Seyid Əzim Şirvani



Yüklə 136,89 Kb.
səhifə3/3
tarix31.12.2021
ölçüsü136,89 Kb.
#82338
1   2   3
Azerbaycan Dili ve Nitq Medeniyyeti

Mətbuatla Əlaqələri

Seyid Əzim Şirvaninin yaradıcılığında "Əkinçi"nin müstəsna rolu var. Bu mətbuat orqanının səhifələrində şairin 10-dan çox şeiri işıq üzü görmüşdü. Azərbaycan xalqının həyatında "Əkinçi"nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi.



"Əkinçi"yə həsr etdiyi şeir nümunələrindən aydın görünür ki, Şirvani dövrünün bir çox ziyalıları kimi mətbuatın imkanlarını çox gözəl dəyərləndirir, xalqın tərəqqisi və inkişafında mühüm vasitə olduğunu duyurdu. O, "Qəzet nədir" şeirində "Əkinçi"nin məramı, məqsəd və vəzifələrini nəzmlə oxuculara çatdırırdı. Həsən bəyin özünün təbirincə desək, Şirvani "Əkinçi"nin səsinə səs verərək maarifi təbliğ etməklə kifayətlənmir, yeni tipli məktəblərin açılmasını alqışlayırdı. Aqilin cahildən yüksək tutulmasını maarifçiliyin əsas prinsipi hesab edən Şirvani öz oğlunu Şamaxıda açılan yeni tipli məktəbə qoymuşdu. Oğluna nəsihət məzmununda yazdığı şeiri "Əkinçi"yə göndərən Şirvaninin bu əsəri redaksiya qeydi ilə çap olunmuşdu.
Yüklə 136,89 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə