SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

                                            
130 
Nemətimdəndir, ey güruhi-cahan!  
Kim ki, bəs bir dil eylədi hasil,  
Oldu bir nemətə o kəs vasil.  
Cəhd qıl neməti-təmamə yetiş,  
Elm təhsil qtl, məqamə yetiş.  
Ey gözüm, hər lisanə ol rağib,  
Xassə kim, rusidir bizə vacib.  
Onlara ehtiyacımız çoxdur,  
Bilməsək dil, əlacımız yoxdur.  
Çatmayıb şərdən bizə bu xəbər- 
Ki, ərəbdən səva dil oldu hədər.  
Nə ərəbdir xuda, nə rumü nə zəng,  
Nə həbəşdir, nə rusü türkü firəng.  
Xah boq, xah tanrı, xah xuda,  
Birdi mənada, ey düri-yekta.  
Ləfz edərsə ifadə mənanı,  
Sərf edər əhli-mərifət anı.  
Bir hədisi-səhihdir bu xəbər,  
Söyləyibdir cənab peyğəmbər- 
Ki, Süleyman nəbi əleyhi-səlam  
Hər güruhun dilin bilirdi təmam,  
Ey oğul, bil bu rəmzdən mətləb,  
Deyil əlhəq lisan lisani-ərəb.  
Həqq özü hər lisanə danadır,  
Hər lisan həq yanında zibadır.  
Var bizim dörd kitabımız, ari,  
Hər biri bir lisan ilə cari.  
Biri Tövrat idi giranmayə,  
Gəldi İbri dilində Musayə.  
Biri İncil idi, birisi Zəbur,  
Hər biri bir lisan ilə məşhur.  
Çün Məhəmməd ərəbdən etdi zühur,  
Öz lisanında qıldı həq məmur,  
Türkdən göndərəydi gər anı, 
 Türki dildə olurdu Quranı.  
Xassə kim, məzhəbi-imamiyyə 
  


                                            
131 
Xah Bağdadü, xah Şamiyyə, 
Cümlə bu etiqadə güyadır - 
Ki, nəbi hər lisanə danadır. 
Xah rusi lisanı, xah firəng, 
Bilir ani imami-bafərhəng. 
Bir lisani ki, bəs bilirmiş imam, 
Sən də bilsən nə eybi, ey gümnam?! 
  


                                            
132 
HƏSƏNBƏY MƏLİKOVA 
Məsnəvi 
Ey Həsənbəy, əmiri-alişan,  
Elmi-hikmətdə saniyi-Loğman.  
Gərçi, ey sərvəri-büləndməqam,  
Sənə vacibdi qeyrəti-islam.  
Çəkdin aləmdə xeyli zəhmətlər,  
Eylədin xəlqə çox nəsihətlər;  
Ruhi-İdrisi eyləyibsən şad,  
Elədin xəlqi elm üçün irşad;  
Əhli-Şirvan edib hədisini səm,  
Şiəvü sünni oldu bir yerə cəm;  
Sözlərin etdi onlara təsir,  
Etdilər məktəb açmağa tədbir; 
İttifaq ilə tutdular dəftər.  
Etməyə ta ki, cəm sim ilə zər;  
Hər biri mərdlik edib isbat,  
Dəftərə yazdı: verrəm əlli manat;  
Biri yazdı otuz, biri doxsan,  
Belə zahir ki, etdilər ehsan;  
Ruzi-əvvəl Kərimbəy, ol xoşzat,  
Verdi filhal yüz iyirmi manat;  
Bir qədər pul ki, etdilər saman,  
Oldular xəlq xürrəmü xəndan;  
Əvvəli-kar o qövmi-fərzanə  
Tutdular yüz mənatə bir xanə;  
Məsləhətçün dübarə oldu cülus,  
Manveli tutdular müəllimi-rus;  
Onu üç yüz mənata söylədilər,  
Mərhəba, fikri-bikr eylədilər;  
Dedilər ki, müəllimi-islam  
Bizə lazımdı bir fəsih-kəlam.  
Vaqifi-nəhvü sərfli fiqhü üsul,  
Arifi -rəmzi-şəri-pak i -rəsul,  
Şüəra bəzminin nəməkdani, 
  


                                            
133 
Hacı Seyyid Əzim Şirvani,  
Sədri əlfazi-müşkülə mənus,  
Ona əzbərdi "Kənz" ilə "Qamus";  
Biz də olduq müəllimi-sani,  
Ta ki təlim edək "Gülüstani",  
Tapdılar həm müəllimi-salis,  
Odu Qürrai-Səbəyə varis;  
Pürlətafət kəlam, ibni-Lətif,  
Adı Molla Hüseynağayi-zərif;  
Verə ətfalə darsi-Quranı,  
Artıra rövnəqi-müsəlmanı;  
Altı ay tapdı uşkola saman,  
Olmadı hiç kəsr, həm nöqsan;  
Çün Kərimbəy, o sahibi-ənam,  
Elədi Badkubə içrə məqam,  
Sındırıb əhli-Kufə beyətini,  
Qıldı təğyir cümlə niyyətini.  
Nisfi-məbləğ deyildi cəm hənuz,  
Əhli-fisqin fəsadı etdi büruz.  
Vermədi yazdığı pulu hüzzar,  
Hamı iqrarın etdilər inkar.  
Dedilər: - "Neylirik biz uşkolanı,  
Hər nə tövr ilə olsa el dolanı.  
Nə üçün biz verək bu barədə pul,  
Bizə bundan nə xeyr olur məhsul?  
Neylər ətfalımız bizim rusi,  
Neylərik biz o dərsi-mənhusi? 
 Hər uşaq getsə ol dəbistanə,  
Olacaq dindən o biganə.  
Xud tutaq hamımız dəxi bişək,  
Oxuyub olmuşuq Həsənbəy tək;  
Bixəbər məzhəbü şəriətdən,  
Bisəmər qüsldən, təharətdən..."  
Əlqərəz, gündə bir bəhanə ilə,  
Yüz belə bisəmər fəsana ilə,  
Qoydular uşkolanı bisaman,  
Qaldı ətfal zarü sərgərdan. 


                                            
134 
  
Ərzə verdik keçən qubernatə,  
Keçmədi, heyf, erzə isbatə.  
Gətmədi hiç bir cavab bizə,  
Verdi üz dərdü iztirab bizə.  
Bir tərəfdən bu intizari-diraz,  
Bir tərəfdən könüldə suzü güdaz.  
Bizə əhli-diyar bipərva,  
Etdilər gündə töhməti-bica.  
Bizi az qaldılar həlak edələr,  
Lənü tən ilə zəhrəçak edələr.  
Leyk biz durduq işdə mərdanə,  
Baxmadıq lənü təni-nadanə.  
Fövci-ətfalə məhzətən-lilliah,  
Dərs verdik hamı gəhü bigah.  
Özlərindən nə kim olur hasil,  
Bizə bir həbbə olmayır vasil.  
Edirik özlərinə biz məsrəf,  
Bizə bəsdir bu izzü namü şərəf  
Gər Kərimbəy olaydı Şirvanda.  
Qalmaz idik bu qədr nöqsanda.  
Elər idi bu əmrdə saman,  
Mənbəylütfü cuddur, ehsan.  
Ey Hesənbəy, nəcibi-dövrü zaman!  
Sənin insafuva olum qurban- 
Ki, nəsihətdi xəlqə göftarın,  
Heyfdir söhbəti-şəkərbarın,  
Sözlərin, ey cahani-fəzlü hünər,  
Əhli-hikmət yanında canə dəyər!  
Leyk bil, ey həkimi-fərzanə,  
Əsər etməz bu qövmi-nadanə.  
O nəsihətlər, ey sütudə-siyər,  
Eyləməz zümreyi-cəmadə əsər.  
Abi-niysan ki, onda var təşvir,  
Eyləməz sənki-xarəyə təsir.  
Yerə göydən əgər enə İsa,  
Edə bilməz bu firqəni ehya.  
Niyyətin əmri-xeyrə cazimdir, 
    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə