SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

                                            
135 
Zəfəran eşşəyə nə lazimdir?  
Qurasan hikmət ilə yüz min əsas,  
Adam olmaz bu firqeyi-nəsnas.  
Elmü hikmətdən açma babi-hünər,  
Eşşəyə bal dadızma, eylə həzər!  
Bilmirəm ol "Vəkili-naməlum"  
Nə üçün eyləyib səni məzmum?  
Söyləyibdir ki, açmağa məktəb  
Yoxdur əsbabımız, gərəkdi səbəb.  
Etməyibdir "Vəkil" heç insaf,  
Görünür, sözləri tamam xilaf. 
Şükrlillah ki, vardı dövlətimiz,  
Çoxdu əsbabü malü şövkətimiz.  
Vardı dövlət və leyk himmət yox,  
Əhli-islamdə həmiyyət yox.  
O1 zamandan ki, şahi-kişvəri-rus,  
Mülki-Qafqazı eyləyib mehrus,  
Doldurub aləmi ədalətdən,  
Nəyimiz kəmdi malü dövlətdən?!  
Əhli-islam edib tərəqqiyi-tam,  
Xah rəsmi-libas, xah təam.  
Sabiqən tapmayan bir ebrə qədək.  
İndi ətləs geyir dəxi, bişək.  
Quru balıq, soğan yeyən oyan  
Olub əlqissə sahibi-milyan.  
Məgər azdır bu xəlqdə dövlət?  
Çoxdu dövlət və leyk yox himmət!  
Millətin qeyrətin çəkən yoxdur,  
Təxmi-xoşbəxtlik əkən yoxdur.  
Ey Həsənbəy, bu qövmi-nadanə  
Heyfdir söhbəti-ədibanə.  
Bunlara elmü mərifətdi həram,  
Seyyida, vəssəlam, vəl-ikram! 
  


                                            
136 
MİRZƏ ƏBDÜLXALIQ YÜSİFƏ  
Qəsidə 
Niyə həcv eyləmisən Cürmini, ey can Yusif?  
Dilü canım sənə qurban ola, canan Yusif!  
Yoxsa Cürmi eləyib yad yenə cürmü qüsur!  
Ey olan Misri-könül təxtinə sultan, Yusif!  
Nə üçün it kimi hər gecə hürürsən ayə,  
Gormüsən mahi-münəvvərdə nə  noqsan, Yusif?  
Nə üçün Cürminü saldın belə zindani-qəmə,  
Sənə netmişdi məgər ol məhi-Kənan, Yusif?  
Yoxsa Cürmi də o Yusif kimi bir xab görüb,  
O səbəbdəndir ona hiyleyi-ixvan, Yusif?  
On bir ulduzla dəxi ay və gün səcdə edib,  
Cürmiyə etdi həsəd firqeyi-üdvan, Yusif.  
Surədə aç oxu "ya Yusifü əriz" sözünü,  
Tövbə et, ol belə ehvalə peşiman, Yusif!  
Gər Səcah eyləyə Qurani bədəl söz zahir,  
Qədrdən hiç düşər söylə o Quran, Yusif?  
Ənkəbutun toru tari ola dünyayə hərif,  
Quş toru hanə, hara xirqeyi-xəlqan, Yusif. 
Bir Məhəmməd kimi canı nə səbəb həcv edəsən – 
Kim, odur şairü ustadi-süxəndan, Yusif?  
Demirəm mən səni şair dögüsən, var şerin,  
Vəzni var, qafiyə var, qalibə yox can, Yusif.  
Doğrudur, hər kəsənin şeri gəlir xoş özünə,  
Hiç kəs bilməz özündə ola nöqsan, Yusif.  
Özünə xoş gəlir eşşəklərin anqırmağı,  
Bu məsəldən ürəyin etmə hərasan, Yusif.  
Necə ki xoş görünür Seyyidə öz hərzə sözü,  
Qoyub adın ki, mənəm şairi-dövran, Yusif.  
Hiç kəs dəhrdə öz ayranına turş deməz,  
Bilir aqil özünü dəhrdə nadan, Yusif.  
Mən sənin şerüvi çox görməmişəm, nabələdəm,  
Gördüyüm həcvdi, məcmuəsi həzyan, Yusif.  
Gər bu gunə ola məcmui qalan şerlərin, 
  


                                            
137 
Layiq öz rişüvədir, olma pərişan, Yusif!  
Məsləhətdir ki, bu şairliyüvi tərk edəsən,  
Tazə muzdur olasan, kəştiyə losman, Yusif.  
Çıxasan dor ağacına, baxasan dəryayə,  
Açasan bad əsən canibə yelkan, Yusif.  
Minəsən quyruğa hər ləhzədə qibtana
*
 baxıb,  
Alasan dəstüvə təzim ilə sükkan, Yusif.  
Bu nə insafdı ki, Cürmi kimi ustadı  
Etmisən həcv, əya tifli-səbəqxan  
Yusifi Bilsə idi sənə Yusif deyəcəklər, billah,  
Qoyar idi adını quli-biyaban Yusif.  
Tutiya kimi elə xaki-dəri-valasın,  
Tutiyanı elədin xak ilə yeksan, Yusif.  
Sən əgər mədh desən, Cürmi üçün həcvdir o,  
Həcv edib eyləmisən zülm nümayan, Yusif.  
Olur azürdə o mövlanəfəsi-qüdsidən,  
Odu xoş ətr gəlir rövzeyi-rizvan, Yusif!  
O şəhin şeridi guya ki, Əsayi-Musa,  
Çəkəcək kamına hər sehri o Söban, Yusif.  
Edəsən dəhrdə əfruxtə yüz atəşi-həcv,  
Cürmiyə, bil ki, olur baği-gülüstan, Yusif.  
O süxəndir ki, "qifa nəbk"ə vurub "nəbk qifa"

  
Sözləridir o şəhin ayeyi-tufan, Yusif.  
Nə hünərdir bu, söyüş söyməyi hər kimsə bilir,  
Bu kəmal ilə deməzlər sənə Loğman, Yusif.  
Gər kəmalın var isə, Qümri kimi mərsiyə yaz,  
Eyləsinlər sənə təhsini-firavan, Yusif.  
Yolla Təbrizə kitabın, basılıb paylansın,  
Oxusun ta ki onu bir neçə heyvan, Yusif.  
Sən də gör Qümri kimi annamasan qafiyəni,  
Cəhd eylə olasan ta ki rəcəzxan,  
Yusif Eybdir bir-birini həçv edə ərbabi-kəmal,  
Bidəmağ olma sözümdən, sənə qurban, Yusif! 
                                                          
*
 
Kapitana
 

 
Qifa nəbk (nəbk qifa) - məşhur Ərab şairi Məhəmmədinmüasiri İmrəül-Qeysin bir qəsidəsi bu sözlərlə
başlanır (tərcüməsi: durun, dayanın ağlayaq). 


                                            
138 
Bəs deyildirmi bizə təneyi-ərbabi-çəfa,  
Bəs deyildirmi bizə möhnəti-dövran, Yusif?  
Bəs deyildirmi ki, şairləri çərx etdi zəlil,  
Dili-əshabi-kəmalı eləyib qan, Yusif?  
Nə gərəkdir bizə bir-birimizi həcv qılaq,  
Bir neçə əbləhü nadan ola xəndan, Yusif?  
Qərəzim həcv deyildir, bu nəsihəldi sənə,  
Bədgüman olma sözümdən, sözü bir qan, Yusif.  
Bilirəm, dolmamısan əqlə, hələ naqissən,  
Bədənində, bəli, artıqdı sənin qan, Yusif.  
Qorx o gündan vura neştər sənə fəssadi-kəmal, 
Xuni-fasid bədənindən axa hər yan, Yusif. 
Var ümidim ki, gələ tər sənə, səhhət tapasan
Gözləyir çünki təbibin hələ böhran, Yusif. 
Sən əgər, bülbüli-gülzari-məhəbbət olsan, 
Can qulağinə gələr şur ilə əlhan, Yusif. 
Dögüsən zağ ki, sən meyli-nəcasət qılasan. 
Dögüsən cuğd, məqamın ola viran, Yusif. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə