Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə34/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   30   31   32   33   34   35   36   37   ...   43
İmam Əlinin fəzilətləri

İyirmi dördüncü fəzilət: Həzrətin ölüləri diriltməsi və xəstələrə şəfa verməsi barəsində etdiyi dualar qəbul olundu. Məsələn: 1- Babil1 ərazisində çürümüş kəllənin dirilməsi və Həzrət ilə danışması. Orada bir məscid tikdilər. Məscid «Cümcümə» (yeni kəllə) adı ilə şəhrət tapdı. Həmin məscidin əsərləri indi də Hillə ərazisində «Rəddi-Şəms» məscidinin yaxınlığında qalıbdır. Mən «Hidayətüz-zahirin» kitabında hər iki məscid barəsində məlumat vermişəm.
2 - Sam ibn Nuhu diriltməsi;
3 - Əshabi-Kəhfi diriltməsi; Bəsat hədisində bu hadisə yazılıbdır. Əmirəl-möminin (ə) öz sahabələrindən bir neçəsini hava ilə «Əshabi-Kəhf» mağarasının yanına apardı. Sahabə Əshabi-Kəhf salam verdilər, amma cavab eşitmədilər. Onlar (Əshabi-Kəhf) Əli (ə)-dan başqası ilə danışmadılar.
4 - Rəvayət olnumuşdur ki, Peyğəmbər (s) xəstə idi. Əmirəl-möminin (ə) Həzrətin iyadətinə gəldi. Həzrət öz əlini Peyğəmbərin (s) mübarək sinəsinə qoyub dedi:

يا اُمُّ مِلدَم أُخرُجِى عَن رَسُولِ اللهِ


«Ey qızdırma! Allahın Rəsulunun bədənindən çıx!»
Elə həmin an qızdırma Peyğəmbərin (s) bədənindən çıxdı, Həzrəti Rəsul qalxıb oturdu.
5 - Həzrət Siffeyin döyüşündə Hişam ibn Ədiyy Həmadaninin kəsilmiş əlini birləşdirib sağaltdı.
6 - Həzrət öz aşiqlərindən biri olan zənci kişinin kəsilmiş əlini birləşdirib sağaltdı (Onun əli oğurluğ etdiyi üçün, Əli (ə)-ın əmri ilə kəsilmişdi).2
İyirmi beşinci fəzilət: Həzrətin bir necə nəfərin haqqında etdiyi nifrinin qəbul olmasıdır. Həzrət, Bəsir ibn Ərtatın haqqında nifrin etdi ki, ağlını itirsin. Bəsir dəli oldu. O, həmişə bir qılınc istəyirdi. Ağacdan düzəlmiş bir qılınc və bir mütəkkəni ona verdilər. O, qılınc ilə mütəkkəyə o qədər vururdu ki, nəhayət yıxılıb özündən gedirdi. Bəsir cəhənnəmə vasil olana qədər bu halda idi.
Həzrət, Təlhə və Zübeyr haqqında nifrin etdi ki, pis və zillət içində ölsünlər. Əmr ibn Cərmuz, Zübeyri Bəsrənin yaxınlığındakı «Vadiyyüs-Siba»-da yatdığı yerdə öldürüb cəsədini torpağa basdırdı. Təlhəni isə Mərvan ibn Həkəm Cəməl döyüşündə ox ilə vurdu. Ox onun damarını qırdı. Səhrada gızmar günəş altında qan yavaş-yavaş Təlhənin bədənindən, axıb onu həlak etdi. Təlhə özü deyirdi: Qüreyş tayfasında heç bir kişinin qanı mənim qanım kimi hədər olmadı.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə