SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

                                            
247 
BAKILI HACI HÜSEYNQULUYA 
Qəsidə 
Könlümdə dərdü firqəti-hicran yarası var.  
Ey saqi, sağərində bu dərdin dəvası var.  
Saqi, gözün fədası olum, cami-mey gətir,  
Bimar könlümə meyi-nabın şəfası var.  
Saqi, əyaqə dur, meyi-nabı əyağə tök,  
Əl tut, bəlalı başımızın çox bəlası var.  
Tən xəstə, dil zəifü fələk düşməni-qəvi,  
Dəhrin nə yerdə mən kimi bir mübtəlası var?  
Bir yanə dərdi-qürbətü bir yan bəlayi-hicr,  
Seyli-sirişkimin dəxi çox macərası var.  
Bir ahuyi-Xətayə giriftar idi könül,  
Gördüm ki, rahi-eşqdə yüz min xətası var.  
Gördüm ki, qəsdi-canım edibdir rəqiblər,  
Xunrizlikdə hər birinin müddəası var.  
Düşdüm səfər xəyalına mülki-Şəmaxidən,  
Gördüm vətəndə məks eləsəm, çox cəfası var.  
Bir gecə ərz eylədim ol mahi-Nəxşəbə,  
Ey məh ki, gozlerimdə cəmalın ziyası var.  
Hərçənd səndən ayrılığım səxtdir mənə,  
Lakin başımda özgə diyarın havası var.  
Bir nöqtədir səfərlə səqərdə əgərçi fərq,  
Xassə ana ki, sən təki bir dilrübası var.  
Müşküldü bülbül ayrıla bağü bəhardən,  
Xassə comaluvün gülünün kim, səfası var.  
Çox müşkül əmrdir ola tən ruhdən çida,  
Lakin zəmanənin bu qəmə iqtizası var.  
Çün guş qıldı surəti-halimi ol nigar,  
Gördü ki, məndə əzmi-səfər iddəası var.  
Nərgisdən etdi jalə rəvan bərgi-laləyə,  
Gördüm ki, dağ olur ciyərində yarası var  
Tən ilə söylədi ki, demə bivəfa məni,  
Nə aşiqin məhəbbəti, nə bir vəfası var.  
Tuti şəkərdən ayrılımı ixtiyar ilə, 
  


                                            
248 
Xassə ki, şəhd ləblərimin çox səfası var.  
Qəddim hənuz rast edər sərvə tənələr,  
Qümrilərin kənardə "ku-ku" sədası var.  
Xaki-dərimdə məskən edir əhli-dil hənuz,  
Aşiqlərin bu babdə çox ilticası var.  
Get, qamətimdən ayrı gorürsən qiyaməti,  
Tulü dirazdır, başuvun çox bəlası var.  
Xassə, nə zövq var səfəri-Badikubədə- 
Kim, badi-Xəzri llə müşəvvəş havası var.  
Hər göz açanda gözlərüvi kur edər qübar,  
Nə bağı, nə gülü, nə suyu, nə səfası var.  
Əhli tamara mail olub kəsbi-dövlətə,  
Nə eyş-nuşü rahəti var, nə səfası var.  
Bilməzlə zövqi-şer nədir, ya ki, mey nədir,  
Meydə nə zövq, ya ki, neyin nə cəfası var.  
Getməz o mülkə şair olan kimsənə, əgər  
Başında əqli, ya ki üzündə həyası var.  
Ol sərvi-məhliqadən eşitdim bu sözləri,  
Gördüm ki, sözlərində məzəmmət nəvası var.  
Əcz ilə ərz eylədim, ey sərvi-gülüzar,  
Sürmə bu qədr tusəni-sərkəş, xətası var.  
İndi səfası özgə olub Badikubənin,  
Cahü cəlalü fəzldə özgə əsası var.  
Xoşbəxt edibdi bari-xuda Badikubəni,  
Hər yerdə iştiharə gəlibdir, sədası var.  
Duz mədəni, dəmir yolu, dəryavü neft ilə  
İqlimü həftü şeş cəhət içrə bəhası var.  
Rəşki-sədirə Cafu Xüvornəqdir-evləri,  
Səngi-rüxamilərlə müşəyyəd binası var.  
Tacirləri nə facir olubdur bizim kimi,  
Alimlərində Buzərü Səlman cəlası var.  
Yox bəylərində biz kimi dəndaneyi-təmə,  
Nə ücb, nə qürur, nə kibrü riyası var.  
Xəzri əsəndə badi verir gözlərə ziya,  
Ol büqeyi-mübarəkinin tutiyası var.  
Xassə, var onda məqbəreyi-həzrəti- 
Bibi, Bimarü cürmü məsiyətə çox şəfası var. 


                                            
249 
  
Həmşireyi-imam Rizayi-Qərib kim,  
Kim zayir olsa qəbrinə həqqin rizası var.  
Böhtan demə ki, bilməz olar şer qədrini,  
Əşarə meyl edən neçə bir dilrubası var.  
Qadirdi təbi-şerə neçə zati-basəfa,  
Qaani kimi hər birinin iddəası var.  
Hər guşəsində var neçə bir əhli-hikməti,  
Bəzlü səxadə süfreyi-cudü səxası var.  
Qoy qalsın özgəsi, hələ guş eylə huş ilə,  
Gör əhü-zat tək nə sifət mültəcası var.  
Fərzəndi-biqərineyi-Hacı Hüseynqulu  
Ağa Dadaş bəy ol ki, cahanə səfası var.  
Bikizbü biriyadü nəzərkərdeyi-xuda,  
Əhli-bəsərdü kim, nəzəri-kimiyası var.  
Sultani-nızigardü fəzlü kəmaldə,  
Babi-fezilətində onun çox gədası var.  
İbrahimində dövləti-İbrahimi gərək,  
İsmailində əhli-dilin can fədası var.  
Xosrov ki, tifli-novrəsi-şirinzəbandır.  
Pərvizi-əsrdir o ki, gülgun qəbası var.  
Hər kəs ki, Sadiqində desə kizb var onun,  
Kəzzabdır bu qövldə, səhvü xətası var.  
Yarəb, bu nəsli-dilkəşi-Haci Hüseynqulu  
Baqi ola, nə qədr cahanın bəqası var! 
  


                                            
250 
MƏHƏMMƏD ƏFƏNDİ MÜFTİYƏ 
Qəsidə 
Nə bəşarətdi bu, ey qasidi-fərxəndəliqa,  
Nə fərəhdir bu, nə behçət, nə sürurü nə səfa! 
Nə məsərrətdi ki, var xitteyi-Şirvan içrə,  
Aləmi şur tutub, vəcdə gəlib ərzü səma! 
Bu nə əyyami-gülüstandı, nə ruzi-novruz,  
Bu nə eydi-rəmazandı, bu nə eydi-əzha! 
Bətai-mahini edib Yunisi-xurşid məqər,  
Hələ sultani-fələk huti qılıbdır məva. 
Aləmi-pir deyil feyzi-bahar ilə cavan,  
Qarışıb bir-birinə bəs niyə pirü bürna?! 
Dedi bir şəxs mənə tən ilə kim, ey qafil,  
Xəbərin yoxdu məgər əmrdən, ey bisərü pa?! 
Şəhri-Şirvanə gəlib bir fələki-məcdü kəmal- 
Ki, kəmalatına heyrandu güruhi-hükəma. 
Hafizi-dini-xuda, naşiri-ehkami-rəsul,  
Naibi-şəri-nəbi, varisi-sultani-hüda. 
Bu haman şəxsi-fələkrütbədi kim, feyzi onun  
Dəmi-İsa kimi əmvatlər eylər ehya. 
Bu haman zati-müqəddəsdi ki, ənvan onun  
Eyləyib aləmi manəndeyi- turi-Sina. 
Dedim:-Ey şəxs, yəqin xitteyi-Şirvanə bu gün  
Oldu məlurn, gəlib movkəbi-Müfti ağa. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə