SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

                                            
154 
İt düşən vəqtdə duzlaqə deyirlər olu pak,  
İnşaallah olusan pakü müsəlman, Qasir. 
Damlar üstündə çıxıb qır verəcəksən, bilirəm,  
Çünki vardı Bakıda qır ilə qətran, Qasir.  
Qiblə eylə özüvə sən gedib atəşgahı,  
Degilən Cökki kimi atəşə yəzdan, Qasir.  
Məhzi-teyyibdi bular, ey güli-gülzari-vəfa,  
Mən qulaməm sənə, sənsən mənə soltan, Qasir,  
Sənsən ol əfsəhi-sərdəftəri-fövci-şüəra- 
Ki, sənə tifli-səbəqxan olu Söhban, Qasir.  
Seyyidi-suxtə bil, muri-zəifindi sənin,  
Kişvəri-nəzmdə sən misli-Süleyman, Qasir.  
Qəsri-Bülqeysi-Səbayeldə edib eyşü tərəb,  
Olasan nəğmeyi-Davud ilə xəndan, Qasir.  
Müntəzirdir gözümüz şerüvə, ey kani-ədəb- 
Ki, gərək şerin ola töhfeyi-Şirvan, Qasir. 
  


                                            
155 
ABDULLA BƏY ASİYƏ 
Qəsidə 
Həzar şükr, könül, mövsümi-bahar olaçaq,  
Həzar naləsi hər guşədə həzar olacaq.  
Hənuz Hutdədir Yunisi-cahanəfruz,  
Həməldə zahir olan gündə özgə kar olacaq,  
Səba xəbər verəcək möcüzati- 
İsadən, Nəsim baisi-ehyayi-ruzigar olacaq.  
Şükufə xələti-əşcarı nüqrəduz edəçək,  
Behişt əlaməti gülşəndə aşikar olacaq.  
Dəhani-yar təkin qönçələr olub xəndan,  
Səhab dideyi-aşiq tək əşkbar olacaq.  
Şükufədən dönəcək bağ ruyi-cananə,  
Bənəfşə bağdə manəndi-zülfı-yar olaçaq.  
Səba kəsad edəcak nırxi-müşkü şəncərfi,  
Zibəs ki, tərbiyəpərdazi-laləzar olacaq.  
Kənari-səbzə olub pür əbirü ənbərdən,  
Dəhani-lalə dolu dürri-şahvar olacaq.  
Dili-zəmin edəcək gənci-şayegan zahir,  
Çəməndə gövhəri-şəhvarlər nisar olacaq.  
Bənəfşə türrəsinə cilvələr qılıb hərdəm,  
Dəmi-nəsimi-səhər türfə müşkbar olacaq,  
Sədayi-kəbki-xüramanü naleyi-dürrac,  
Səfayi-rövnəqi-səhravü kuhsar olacaq.  
Gəvəznlər çıxacaq dəşt-ara güruh-güruh,  
Külənglər düzülüb çərxə yüz qətar olacaq.  
Həsari-günbədi-firuzə şurlər düşəcək,  
Nəvayi-dilkəş ilə əndəlib zar olacaq.  
Qürur ilə çıxacaq seyri-bağə gülrüxlər,  
Gülün lətafəti bülbül gözündə xar olacaq.  
Əyaği-laləni şəbnəmlə görcəyin memlüvv,  
Əlində rindlərin cam xoşgüvar olacaq.  
Nə yanə əzm edəsən camü şahidü sağər,  
Nə səmtə meyl edəsən saqiyü əqar olacaq.  
O qədr şişeyi-mey cəm olur gülüstanə— 
    


                                            
156 
Ki, Şişədən ürəfa dövrinə həsar olacaq.  
Kimə bu mövsüm olur vəsli-yar ilə cənnət,  
Kimə fəraq ilə gülşən bəsani-nar olacaq,  
Düşən həvayi-rüxü zülfi-yarə gün görməz,  
Nə yerdə olsa, qara günlərə düçar olacaq.  
Xoşa ol aşiqi-xoşbəxtə kim, bu mövsümdə  
Onunla seyri-gülüstanda yarı yar olacaq,  
Yəqindir ki, mənə ol büti-şəkərləbsiz  
Şərabi-nab bu mövsümdə zəhrimar olacaq.  
Rəqibə eylədiyi meyldən müşəxxəsdir- 
Ki, ənqarib məni-xəstədən kənar olacaq.  
Nə kim ki, badə edər rəf möhnətü dərdim,  
Nə qəmli xatirimə Zövi qəmküsar olacaq.  
Nə Rağib eyləyəcək hal sormağa rəğbət,  
Nə Qafil əmri-əçibimdə buşyar olacaq,  
Zühuridən nə edər halıma zühur kərəm,  
Nə Didənin gözü bu qəmdə əşkbar olacaq.  
Nə bir səfa verəcək xatiri-həzinə Səfa,  
Minayi-eşqdə dil zarü-biqərar olacaq.  
Vəli bu fikr ilə şadəm ki, dərdi-hicranə,  
Hədisi-Asiyi-dilxəstə sazkar olacaq.  
Nə Asi, ol ki, dəri-izzətində Seyyidi-zar  
Qulamı olmaq ilə sahib-etibar olacaq.  
Nə Asi, ol ki, xəyalı rəhi-məhəbbətdən  
Könül səraçəsinə şahi-tacdar olacaq.  
Səfa ilə gələcək nəzmü nəsri Şirvanə,  
Görüb o nəzmləri Zövi şərmsar olacaq. 
  


                                            
157 
ABDULLA BƏY ASİYƏ 
Tərcibənd 
İlahi, məscidə meyxanə dönsün,  
Tökülsün badəsi peymanə dönsün!  
Ola meyxanə bayquşlar yatağı,  
Uçub bir mənzili-viranə dönsün!  
Nə güldən ötrü bülbül nalə etsin,  
Nə dövri-şəmə bir pərvanə dönsün.  
Pozulsun rövnəqı-Ordubehişti,  
Gülüstani-cahan niyranə dönsün!  
Səfayi-kainat olsun küdurət,  
Bu aləm xəlq üçün zindanə dönsün!  
Sənin minbəd, ey rindi-xərabat,  
Şərabi-ləlfamın qanə dönsün! 
Neçün kim, Asiyi-zarü fitadə  
Edibdir Şişə içrə tərki-badə. 
Edib təsir ona zahid kəlamı,  
Salıb gözdən şərabi-ləlfamı.  
Çəkib əl xublər zülfi-kəcindən, 
İbadətlə keçirdir sübhü şamı.  
Dili-aşiq tək ol səngindil etmiş,  
Şikəstə sağərü minavü camı.  
əhi-xümda Fəlatun kimi badə,  
Qalıb zillətdə, yoxdur ehtiramı.  
Pozuldu Kəbeyi-ərbabi-hacət,  
Səfadən düşdü meykəşlər məqamı.  
Şərabi-nab bağrı döndü qanə,  
Olub meykəşlərin sağər həramı.  
Ola xak ilə yeksan barilaha,  
Nə kim, meyxanə var səqf ilə bamı!  
Neçün kim, Astyi-zarü fitadə  
Edibdir Şişə içrə tərki-badə. 
    


                                            
158 
  
Şikəst olsun xümi-səhbayi-Xüllər,  
Tapa meyxanələrdə zib minbər.  
Müğənni tərk olub meyxanələrdən  
Ucalsın naleyi-allahü əkbər.  
Tökülsün xakə əşkim tək o mey kimi,  
Cəmali-yar üçün olmuşdu məzhər!  
Nə bəng olsun cahan içrə, nə badə,  
Nə cam olsun, nə minavü nə sağər!  
Mizaci dərhəm olsun səlsəbilin,  
Dönə zəqqumə, yarəb, abi-kövsər!  
Əsasi-işrətim tək bərhəm olsun,  
Fələkdən iqdi-Pərvin, qütbi-mehvər!  
Cahan mülkündə olsun badə nayab,  
Bəsani-kami-nayabi-Sikəndər! 
Neçün kim, Asiyi-zarü fitadə  
Edibdir Şişə içrə tərki-badə. 
Xərab olsun fəzayi-gülsitanlar,  
Xəzan cövrilə udsun badə qanlar!  
Qurusun şaxü bərgi-taki-əngur,  
Əli qoynunda qalsın bağbanlar!  
Vüsali -düxtəri -zibayi-rəzdən  
Ola məhrum, yarəb novcəvanlar!  
Edib saqilərin zülfun pərişan  
Tuta mey damənin piri-muğanlar!  
Sürudi-şerlə mey matəmindən  
Cahan mülkündə qalsın dastanlar.  
Ola meyxanələr viranə, yəni  
Pozulsun rövnəqi-darül-amanlar!  
İlahi, görməsin minbəd meydən,  
Səfavü zövqü asayiş cavanlar! 
Neçün kim, Asiyi-zarü fitadə  
Edibdir Şişə içrə tərki-badə. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə