SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

                                            
237 
Ki, mis tək yetdi cismin kimyayə.  
Gühər istərdin, axır kanə yetdin,  
Xızr tək çeşmeyi-heyvanə yetdin.  
Tutub əldə həmişə nəqdi-canın,  
Edərdin xidmətin piri-müğanın.  
Müin oldu sənə axırda pirin- 
Ki, oldu ol yeganə dəstgirin.  
Qəza çəkdi inanın ol diyarə,  
Bəlayi-fəqrdən oldun kənarə.  
Rizasın gözlə daim ol əzizin,  
Ola hərgah təşxisü təmizin.  
Məbada olasan küfrani-nemət,  
Rizasiyçün onun sərf eylə himmət.  
Bəradərcan, Rizadır çünki adın,  
Rizasinə riza ol ustadın.  
Əgər məndən sual etsən, bəradər,  
Olubdur xatirim qəmdən mükəddər.  
Nə yarım var, nə cami-xoşgüvarım,  
Nə də meyxanələrdə etibarım.  
Bizə Şirvan ara qəht oldu bir kar,  
Tapılmır bunda bir mərdi-kərəmkar.  
Çox etdim dəhrdə hər karə xidmət,  
Gəhi xanə, gəhi tüccaro xidmət,  
Birindən olmadı rəfi-məlalım,  
Keçindi möhnətü üsrətdə halım.  
Hər ol bir kimsə kim, əhli-səxadır,  
O kəs simürğdür, ya kimyadır.  
Tapılmaz mülki-imkanda vücudu,  
Bəradərcan, quru adın nə sudu?  
Yetibdir qırxa indi sinnü salım,  
Budur ancaq cahan içrə xəyalım- 
Ki, ömrümdən əgər var isə baqi,  
Həmişə yarım olsun camü saqi.  
Olub bu xəiqi-aləmdən kənara,  
Edim qəm dəfinə sağərlə çarə.  
Başımda var şərabi-nab şövqü,  
Vəli sənsiz meyi-nabın nə zövqü? 


                                            
238 
Əgərçi çami-mey rahətfəzadır,  
Vəlakin yarsız içmək xətadır.  
Ümidim var kim, sağ olsaq, ey yar,  
Yetər axır yenə didarə didar.  
Edər bir çarə bu hicranə mövla,  
Qərəz ki, eyliyəm səndən təmənna,  
Mübarək dəstüvə aldıqda xamə,  
Yazanda lütf ilə Şirvanə namə,  
Qəsəm mövlayə, ey rindi-qədəhnuş,  
Xəyalından məni etmə fəramuş. 
  


                                            
239 
RZA BƏYƏ 
Qəsidə 
Gətir, saqi, meyi-gülgun ki, şad oldıım bəşarətdən,  
Bilirsən mətləbim məxfi olan rəmzü işarətdən 
Cəmali-batinə meyl eylə, zahirdən nədir mətləb,  
Kitabətdə qərəz mənadü əlfazü ibarətdən. 
Gərəkdir taciri-məna olub dadü sitəd qılmaq,  
Əgər məqsudi-tacir nəfdir rənci-tiçarətdən. 
Bəyan et mətləbi vazeh dil ilə ta ki, faş olsun, 
Nə aiddir kinayətdən, nə hasil istiarətdən? 
Şərabi-nabı tök cami-bülurə, ey büti-ziba- 
Ki, şayəd xatirinı təskin tapa suzi-hərarətdən. 
Meyi-təlx ilə şirin eylə gəl ovqatimi saqi,  
Qutar bu təlxkami-zəhri-hicrani mərarətdən. 
Bu gün beytüş-şərəfdən çilvə eylər beyzeyi-beyza,  
Yetər əhli-cahanın başları çərxə fəxarətdən. 
Bu gün novruzi-soltanımdır, ey sərdəftəri-xuban,  
Çıxıbdır padşalıq təxtinə şahım vəzarətdən. 
Bu gün ol gündü kim, ərbabi-xeyrin könlü şad oldu,  
Çəkibdir nəhsi-əkbər əl bu gün, saqi, şərarətdən. 
Hanı mülki-Diməşqi zülm ilə abad edən kəslər?  
Nə onlardan əsər qaldı, nə ol mülkü imarətdən. 
Hanı- Həccaci-büman, hanı ol zadeyi-Süfyan?  
Hanı mülki-cahanda fəxr edən kəslər xətarətdən? 
  


                                            
240 
Əgər əbri-siyah olsa hicabi-mehri-nurani,  
Qalırmı nəyyiri-əkbər ziyavü istitarətdən? 
Məgər gülbündü Məryəm bağdə, ey cismimin ruhi,  
Məsihi-qönçəni tövlid edər, düşməz bəkarətdən? 
Gəlir lək-lək şimalə, saqiya, lək-lək sürudiylə  
Sanırsan haciyi-beyti-xuda gəldi ziyarətdən. 
Süleymanə, həqiqət, əhrimənlər asi olmaqçün  
Düşərmi nazirən, əhkami-peyğəmbər nəzarətdən?! 
Həmişə rəsmdir kim, nur ilə zülmət müqabildir,  
Bu məna, saqiya, məfhum olubdur nəssü ayətdən. 
Minayi-dairə oldu müzəyyən mərkəzi-həqdən,  
Xudaya, düşməsin ol dairə bu istidarətdən! 
Yoxumdur bir təqiyyə ta ki məxfi mədh edim şahi,  
Gərəkdir kim, oxunsun mədhi-şiri-həq cəharətdən. 
Bəsani-mum nərm olmaq rəvadır əhli-idrakə,  
Nə hasildir qəlizül-qəlb olan qövmi-həcaərətdən? 
Riza bəydir bu qövlün aləmi-mənadə məqsudi,  
O kim, mümtazi-aləmdir bu gün əslü nəcabətdən. 
Kapitani-mükərrəm, zati əzəm, ələmü əfxəm,  
Alıb şəmşirü çinü pensiya fərxəndə dövlətdən. 
Hünərlər göstəribdir ərseyi-dəvadə Rüstəm tək, 
Olub şayisteyi-ənam asari-rəşadətdən. 
Nişani-tuşi-xarakub oldu gərçi əzası,  
Alıbdır imperatorun nişanın hüsni-xidmətdən. 
Bu gunə xidmət etsin kim ki, eylər şahına xidmət,  
Olur əhli-səfa ehsanə vasil hüsni-xidmətdən. 
   
  


                                            
241 
Bu mənsəblə təvazölər qılıb əmsalü əqranə,  
Təvazö etmək üçün şahlər düşməz şərafətdən. 
Əgərçi dürri-gənci-Gənceyi-pür gəncdir zati,  
Vəli bir gənçdir Şirvan ara əsrari-hikmətdən. 
Şamaxı ta ki oldu məsqətür-rəsi o zişanın,  
Şamaxı fəxr eylər Kəbəyə fəözlü kəramətdən. 
İlahi, bu Riza bəy şadkamü kamiran olsun, 
İlahi, hifz qıl nuri-dü eynin hər bir afətdən! 
İlahi, eylə bu Mahmud ağanı aqibət məhmud,  
Onun məhmudlər olsun Əyazi malü dövlətdən! 
Bu gün bürci-Həməldən göstərib üz mehri-nurani,  
Təcəlla göstərib həq, doldu aləm şurü behcətdən. 
Gəlib novruz kim, versin səfalər səhni-gülzarə,  
Çəmənlər rövzeyi-rizvanə dönsünlər təravətdən. 
Dönə abi-bəqayə cuylər, həm sərvlər xüzra,  
Çəmənlər tən edə firdovsi-əlayə qəsarətdən. 
Bu gün ol gündü kim, şad oldu ruhi-paki-peyğəmbər,  
Bu gün biganələr əzl oldular təxti-xilafətdən. 
Yetişdi çün xitabım saqiyi-şəkkərləbü ziba,  
Bu gunə etdi izhari-gühər dürci-fəsahətdən- 
Ki, ey sərdəftəri-ərbabi-nəzmü nəsr olan  
Seyyid, Buyur, nuş eylə sağər badeyi-şahi-vilayətdən. 
Mühübbi-Mürtəza, nuş et meyi, üsyan hesab olmaz,  
Olur asi o kəs kim, içməyə cami-məhəbbətdən. 
Vəli bu göftgunun sirrini eylə mənə rövşən 
Görüm kim, bir nə ləzzət görmüsən bu çami-işrətdən? 
    
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə