SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

                                            
203 
  
Əl-əttəxsis kim, gülşəndə sünbül  
Dönübdür zulfı-yari-dilsitanə
Əl-əttəxsis kim, xeyli-şükufə  
Qılır tənə nücumi-asimanə.  
Əl-əttəxsis kim, ahəngi-qümri  
Qılır tənə nəvayi-nəğməxanə. 
Əl-əttəxsis kim, əqsarai-aləm  
Gedirlər eyş üçün hər gülsitanə.  
Visali-yardə eşq əhli yeksər  
Salıb meylin şərabi-orğüvanə. 
Olub həmdəmlərim yar ilə məhrəm,  
Bisatında dəfü çəngü çağanə.  
Vəli mən xiclətimdən dilmükəddər,  
Çəkib payi-nədaraət bir nəhanə. 
Nə meyli-gülsitan, nə fikri-canan,  
Olub qəm tirinə canım nişanə.  
Rəvadırmı sənin əsrində olsun  
Əsiri-qəm mənim tək bir yeganə? 
Bu halı ərz qılmaqçun hüzurə  
Bu cyd oldu əlimdə bir bəhanə.  
Bu qərra nəzm ilə ərz oldu halım  
Sənin tək bir ağayi-mehribanə. 
Əgərçi şiveyi-nəzmi-kəlamını  
Lətafətdə deyildir şairanə.  
Budur ümmid kim, təbi-kərimin,  
Edə təhsinlər bü natəvanə. 
Ola Seyyid cənabından sərəfraz,  
Qıla daim dua bu xanimanə.  
Mübarək olsun eydin lütfi-həqdən,  
Dağılsın seyti-fəzlin hər məkanə. 
Günün xoş, xatirin xürrəm, dilin şad,  
Ola Ömrün cahanda cavidanə!  
Ola axır nəsibin baği-cənnət,  
Budur axır duamız bəndəgan 
  


                                            
204 
MAHMUD AĞAYA 
Qəsidə 
Mübarək eydi-novruzi sənə, ey şəhriyar, olsun!  
Həmişə taleyin nasir, həmara bəxtiyar olsun! 
Açılsın qönçeyi-bəxtin, cahanə ətrlər versin,  
Həmişə gülşəni-eyşin cahanda novbahar olsun! 
Cahan Mahmudisən, xidmətdə yüz ziba  
Əyazın var, Şamaxı Qəzney asa dəhrə sahibiştihar olsun! 
Adın Mahmud, bəxtin, taleyin mahmuddur daim,  
Müinin Əhmədü Mahmud, lütfi-kirdigar olsun! 
Zülali-çeşmeyi-heyvan ilə dolsun sənin camın,  
Bəsani-Xızr ömrün ta cahan var, paydar olsun! 
Xudavənda, sənə bu dövlətü bu ömrü asayiş  
Nə qədri vardır dünyayi-fani bərqərar olsun! 
Əgərçj qalmayıb dünyadə, qalmaz hiç kəs baqi  
Və lakin zikri-xeyrin aləm içrə yadigar olsun! 
Bizə çox görməsin pərvərdigari-həqq ağani,  
Cavadın cudi ilə əhli-aləm kamkar olsun! 
Edər tiri-cəlalın gur çeşmin fövci-üdvanın, 
Nə eybi Rüstəmin bədxahı gər İsfəndiyar olsun? 
Bu üç novbavələr kim, qönçeyi-gülzari-ömründür,  
Açılsın abiyari-feyzin ilə ətrbar olsun! 
Gəlib ol fəsl kim, dağ üzrə çıxsın laleyi-xüdru,  
Gəlib ol fəsl kim, fəsli-zimistan dağdar olsun! 
  


                                            
205 
  
Gəlib ol fəsl kim, gül çohrə açsın səhni-gülşəndə,  
Alıb buyi-güli-rənanı bülbül biqərar olsun! 
Gəlib ol fəsl kim, gülzarə çıxsıtı arifü dana,  
Çəməndə sadə olsun, badə olsun, badəxar olsun! 
Səhər sövti-humayun ilə bülbül başlasın nəğmə,  
Həzaran şurlə məmlüv bu fıruzi həsar olsun. 
Edib başinə bülbül cəm bağ içrə əşiranın,  
Büzürgü kuçigin dəstində hər yan çəngü tar olsun. 
Əbülçəpvar ahəngi-çəp etsə zağ gülşəndə,  
Gərəkdir rast bəzmi-basəfadə bərkənar olsun. 
Gülün rüxsarını bülbül görən dəm şahə naz eylər,  
Gərək şurə gəlib, ahəng edib, biixtiyar olsun. 
Olur afaqə zahir bülbülün eşqi bahar olcaq,  
Gərəkdir eşqi-kamil hər zamanda aşikar olsun. 
Dügahi-ruzü şəbdə, çarigahi-fəsli-aləmdə  
Gərəkdir aşiqin eşqi şəhiri-ruzigar olsun. 
Xoşa ol rind kim, bu fəsli-ruhəfzayi-gülşəndə,  
Yanında yari-ziba, əldə cami-xoşgüvar olsun. 
Gülüstan guşəsində süfreyi-biintizarında 
Mey olsun, dilbər olsun, hər zaman busü kənar olsun. 
Səbu zamıdə, sağər əldə, məclis xali, mey hazır,  
Vüsali-yari-gülrüxsar, fəsli-laləzar olsun. 
Bəs gunə məclisi verməz həqiqət cənnətə adəm, 
O kəs şeytandı kim, bir böylə məclisdən kənar olsun. 
Həmişə vaiz etsin qoy məzəmmət badeyi-nabi,  
Nə hasildir məzəmmətdən əgər ki, səd hezar olsun. 


                                            
206 
  
Bizə nifrin edər gər şeyxi-Şirvan badə şürbündən,  
Ona bizdən gərək xeyr-dualər bişümar olsun. 
Bizə hərçənd mey şürbin duadə zəhrmar eylər,  
Məzaqında onun, yarəbb, kövsər xoşgüvar olsun. 
Nə nifrin eyləsə, qoy eyləsin vaiz bizə, Seyyid,  
Təki bəzmimdə badə, bir nigari-gülüzar olsun! 
Təki gəlsin bahari-aləmara səhni-gülşənlər  
Bəsani-sefheyi-Ərjəng pürnəqşü nigar olsun. 
Sələ sultani-gültəxti-zümürrüdfam gülzarə,  
Olub şabaş, əbri-tirədən dürlər nisar olsun. 
Yazıb bir şer göndərsin dəxi Mahmud ağayə,  
Nəsibin gövhəri-qəltan, dürri-şahvar olsun. 
Deyil rizişdə kim, əbri-bəhari-aləmaradən  
Zülali-feyzinə könlün onun ümmidvar olsun. 
Əgər bilsə səni feyzinə layiq çox edər ehsan,  
Bu xasiyyət gərəkdir onda gün tək aşikar olsun. 
Deyil divanə kim, versin pulun hər bisərü payə,  
Bu rəmzi bilməyənlər indi bilsin, huşyar olsun. 
Hər il ondan səxalər görmüşəm mən lüttü ehsanlar.  
İlahi, dövləti payəndə, bəxti payidar olsun! 
Fələk qədra, bu sözlərdən qərəz mədhin deyil, amma  
Budur fikrim ki, mədhindən mənimçün iftixar olsun. 
Mübarəkbadiyi-novruzdur bu fəsli-zibadə, 
Yazıb bu şeri göndərdim ki, məndən yadigar olsun. 
Deyildir eyb şair mədh qılsa son tək ağani,  
Böyüklər mədhi şairçün gərəkdir hər bahar olsun. 


                                            
207 
Vəli eybi budur ki, mədhdən var bir təmənnası,  
Təmanna olmasa istər ki, mədhi səd həzar olsun. 
O kəs ki, mədh edəndə bir səxavət eyləməz zahir,  
Gərəkdir şairin həcvində həm çox əşkbar olsun. 
Nə ağzımdır ki, siz tək şuxi mən həcv eyləyim, haşa!  
Kinayə özgədir bu sözdə, ol namərdə ar olsun. 
Yığıb -malü mənalı qoysun anbarına Qarun tək,  
Edib tez puç olan malı xəzinə, xəznədar olsun! 
Bu il bir neçə şəxsi eylədim tövsif, göndərdim- 
Ki, şayəd xatirimdən feyzinə rəfi-qübar olsun. 
Həsən bəydən yetişdi, çox sağ olsun, nəqd ənamım,  
Onun bədxahı, yarəb, aləm içrə tarü mar olsun! 
Ağanın dəxli yoxdur bir kesə bu rübi-məskunda,  
İlahi, yavəri hər fəsldə həştü çahar olsun! 
Bahari-ömrü olsun lütfi-həqdən tazəvü rəyyan,  
Mühübbi gül təki xürrəm, onun bədxahı xar olsun! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə