168
Məqami-eşqdə səy ilə daim arizu eylər-
Ki, Qafil Kəbeyi-didarına canın fəda versin!
Gətir lütfünlə miskin Bixudi xaki-məzəllətdən-
Ki, ta canın sədaqətdən sənə ol binəva versin.
Fütüvvət qıl, elin tut Zöviyi-bixanimanın kim,
Muradın aləmi-fanidə şahi-Lafəta versin.
Rəvadır kim, sogani-kuyüvə, ey taci-sər Qümri,
Səfavü sidq ilə can Seyyidi-bəxtiqəra versin?!
169
MƏHƏMMƏDTAĞI QÜMRİYƏ
Qəsidə
Əgər ol həzrətə məhrəm olan badi-səba, Qümri,
Yetirdi hərdəm ol dərgabə bizdən yüz dua, Qümri.
Zibəs ki, şövqi-didarın düşübdür xatiri-zarə,
Çıxıb can cismdən, billah, qılır meyli-həva, Qümri.
Yazıb dərdi-dilimdən şəmmeyi-şərh eylədim ta kim,
Hüzurunda ədəblə eyləyə halım əda, Qümri.
Pərişandır zibəs ki, xatirim dövran məlalından.
Tapılmaz xatiri-zarə verən zövqü səəfa, Qümri.
Xəyalım bas ki dərhəm eyləyibdir xublər zülfu,
Çıxar bir şer təhrir eylasəm yüz min xəta, Qümri.
Bəid olmaq gərəkdir şərhi-tətvili-ibarətdən-
Ki, olsun müxtəsər bunca mütəvvəl macəra, Qümri.
Deyildir mətləbim bu şerdən izhari-fəzl etmək,
Sədaqətlə sənə yazdım bu şeri biriya, Qümri.
Qərəz pərvaneyi-şövqüm olubdur tövfinə mail,
Olan, ey məçməi-Dərbənd ara şəmi-əza, Qümri!
Vəhidül-əsr, xəllaqül-məani, qüdvətüş-şəra.
Fəsahət kişvərində xosrovi-sahibliva Qümri.
Sənin əbyati-sehrasarü əşari-lətifindən
Gəlir billah, məşami-canə buyi-aşina, Qümri.
Şüainin əgərçi pərtövi-nəzmi-fəsihindən,
Qılır simab çərxi-əxzəri kəsbi-ziya, Qümri.
Əgər olsaydı Həssani-ərab bu əsrdə zində,
Fəsahət kəsbinə səndən edərdi iltica, Qümri.
Sipehri gərçi xurşidi-sipehri-nəzmdir, lakin
Olur xurşid nəzmin ərzgahında Süha, Qümri.
Xəlilin gülşəni-təbi yetirməz bir güli-ziyba,
Əgər ol gülşən içrə olmasa lütfün səba, Qümri.
Hanı, gəlsin Sikəndər kim cahanə kamyab olsun,
Səvadi-xamədən zahir qılıb abi-bəqa, Qümri,
Pərişan idi hahm dilşikəsti-guşeyi-ğəmdə,
Şikəstə könlümə əşarın oldu mumya, Qümri.
Bu növ möcüzayin nəzmü nəsr ilə dəxi, billah,
170
Mütiəm gərçi peyğəmbərlik etsə iddəa Qümri!
Qılıb şahi-Hiçazın mədhinə yüz nəğmələr ağaz,
Çəkib şur ilə mədhi-Heydərə dilkəş nəva, Qümri.
Müxalif dəhrdə hər ləhzə yüz suzü güdaz ilə,
Həsari-mədhi-movladə olub midbətsəra Qümri.
Yeri vardır bu gündən böylə mülki-şahə naz etsə,
Olubdur asitani-Mürtəzadə çün gəda Qümri.
Məcalislərdə, məscidlərdə təqrir etdim ol nəzmin,
Oxundu hər tərəfdə mədhinə yüz mərhəba, Qümri!
Olubdur cəddimin övsafına çün təbiniz guya,
Müin olsun sənə daim Əliyyül-mürtəza, Qümri!
Səni mən vəsf qıllam ta ki dünyadə həyatım var,
Neçin kim, olmusan vəssafi-şahi-Kərbəla, Qümri.
Mənim şahım, pənahım, qibləgahım, tacidarımsan,
Qəbul etmiş səni çakərliye Şiri-xuda. Qümri.
Eşitdim daima şüğlün sənin zikri-müsibətdir,
Olubsan şəmi-bəzmi-matəmi-ali-əba, Qümri.
Töküb xunabə gözdən bu qəribə ağla kim, daim
Gəlib fəryadə ağlar möhnətindən ənbiya, Qümri!
Qəbul olsa əgər ki, matəmi-şahi-şəhidanə,
Deyil bir misrəi-əşarına aləm bəha, Qümri.
Hüzuri-pakinə vardırsəlamı əhli-Şirvanın,
Sənə əhli-məbəbbət göndərir küllən dua, Qümri!
Dəmadəm şerlər eylə rəqəm zikri-müsibətdə-
Ki, ta olsun sənə çü töhfeyi-ruzi-cəza, Qümri.
Əgərçi Seyyidi-sərgəştə səndən durdür, lakin
Deyildir aləmi-mənadə ol səndən cida, Qümri.
171
DƏRBƏNDLİ XƏLİL TƏXƏLLÜS ŞAİRƏ
Qəsidə
Ey piri-xirədməndü hünərpərvəri-dövran,
Vey müfliqü zirütbəvü danavü süxəndan.
Həmnami-Xəlilülləhü həmxülqi-Məhəmməd,
Heyətdə çü İdris və hikmətdə çü Loğman.
Əşari-şərifın ürəyə baisi-behcət,
Göftari-lətifin təni-pəjmürdəyə bir can.
Sənsən bu gün afaqdə Söhbani-fəsahət,
Həm varisi Əməqsənü hənı naibi-Həssan.
Sən nəzm sipehrində haman mehrsən, ey pir-
Kim, xiyrə şüam qılar aləmləri rəxşan.
Sən qümriyi-xoşləhceyi-baği-ürəfasən,
Hər misrəi-mövzun sənə bir sərvi-xüraman.
Rüxsari-münirindi sənin nuri-səbahi-
Kim, rövşən edər aləmi çün mehri-dirəxşan.
Dün yazdığın əşari-fərəhbəxşü lətifin
Yetdi mənə, oldu ürəyim xürrəmü xəndan.
Baxdıqca mənim ömrümü artırdı səvadı,
Guya o səvad içrədi yüz çeşmeyi-heyvan.
Müzmər o səvad içrə olan məniyi-rövşən,
Bir ruzi-münəvvərdi dili-şəbdə nümayan.
Yarəb, bu Xəlili bizə çox görmə cahanda,
Bu atəşi-dünyanı ona eylə gülüstan.
Təzim ilə yerdən götürüb bəndeyi-zarı,
Öz çakəri-üftadəsinə eyləyib ehsan.
Lütfılə edib zərrəni xurşidə müqabil,
Qoymuş ləqəbi-murini şəfqətlə Süleyman.
Bir səvəni şəhbaz qılıb, rubəhi əjdər,
Bir zülmətə nurani deyib, qətrəyə ümman.
Ol padşəhi-məsnədi-iqlimi-fəsahət
Şəfqətlə edibdir ləqəbi-bəndəni sultan.
Əhsəntü kəmalatuva, ey piri-Xızırpey-
Kim, yazdığın əşar yetər fəzlüvə bürban.
Xürrəm o vilayət ki, ola siz təki əhli,
172
Məçmuəsi xoştinətü dindarü müsəlman!
Yarəb, ola məmur belə xitteyi-ziba,
Bu sahəti-Dərbənd ola çün rövzeyi-rizvan!
Didaruvuza təşnə idim xeyli zamandır,
Ol növ ilə kim, su həvəsində ola ətşan.
Amma mənə bir vəqt nəsib oldu bu dövlət –
Kim, yox fərəsi-təbdə bir qüvveyi-cövlan.
Əhvalımı dərhəm eləyib ğibbi-mühərriq,
Sevdayi-hərarət eləyib cismimi suzan.
Səfradən olub fəmmdə sədparə lisanım,
Amas qılıb, qüvveyi-təqrirə yox əlhan.
Bir yan bu mərəz, bir yana Şirvan fəraqı,
Bir yanə dəxi həsrəti-ruxsareyi-canan.
Xassə ki, səfər əzəmi-zəhmətdi, pəyəmbər
Təqrir eləyibdir səfəri qiteyi-niran.
Zəfi-mərəz ilə ki, dönüb cismim hilalə,
Gər xidmətüvə yetməsəm, olmaz mənə nöqsan
Bəs "sərhi-məmər" rəmzi kifayətdi bu halə,
Tətvili-dəlail olu eşq əhlinə şayan.
Ümmid ki, siz eyləyəsiz rəncə qədəm, ta
Daruyi-əyadət edə bu xəstəyə dərman.
Əfv et qələtim olsa əgər, olmuşam, ey pir,
Çün xubların zülfü təki halı pərişan.
Cəmiyyəti-xatirlə, xudaya, olasan şad,
Kamınca ola dəhrdə daim sənə saman!
Ümmid ki, məqbul ola bu töhfeyi-əhqər,
Seyyid dilü can ilə sizə oldu sənaxan.
Dostları ilə paylaş: |