SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

                                            
213 
HƏSƏN BƏY NƏBİBƏYOVA  
VƏ MEHRƏLİ BƏYƏ 
Qəsidə 
Gəldi novruz, yenə mövsümi-işrət görünür,  
Mötədil oldu hava, özgə lətafət görünür.  
Əbri-azar salıb dövrə hüma tək sayə,  
Açılır mülki-cahanda yenə dövlət görünür,  
Dönəcək çünki behiştə ləbi-cuvü ləbi-kişt,  
Bağlər əhli-təmaşalərə cənnət görünür.  
Gül açar bülbüli-şeydayə niqabın üzdən,  
Bülbülü xani-vüsalə yenə dəvət görünür.  
Saqiya, bir belə mövsümdə gərək badeyi-nab,  
Olmasa badə, məni-zarə əziyyət görünür.  
Qoy bizə lən oxusun vaizi-şəhr, ey saqi,  
Demənik lənəti, bizdən ona rəhmət görünür.  
Nə bizim rəhmətimizdən ona bir zərrə səvab,  
Nə o lənət edə, ondan bizə rəhmət görünür.  
Doğru söz, yüz edə lənət, gətir, ey saqi, şərab,  
Rahi-reyhanı ilə ruhuma rahət görünür.  
Xassə kim, göndərib, ey saqi, Həsən bəy ənam,  
Yenə asari-səxa, lütfi-inayət görunür.  
Etmədi gor ki, inayətdə fəramuş məni,  
Bakıdan xitteyi-Şirvanə inayət görünür.  
Darxanəmdə səmavar, dəxi çayım, qəndim,  
Gecələr xaneyi-dövlətdə ziyafət görünür.  
Göndərib Mehrəli bəy, mehrə gəlib, çay ilə qənd,  
Yenə öz əbdinə asari-şəfəqqət görünür.  
Çay otağımda yenə çay kimi cari olub,  
Kasələr içrə yenə şirəvü şərbət görünür.  
Bu iki bəhri-səxa, sərvəri-alişandan  
Seyyidi-bisərü samanə inayət görünür.  
İndi bir qədr gərəkdir ki, ola sözdə nəmək,  
Təbi-şairdə yenə meyli-zərafət görünür.  
Şükrlillah ki, pulum var şərab almaq üçün,  
Gözümə nur gəlib, xatirə behcət görünür. 


                                            
214 
  
Eydi-novruzda, ey kaş, olaydım Bakıda,  
Çünki bəzmi-ürəfa içrə nəzakət görünür.  
Çalıb ol bəzmdə dünbəyini Ambarsun bəy,  
Oynayıb Mehrəli bəy, özgə bəşaşət görünür.  
Oynasaydım nə olur mən də onun dünbəyinə,  
Rindlər rəqsə gəlib türfə qiyamət görünür.  
Seyyida, müxtəsər et, eyləmə tətvili-kəlam,  
Yenə şerində sənin özgə kinayət görünür. 
  


                                            
215 
HƏSƏN BƏY NƏBİBƏYOVA 
Qəsidə 
Eydi-novruz mübarək ola, ey yar, sənə!  
Yar ola mərhəməti-qadirü qəhhar sənə!  
Edər amadə güli-alı nisar etmək üçün,  
Gülrüxüm, aşiq olub gülşənü gülzar sənə.  
Bağban görsə səni bağdə, öz güllərini  
Edəcək cümlə nisar, ey güli-bixar, sənə.  
Bağbandan eşidib nərgisi-məstin vəsfin,  
Göz açıb, aşiq olub nərgisi-bimar, sənə.  
Təbleyi-ud nə əttar səpir ətri-gülab,  
İstəyir kim, özünü oxşada əttar sənə.  
Eydi-novruzdur, iç badeyi-gülfam, ey gül,  
Ta verə özgə səfa badeyi-gülnar sənə.  
Saqiya, ver meyi-gülgün ki, qəmim oldu ziyad,  
Ta ki izhar eləyim bir neçə əsrar sənə.  
Dəhəni-yarı tutub dün gecə mən, ey saqi,  
Dedim:-Ey müğbeçə, bir məxfi sözüm var sənə.  
Dedi: - Söz məxfi olanda olur ol sözdə qərəz,  
Bilirəm, söhbəti-məxfidə qərəz var sənə.  
Hiç şəkk yoxdu ki, şeytanə olur yar mələk,  
Bu gecə xəlvət ara olsam əgər yar sənə.  
Tovluyursan məni şeytan kimi yüz hiylə ilə,  
Layiqi var ki, desəm mürşidi-əşrar sənə.  
Qoymusan aduvi Seyyid əbəs, ey naseyyid,  
Demərəm nəsli-şəhi-Heydəri-kərrar sənə.  
Məşrəbin badədi, həmdəm sənə daim sadə,  
Lənəti-həqqdir əlbəttə səzavar sənə.  
Tüpürür ərseyi-məhşərdə Məhəmməd üzüvə,  
Deməz övlad o gün Əhmədi-Muxtar sənə.  
Əlüvə düşsə kəsərsən son imamın başını,  
Tapşırıb mənsəbini Şümri-sitəmkar sənə.  
Nə siyamü nə səlatü nə qiyamü nə qüud,  
Nə sücudü nə rükuvü nə bir əzkar sənə. 
  


                                            
216 
Atmısan məzhəbi, tərk eyləmisən iymanı,  
Layiqi yoxdu ki, qismət ola zünnar sənə.  
Yaraşır luti Çərəngi kimi dünbək çalasan,  
...burcudasan, əl çala hüzzar sənə.  
Sənətin yoxdu sənin şer deməkdən özgə,  
Mayeyi-fəxr olub şiveyi-əşar sənə.  
Əhli-Şirvan səni idbar bilirlər, amma  
Olmuyur hiç bu əhvaldə bir ar sənə.  
Səni göz yaşı kimi saldı Həsən bəy gözdən,  
Sud verməz dəxi bu dideyi-xunbar sənə.  
Tutma tacirlərə ümmid, bez ölçəndü bular,  
Qıymaz əlbəttə bir arşın bezi tüccar sənə.  
Ehtiyacə birinin yanına getsən deyəcək,  
Mərdi-təmanaü dəni, fasiqü füccar sənə.  
Dövləti çoxdu bizim şəhrdə Mahmud ağanın,  
Öləsən, bir qəpiyin verməz o sərkar sənə.  
Ağ... olsa, gəlir neçə qara pul əlüvə,  
O zaman eylər ağa hörməti-büsyar sənə,  
Kim çatıb xeyrə bu Şirvanda Aleksan bəydən?  
Xeyri qoy, şükr elə kim, etməsin azar sənə.  
Çox ağırdır işi Hacı Əli Abbas bəyin,  
Qəht olub dəhrdə bir mərdi-səbükbar sənə.  
Sənə yox Molla Məcidin kərəmü ehsani,  
Eyləyir quru-quru məcdini izhar sənə.  
Əl tutan bircə Şəmaxidə Əli bəydi genə,  
Çünki hərdəm bir onun mərhəməti var sənə.  
Bir də mövladı sənə Hacı Ağa Seyyid Əli,  
Odu bazari-məhəbbətdə xəridar sənə.  
Bu iki taciri xaric eləyəndən sonra  
Söyləyir əbli-Şəmaxi hamı murdar sənə!  
Şəhri-Şirvandan o gündən ki, Həsən bəy getdi,  
Bəxş edən yoxdu dəxi dirhəmü dinar sənə.  
Bir çuxa eyləmədi kimsə sənə bəzlü əta,  
... üryandü, verən olmadı şəlvar sənə.  
Bilmədi bir para nadan Həsən bəy qədrin,  
Yarüvü eylədilər aqibət əğyar sənə. 
  


                                            
217 
Şehri-Şirvanı edib tərk, oturdu Bakıda,  
Əli çatmır dəxi ikram edə hər yar sənə.  
Keçir övqati onun Mehri-Əli bəylə dəxi,  
Bir də müşküldür ola həmnəfəsi-car sənə.  
Bala oyna, çala gər dünbəyin Ambarsun bəy,  
Nəyə lazımdı desin nari-bədənnar sənə.  
Ceneral-konsul ilə həmdəm olan kimsə, dəxi  
Həmdəm olmaz biri, ey zari-diləfkar, sənə!  
Zayiri-Məşhədi-mövladu Məhəmməd Sadiq,  
Verəcək, əbd eləyib, qır əvəzi qar sənə.  
Seyyida, pərdəni çox açma, işi faş eləmə,  
Tən edər, məst bilür arifü huşyar, sənə!  
Hamidan arifü huşyar Həsən ağadır,  
Edir agası kimi mərhəmət izhar sənə.  
Təqiyev aclıq ilində sənə ənam eiəyib,  
Qıl duasın ki, onun mərhəməti var sənə.  
Keçən il çay ilə qənd etdi əta Mehrəli bəy,  
Yenə göftan olur, qorxma, şəkərbar sənə.  
Gərçi çarşənbələrin çayü yemişsiz keçdi,  
Bəsdir ol mahi-fələk şəmi-şəbi-tar sənə.  
Bayram axşamı alıb nisyə yemiş işrətlə,  
Borcuvu göndərir ol mahi-kərəm var sənə.  
Qorxma, aləmdə Həsən bəy sənə imdad eylər,  
Razı olmaz ki, yetə xiffəti-büsyar sənə.  
Ey Həsən bəy, həsənül-xülq, nəcibül-əhval,  
Bir oğul etsin əta həzrəti-səttar sənə!  
Görmədim bir kişi Şirvanda səndən qeyri,  
O səbəbdən bilirəm mədhi səzavar sənə.  
Türki yazdım sənə əşan ki, hali olasan,  
Elədim dərdimi filcümlə mən izhar sənə.  
Bundan artıq desəm əbvalımı tab eyləməsən,  
Ey kərəm kanı, rəva görmədim azar sənə.  
Arifü kamilə açmaq sözü lazım gəlməz,  
Eyləyib zehn əta həzrəti-davar sənə.  
Mətləbim eyd üçün olmuşdu mübarəkbadi,  
Səbəb oldur yazıram bir neçə əşar sənə. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə