SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

                                            
193 
Zəbani-fürs ilə təlimə getdi həmdu ixtası,  
Şəhənşahi-Ərəb bir qövm üçün göndərdi Səlmani. 
"Və min alaihi
*
" ayatini idrak edən arif  
Bilir qeyri lisan göftarının yox şerə nöqsani. 
Lisanın ixtilafın nemətindən ədd edib xaliq,  
Bilir bu sirri ol kəs kim, bilir ayati-Qurani. 
Demiş hər ixtilafatül-lisan öz nemətimdəndir,  
Hər ol kəs kim, bilə çox dil-tapıb feyzi-firavani 
Nə dildə olsa olsun, elm olsun, xəlt aləmdə  
Deyildir bir dilə məxsus, var hər dildə imkani. 
Xüsusən kim, bu əhlə rusi bilmək çox münasibdir,  
Nə yüzdən bilməyək canım, lisani-şahi-şahani?" 
Çün ol kani-ədəbdən guş qıldım bu bəyanati,  
Yəqin etdim ki, həq xoşbəxt edib bu əbli-Şirvani. 
Bilibdir "ütlübül-elmi və lov bis-Sin"dən mətləb" 

Muradı elmdir hər dildə olsa, yoxdu küfrani. 
Ümidim var bu nik-əxtərin səyi-cəmalindən  
Ola əltafımız minbəd hər bir elm şayani. 
Zəbani-fürsü rusü ya ərəb, ya özgə dillərdə  
Təriqi-əshəl üzrə eyləsinlər dərk mənani. 
Bina təlimül-ətfalə əlifbayi-cədid etsin, 
Götürsün müşkülati, zahir etsin rəsmi-asani. 
Vətəndə zikr olan dillərdə təsnifatlar qılsın,  
Götürsün arədən "İnşa"ü "Bustan"ü "Gülüstan"i. 
  
                                                          
*
 
O (Səlman - S.R.) da bizdəndir (ayə). 

 
Elm Çində də olsa, onu axtar (ayə).
 


                                            
194 
Oxunsun heyətü hikmət, hesabü elmi-coğrafi,  
Yetər, bəsdir eşitdik "Qisseyi-Yusif-Züleyxani"! 
Təriqi-tərbiyət təlimin etsin bəzi heyvanə,  
Görürsün məktəbi-ətfaldən çubü fələqqani. 
Bizimçün cəmü tərtib eyləsin millət təvarixin,  
Yazıb əxlaq elmin, bizlərə şərh eyləsin ani. 
Müəllimlər gəlib adabi-dərsi ondan öyrənsin,  
Mühərrirlər ala təlimi-hər inşavü imlani. 
Könül, şad ol ki, gəlmiş bu diyarə elmi-Bokrati,  
Pəsənd etməz Şamaxı elmdə minbəd Yunani. 
Gəlibdir bu diyarə ol həktmi-şərü hikmət kim,  
Onun bir kəmtərin şagirdi eylər pəst Loğmani. 
Çi məktəb, çi mədarislər tapar minbəd arayiş,  
Salır tərtibü nəzmə himməti hər bir dəbistani. 
Gərəkdir himmətindən özgə qazilər misal alsın.  
Nizaminin gərək nazimlər olsun matü heyrani. 
Bular ki, zikr qıldıq, Seyyida, yeksər hüveydadır,  
Keçən həftə olan məclis olur bu əmr bürhani. 
Gələn tək gördü kim, var göftguyi-şiəvü sünnü  
Salu bir parə müfsidlər əracif ilə qovğani; 
Çəkirlər bır-birinin büxldən məxfi ayağından,  
Salırlar şübhəyə təzvir ilə ümmali-divani; 
Ağa Seyyid Əlinin xəlqi cəm etdi otağinə,  
Götürdü aralıqdan hikmət ilə keydi-ixvani. 
Qülubi-xəlqə verdi etilaf ol sahibi-hikmət,  
Dəlili-etilafə şərh edib ayati-rəhmani. 
  
  


                                            
195 
Dedi, ey yadigari-Müstəfa, zürriyyeyi- 
Taha, Sizi təhbib üçün torğib edibdir həqq fərmani. 
Sizə hər kım ədavət eyləsə, düşməndir Allahə,  
Ədavət əhlinə amadə etmiş nari-niyrani. 
Gərək biz padşahi-rusə əvvəl eyləyək ixlas- 
Kim, oldur bizlərin hifzü hərasəldə nigəhbani. 
Dübarə pişrəfti-millət üçün eyləyək çarə,  
Olur ki, cəm edək biz xeyrə bu qövmi-pərişani. 
Nəsihət eyləmək bu firqeyi-cühhalə lazımdır- 
Ki, izan eyləsinlər rahü rəsmi-şəri-qərrani. 
Müxalif olmasınlar dəhrdə qanuni-divanə,  
Xilafi-əqldir hükkamə etmək işdə üsyani. 
Təriqi-şərü qanuni-nizamın birdir ehkamı,  
Hər iki qazi bir rəsm ilə eylər qət dəvani. 
Qaçaqlar barəsində yazmışam ətrafü əknafə- 
Ki, onlar küfr kanıdır, tutublar rahi-bütlani. 
Olardan bir nəfər fövt olsa, molla verməsin qüslin,  
Namazın qılsa hər alim-odur aləmdə moltani! 
Bu üzdən kim, olublar imperaturə olar asi,  
Ediblər bir də zaye hökmü şəri-şahi-Bəthani. 
Verir hər cümədə camedə xəlqə çox nəsihətlər,  
Hidayət eyləyir irşad edib bu qövmi-nadani. 
İlahi, bu Səidin kövkəbi-bəxti səid olsun- 
Ki, xurşidi-fələk tək tərbiyət eylərlər əkvani. 
Bydur ümmid kim, gər bu təriq ilə ola sai,  
Dirildər möcüzi-İsa kimi bu mürdə Şirvani. 


                                            
196 
  
Bu əmrə silsiləcünban əgər əqzəl-qəza olsa,  
Bəyənməz qazi çərxi-şeşşümi, rüfətdə Keyvani. 
Yəqindir kim məkatiblə mədarislər tapa rövnəq,  
O gündən kim, gəlib tərğib edər bu əmrə əyani. 
Mübaşir gər bu əmri-xeyr üçün Hacı Səid olsa,  
Gərəkdir dəvət etsin bəzminə əyani-zişani. 
Əzəl Hacı Əli Abbas bəydən istəsin himmət,  
Əli bəy, həm Həsən bəy əmrə olsun salisü sani. 
Dəxi Veysül-Qərən Haçı Üveysi eyləsin dəvət,  
Dəxi ol zadeyi-Müftidən alsın əmrə fitvani. 
Kərimi-zülkərəmdən eyləmək ümmid lazımdır,  
Səxadə filhəqiqət kim, Kərim bəydir kərəm kani. 
Təzərvi-arizunu istəsin Şahbaz bəydən kim,  
Onun övci-səxavətdə olur peyvəstə teyrani. 
Gərək Mahmud ağa ilə dəxi Sultan Mahmudun  
Müqəvva eyləyə himmətləri fövci-zəifani. 
Ədalər kanıdır, Hacı Ömər bəydən olur hümmət,  
Səxavətdə Səməd bəy göstərir bir Nuh tufanı. 
Dəxi ümmid olur Hacı Səlamü Hacı Mürşüddən – 
Ki, etsinlər bizə Darüssəlam ol nari-niyrani. 
Gərək Hacı Ağa bəy himməti-mərdanə göstərsin,  
Gətirsin karə Yüzbaşı bəy oğlu nami-Ağani. 
Lətifi-lütfkarın lütfünə ümmidvar olsun,  
Gərəkdir Hacı Möhsündən edək ümmidi-ehsani. 
Riza Hacı Rizani eyləsin təqrib ilə karə,  
Şəfi etsin o mərdi-möminə şahi-Xorasani. 
   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə