Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   21   22   23   24   25   26   27   28   29

  
 
 
 
 
 
 
 
kontekstində  səbəb  və  nəticələri,  tarixi  hadisələrin  xronoloji 
ardıcıllığı  ilə  öyrənilməli  və  öyrədilməlidir.  20  Yanvar 
faciəsinə  aparan  yola  nəzər  yetirmək  bizim  üçün  son  dərəcə 
əhəmiyyət  kəsb  edən  yaxın  tariximizin,  deməli  həm  də  bu 
günümüzün  ictimai-siyasi  hadisələrini  obyektiv  qiymətlən-
dirmək üçün lazımdır. 
      20 Yanvar müqəddəs “ŞƏHİD” kəlməsini  yenidən bütün 
tarixi  məzmunu  ilə dilimizdə canlandırdı.  Əsrin  əvvəllərində 
milli  mənliyimiz  və  müstəqilliyimiz  uğrunda  şəhid  olanların 
basdırıldığı yer Sovet dövründə Dağüstü park adı ilə əyləncə 
yerinə  cevrilərək  xalqın  yaddaşından  silinmişdi.  İndi  isə 
müstəqillyimiz, torpaqlarımızın azadlığı  uğrunda  canını fəda 
edən  oğulların  dəfn  olunduğu  bu  yer  yenidən  xalqın 
ziyarətgahına  çevrilib.  “Şəhidlər  xiyabanı”  –  dünənimizi  bu 
günlə,  bu  günümüzü  sabahla  birləşdirən,  xalqın  birliyinin, 
iradəsinin  və  qətiyyətinin  nümayiş  olunduğu  müqəddəs  bir 
məkandır. 
           
                   
                     
XOCALI     FACİƏSİ 
                                            
 
1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  XX  əsrin  ən 
böyük  faciəsi  –  Xocalı  qırğını  baş  verdi.  Yüzlərlə  insan  al 
qanına  qəltan  edilib  qətlə  yetirildi.  Düşmən  kini,  küdurəti 
içinə  yığıb  kimsəyə  aman  vermədi.  Kafir  erməni  həmin  o 
dəhşətli  gecədə  ağbirçək    anaya,  ağsaqqal  qocaya,  südəmər 
körpəyə  də  güllə  atdı.  Düşmən  amansız  idi  və  xislətindəki 
bütün  insani  hissləri  kənara  qoyub  quduz  canavara 
dönmüşdü.  O,  türk  qanına  həris  idi  və  bu  qandan  içdikcə 
hiddətlənir,  ehtiraslı  bir  qüvvə  ilə  köməksiz  ovunun  üstünə 
atılır,  insafın,  mərhəmətin  nə  olduğunu  bilmirdi.  Onun 
qəlbində  yalnız  bir  “istək”  alovlanırdı:  türk  qanı  içmək! 
Bacardıqca  çox  içmək!  Onun  ulu  babaları  da  həmişə  belə 
etmişdi  –  türk  qanı  içmək  həsrətiylə  yaşamışdılar.  İndi  o 
məkrli  babaların  kinli  övladları  bu  istəyi  həyata  keçirirdilər. 
İnsanlıq  adına  yazılmayan  bütün  vəhşilikləri  köməksiz 


  
 
 
 
 
 
 
 
insanların  taleyinə  qanlı  güllələrlə  həkk  edirdilər.  Körpə 
naləsindən,  ağbirçək  ana  yalvarışlarından  daha  da  “ruhlanır-
dılar”. Ermənilər doğrudanmı kafirlik edirdilər o gecə?  Allah 
xofundan  ehtiyat  etmirdilərmi?  Bir  də  kafirdə  hansı  insani 
hiss, düşüncə olur ki, Allah adından da ehtiyatlansın. 
                                                               
XOCALI  SOYQIRIMI  QURBANLARININ  XATİRƏSİNƏ 
SÜKUT   DƏQİQƏSİ   ELAN  EDİLMƏSİ  HAQQINDA 
AZƏRBAYCAN  RESPUBLİKASI  PREZİDENTİNİN 
SƏRƏNCAMI 
                               
1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri 
Azərbaycan  xalqına  qarşı  misli  görunməmiş  Xocalı 
soyqırımını  törətmişlər.  Bu  kütləvi  və  amansız  qırğın  aktı 
erməni  qəsbkarlarının  Azərbaycanın  dövlət  müstəqilliyini, 
ərazi  bütövlüyünü  hədəf  almış  məqsədyönlü  irticaçı 
siyasətinin  növbəti  qanlı  səhifəsi  olmaqla,  təkcə  Azərbaycan 
xalqına  deyil,  bütün  insanlığa  qarşı  cinayətdir  və  bəşər 
tarixində qara ləkə kimi qalacaqdır. 
Xocalı  soyqırımı  qurbanlarının  xatirəsini  yad  etmək 
məqsədilə qərara alıram: 
Hər  il  fevral  ayının  26-sı  saat  17.00-da  Azərbaycan 
Respublikasının  ərazisində  Xocalı  soyqırımı  qurbanlarının 
xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilsin. 
                                                                       
            Azərbaycan Respublikasının Prezidenti  
                                                                                                       
Heydər  ƏLİYEV 
               Bakı şəhəri, 25 fevral 1997-ci il 
 
 
 
 


  
 
 
 
 
 
 
 
 
 
2  FEVRAL 
AZƏRBAYCAN   GƏNCLƏRİ   GÜNÜ 
 
1996-  cı  il  fevral  ayının  2-də  ümummilli  lider  Heydər 
Əliyevin  iştirakı  ilə  Azərbaycan  gənclərinin  birinci  forumu 
keçirilmişdir. 
1997-cı 
ilin 
fevral 
ayının 
1-də 
Azərbaycan 
Respublikasının Prezidenti  Azərbaycanda dövlət quruculuğu 
sahəsində  gənclərin  müstəsna  rolunu  və  1996-cı  il  2  fevral 
tarixində  müstəqil  Azərbaycan  Respublikası  gənclərinin 
birinci  forumunun  keçirilməsini  nəzərə  alaraq  “2  fevral  – 
Azərbaycan gəncləri günü” elan edilməsi haqqında sərəncam 
imzalamışdır. 
             
 
21 FEVRAL BEYNƏLXALQ ANA DILI GÜNÜDÜR 
 
21 Fevral  bütün  dünyada Beynəlxalq  Ana dili  günü qeyd 
olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin  noyabrında 
Banqladeş  səfirinin  təşəbbüsü  ilə  fevralın  21-ni  Beynəlxalq 
Ana  dili  günü  elan  edib.  Hadisənin  tarixi  isə  bir  qədər  də 
əvvələ  gedir.  21,  22  fevral  1952-ci  ildə  Pakistanda  benqal 
dilinin  qadağan  edilməsinə  etiraz  olaraq  keçirilən  aksiyada 
polis  və  silahlı  qüvvələrin  müdaxiləsi  nəticəsində  4  nəfər 
şəhid  olub.  Banqladeş  nümayəndələri  fevralın  21-ni  məhz 
həmin  şəhidlərin  xatirəsinə  ehtiram  əlaməti  kimi  Ana  dili 
günü adlandırılması haqqında müraciət ediblər.  YUNESKO-
nun  Baş  Konfransında  21  fevral  Beynəlxalq  Ana  dili  günü 
elan  olunub  və  üzv  ölkələrə  bildirilib  ki,  həmin  gün 
məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı 
tədbirlər, konfranslar, seminarlar keçirilsin. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə