SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

                                            
321 
  
Edibdir valideynin şad, qoymuş xeyrdə bir ad,  
Gətirmiş su o xoşbünyad, yarəb, bərqərar olsün! 
Gel, ey abi-bəqani zülmət içrə axtaran bülbül,  
Bu sudən iç ki, könlün şad, ömrün paydar olsun! 
Budur "eynən tüsəmma səlsəbilən", ey büləndəxtər!  
Gəlib bu sudən iç, abi-bəqa çeşmində tar olsun. 
İçib bu suyi hər kəs kim, Yezida eyləməz lənət, 
O məzluma səlam etməz, ona su zəhrimar olsun! 
Əla, ya Hacıya, dərya-nəvala, kani-əfzala,  
Sənə mövlayi-Qənbər hər iki aləmdə yar olsun! 
Keçən il eyddə bir lütf qıldın Seyyidi-zarə,  
Gərəkdir feyzüvün adabi-şükrü səd hezar olsun. 
Gərək hər ayda çatsın əhli-fəqrə feyzi-ehsanın,  
Nəinki mən kimi ildən-ilə ümmidvar olsun. 
Deyil haşa şikayət etdiyim, bunlar zərafətdir,  
Gərəkdir sözdə bir cüzi nəmək, ey tacidar, olsun. 
Bihəmdilləh, deyilsən özgələr tək, əhli-danişsən,  
Tanırsan qəlb ilə ol nəqdi kim, kamil-əyar olsun. 
Səvad ilə deyildir adəmin hər işdə təşxisi,  
Deyil adəm hər ol bir kəs ki, qəsri zərnigar olsun. 
Xəzü səncab ilə fəxr eyləyən kəs xeyli heyvandır,  
Gərəkdir zinəti-insan elm olsun, nisar olsun. 
Nə ol elmi ki, vardır məndə, bir də qəlbi-şeytanda.  
Gərəkdir elm olan kəsdə əməl həm paydar olsun. 
Əgər bir kimsədə elmü əməl olsa səxavətsiz,  
İnanma cənnətə daxil onun tək xərsüvar olsun. 
   


                                            
322 
Bular tovəm təvəllüd eyləyiblər, üç bəradərdir,  
Gərəkdir hər birinə hər üçü hər işdə yar olsun. 
Sepayə bir ayağı sınsa, diki saxlamaz möhkəm,  
Gərəkdir üç ayağ ilə sepayə bərqərar olsun. 
Dəlail çox bu mənayə, vəli meydanda vüsət yox,  
Yetir əncamə, itmamə gərəkdir ixtisar olsun. 
Yetər Hacı Əhəddən xələtü ənamü ehsanin,  
Xəlifə malıdır Bağdad içində hər nə var olsun. 
Nə gün səndən kəsibdir abi-lütfu feyzü ikramın,  
Qərəz ki, şəxsi-şairsən sənə bu şivə ar olsun. 
Əgər dünyaları qoysa sənin anbaruva dolmaz,  
Gərəkdir bu mətaə özgə kəs anbardar olsun. 
Çəhənnəmsən, sənə "həl imtələtə" söyləsə xaliq,  
Sənin "həl min məzid" itə cavabın aşikar olsun. 
Sənə hər il nə qədri pulü xələt çatdı ağadən,  
Sənin bir görmədim fəsli-xazanın novbahar olsun. 
Nə bir əynündə faxir camə, nə kisəndə simü zər,  
Nə bir şamında şamın, nə naharında nahar olsun. 
Hər ol bir şəxsi ac istər xuda, dönməz tənəümdən,  
Gərəkdir kim, həmişə xarü zarü xaksar olsun. 
Tutaq Haçı Əhəd qıldı bu il də on manat ehsan,  
Get özgə kar tap, bundan sənə hasil nə kar olsun?! 
Bu gunə şair olmaqdan sənə culablıq xoşdur,  
Nə şer olsun cahanda, həm nə şairlik şüar olsun. 
Nəsici-ənkəbut əfzəldir indi şeri-şairdən,  
Mətai-fəzlə müşgüldür ki, minbəd etibar olsun. 
   
  


                                            
323 
Şəhi-Səlçuqlərdən sonra getdi rövnəqi şerin,  
Baxan yoxdur dəxi gər şer düri-şahvar olsun. 
Qənaət qafını ənqayi-məğrib tək nişimən qıl,  
Nə lazımdır hüma manəndi-kərkəs cifəxar olsun! 
Çəkil bir ğarə, çək ağuşə bir yari-güləndamı,  
Sənə bəsdir cahanda gər belə bir yarü ğar olsun. 
İlahi, fazili-Şirvan ilə Hacı Əhəd daim,  
Cahanda kamranü kambəxşü kamkar olsun! 
  


                                            
324 
HACI ƏHƏD MÜTƏLLİBZADƏYƏ 
Qəsidə 
Novbahar oldu, könül, dəhri tutub zövqü səfa,  
Geymisən Kəbə kimi sən nə üçün böylə qəra? 
Başinə qönçə qoyub bərgi-zümürrüddən tac,  
Əyninə lalə geyib izzət ilə sürx qəba. 
Xəlvəti-xasi-Züleyxadı məgər səhni-çəmən- 
Ki, gülün xari-cəfa pirəhənin qıldı qəba? 
Tök mürəsse qədəhə badeyi-xurşidvəşi,  
Aftab etdi Həməl bürcünü, saqi, məva. 
Həmələ gəldi bu gün ahuyi-zərrmi-fələk,  
Etdi biçunü çəra gör ki, bu mərtədə çəra. 
Həft sin içrə bu əsnadə səmək lazimədir,  
Hutdən çünki olur Yunisi-xurşid rəha. 
Aləmi-pir bu gün oldu cavan, ey saqi,  
Əyləşib eyşü nişat etməyə pirü bürna. 
Bülbül izhar qılıb həncəreyi-Davudi- 
Ki, salıb şur ilə bu çərx həsarinə nəva. 
Zağ edib tərk Əbülçəp kimi ahəngi-çəpi,  
Rast sərv üzrə çıxıb qümri olub nəğməsəra. 
Oxuyur ləhni-Hicaz ilə pərəstu nəğəmat,  
Eyləyir-ləhni-hüdi hüdhüdi-gülzari-Səba. 


                                            
325 
Ruzi-novruz edib dəkkeyi-əttar güşad,  
Aləmə ətr verir ləxləxeyi-badi-səba. 
Bülbüli-zar gülün hüsnünə qalmış heyran,  
Həq təcəllasına məbhut qalan tək Musa. 
Gül açıb çöhrəsini arizi-İshaq kimi.  
Saçılır hər tərəfə nəfxeyi-müşki-sara. 
Ərzi-Babildi çəmən, bülbüli-bidil Yəqub,  
Laləvü gül biri Rahil və biridir Ləyya. 
Lalənin rəngi şəfəq kimi basıbdır sürxi,  
Ərzi-Əqdəsdə əyandır yenə xuni-Yəhya. 
Nəfəsi-İsəvi asar ilə badi-səhəri  
Edər əmvati-gülstanı bu günlər ehya. 
Səhni-gülşəndə olur cənnəti-mövud əyan,  
Aləmi-ricət olub dəhrdə hər yan peyda. 
Nəfxeyi-sürdü guya nəfəsi-badi-səhər,  
Nəfx olub surə bu gün, zində olubdur mövta. 
Qönçəyə müjdeyi-İshaqı verir ruhül-əmin- 
Ki, edər xəndə təəccüblə lisani-Sara. 
Bərqi-novruz töküb fəsli-zimistan qanın,  
Nəsbi-sultani-gülə bağdə oldu şura. 
Qış gedib gəldi bahar, oldu əyan vəcdi-sürur,  
Ey könül, şad olusan rəmz ilə olsan dana. 
Üqdeyi-rəsi-zənəbdən qutarıb mahi-münir,  
Şükr kim, rəfi-xüsuf oldu, verir dəhrə ziya. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə