SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

                                            
222 
Bəsani-daği-lalə sinəm üzrə tazə dağim yox.  
Bürəhno şaxlər, novruz aldu, geydi xələtlər.  
Bürəhnə bir mənəm aləmdə, şalvarım, papağım yox.  
Büsati xali gördü dilbərim nuri-münəqqadən,  
Xəyali-bazidən ğeyri bu məhfildə qonağım yox.  
Şəbi-çərşənbələrdə rövşən etdi şəmlər mərdüm,  
Yanan bu rişteyi-canımdan özgə bir çirağım yox.  
Kimin əltafına təkyə qılım, ey saqiyi-gülrüx?  
Gedibdir təkyəgahım, qibləgahım, bir dayağun yox. 
Həsən bəydən sora mən neylirə bu cism ilə canı?!  
Alıbdır canı cisimdən o şahın dərdi-hicranı. 
O gün olsun ki, ya rəbbim, səfərdən dilbərim gəlsin,
*
Sərim şuri, gozüm nuri, o mahi ənvərim gəlsin!  
Məzaqi-cani-şirinim olubdur təlx hicrindən,  
Açılsın karivani-Misr, kani-şəkkərim gəlsin!  
Hümayi-övci-izzət getdi, çün balü pərim sındı,  
Gəlib ol şahbazım, tazədən balü pərim gəlsin!  
Düşüb zülmati-fəqr içrə konül təngə Sikəndər tək,  
Yetışsin dadıma Xızri-səxa, ol rəhbərim gəlsin.  
Qalıb biyarü yavər vadiyi-heyrətdə canü dil,  
Nicat üçün xudavənda, o yarü yavərım gəlsin!  
Ənırim, karivanım, qəhrəmanım, rişteyi-canım,  
Pənahım, şahü mahun, dadxahım, davərim gəlsin.  
Mənə kövsər şərabı, məclisiydi baği-rizvanım,  
Açılsın babi-cənnət, camə abi-kövsərim gəlsin.  
Tülu etsin yenə bürci-şərəfdən ol məhi-taban,  
Münəvvər eyləsin çeşmi, o rövşən əxtərim gəlsin. 
O məh şehr içrə olsaydı, işim nöqsanə dönməzdi,  
Tutulmazdı dili-pürxün bu gunə qanə dönməzdi. 
                                                          
*
 
Tərkibbəndin bu son bəndində şair öz qəzəlindən istifadə etmiş, iqtibaslar vermişdir. 


                                            
223 
HƏSƏN BƏY NƏBİBƏYOVA 
Qəsidə 
Eyddir, fəsli-gülüstan olur, inşaallah!  
Mövsümi-sünbülü reyhan olur, inşaallah! 
Yenə güllər açılır bağdə xirmən-xirmən,  
Lalələr atəşi-dehqan olur, inşaallah! 
Zülfi-hura kimi sünbül açılır gülşəndə,  
Bağlar rövzeyi-rizvan olur, inşaallah! 
Bülbülim hasil olur dövləti-güldən kami,  
Dövləti-vəsl nümayan olur, inşaallah! 
Bağdə zahir sərvəti-Azarü Əyaz,  
Bəd əz an dövləti-nisan olur, inşaallah! 
Bülbül eylər gülü tövsif gülüstan içrə,  
Sərvdə qümri qəzəlxan olur, inşaallah! 
Seyri-gülzarə çıxır sirabədən gülrüxlər,  
İşrətü eyş firavan olur, inşaallah! 
Olmadı gərçi zimistanda mənim bir fərəhim,  
Könlümüz bağdə şadan olur, inşaallah! 
Gər Həsən bəy eləsə lütf bizə, ey saqi,  
Sağərimdə meyi-rümman olur, inşaallah! 
O Həsən bəy həsənül-xülq, bülənd-əxtər kim,  
Düşməni xak ilə yeksan olur, inşaallah! 
Düşməni-cahi onun gülşəni-bəxtini görər,  
Qönçə tək bağrı onuu qan olur, inşaallah! 


                                            
224 
  
O, bu il uşkolanın əmrinə əncam eylər,  
Lütflə silsiləcünban olur, inşaallah! 
Şiəvü sünni olur cəm bu kari-xeyrə,  
Qərəz ərbabi pərişan olur, inşaallah! 
Eləyər səy səadətlə işə Hacı Səid,  
Karımız məfxəri-sədan olur, inşaallah! 
Var ümidim ki, Ədil bəy edə ədl ilə əməl,  
Feli öz isminə bürhan olur, inşaallah! 
Edəcək himməti-şahanəni Sultan Məhmud,  
Bəxt təxtində o sultan olur, inşaallah! 
Var ümidim ki, Məcid eyləyə lütfün zahir,  
İşə bir növ ilə saman olıır, inşaallah! 
Görürəm himmətini Hacı Əli Abbasın,  
Dəxi əmniyyəti-Şirvan olur, inşaallah! 
Əli bəy eyləsə bir lütf əla rəğmi-həsud,  
Hasidin mənzili niran olur, inşaallah! 
Həqq edə ömrünü əfzun Məşəd Zeynalın,  
Himməti işdə nümayan olur, inşaallah! 
Hacı Mehdilə bizə Məşhədi Kazım bəydən  
Yenə bəxşayişü ehsan olur, inşaallah! 
Ey Həsən bəy, qərəzim gərçi deyildi bu kəlam,  
Nəzmdir, mətləbə ünvan olur, inşaallah! 
Qərəzim yazmaq idi hali-dili-zar sənə,  
Yenə filcümlə nümayan olur, inşaallah! 
Tövsəni-təb ləcamidir əlimdə möhkəm,  
İstəsəm hər yana cövlan olur, inşaallah! 


                                            
225 
Eyddir, Seyyidi-düxəstəyə eydanə gərək,  
Himmətin dərdinə dərman olur, inşaallah! 
Neçə çərşənbə yemiş almamışam, həqqi budur,  
Almasam bu gecə də qan olur, inşaallah?! 
Gər xoruz bannamasa, sübh məgər açılmaz?  
Açılır sübh, obaşdan olur, inşaallah! 
Xüşkbar olmasa, bayram gecəsi yanmasa şəm,  
Ay, ulduzla çirağan olur, inşaallah! 
Seyyida, qorxma, dəxi yazmısan əhvalı bəyə,  
Sənə əltafi firavan olur, inşaallah! 
  


                                            
226 
HƏSƏN BƏY NƏBİBƏYOVA 
Qəsidə 
Saqiya, novruzdur üz verdi yüz behcət mənə,  
Sağərə tök badeyi-gülgunu, qıl şəfqət mənə. 
Şükrlillah ölmədim, çıxdım bahara, saqiya,  
Lütfi-xaliqdən müyəssər oldu bu dövlət mənə. 
Gərçi yoxdur mülkü malım, dövlətim, simü zərim,  
Təndürüstəm, hiç yox əmrazdən illət mənə. 
Nüktəsəncü bəzləguyü nikxuyü xoşzəban,  
Vardır hər gecələr bir neçə həmsöhbət mənə. 
Başın üçün, saqiya, dur, tök əyağə badəni,  
Məst olum, huşyarlar çəksin bu gün həsrət mənə. 
Şaxlər yaşıl vərəqlərdən geyindi xələtin, 
Gərçi mən bibərgü barəm, yoxdu bir xiffət mənə. 
Var ümidim ki, Həsən bəy görsə bu əşarımı,  
Tikdirə novrazəcən ziba olan xələt mənə. 
Ol Həsən bəy kim, onun çox görmüşəm ehsanını,  
Hamıdan əfzun Şamaxıda edib hörmət mənə. 
Çox fəqirin lütfü ehsan ilə tutmuşdur əlin,  
Bu sözün isbatına vardır neçə hüccət mənə. 
Eylədi hər il müsəlman məktəbiyçün lütflər,  
Gərçi axırda o məktəb olmadı qisməl mənə. 
Eylədi aclıq ilində çox gözəl əncamlər,  
Söyləyirdi, xəlq zəhmətdə, nədir rahət mənə? 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə