Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə14/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   10   11   12   13   14   15   16   17   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
26
 
törətmir. Buna baxmayaraq, digər dövlətlər əlaqədar şəxsə vizanın verilməsi və ya onun ölkəyə buraxılmasına 
icazənin verilməsi barədə qərar qəbul edərkən bu cür qadağanı nəzərə ala bilərlər. Beləliklə, bu cür qadağa da 
bütün Şengen zonasında təsir gücünə malik ola bilər, məsələn, siyasi stabilliyin pozulması səbəbindən şəxsin 
arzuolunmaz hesab etdiyi dövlət tərəfindən verilməsinə və yalnız həmin dövlətə aid olmasına baxmayaraq: 
Avropa İttifaqının üzv dövləti tərəfindən bir rusiyalı siyasətçi ilə əlaqədar verilmiş Şengen xəbərdarlığı Avropa 
Şurası  Parlament  Assambleyasına  üzv  olan  şəxsin  parlamentin  Fransada  keçirilən  sessiyalarında  iştirakına 
mane olmuşdur. Bu məsələ Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları 
Komitəsinin 2011-ci ilin oktyabr ayında keçirilmiş iclasında hərtərəfli müzakirə edilərək siyasi mövqeyə görə 
cəza kimi hərəkət etmə azadlığının məhdudlaşdırılmasına aid məruzənin hazırlanması ilə nəticələnmişdir.
33
 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  hər  hansı  şəxsin  adının  Şengen  Məlumat  Sisteminə  daxil 
edilməsi bir üzv dövlət tərəfindən Avropa İttifaqı qanunvericiliyi çərçivəsində görülən fərdi bir tədbirdir. Bu 
səbəbdən hər hansı şəxsin adının müvafiq siyahıya daxil edilməsi və ya bu siyahıda saxlanması ilə əlaqədar 
müvafiq dövlət tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının pozulması ilə bağlı iddia ərizələri Avropa 
İnsan Hüquqları Məhkəməsinə təqdim edilə bilər. 
 
Misal: Dalyanın Fransaya qarşı işində Rumıniya Avropa İttifaqına qoşulmazdan əvvəl adı Fransa tərəfindən 
Şengen Məlumat  Sisteminə daxil edilmiş Rumıniya vətəndaşı Şengen zonasının hər hansı bir dövlətində öz 
biznesini aparmaq, müvafiq xidmətlər təklif və ya qəbul etmək imkanından məhrum idi. Bununla şəxsin öz 
peşə fəaliyyətini həyata keçirmək hüququna (Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyata və ailə 
həyatına hörmət hüququna aid 8-ci maddəsi ilə müdafiə olunur) müdaxilə barədə şikayəti yolverilməz hesab 
edilmişdir. Məhkəmənin birinci instansiyası Şengen Məlumat Sistemində  qeydiyyata və  onun fəsadlarına 
dair öz qərarında dövlətin milli ərazisindən çıxarılma məsələləri ilə müqayisədə onun milli ərazisinə gəlmək 
məsələlərində  özbaşınalığa  qarşı  təhlükəsizlik  tədbirlərinin  necə  təmin  olunmasını  müəyyən  etmək 
istiqamətində daha geniş çərçivələrə malik olduğunu hesab etmişdir.
34
 
 
Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi şəxsin adının BMT tərəfindən tərtib edilən və terrorçuluqda 
şübhəli bilinən şəxslərdən ibarət siyahıya əlavə edilməsi nəticəsində ona qarşı tətbiq olunan ölkəni tərk etmək 
qadağasından irəli gələn məsələlərə də baxaraq milli və beynəlxalq miqrasiya qanunvericiliyinin pozulmasının 
qarşısını almaq üçün tədbirlər görmək zərurəti ilə üzləşmişdir. 
 
Misal: Nadanın İsveçrəyə qarşıişi
35
 Kampione d’İtaliyada (İsveçrədəki italyan anklavda) yaşayan və adı BMT 
Təhlükəsizlik Şurasının antiterror sanksiyalarını icra edən İsveçrə orqanları tərəfindən "Taliban haqqında 
Federal  Sərəncam"-a  daxil  edilmiş  İtaliya  və  Misir  vətəndaşı  barəsində  idi.  İddiaçının  adının  bu  siyahıya 
salınması ona Kampione d’İtaliyanı tərk etməyə mane oluduğundan onun öz adını bu siyahıdan çıxarmaq 
cəhdlərinə  rədd  cavabı  verilmişdir.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  BMT-nin  terrorçuluğa  qarşı 
qətnamələrini  həyata  keçirən  İsveçrə  orqanlarının  müəyyən  dərəcədə  özbaşınalığa  yol verdiklərini  qeyd 
etmişdir. Məhkəmə müəyyən etmişdir ki, İsveçrə iddiaçıya qarşı əsaslı şübhələrin olmaması barədə İtaliyanı 
və  ya  BMT  tərəfindən  yaradılmış  Sanksiyalar  Komitəsini  müvafiq  qaydada  xəbərdar  etməyərək  şəxsin 
düşdüyü vəziyyətlə əlaqədar sanksiya rejimindən irəli gələn tədbirləri həyata keçirməməklə onun Avropa 
İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən hüquqlarını pozmuşdur. Eyni zamanda, iddiaçı öz 
adını  sözügedən  siyahıdan  çıxarmaq  üçün  heç  bir  səmərəli  hüquqi  vasitə  ilə  təmin  olunmadığından 
İsveçrənin  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  8-ci  maddəsi  ilə  birgə  13-cü  maddəsini  pozması 
müəyyən olunmuşdur. 
 
Misal:  Stamosenin  Bolqarıstana  qarşı  işi
36
  ABŞ  miqrasiya  qanunvericiliyini  pozması  səbəbindən  Bolqar 
vətəndaşına  qarşı  Bolqarıstanın  müvafiq  orqanları  tərəfindən  öz  ölkəsini  iki  il  ərzində  tərk  etməmək 
                                                
33
 
Avropa Şurası Hüquqi Mə
s
ə
l
ə
l
ə
r v
ə
 
İnsan Hüquqları Komi
t
ə
sinin "Siyasi mövqey
ə
 gör
ə
 c
ə
za kimi h
ə
r
ə
k
ə
t etm
ə
 
azadlığının 
m
əhdudlaşdırılmasının yolverilmə
zliyin
ə
 aid" 2012-ci il 1 iyun tarixli M
ə
ruz
ə
si v
ə
 2012-ci il iyunun 29-da q
əbul etdiyi 1894 saylı Qə
tnam
ə
si 
(ilkin variant). 
34
Dalyanın Fransaya qarşı 
(Dalea v. France) 
(dec.) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 964/07 saylı, 2 fevral 2010
-cu il tarixli 
işi.
 
35
Nadanın İsveçrə
y
ə
 
qarşı 
(Nada v. Switzerland)
 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 10593/08 saylı, 12 sentyabr 2012
-ci il 
tarixli işi.
 
36
Stamosenin Bolqarıstana qarşı
 
(Stamose v. Bulgaria)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 29713/05 saylı, 27 noyabr 2012
-ci il 
tarixli işi. 
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə