SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

                                            
227 
Un çəkib bikəslərə verməkdə bir əllafdən,  
Üz veribdir görcək ol halətdə yüz heyrət mənə. 
Kimdən aldı min manata qədri məktəbçün kömək,  
Bir sözüm böhtan isə, etsin hamı lənət mənə. 
Söz sözü çəkdi, uzandı mətləb, ey valagühər,  
Gərçi bu iradlər hərgiz deyil hacət mənə. 
Ey qələm, açma zəbani-pürfəsahət şerdə
Ey qələm, lal ol ki, düşmənlər verir zəhmət mənə. 
Ey qələm, təhrir edib hər sirri sən faş eyləmə,  
Ey qələm, vermə mətalib kəşfinə cürət mənə. 
Qoy sözü qalsın, Həsən bəy mədhinə eylə şürür  
Olma küfran əhli, təğyir olmasın nemət mənə. 
Bir neçə həftə əgər naxoş idin ol evdə sən,  
Üç kərə gəldinı, vüsalın olmadı qismət mənə. 
Böylə fikr etmə ki, bəndə xidmətində qasirəm,  
Bəndeyi-dərgahınam, səndəndi bu rüfət mənə. 
Eyləməzsə səhhətünçün gər duayi-xeyrlər,  
Bir mərəzdən verməsin bari-xuda səhhət mənə. 
  
  


                                            
228 
HƏSƏN BƏY NƏBİBƏYOVA 
Qəsidə 
Ey Həsən bəy, həsənül-xülq, rəfıül-əxlaq,  
Şəxsi-əvvəl ki, sənə yoxdu cahanda sani. 
Dəri-ehsanüvə möhtac ümumən fuqəra,  
Sənsən aləmdə olan lütfü səxavət kani. 
Əhli-Şirvani bu il lütf ilə ehya elədüz,  
Həqq qəbul eyləyə aləmdə belə ehsani. 
Füqəralər hamı sidq ilə duagudü sənə,  
Həq sənin zəhmətüvü etməyə, ya rəb, fani! 
Həm bədən zəhməti var, həm dəxi puldan keçmək,  
Həcci-əkbərdi bu, ey mülki-səxa sultani. 
Tutduğun işdə sənin zərrəcə nöqsanın yox,  
Kim pəsənd eyləməsə, əqldə var nöqsani. 
Leyk səndən gileyim var, oya kani-səxa,  
Gor qəbul eyləyəsən, ərz qılım mən ani. 
Bir tağar buğda Kərim boy dəxi eylərdi bərat,  
Əzqəza olmadı bu il işimin samani. 
Bir tağar buğda hər il Hacı Əli Əkbər bəy  
Mənə eylərdi əta, kəsdi həq ol ehsani. 
Gah Tiflisə yüyürdüm, gəhi çapdım Bakıya,  
Qoydu avarə bu gərdım məni-sərgardani. 
Cəm edib murü mələx cümlə il azuqəsini,  
Hərə öz dərdinə bir növ tapıb dərmani. 
   


                                            
229 
Bir tağar, iki tağar xəlq yığıb azuqə,  
Kimi anbarını doldurdu, kimi ənbani. 
Məni bazarə edib gərdişi-gərdun möhtac,  
Oldu sərmənzilim əllaflərin dükkani. 
Sarı buğda unu aldımsa da, arpa çıxdı,  
Eylədim gündə bir əllaf ilə mən dəvani. 
Əzqəza durdu dəyirman, kəsildi çörəyim,  
Evmizin oldu dəxi cəftə unundan nani. 
Amma nə cəftə unu, təmi acı, zəhr kimi,  
Qismi-səyyüm ki, yeməzdi onu çöl heyvani. 
Sanki əzvay idi hər bir tikəsi ol çörəyin, 
Saldı ishalə uşaqları çıxıb 
 
Evimiz bir, iki, üç həftə çörəksiz qaldı,  
Gah bişirdik noxudu, gah yedik lobyani. 
Qanını şişəyə tutdu fələk ol tifllərin  
Ac qalıb qaçdı uşaqlar dodağının qani. 
Gecələr nəql dedim körpə uşaqlarım üçün,  
Nisyə sözdən nə bitər, çeynədilər yorğani. 
Gördüm axundlara bəxşayiş olub cəftə unu,  
İftaroy sort ki, vardır yeməyə imkani. 
Özümü alimü seyyid bilibən fəxr etdim,  
Fikr qıldım ki, mənə artıq olur ehsani. 
Demə bunlar məni Şümr oğlu bilirmiş, heyhat!  
Nə münasib ki, sərəfraz edələr Mərvani. 
Bu çilenlər ki, bizim vardır, inşaallah,  
Tez çıxar üç manata buğda unun batmani. 
   
  


                                            
230 
Birisi var ki, təmənna edir ağsaqqallıq,  
Mən onun rişi-səfıdinə olum şeytani! 
Mehdiyi-əsr bu günlərdə zühur etsə əgər,  
Minməz öz eşşəyini, ona qoyar palani. 
Hacı Möhsün bəyə lazımdı ki, ehsan eləsin,  
Çün öz ismində müşəxxəsdi bu rəmzi-sani. 
Əli bəydən nə deyim, çoxdu şikayət ondan,  
Hiç ol gözləməyir nəsli-şəhi-Mərdani. 
Hacı Mehdi bəyə tari özü versin insaf,  
Bircə salmır yadına Seyyidi-sərgərdani. 
Səfər oğlu Hacı Mehdi Bakıya etdi səfər,  
Saldı dəryaçəyə zövrəq buraxıb yelkani. 
Bakıya getmiş idi ta unu təhvil alsın,  
Yollasın tez ki, ucuzluq eləsin Şirvani. 
Keyfə xərç eylədiyin qoydu un üstə hacı,  
Mərhəbalər ki buna, kamil imiş iymani! 
Heyf ol Hacı Üveysdən ki, qoşulmuş bulara!  
Çünki bunlarda tapılmaz rəvişi-ürfani. 
Eylədi Hacı Üveysi-Qərənin ruhunu şad,  
Gəldi felindən onun rayiheyi-rahmani. 
Bunların vəsfi hələ sonraya qalsın Seyyid,  
Hələ sən dordüvü yaz, təbüvə ver cövlani. 
Sahiba, şükr ki, on iki manatım var idi,  
Götürüb xidmətüvə şövq ilə gəldim, ani. 
Dəri-anbar güşad idi səxavət, ey bəy,  
Torbalarda gorüb un şövqə gətirdim cani. 


                                            
231 
Bir meşok un tələb etdim ki, əta eyləyəsiz,  
Qurtaram ta qəm əlindən bu dili-virani. 
Gəh mənə yarma həvalə elədin, gah köpək- 
Ki, yeməzdi onu ac qalsa yüz il, moltani. 
Üstümü unnu görüb, sanma dəyirmançı məni,  
Aç bəsirət gözüvü, ləli xəzəfdən tani! 
Gərçi zahirdə fəqirəmsə, qənidir təbim,  
Bu gədalıqda pəsənd eyləmənəm sultani! 
"Fəqr fəxrimdü" o gündən ki, deyib peyğəmbə  
Bilmənəra zərrəcə dünyanı və mafıhani. 
Mən ki ənqa kimİ bir qafi-qənaətdi yerim,  
Neylirəm cifeyi-rəmz üə belə dünyani? 
Kişi namərd ətəyin tutmayıb, ölmək xoşdur,  
Çünki namərddə yox bəzlü əta imkani. 
Mən səni mərd bilib xidmətüvə gəlmiş idim,  
Fərz qıldım ki, Həsən bəydə olur bəy qani. 
Mən belə fərz qılırdım ki, yaman gündə mənə  
Əl tutarsan, dəxi bu cismə verərsən cani. 
Mən belə fərz qılırdım ki, işim düşsə sənə,  
Tərk edib öz işüvü, sən bitirərsən ani. 
Heyf, ol zənn ki, mən eyləmişəm,-batil imiş!  
Çəkdim ol hərflərə indi xəti-bütlani. 
Gərək onda mənə sən çarə qılaydın, ey bəy,  
Gör unun on manata olsa idi batmani. 
Əlli ildə belə il dəhrdə bir dəfə düşür.  
Çərx daim eləməz zillət üçün dövrani. 
   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə