SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

                                            
183 
Sənə kafi deyilmi, ey əhvəl?  
Bavücudi ki, Dibəli-bədnam,  
Şöhrəti var, içərdi badə müdam.  
Ona xəz xirqəsin imami-Riza  
Sileyi-şeri-bikrə etdi əta.  
Seyyid İsmail idi meyxarə,  
Mədh yazmışdı əhli-ətharə.  
Cəfəri-Sadiq, ol vəfa kani,  
Silədən etdi kamran ani.  
Dedi şənində ol imami-hüda  
Mərhəmətdən ki, "nimə-nasirüna".  
Ey edən şeri zəmm naqabil,  
Çox təəccübdü alimü cahil,  
Gərçi biz şairi-xoşətvarıq,  
Madihi-əhli-beyti-ətharıq,  
Abi-kövsərdü badədən mənzur,  
Sadədəndir murad hurü qüsur.  
Bizə meyxanə baqi-rizvandır,  
Saqimiz onda şahi-mərdandır.  
Zatımız eybdən mübərradır,  
Şerimiz taci-fərqi-Şiradır.  
Bizdədir təbi-şeri-paki-hünər,  
Sinəmiz bəhrü şerimiz gövhər.  
Olma sərməsti-qəflət, ol huşyar,  
Nə rəvadır məzəmməti-əşar!  
Bavücudi ki, sərvəri-dövran  
Şerdən bağlayıbdu bir divan.  
Şer əgər olsa idi şeyi-kəsif,  
Onu etməzdi övliya təsnif.  
Ol nə şeydir cahanda, ey əhvəl- 
Ki, ola şeri-pakdən əfzəl?  
Gövhəri-paki-pürbəhadır söz,  
Töhfeyi-dərgəhi-xudadır söz.  
Ziynəti-bəzmi-Müstəfadır söz,  
Madihi-şahi-hələtadır söz.  
Necə ki, ol Nizamiyi-ustad 
    


                                            
184 
Şer vəsfində eyləyibdir dad:  
"Süxən əz asiman fürud aməd,  
Süxən əz aləmi-kəbud aməd,  
Gər budi-gövhərı vərayi-süxən,  
An fürud amədi becayi-süxən" 
*
Guş qıl ərzi-hali-Mövlana,  
Bircə bil şerdən nədir məna:  
Şüəra gərçi vəsfi-badə edər,  
Ya ki tövsifi-şuxü sadə edər,  
Qərəz oldur ki, vəcdi-hal olsun,  
Xatirə nəşeyi-kəmal olsun.  
Haşəlillah ki, firqeyi-şüəra,  
Deyə meydir həlal, vaveyla!  
Hansı şairdir ol polidxisal- 
Ki, bilibdir şərabi-nabı həlal?  
Hansı şairdi bilsin, ey qafil,  
"İnnəməl-xəmri" ayəsin batil.  
Bilmirəm Əhsənül-Qəvaidi-nas- 
Ki, qurubdur qəvaid üçün əsas,  
Niyə bərəksinə qılıbdı xəyal,  
Götürüb boynuna bu qədr vəbal?  
Bənd olub zabiri-kəlamə neçün?  
Düşməyibdir kişı nizama neçün?  
Üzrü vardır ki, əhli-zahir imiş,  
Cəhl rəsmində xeyli mahir imiş.  
Şer təvilin eyləyib inkar,  
Eyləyir çox məzəmməti-əşar.  
Niyə təvilə olmayır qail?  
Ləfz təvilsiz olur batil.  
Hər sözün zahirilə batini var,  
Əhli-məna olulla bərxürdar. 
                                                          
*
 
" Tərcüməsi:   Söz göylərdən aşağı endi  
Söz zümrüd alə 
Sözdən qiymətli gövhər olsaydı,  
Söz yerinə o (gövhər) enərdi. 
          Birinci misra Qurana işarədir (S.R.) 


                                            
185 
Əksər ayat olmasa təvil,  
Qalı mübhəmdə məniyi-tənzil.  
Xud tutaq, vəsfi-badə etməklə,  
Mədhü övsafı-sadə etməklə,  
Şüəralor o mədh ilə hamı,  
Etdi gümrah əhli-islamı.  
Miləli-sairi, bəs ey rubah,  
Hansı şairlər eyləyib gümrah?!  
Ruzü şəb cümlə məsti-badədilər,  
Mayili-eyş-nuşü sadədilər.  
Elə meyxarə var ki, nadandır,  
Biri kafər, biri müsəlmandır.  
Annamaz hiç şerü badə nədir,  
Vəsfi-əşarü mədhi-sadə nədir.  
Şer rəsmindən olmayıb agah,  
Hansı şair edib onu gümrah?  
Əyyühəl Əbsənül-Qəvaidi-zar,  
Bu xəyalından eylə istiğfar!  
Miləli-sairə olub vəssaf,  
Eyləyirsən bu qədr kim, övsaf  
Əhli-Yevropanın fərasətini,  
Bəyənirsən tamam adətini.  
Əhli-islamə sərzənişdir işin,  
Dönmüsən şahmarə, nişdir işin.  
Ari, ari, cənab peyğəmbər  
Bu hədisi veribdi xəlqə xəbər- 
Ki: "Gəlir bir zamani-tulü təvil  
Əhli-islara olulla xarü zəlil,  
Tutar ol vəqt küfr dünyanı,  
Xar edər çərx əhli -iymanı.  
Nə ki cühhal, bəlka alimlər  
Dinimi, sərimi bəyənməzlər".  
Sədəqə, səddəqə rəsulüllah.  
Bu haman əsrdir bil, ey gürarah!  
Sən təki şəxslər arayə düşüb,  
Xatirin özgə müddəayə düşüb. 
  
  
  


                                            
186 
İndi ki, var məhəbbətin küfrə,  
Sən də onlar kimi döşə süfrə.  
Sən də gey çəkmə, başuva qoy saç,  
Salgilən rəğbət ilə boynuva xaç.  
Yerə çökmə, ayağun üstə...  
Yayda iç pivə, romu saxla qışa.  
Dəxi bundan sora yuma...  
Gərçi səhvən kəsiblə sünnətüvi.  
Eyləmə qüsl, getmə həmmamə,  
Başuva şapqa qoy, nə əmmamə.  
Hər urusə çatanda ver çasti:  
"Mayo paçtenye,-söylə-izrasti!"  
Məscidə getmə, gir kəlisayə,  
Söylə Allahın oğlu İsayə,  
Ləhmi-xınzirə etgilən adət,  
Bədənində ziyad olur şəhvət.  
Ruzənin olmasa sənə səməri,  
Saxla pəhriz yeddi həftələri.  
Ölüvün üstünə keşiş gətir,  
Yerdən ayini-xaçpərəslə götür.  
Eyləmə ayeyi-hicabə əməl,  
Sənə hasil ola "famən yəməl".  
Rusi öyrən ki, ey rəfi çənab,  
Verəsən Münkərü Nəgirə cavab.  
Maliki-ruzi-həşrü yövmi-nüşur,  
Səni etsin o qövm ilə məhşur.  
Ey edən ayinə özünü xitab,  
Nəm çəkib ayinəndəki simab,  
Filhəqiqət ki, baxdım, ayinəsən,  
Etdiyin fikri-bikrə səd əhsən!  
Leyk mirati-kəcnümasənmiş,  
Münkiri-surəti-səfasənmış!  
Bu səfər baxgilən bu şeri-növə- 
Ki, sənin əks saldı ayinövə.  
Dəxi minbəd böylə çox surət  
Salacaq onda əks bir müddət. 
  


                                            
187 
  
Ey özün ayinə sanan rüsva,  
Bunu da bil ki, səngdir şüəra;  
Ehtiyat eylə, ey günü qarə,  
Ayinə səngdən olur parə.  
Bilmirəm səndə bu nə halətdir,  
Şüərayə bu nə ədavətdir?  
Belə məlum olur ələzzahir- 
Ki, səni tərpədibdi bir şair.  
Seyyida, bəsdi, tul oldu kəlam,  
Xətm qıl, vəssəlam, vəl-ikram! 
 
 
 
 
 
 
 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə