə əlbəttə məzəmmət yazacaq tulani. 
Seyyida, bəsdi şikayət, sözü itmamə yetir,  
Bundan artıq dəxi incitmə bəyi-zişani. 
Həq-təala eləsin ömrünü daim əfzun,  
Kəsməsin lütfünü ondan kərərm-rəbbani. 
Eləsin tari ona bir vələdi-saleh əta,  
Halına şamil ola mərhəməti-sübhani. 
Mumya istəmə minnətlə cahan əhlindən,  
Səbr qıl möhnətüvə, saxla şikəst əzani. 
  


                                            
233 
RZA BƏY ƏFƏNDİZADƏYƏ 
Qəsidə 
Saqiya, şad ola ta ruhi-Fəlatun ilə Cəm,  
Xümi-meydən mənə bir cami-şərab eylə kərəm. 
Kərəm et yadi-Skəndərlə mənə sağəri-mey- 
Ki, tutubdur könül ayinəsini zəngi-ələm. 
Ələmü qüssəvü ənduhə dəvadır meyi-nab,  
Meyü nab ilə olub rəf könüldən qəmü həm. 
Həmmü qəm dəfinə mey sağəri bİr ayətdir,  
Ayeyi-arizi-ol dilbəri-zibayə qəsəm. 
Sanma kim, eyləmişəm tövbə meyi-əhmərdən,  
Bu səbəbdən ki, mənə hasil olub tövfi-hərəm. 
Tutmuşam tövfi-hərəmdən sora mən, ey saqi,  
Tazədən piri-müğan damənini müstəhkəm. 
İndi xalın həcərimdir, səri-kuyin Ərəfat,  
Qaşların taqi mənə qiblədi, camın Zəmzəm. 
Görmədim Kəbə təvafında səfayi-batin,  
Yenə meyxanədədir zevqü səfayi-aləm. 
Bundan əqdəm ki, məqamım səri-meyxanə idi,  
Yox idi cümleyi-aləmdə mənə möhnətü qəm. 
Keçinirdi günüm asayiş ilə aləmdə, 
Var idi hər gecə camımda şərabi-Dərğəm. 
Mehrü meydən mənə hər sərvqədü qönçədəhən,  
Həmdi-meydən mənə hər lalərüxü İsadəm. 
  
  


                                            
234 
Mənzilim guşeyi-meyxanədə bir cənnət idi  
Ki, mənə, görsə idi rəşk aparardı Adəm. 
Leyk bir şəxs
*
 məni məkr ilə yoldan çıxarıb,  
Necə kim, Adəii şeytan edib afzun ilə dəm, 
Etdi yüz hiylə ilə dur məni meykədədən,  
Eylədi Kəbə təvafında özüylə həradəm. 
Gətdi yollarda mənim başıma yüz gunə bəla,  
Qüssədən axın sədparə könül tapdı vərəm. 
Niyyəti şöhrət imiş kim, ona "haci" deyələr,  
Qoymuyubmuş demə məlun yola sidq ilə qədəm. 
Mənə bir növ hükumətlər edirdi billah- 
Kim, onu eyləməyib Şamdə Mərvani-həkəm. 
O cəfalər ki, mənə Şamdə etdi o şərir  
Əhli-beytə o qədər eyləməyib Şümr sitəm. 
Leyk səd şükr ki, bir növ ilə çatdıq vətənə,  
Oldu vəsli-rüxi-dildar ilə könlüm xürrəm. 
Kərçi müddətdi ki, bu şəhrdə sərgərdanəm,  
Olub övzai-fələkdən səri-karım dərhəm. 
Nə bəyan etməyə var halımı bir yarü rəfiq,  
Nə büruz etməyə əhvalımı var bir məhrəm. 
Bir quru hacilik ismiylə qənaət nə edim?  
Gətir, ey saqiyj-gülçöhrə, mənə sağəri-Cəm! 
Tərdəmağ eylə məni badeyi-gülfaram ilə,  
Oluban məst, eləyim kəşf rümuzi-mübhəm. 
                                                          
*
Şamaxılı Əliabbas bəyə işarədir.
  


                                            
235 
Ta Əfəndi ola müstəxbiri-hali-zarım,  
Eyləyim nəzm ilə keyfiyyəti filçümlə rəqəm. 
Ol Əfəndi ki, vüçudi şərəfi-aləmdir,  
Misli nayabdü bu şəhrdə manəndi-ədəm. 
Ol Əli namü Riza-helmü Məhəmmədzadə- 
Ki, səxasından olub tazə rüsumi-Hatəm. 
Vəsfi-ətvari-pəsəndideyi-zatından onun  
Gərçi acizdi fəsahətlə zəban açsa qələm. 
Leyk bu təbi-qəsir ilə məni-sərgəştə  
Ərseyi-mədhdə cövlanə gətirdim ədhəm. 
Rayizi-əql tutub səxt inani-təbim, 
Dedi kim, açma bu meydanda təkapuyə qədəm. 
Könlü bir cami-cahanbindü kim, ol cövhərdə  
Cümlə zahirdir ona səndə olan keyf ilə kəm. 
Seyyida, müxtəsor et, eyləmə tətvili-kəlam,  
Gərçi dövran eləyib xaneyi-eyşin bərhəm. 
Şərhi-halın bu qədər bəsdi, kifayət eylər,  
Zati-pakidir onun külli ümurə ələm. 
  


                                            
236 
RZA BƏY ƏFƏNDİZADƏYƏ 
Məsnəvi 
Səlam olsun sənə, ey yari-cani,  
Salan gözdən məni-bixanimani.  
Əzizim, mehribanını, tacdarım,  
Əla ey qəm günündə qəmküsarım!  
O gündən ki, sən etdin tərki-Şirvan,  
Olubdur firqətində bağrımız qan.  
Çıxıb bu mülkdən sən gərçi getdin,  
Vəlakin mənzilı-məqsudə yetdin.  
Sən etdin sahəti-Tiflisi məva,  
Nə Tiflis, ol diyari-cənnətasa;  
Nəsimi buyi-cənnətdən müəttər,  
Zilali-pakı rəşki-abi-kövsər,  
Kəminə kuçəsi firdovsi-əla,  
Nişiməngahi-səd ğilmanü hura,  
Dəri-meyxanələr daim güşadə,  
Mühəyya hər tərəfdə camü badə.  
Nə badə, əşki-Məryəm tək müsəffa,  
Nə badə, çün dəmi-paki-Məsiha.  
Nə müstəhsən əməl tutdu müvafiq- 
Ki, oldun cənnətü firdovsə layiq.  
Biz axir bir gülüstanın gülüydük,  
Nə yerdə bir gül olsa bülbülüydük;  
Biz iki məğz idik bir pust içində,  
Nəziri yox rəfiqü dust içində;  
Çəragah eyləyib bir səbzəzarı,  
İçərdik şərbəti-bir çeşməsarı.  
Fələk axır salıb firqət arayə,  
Bizi saldı qəmü dərdü bəlayə.  
Fərəhnak ol, əzizim, bu səfərdən,  
Qutardın sən həqiqətdə səqərdən.  
Xüsusən ol əzizi-ərşpayə,  
Salıbdır başüvə lütf ilə sayə.  
Götür əl ruzü şəb şükri-xudayə- 
    
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə