Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«And olsun Allaha, sənə verməyə heç nəyim yoxdur. Ancaq gərək əmindən



Yüklə 0,52 Mb.
səhifə37/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   33   34   35   36   37   38   39   40   ...   43
İmam Əlinin fəzilətləri

«And olsun Allaha, sənə verməyə heç nəyim yoxdur. Ancaq gərək əmindən4 istəyəsən oğurluq edib sənə versin. Bu da heç vaxt mümkün olan şey deyil».
Otuzuncu fəzilət: O Həzrət Kəbədə, Allahın evində dünyaya göz açdı. Həzrət Əli (ə) Peyğəmbərin (s) təvəllüdündən 30 il keçəndən sonra, rəcəb ayının 13-də cümə günündə dünyaya gəldi. Bu fəzilətə yalnız Həzrət malikdir.
Məkkənin ən şərəfli yeri hərəmdir. Hərəmin ən şərəfli yeri məsciddir. Məscidin ən şərəfli məkanı Kəbədir. Bu şərəfli məkanda Əli (ə)-dan başqa heç kim dünyaya gəlməmişdir.

ON ÜÇÜNCÜ FƏSİL

Ən şərəfətli nəsil, təvvəllüd, övlad və qohumluq (kürəkən olmaq) hamısı Əli (ə)-ın vücudunda cəm olmuşdur və heç kim Onun dərəcəsinə yetişməyibdir. Çünki, Həzrət özü Haşimidir1 və iki Haşimidən (Əbu Talib və Fətimə binti Əsəd) dünyaya gəlibdir. Kəbədə dünyaya gəlibdir. Atası Əbu Talib, Məkkənin və Qüreyş tayfasının rəisi idi. Əbu Talib Peyğəmbəri (s) uşaqlıq dövründən öhdəsinə götürmüşdü və onu öz evində saxlayırdı. Peyğəmbəri (s) müşrik və kafirlərin şərrindən qorudu. Əbu Talibin yaşadığı dövürdə, Həzrət Rəsulun (s) hicrətə ehtiyacı olmadı. Əbu Talib dünyadan gedəndən sonra, Peyğəmbər (s) köməksiz, himayəsiz qalıb Məkkədən Mədinəyə hicrət etdi.


Əli (ə)-ın anası Fatimə, Əsədin qızı idi. Əsəd isə Haşim ibn Əbdi Mənafın oğlu idi. Fatimə binti Əsəd Peyğəmbərə ana kimi baxırdı və onun Peyğəmbərə (s) etdiyi xidmətlər məlumdur. Fatimə binti Əsəd Peyğəmbər (s) ilk dəfə iman gətirənlərdəndir. O, Mədinəyə hicrət etdi.
Fatimə dünyadan gedən zaman Həzrət Rəsul (s) onu öz köynəyi ilə kəfənlədi. Sonra Fatiməni dəf etməmişdən qabaq onun qəbrinə girib yatdı ki, qəbir əzabından amanda qalsın. Peyğəmbəri (s) ona oğlu Əli (ə)-ın imamət və vilayətini bəşarət verdi.
Əli (ə)-ın əmisi oğlu Allahın Rəsulun, Peyğəmbərin sonuncusu Həzrət Mühəmməd ibn Abdullahdır (s).
Əli (ə)-ın qardaşı Zülcinaheyn2 Cəfəri Təyyardır. Əmisi şəhidlərin ağası Həmzədir. Əli (ə)-ın ata-babaları Peyğəmbər (s)-in ata-babası, ana və nənəsi Peyğəmbər (s)-in ana və nənəsidir. Onun əti, qanı, Peyğəmbər (s)-in ətinə və qanına qarışıb, ruhunun nuru Həzrət Rəsulun (s) nuruna bağlıdır. Adəm yaranmamışdan qabaq Əbdülmüttəlibin sülbünə qədər onların nuru bir idi. Əbdülmüttəlibin sülbündən sonra Abdüllahın və Əbu Talibin sülbündə bir-birlərindən ayrıldılar. Adəmin iki ağası bir-birindən ayrılandan sonra yenidən bir-birinə qovuşdular. Birincisi (Peyğəmbər (s)) münzir, ikincis Əli (ə)) hidayət edəndir.
Münzir və Hadi «Rəd» surəsinin 7-ci ayəsinin məzmununa işarədir. Allah-Təala İslam Peyğəmbərinə buyurur:

إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə