Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

  
 
 
 
 
 
 
 
dövrümüzə  qədər  gəlib  çatan  maddi-mədəniyyət  abidələri, 
yazılı sənədlər öz əksini tarixi mənbələrdə tapır. Ölkəşünaslıq 
mövzusu bu yönümdə əvəzolunmazdır.  Bu baxımdan rayon 
və  kənd  məktəb  kitabxanalarında  yeni  nəsil  vətənpərvərlik, 
milli  qürur  hissinin  daha  da  yüksəldilməsi  xüsusilə 
əhəmiyyətə malikdir. Ölkəşünaslıq  materiallarının yazılması, 
nəşr edilməsi faydalı iş olmaqla bərabər həm də tədqiqatçılıq 
xarakteri  daşıyır.  Belə  bir  iş  nəinki  oxucularda  təlim-tərbiyə 
işinin  keyfiyyətini  yüksəldir, eyni  zamanda kitabxanaçıların, 
müəllimlərin və s. ideya-siyasi və elmi nəzəri səviyyəsini və 
biliklərini  artırır.  Ölkəşünaslıq  materiallarının  məktəb  kitab-
xanalarında  təbliği  deyərkən  Azərbaycan  Respublikasının 
iqtisadi-coğrafi  rayon-laşdırılmasında,  əhali  və  onun  bölüş-
dürülməsi,  sənayesi,  kənd  təsərrüfatı  və  onun  struktur 
xüsusiyyətləri,  nəqliyyatı  və  xidmət  sahələri,  inzibati  ərazi 
bölgüsü  və  tarixi  əsas  götürülür.  Bütün  bu  saydıqlarımıza 
əlavə  olaraq  öyrənilən  ərazinin  kartoqrafik  və  topoqrafik 
təsvirləri,  öyrənilən  əraziyə  aid  müxtəlif  cədvəl,  sxem  və 
diaqramlar,  ərazinin  müxtəlif  sahələrini  əks  etdirən 
fotoşəkillər,  doğma  diyarı  vəsf  edən  şeirlərdən  və  s.  istifadə 
oluna  bilər.  Ölkəşünaslıq  materiallarının  təbliğində  elektron 
resursların  tətbiqi  də  vacib  məsələlərdən  biridir.  Bu  oxucu-
larda  mənimsəmə  və  qavrayışı  asanlaşdırır,  əyaniliyi  təmin 
edir,  oxuduqlarının  yaddaşda  daha  yaxşı  qalmasına  şərait 
yaradır,  oxucular  ölkəşünaslıqla  bağlı  daha  ətraflı  bilik  və 
məlumatlar əldə  edir.  Bu fəaliyyətin səmərəli nəticə  verməsi 
üçün  kitabxananın  saytında  ölkənin  tarixinə  və  mədəniy-
yətinə  aid  tarixi-ölkəşünaslıq  sənəd  (məlumat)  bazasının 
yaradılması  vacibdir.  Elektron  resurslar  operativ  texniki 
informasiya  vasitəsi  kimi  oxucuları  özünə  cəlb  edir,  onların 
doğma  yurda  olan  məhəbbətini  artırır.  Ölkəşünaslığa  aid 
materialları  kompüterə  daxil  edilərkən  yazı  və  görüntü 
materialları  bir-birini  elə  tamamlamalıdır  ki,  vəhdət  təşkil 


  
 
 
 
 
 
 
 
etsin.  Ölkəşünaslıq  coğrafiyanın  tərkib  hissəsi  sayılmaqla 
eyni zamanda yerli elmi-kütləvi informasiya xarakteri daşıyır. 
Yəni  şagirdlərin  öz  yaşadıqları  ərazi  üzrə görə  bilmədiyi  (və 
ya  eşitmədiyi)  coğrafi  obyektlər  ekrana  gətirilir  və  bu  da 
nəticə  etibarilə,  oxucu  ruhuna,  dünyagörüşünə  və  ən  əsası 
yaddaşına  birbaşa  təsir  edir.  Ölkəşünaslıq  materiallarının 
işlənib  hazırlanması  başqa  mövzulardan  tam  fərqli  olaraq 
sərbəst  yanaşılan  bir  mövzudur.  Oxucularda  vətənpərvərlik 
hisslərinin aşılanmasında, milli-mənəvi dəyərlərimizin qorun-
masında  mətbuat  məqalələrinin  imkanlarını  daha  yaxşı  real-
laşdırmaq  üçün  ədəbiyyatı  və  dövri  mətbuat  məqalələrinin 
təbliğat  işini  daim  yaxşılaşdırmaq, onların  hər bir  şagirdə  ən 
asan  yolla  çatmasına  kömək  etmək  lazımdır.  Belə  material-
ların hazırlanması kitabxanaya gələn şagirdlərin kitabı, dövrü 
mətbuatı  mənimsəmə  keyfiyyətini  artıran  cəhətlərdəndir. 
Digər  tərəfdən  sual-cavab  və  müzakirələr  əsnasında  oxucu-
lara  sərbəstlik  verilməlidir  ki,  onların  doğma  yurdla  bağlı 
fikir, təklif və rəyləri üzə çıxsın. Bu da nəticə etibarilə ölkə-
şünaslıq materiallarının zənginləşməsinə xidmət etmiş olur.  
Kitabxanaçılar  bu  məqsədlə  kitabxanada  “Adət  və 
ənənələr  mənəvi  əxlaqi  dəyərlər”  adlı  tematik  (mövzu) 
gecələr, ölkəşünaslıq mövzusunda sərgilər, təşkil edə bilərlər. 
Adətən  belə  gecələr  kiçik  məruzə  və  mühazirə  ilə  başlayır  . 
Gecə,  tədbirdə  iştirak  edən  ziyalı  fəalların  çıxışları  ilə  başa 
çatır.  Tədbir  keçirilən  bina  gecənin  əsas  mövzusunu  əks 
etdirən  xüsusi  şüarlar,  plakatlar,  fotomontajlar  ilə  bəzədilir. 
Fotomontaj fotoşəklin lazımlı hissəsini kəsib başqa şəkillərlə 
əlaqələndirmək imkanı verir. Fotomontaj hər hansı şəklin ilk 
variantı  ilə  sonrakı  variantı  arasında  müqayisə  aparmağa 
imkan yaradır. Çox vaxt gecələr üçün sərgilər, kitab vitrinləri 
hazırlayır,  məsləhət  görülən  ədəbiyyatın  siyahısını  asırlar. 
Tematik  gecə  milli  dəyərlərin  təbliği  mövzusunda  təşkil 


  
 
 
 
 
 
 
 
edilmiş  sənədli,  elmi-kütləvi,  bədii  filmlərin  göstərilməsi  ilə 
və ya bədii özfəaliyyət dərnəklərinin konserti ilə başa çatır.  
Məktəbdə diyarşünaslıq - müəyyən ərazinin uzaq və yaxın 
keçmişinin  şagirdlər  tərəfindən  öyrənilməsi  kitabxanaçı  və 
tarix  müəlliminin  rəhbərliyi  ilə  həyata  keçirilir.  “Doğma 
diyar”  adlandırılan  ərazi  həmişə  eyni  cür  lokallaşdırılmır; 
bəzi  hallarda  o  kənd  və  ya  şəhər  hüdudları  ilə  məhdud-
laşdırılır,  digər  hallarda  rayonun  inzibati  sərhədləri,  üçüncü 
isə  sahənin  və  ya  muxtar  respublikanın  miqyası  kimi. 
Aparılan müşahidələr göstərir ki, hazırda respublikanın bütün 
rayonlarında  tarix-diyarşünaslıq  muzeyləri  yaradılıb  və 
fəaliyyət  göstərir.  Həmin    muzeylərdə  rayonun  coğrafi 
mövqeyi,  təbiəti,  təbii  ehtiyatları,  istehsal  sahələri,  tarixi, 
əhalisi,  ərazinin  tanınmış  şəxsiyyətləri  haqqında  zəngin 
materiallar  yer  alır.  Tarix  –diyarşünaslıq  muzeylərində 
müxtəlif xəritələr, rəsm əsərləri, tanınmış adamların xatirə və 
memuarları, yerli tarixi abidələrin şəkilləri və onlar haqqında 
məlumatlar,  eləcə  də  təbiət  abidələri  haqqında  məlumatlara 
xüsusi guşələr ayrılır. Təcrübə göstərir ki, tarix-diyarşünaslıq 
muzeylərinə  ekskursiyaların  təşkili  məktəblilərin  şəxsiyyət 
kimi  hərtərəfli  inkişafına,  eləcə  də  onların  gələcəkdə  peşə 
seçmələrinə,  elmi  dünyagörüşlərinin  formalaşmasına,  elmi 
biliklərin dərindən öyrənilməsinə təkan verir. 
Diyarşünaslığa  dair  biliklərin  əsası  əslində  ibtidai 
siniflərdən  qoyulur.  Tədris  ilinin  birinci  yarısından  şagirdlər 
yaşadıqları  ərazinin  bitkiləri,  heyvanlar    aləmi,    təbiəti  və 
iqlimi  ilə  tanış  olurlar.  Nəticədə  təbiəti  müşahidə  etməklə 
onlar öz ölkəsinin xəritəsində digər rayonlarla öz rayonlarının 
təbiətini,  təbii  sərvətlərini  və  əmək  ehtiyatlarının  aydın 
mənzərəsini müqayisə edə bilirlər.  
Yuxarı  sinif  şagirdlərinin  tarix-diyarşünaslıq  muzeylərinə 
ekskursiyaları şagirdlərin elmi dünyagörüşünü  artırır. Tarix, 
insan və cəmiyyət fənlərinin elmiliyini, eləcə də tərbiyəvi tə-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə