Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
30
göstərilməsi və 1-ci maddəyə əsasən mütləq xarakter daşımaması faktı onları vacib qaydalar kimi təsnif
etməyə təsir göstərmir.
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən bu Konvensiya Avropa Şurası üzv dövlətlərinin
yurisdiksiyasında olan bütün şəxslərə şamil olunur. Avropa İnsan Hüquqları Məhkəməsi şəxslərin açıq sularda
onlar üzərində nəzarəti həyata keçirən dövlətlərin yurisdiksiyasına düşmələri barədə bir neçə işə baxmışdır.
47
İtaliyaya qarşı 2012-ci il tarixli işdə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Avropa torpaqlarına
düşməyə çalışan miqrantların hüquqlarını və bu cür hallarda dövlətlərin vəzifələrini müəyyən etmişdir.
Misal: Hirsi Camaanın və başqalarının İtaliyaya qarşı işində
48
iddiaçılar Maltaya aid axtarış və xilasetmə
zonasına yaxın açıq sularda italiyalı dəniz sərhədçiləri tərəfindən saxlanılmış sığınacaq axtaranlar və digər
şəxslər də daxil olmaqla təxminən 200 nəfərdən ibarət bir qrupun üzvləri idi. İtaliya ilə Liviya arasında
bağlanmış sazişə əsasən miqrantların hamısı Liviyaya qaytarılaraq sığınacaq üçün müraciət etmək
imkanından məhrum edilmişdir. Onların adları və vətəndaşlıqları ilə bağlı heç bir qeydlər aparılmamışdır.
Avropa İnsan Hüquqları Məhkəməsi Liviyadakı vəziyyətin hamıya yaxşı məlum olduğunu və bunu çoxsaylı
mənbələrdən asanlıqla yoxlamaq üçün imkanların mövcud olduğunu qeyd etmişdir. Bununla əlaqədar
olaraq, Məhkəmə hesab etmişdir ki, İtaliyanın müvafiq orqanları iddiaçıların qanunsuz miqrant qismində
Liviyaya geri qaytarılacaqları təqdirdə Avropa İnsan Hüquqları Konvensiyasına zidd rəftara məruz
qalacaqlarını və heç bir müdafiə ilə təmin olunmayacaqlarını bilirdi və ya bilməli idi. Eyni zamanda, həmin
orqanlar sonradan bu iddiaçıları onların Somali və Eritreya kimi mənşə ölkələrinə heç bir əsas olmadan geri
qaytarılma riskindən müdafiə etmək üçün kifayət qədər təminatların mövcud olmadığını bilirdi və ya
bilməli idi. İtaliya orqanları Liviyada hansısa sığınacaq prosedurlarının olmaması və Liviyanın dövlət
orqanlarını BMTQAK tərəfindən verilmiş qaçqın statusunu tanımasına məcbur etməyin mümkünsüz olması
məsələlərinə xüsusi diqqət yetirməli idi.
Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçıların Liviyada sığınacaq üçün müraciət etmək və ya bu ölkədə
sığınacaq sisteminin mövcud olmaması səbəbindən üzləşdikləri riskləri təsvir etmək imkanlarından
məhrum olmalarının İtaliyanı Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində nəzərdə tutulmuş
öhdəliklərdən azad etməməsi faktını bir daha təsdiq etmişdir. Bununla əlaqədar olaraq iddiaçıların Liviyaya
göndərilməsi nəticəsində məcburi geri qaytarılma riskinə məruz qalmaları səbəbindən Avropa İnsan
Hüquqları Konvensiyasının 3-cü maddəsi pozulmuşdur.
1.8.
Hüquqi müdafiə vasitələri
Hüquqi müdafiə vasitələrinə gəldikdə, fəsil 4 bu məsələni daha dərindən öyrənir, fəsil 6 isə hüquqi müdafiə
vasitələrini azadlıqdan məhrum etmə kontekstində nəzərdən keçirir.
Avropa İttifaqı qanunvericiliyinə əsasən bəzi hüquqi sənədlər, məsələn
Viza Məcəlləsi
(32(3) və 34(7)-ci
maddələr),
Şengen Sərhəd Məcəlləsi
(13-cü maddə) və
Sığınacaq prosedurları Direktivi
(46-cı maddə) spesifik
şikayətləri və hüquqi müdafiə vasitələrini nəzərdə tutur. Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının
47-ci maddəsi də əsas təminatları özündə əks etdirir. Avropa İttifaqı qanunvericiliyi ilə təmin olunan hüquq və
azadlıqların, o cümlədən, sözügedən Xartiyanın müddəalarının pozulmasından zərər çəkmələri bu və ya digər
dərəcədə ehtimal olunan bütün şəxslər əraziyə buraxılmamaqla və ya nəzərdə tutulmuş prosedurlardan
istifadə edə bilməməklə əlaqədar "səmərəli məhkəmə müdafiəsini" də nəzərdə tutan səmərəli hüquqi müdafiə
vasitələrindən istifadə etmək imkanlarını avtomatik olaraq əldə etməlidirlər.
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən ərazilərə buraxılma və ya prosedurlardan istifadə ilə əlaqədar
hüquqları Avropa İnsan Hüquqları Konvensiyası əsasında təmin olunan bütün şəxslər dövlət orqanları
qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Məsələn, Hirsi Camaanın və başqalarının İtaliyaya
47
Xhavaranın və
başqalarının İtaliyaya və
Albaniyaya,
(Xhavara and Others v. Italy and Albania)
, h
ə
mçinin Medvedevin v
ə
başqalarının
Fransaya qarşı
(Medvedyev and Others v. France)
[GC]
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 39473/98 v
ə
3394/03
saylı, 11 yanvar 2001
-ci il v
ə
29 mart 2010-
cu il tarixli işlə
ri.
48
Hirsi Camaanın və
başqalarınınİtaliyaya qarşı
(Hirsi Jamaa and Others v. Italy)
[GC]
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 27765/09
saylı, 23 fevral 2012
-
ci il tarixli işi.
31
qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi miqrantlara qarşı görülmüş tədbirləri məhkəmə yolu ilə
mübahisə etmək imkanından məhrum edilərək Liviyaya geri qaytarıldığından onların bu cür vasitələrdən
istifadə edə bilmədiklərini müəyyən etmişdir.
Əlavə presedentlər və ədəbiyyat
Əlavə presedentlərlə tanış olmaq üçün zəhmət olmasa bu vəsaitin 174-ci səhifəsində verilmiş təlimatlara
diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki
"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür.
Əsas məqamlar
Dövlətlər əcnəbilərin onların ərazisinə buraxılmasına icazə verməmək hüququna malik olsalar da Avropa
İttifaqı qanunvericiliyinə, Avropa İnsan Hüquqları Konvensiyasına və insan hüquqları ilə bağlı tətbiq
olunan təminatlara hörmətlə yanaşmalıdırlar (bu fəslin "Giriş" bölməsinə baxın).
Qısamüddətli vizaların rəsmiləşdirilməsi ilə əlaqədar Avropa İttifaqı qanunvericiliyi Avropa İttifaqının üzv
dövlətləri üçün ümumi qaydalar müəyyən edir (Bölmə 1.1-ə baxın).
Konkret olaraq dənizdə sərhəd nəzarəti və mühafizəsi tədbirlərinin (Bölmə 1.7-ə baxın) həyata
keçirilməsi ilə əlaqədar Avropa İttifaqı qanunvericiliyi müvafiq təminatları özündə əks etdirir (Bölmə 1.4-
ə baxın).
Avropa İttifaqı, xüsusən də Şengen qanunvericiliyi insanların razılaşdırılmış ərazilər daxilində sərhəd
nəzarəti olmadan sərbəst hərəkət etmələrinə imkan verir (Bölmə 1.1-ə baxın).
Avropa İttifaqı qanunvericiliyinə əsasən Şengen zonasının üzvü olan bir dövlət tərəfindən tətbiq olunan
qadağa əlaqədar şəxsin bütün Şengen zonasına daxil olmasına rədd cavabının verilməsi ilə nəticələnə
bilər (Bölmə 1.3-ə baxın).
Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası sığınacaq hüququnun təmin olunmasını və geri
qaytarılmanın qadağan olunmasını nəzərdə tutur. Şəxsin Avropa İttifaqı sərhədlərinə gəldiyi andan
Avropa İttifaqı sığınacaq qanunvericiliyinin tətbiqinə başlanılır (Bölmə 1.6-a baxın).
Bir sıra hallarda Avropa İnsan Hüquqları Konvensiyası dövlətin miqrantı öz sərhədində saxlamaq və ya
sərhəddən geri qaytarmaq hüququ ilə əlaqədar müəyyən məhdudiyyətlər nəzərdə tutur (bu fəslin
"Giriş" bölməsinə və bölmə 1.5 və 1.6-a baxın). Avropa İnsan Hüquqları Konvensiyasının ehtimal olunan
pozulma halları səbəbindən dövlətdən onun müvafiq orqanı qarşısında hüquqi müdafiə vasitələrini
təmin etmək tələb oluna bilər (Bölmə 1.7 və 1.8-ə baxın).
Dostları ilə paylaş: |