SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

                                            
197 
Gərək bir sədd çəksin puri-İskəndər  
Əli Əkbər, Çinan ki, baş çəkib öz himmətinin ərşə eyvani. 
Həqiqət Məşhədi Kazım bəyin hər il əlasından  
Tapıbdır karımız rövnəq, xuda, hifz et o pirani! 
Bular ol şəxslərdir eyləyib hər ildə hümmətlər,  
Xudaya, Məşhədi-Zeynalə eylə lütfi-ərzani. 
Xudaya, Mirzə Hacı bəylə Nemət bəy əziz olsun- 
Ki, bunlar sərbülənd aləmdə etmiş əhli-ürfani! 
Bu yolda çox çəkən zəhmət həqiqətdə Ədil bəydir,  
İlahi, ədlü ehsanınla daim şad qıl ani! 
Yenə ümmidvarəm ki, bu əşxasi-mükərrəmlər  
Edə ülfət, qıla himmət, ucalda qəsri-mənani. 
Qalıbdır firqeyi-islam dalda cümlə millətdən,  
Əhatə eyləyiblər başqalar elm ilə dünyani. 
Deyirlər ki, üfunət eyləyibdir beyzeyi-islam,  
Gərək rəfi-üfunətçün edək bu dərdə dərmani. 
Bizə cəlbi-mənafe eyləsək dövlət deyil mane,  
Gətirmək tazə üslubə gərəkdir köhnə dünyani. 
Vaporlar atəşindir xah yolda, xah dəryadə,  
Gorək əldən qoyaq ərradəni, kəştivü yelkani. 
Nolur idrak qılsan hər güruhin dillərin, canım,  
Kamandir söyləsək nöqsanmıdır dəryada losmani? 
Xuda, Allahü boq kim, hər üçü bir oldu mənadə,  
Yerində hər birin sərf eyləsə vardırmı nöqsani? 
Əfəndi ya axund rusi danışsa, bir günah olmaz,  
Xudaya, sən özün islah qıl bu qövmi-nadani! 


                                            
198 
Həqiqət söylə, Seyyid, qoy səni kafər desin mərdüm :  
Uyub nəfs əhlinə tutma təriqi-küfri-xizlani. 
Sənə bəsdir Ağa Seyyid Əlinin hüsni-təhsini,  
Sənə bəsdir bu Ünsizadənin lütfi-firavani. 
Mühibb ol padşahi-Rusə Ünsizadə tək sən də,  
Həmişə vəsf qıl bu imperaturi-müəllani. 
Nə yoldan getsə Ünsizadə, sən də salik ol rahə- 
Ki, ta azdırmasın yolda səni quli-biyabani! 
O, bir şəxsi-mücərrəd, xeyrxahi-cümlə aləmdir- 
Ki, yoxdur zati-bimislində xahişhayi-nəfsani. 
Qənaət qafınım ənqasıdır, kərkəsşikar olmaz,  
Nəzərgahında etməz cilvə təsvilati-şeytani. 
Duasilə bu zatın, Seyyida, xətmi-kəlam eylə,  
İlahi, şamil oisun halına əltafi-yəzdani! 
Ülumü hikmətindən xəlqi-aləm müstəfid olsun,  
Mizaci-müstəqim üzrə həmişə olsun ərkani! 
Həmişə feyzə yetsin gərdişi-abai-ülvidən,  
Ona pürşir olsun ümməhatın lütfi-püstani. 
Vüçudi xilqəti-aləmdən alsun üləti-ğai,  
Bəqayi-nəslinin heç olmasın aləmdə payani. 
Cəlali qaim olsun dövləti-Rusiyyə olduqca,  
Çinan ki, yoxdurur bu dövlətin aləmdə payani- 
Onun fərqindən etmə sayəsin kəm imperaturun, 
O zillüllahə zillində həyatın eylə tulani. 


                                            
199 
  
Bu sədrin sədri kim, afaqə bir yənbuyi-hikmətdir,  
Zülali-hikmətindən eyləsin sirab ətşani. 
Məkatib, həm mədarisçün ziyad et rəğbətin, yarəb,  
Edə İdris peyğəmbər kimi tədrisi-ruhani. 
Cəlali-ba-Kəmalın hifz qıl aləmdə afətdən,  
Əfəndizadə ağadır, xuda, hifz eylə ağani! 
  
  
  
  


                                            
200 
MAHMUD AĞAYA 
Qəsidə 
Ey edən Adəmi avareyi-cənnət, buğda!  
Ey verən həzrəti-Həvvayə xəcalət, buğda!  
Səni Adəm yedi cənnətdə, müsibət gördü,  
Çəkdi Həvvayi-bəladidə nədamət, buğda!  
Adəmi eylədi şeytan səninlə iğva,  
Gəldi Həvvayə səninlə dəxi töhmət, buğda!  
Baisi-mələnətü məsiyəti-Adəmsən,  
Kim ki, allansa səninlə, ona lənət, buğda!  
Yeməsəydi səni cənnətdə əgər kim, Adəm,  
Qalacaqdıq hamı firdovsdə rahət, buğda!  
Baği-firdovsdə axır qalacaqdıq rahət,  
Səndən oldu bizə bu rəncü məşəqqət, buğda!  
Hansı xirməndəsən, ey daneyi-ənduhü bəla,  
Hansı məskəndəsən, ey mayeyi-möhnət, buğda!  
Bir tapaydım səni, daş ilə əzəydim başuvi,  
Eyləyəydim səni un kimi xəsarət, buğda!  
Bişireydim səni təndirdə, edəydim büryan,  
Doğruyeydim səni hər ləhzə, ey afət buğda!  
Nə üçün mülki-Şəmaxidə tapılmazsan sən?  
Ta edəydim sənə yüz gunə üqubət, buğda!  
Tapmışam mənzilüvü mən sənin, ey töxmi-cəfa,  
Bilmişəm hardasan, ey daneyi-rəhmət buğda!  
Qaçmısan Mahmud ağanın yenə anbarına sən,  
Etmisən orda nihan olmağı adət, buğda!  
Yazıb ol kani-səxadən səni xahiş qıllam,  
Səni ağa edəcəkdir mənə şəfqət, buğda!  
Elə bildin ki, səni Seyyidi-nalan tapmaz,  
Qalısan guşeyi-xəlvətdə fərağət, buğda?  
Sahiba, Mahmud ağa, lütfü mürüvvət dəmidir,  
Eləyib Seyyidi-miskinə xəyanət buğda!  
İndi beş aydı ki, məndən qaçıb ol ruysiyah,  
Qoyub avarə məni-zari bu nikbət buğda!  
Tutmuşam indi sorağın, sizin anbardadır, 


                                            
201 
Qorxuram kim, qaça ordan dəxi xəlvət, buğda.  
Babamız Adəmin ol qəlbiqara düşmənidir,  
Eləyib həzrəti-Həvvayə ədavət buğda.  
Qoyma anbarda qalsın, onu ixrac eylə,  
Nə bilir nanü nəmək, rəsmi-məhəbbət buğda!  
Ver mənə, ta ki, dəyirmanda onu un tək əzim,  
Çox veribdir məni-biçarəyə xiffət buğda.  
Sahiba, buğdanın əhvalın əger şərh eləsəm,  
Olar afaqda bir tul hekayət buğda.  
Qərəz oldur ki, bu il həm dəxi bildirki kimi,  
Edəsən Seyyidi-biyarə inayət buğda.  
Bir tağarın ədədi qədri həq etsin ömrün,  
O qədər Seyyidə olsun dəxi qismət buğda. 


                                            
202 
MAHMUD AĞAYA 
Qəsidə 
Əla, ey sərvəri-valaməkan kim, 
Qənimətdir vücudun Şirvanə. 
Sənə olsun mübarək eydi-əzha!  
Fələk kamınca olsun hər zəmanə! 
Cahan olduqca olsun ömrün əfzun, 
Dönə aləm sənə baği-cinanə. 
Ola dünyada daim xatirin şad,  
Dili-düşmən həsəddən dönə qanə. 
Ola dövri-qəzadən kur çeşmi 
O kim, bədxahdır bu dudmanə. 
Deyil bu sözdən, ey sərvər, muradım,  
Gətirmək vəsftivü nəzmü bəyanə. 
Səni mən vəsf qılmaqdan nə fəxrin- 
Ki, fəzlin cümlə rövşəndir cahanə.   - 
Qərəz, fikrim sənə mütləq duadır,  
Duadən qeyri sözlərdir fəsanə. 
Sənə məlumdur ixlasi-Seyyid, 
Dəxi hacət deyil çəkmək əyanə. 
Vəli bir neçə müddətdir ki, məndən  
Kəsilmiş ol ədayi-müşfiqanə. 
Nə cismi-zar üçün bir tazə xələt, 
Nə quti-ruh üçün bir abü danə. 
Əgərçi mən özüm təqsirvarəm  
Gələndə kəsrəti-qəmdən amanə. 
Nə qıldım halımı ərz ol cənabə, 
Nə tutduın bir üzüm ol asitanə. 
Buna həm bais oldur ki, həyadən  
Utandım, almadım bir söz zəbanə. 
Göründü zahirim xəlq içrə xürrəm. 
Könüldə çəkdi nari-qəm zəbanə. 
Əl-əttəxsis kim, bu fəsl bülbül  
Gəlir gülzardə gülçün fəğanə. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə