Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə17/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   13   14   15   16   17   18   19   20   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
30
 
göstərilməsi və 1-ci maddəyə əsasən mütləq xarakter daşımaması faktı onları vacib qaydalar  kimi təsnif 
etməyə təsir göstərmir. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  bu  Konvensiya  Avropa  Şurası  üzv  dövlətlərinin 
yurisdiksiyasında olan bütün şəxslərə şamil olunur. Avropa İnsan Hüquqları Məhkəməsi şəxslərin açıq sularda 
onlar üzərində nəzarəti həyata keçirən dövlətlərin yurisdiksiyasına düşmələri barədə bir neçə işə baxmışdır.
47
 
İtaliyaya qarşı 2012-ci il tarixli işdə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Avropa torpaqlarına 
düşməyə çalışan miqrantların hüquqlarını və bu cür hallarda dövlətlərin vəzifələrini müəyyən etmişdir. 
 
Misal:  Hirsi Camaanın və  başqalarının İtaliyaya qarşı işində
48
  iddiaçılar Maltaya aid axtarış və  xilasetmə 
zonasına yaxın açıq sularda italiyalı dəniz sərhədçiləri tərəfindən saxlanılmış sığınacaq axtaranlar və digər 
şəxslər  də  daxil  olmaqla  təxminən  200  nəfərdən  ibarət  bir  qrupun  üzvləri  idi.  İtaliya  ilə  Liviya  arasında 
bağlanmış  sazişə  əsasən  miqrantların  hamısı  Liviyaya  qaytarılaraq  sığınacaq  üçün  müraciət  etmək 
imkanından məhrum edilmişdir. Onların adları və vətəndaşlıqları ilə bağlı heç bir qeydlər aparılmamışdır. 
Avropa İnsan Hüquqları Məhkəməsi Liviyadakı vəziyyətin hamıya yaxşı məlum olduğunu və bunu çoxsaylı 
mənbələrdən  asanlıqla  yoxlamaq  üçün  imkanların  mövcud  olduğunu  qeyd  etmişdir.  Bununla  əlaqədar 
olaraq, Məhkəmə hesab etmişdir ki, İtaliyanın müvafiq orqanları iddiaçıların qanunsuz miqrant qismində 
Liviyaya  geri  qaytarılacaqları  təqdirdə  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  zidd  rəftara  məruz 
qalacaqlarını və heç bir müdafiə ilə təmin olunmayacaqlarını bilirdi və ya bilməli idi. Eyni zamanda, həmin 
orqanlar sonradan bu iddiaçıları onların Somali və Eritreya kimi mənşə ölkələrinə heç bir əsas olmadan geri 
qaytarılma  riskindən  müdafiə  etmək  üçün  kifayət  qədər  təminatların  mövcud  olmadığını  bilirdi  və  ya 
bilməli  idi.  İtaliya  orqanları  Liviyada  hansısa  sığınacaq  prosedurlarının  olmaması  və  Liviyanın  dövlət 
orqanlarını BMTQAK tərəfindən verilmiş qaçqın statusunu tanımasına məcbur etməyin mümkünsüz olması 
məsələlərinə xüsusi diqqət yetirməli idi. 
 
Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçıların Liviyada sığınacaq üçün müraciət etmək və ya bu ölkədə 
sığınacaq  sisteminin  mövcud  olmaması  səbəbindən  üzləşdikləri  riskləri  təsvir  etmək  imkanlarından 
məhrum olmalarının İtaliyanı Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsində nəzərdə tutulmuş 
öhdəliklərdən azad etməməsi faktını bir daha təsdiq etmişdir. Bununla əlaqədar olaraq iddiaçıların Liviyaya 
göndərilməsi  nəticəsində  məcburi  geri  qaytarılma  riskinə  məruz  qalmaları  səbəbindən  Avropa  İnsan 
Hüquqları Konvensiyasının 3-cü maddəsi pozulmuşdur.
 
 
1.8.
 
Hüquqi müdafiə vasitələri 
 
Hüquqi müdafiə vasitələrinə gəldikdə, fəsil 4 bu məsələni daha dərindən öyrənir, fəsil 6 isə hüquqi müdafiə 
vasitələrini azadlıqdan məhrum etmə kontekstində nəzərdən keçirir. 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  bəzi  hüquqi  sənədlər,  məsələn 
Viza  Məcəlləsi
  (32(3)  və  34(7)-ci 
maddələr), 
Şengen Sərhəd Məcəlləsi
 (13-cü maddə) və 
Sığınacaq prosedurları Direktivi
 (46-cı maddə) spesifik 
şikayətləri və hüquqi müdafiə vasitələrini nəzərdə tutur. Avropa İttifaqı Fundamental  Hüquqlar Xartiyasının 
47-ci maddəsi də əsas təminatları özündə əks etdirir. Avropa İttifaqı qanunvericiliyi ilə təmin olunan hüquq və 
azadlıqların, o cümlədən, sözügedən Xartiyanın müddəalarının pozulmasından zərər çəkmələri bu və ya digər 
dərəcədə  ehtimal  olunan  bütün  şəxslər  əraziyə  buraxılmamaqla  və  ya  nəzərdə  tutulmuş  prosedurlardan 
istifadə edə bilməməklə əlaqədar "səmərəli məhkəmə müdafiəsini" də nəzərdə tutan səmərəli hüquqi müdafiə 
vasitələrindən istifadə etmək imkanlarını avtomatik olaraq əldə etməlidirlər. 
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən ərazilərə buraxılma və ya prosedurlardan istifadə ilə əlaqədar 
hüquqları  Avropa  İnsan  Hüquqları  Konvensiyası  əsasında  təmin  olunan  bütün  şəxslər  dövlət  orqanları 
qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Məsələn, Hirsi Camaanın və başqalarının İtaliyaya 
                                                
47
Xhavaranın və
 
başqalarının İtaliyaya və
 Albaniyaya, 
(Xhavara and Others v. Italy and Albania)
, h
ə
mçinin Medvedevin v
ə
 
başqalarının
 
Fransaya qarşı
 
(Medvedyev and Others v. France)
 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 39473/98 v
ə
 3394/03 
saylı, 11 yanvar 2001
-ci il v
ə
 29 mart 2010-
cu il tarixli işlə
ri.
 
48
Hirsi Camaanın və
 
başqalarınınİtaliyaya qarşı
 
(Hirsi Jamaa and Others v. Italy)
 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 27765/09 
saylı, 23 fevral 2012
-
ci il tarixli işi.
 


31
 
qarşı  işində  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  miqrantlara  qarşı  görülmüş  tədbirləri  məhkəmə  yolu  ilə 
mübahisə  etmək  imkanından  məhrum  edilərək  Liviyaya  geri  qaytarıldığından  onların  bu  cür  vasitələrdən 
istifadə edə bilmədiklərini müəyyən etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlavə presedentlər və ədəbiyyat 
 
Əlavə  presedentlərlə  tanış  olmaq  üçün  zəhmət  olmasa  bu  vəsaitin  174-ci  səhifəsində  verilmiş  təlimatlara 
diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki 
"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əsas məqamlar 

 
Dövlətlər əcnəbilərin onların ərazisinə buraxılmasına icazə verməmək hüququna malik olsalar da Avropa 
İttifaqı  qanunvericiliyinə,  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  və  insan  hüquqları  ilə  bağlı  tətbiq 
olunan təminatlara hörmətlə yanaşmalıdırlar (bu fəslin "Giriş" bölməsinə baxın). 

 
Qısamüddətli vizaların rəsmiləşdirilməsi ilə əlaqədar Avropa İttifaqı qanunvericiliyi Avropa İttifaqının üzv 
dövlətləri üçün ümumi qaydalar müəyyən edir (Bölmə 1.1-ə baxın). 

 
Konkret  olaraq  dənizdə  sərhəd  nəzarəti    və    mühafizəsi  tədbirlərinin  (Bölmə  1.7-ə  baxın)  həyata 
keçirilməsi ilə əlaqədar Avropa İttifaqı qanunvericiliyi müvafiq təminatları özündə əks etdirir (Bölmə 1.4-
ə baxın). 

 
Avropa  İttifaqı,  xüsusən  də  Şengen  qanunvericiliyi  insanların  razılaşdırılmış  ərazilər  daxilində  sərhəd 
nəzarəti olmadan sərbəst hərəkət etmələrinə imkan verir (Bölmə 1.1-ə baxın). 

 
Avropa İttifaqı qanunvericiliyinə əsasən Şengen zonasının üzvü olan bir dövlət tərəfindən tətbiq olunan 
qadağa əlaqədar şəxsin bütün Şengen zonasına daxil olmasına rədd cavabının verilməsi ilə nəticələnə 
bilər (Bölmə 1.3-ə baxın). 

 
Avropa  İttifaqının  Fundamental  Hüquqlar  Xartiyası  sığınacaq  hüququnun  təmin  olunmasını  və  geri 
qaytarılmanın  qadağan  olunmasını  nəzərdə  tutur.  Şəxsin  Avropa  İttifaqı  sərhədlərinə  gəldiyi  andan 
Avropa İttifaqı sığınacaq qanunvericiliyinin tətbiqinə başlanılır (Bölmə 1.6-a baxın). 

 
Bir sıra hallarda Avropa İnsan Hüquqları Konvensiyası dövlətin miqrantı öz sərhədində saxlamaq və ya 
sərhəddən  geri  qaytarmaq  hüququ  ilə  əlaqədar  müəyyən  məhdudiyyətlər  nəzərdə  tutur  (bu  fəslin 
"Giriş" bölməsinə və bölmə 1.5 və 1.6-a baxın). Avropa İnsan Hüquqları Konvensiyasının ehtimal olunan 
pozulma  halları  səbəbindən  dövlətdən  onun  müvafiq  orqanı  qarşısında  hüquqi  müdafiə  vasitələrini 
təmin etmək tələb oluna bilər (Bölmə 1.7 və 1.8-ə baxın). 
 
 
 
 
 
 
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə