SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

                                            
251 
  
Ol nəbi ismü Əlirəsmü o Osmanzadə,  
Dürri-dəryayi-Vidadi, gühəri-qədrü bəha. 
Dedi:-Ari, bu Məhəmməd o Məhəmməddir ki,  
Xəbərin verdi bizə rəmz ilə şahi-Bətha. 
Mehdiyi-əsrdi kim, eyləyib aləmdə zühur,  
Canibi-həqqə edər xəlqi-cahanı ihda. 
Bu haman Mehdi ki, qətl eyləyəcək Dəcçalı,  
Bu haman Mehdi ki, eylər ona nüsrət İsa. 
Kim ki, damanını tutmaz o şəhi-valanın  
Qalacaq küfrü zəlalətdy müxəlləd əbəda. 
Gəlməyib dövləti-Rusiyjətə bir böylə əmin,  
Görməyib dini-nəbi bir belə alim, haşa! 
Bəhsi-elmində təmamən üləmayi-aləm  
Məhvdir eylə ki, Xürşid şüasında Süha. 
Ey ki, əşrafi-cahan səndən edər əxz şərəf,  
Vey ki, Xürşid zəmirindən edər kəsbi-ziya! 
Məsdəri-elmü ədəb, mənbəyi-insaniyyət,  
Mənşəyi-fəzlü hünər, mahəsəli-helmü həya! 
Eyləsin fəxr sənin tək xələfindən Adəm,  
Eyləsin dəhrə mübahat səniylən Həvva. 
Sahiba, ərseyi-mədhində gəlib cövlanə  
Göstərir özgə hünərlər qələmi-çapükpa. 
Hərə bir növ ilə aləmdə sənə xidmət edər,  
Mən də bu mədh ilə etdim sənə tərtib səna. 
Dideyi-şəfqət ilə surəti-əhvalıma bax,  
Kimiyadır, nəzəri düşsə, edər xakə tila. 


                                            
252 
Gərçi var idi bu söz kim, şəbi-merac nəbi  
Bir mələk çərxi-çaharümdə görübdür guya. 
Var bir kus qabağında, əlində bir çub,  
Qalxızıb çub olan dəstini, tutmuş bala. 
Nə vurar kusə o çubi, nə salar yanə əlin, 
Sordu peyğənıbər əmin kim, nə üçündür bu əda? 
Ol mələk söylədi kim, həq məni etmiş məmur,  
Üləmadən biri hərgah edə izhari-səxa, 
Mən həmin çub ilə bu kusə vuram bir dəfə,  
Dedi: heç vurmusan ol çubi? Dedi: Ey mövla, 
Əli olsun şil, əgər vurmuş olam bir dəfə  
Ta o gündən ki, məni xəlq eləyib bari-xuda! 
Var ümidim ki, sən ey müftiyi-pakizə-xisal,  
Salasan şəfqət ilə günbədi-gərdunə səda, 
Həm mələk şad ola səndən, həmi bu Seyyidi-zar,  
"Fəcəzakəlləhü bü-həşri cəzaən həsəna"*. 
  


                                            
253 
MÜFTİ HACI ƏBDÜLHƏMİD ƏFƏNDİYƏ 
Qəsidə 
Gəlir novruz kim, etsin müzəyyən bağü səhrani.  
Gətirsin surətə xəllaqi-qüdrət sərvi-rənani, 
Tökülsün əbrdən baran əşki-çeşmi-Adəm tək,  
Həva qılsın hüveyda arizi-zibayi-Həvvani. 
Yavuqdur kim, çəmənlər rəşki-gülzari- 
Xəlil olsun, Bənəfşo eyləsin izhar buyi-mişki-Sarani. 
Gülə bülbüllər olsun cümlə İsmail tək qurban,  
Çü Haçər lalə etsin dağ cismü cani-şeydani. 
Çıxa bətni-səməkdən Yunisi-Xurşidi-nurəfşan,  
Edə bürçi-Həməldən aşikari-ruyi-zibani. 
Məgər Əyyubdir səlsəl ki, səbr eylər zimistanə,  
Məgər Circisdir sari ki, çəkdi cövri-sərmani? 
Yavuqdur kim, bahar etsin cahanə tazədən rövnəq,  
Çinan ki, Nuh qıldı yengidən məmur dünyani. 
Yavuqdur kim, rüxi-zibayi-gül Misri-məhəbbətdə  
Müzəyyən eyləsin Yusif kimi bəzmi-Züleyxani. 
Nəsimi-gül yetib çün nəkhəti-pirahəni-Yusif  
Qıla Yəqub tək bülbül münəvvər çeşmi-beyzani. 
Olar Firondur, Misri-çəməndən dəf oldum kim,  
Büruz eylər güli-suri-yədi-beyzayi-Musani. 
Yetib ol gün ki, nərgis başə alsın təşti-zərrini,  
Yetib ol dəm ki, etsin lalə zahir xuni-Yəhyani. 
   


                                            
254 
  
Büsati-baği etsin gül müsəxxər öylə kim, guya  
Süleyman ibn-Davud eylədi şəhri-Əhirani. 
Dirəxti-qönçə olsun hamilə çün Məryəmi- 
Əzra, Büruz etsin çəmənlərdə səba ecazi-İsani. 
Zəburi Zəndxanlar eyləsin Davud tək əzbər,  
O əlhan ilə kim, Zərdüşt oxurdu Zəndi-Zəndani. 
Çəmən Beytül-müqəddəs, teyrlər Nəstur Mülka tək,  
Oxurlar ləhni-ruhafza ilə İncili-Luqani. 
Buludlar Naqeyi-Saleh kimi rəqsan həvalərdə  
Və lakin həml edib ol naqələr löluyi-lalani. 
Yavuqdur kim, zimistan qövmi-Lut-asa həlak olsun,  
Həva Ruhül-Əmin tək göstərə "ayati-kübrani". 
Yavuqdur kim, ərəqlənsin cəmali-Müstəfa tək gül,  
Büraz etsin çəməndə buyi-xülqi-şahi-Bəthani. 
Onu təsdiq qılsın həzrəti-Siddiq tək bülbül,  
Onu Faruq tək tövsif qılsın qümri əlhani. 
Yavuqdur kim, qızarsın lalə xuni-paki-Osman tək,  
Əlinə susən alsın Mürtəza tək tiği-bürrani. 
Yavuqdur kim, açılsın laleyi-əhmər niqabından,  
Rəsuli-eşq görsün arizi-ali-hümeyrani. 
Gətirsin zümreyi-irqi-nisarə iqdi-Pərvinin,  
Zühərlər zahir etsin bağda rüxsari-Zəhrani. 
Yavuqdur kim, büsati müftiyi-islam tək açsın  
Təbaye sahəti-gülzardə təsniflər şani. 
Bahari-aləmara xürrəm etdi aləmi, guya  
Kəramət birlə Məryəm səbz qıldı nəxli-xurmani. 
  
  


                                            
255 
O müfti kim, onun hikmətdə bir yeksalə şagirdi  
Pəsənd etməz dəbistanında Qista ibn-Luqani. 
O Keyvan-mənzələt, ol Müştəriiqbal kim, hər şəb  
Nisar eylər fələk dərgahına iqdi-Sürəyyani. 
Həmidüz-zülməali, ol məkini-rütbeyi-ali  
Ki, salmış nəcmi-iqbali vəbalə bəxti-ədani. 
Hanı Musa ki, gəlsin vadiyi-Tiflisə əzm etsin,  
O pakın sinəsindən seyr qılsın Turi-Sinani. 
Dəmi-canbəxşi eylər mürdeyi-sədsalələr ehya,  
Hanı inkar edənlər möcüzi-paki-Məsihani. 
Əla, ey müftiyi-islam kim, övsafin etməkçün  
Mürəttəb qıldı Seyyid sidq ilə bu şeri-şivani. 
Budur ümmid mövladan ki, misli-müftiyi-sabiq  
Nəvalın etməyə məbxum şəfqətdən bu mövlani. 
Çinan ki, səkkiz il bundan müqəddəm şəhri-Şirvanda  
Yazıb bir nəzmi-ziba, mədh qıldım müfti ağani. 
Dedim bir təbl kim, meracdə görmüşdü peyğəmbər,  
Olur ki, çaldrıb şəfqətlə salsın çərxə əvani. 
Onu çaldırmadı çün öz əliylə müftiyi-əvvəl,  
Bu dəfə çaldırar, Allah qoysa, müftiyi-sani. 
Ümid oldur ki, sultani-bahar etdikdə əşcari  
Müxəllə xələti-əlvan ilə, ey mərhəmət kani! 
Gələ Şirvanə ezaz ilə nagəh xələti-müfti,  
İlahi, eylə Seyyiddən icabət bu təmənnani. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə