Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə22/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   18   19   20   21   22   23   24   25   ...   128

39
 
dövlətlərin  vətəndaşlarına  şamil  edilməklə  məhdudlaşdırılır.  Lakin  Sosial  Hüquqlar  üzrə  Avropa  Komitəsi 
müəyyən  hüquqların  fundamental  xarakterli  və  insan  ləyaqəti  ilə  əlaqədə  olması  səbəbindən  dövlətin 
ərazisində  olan  bütün  şəxslərə,  o  cümlədən,  qanunsuz  miqrantlara  şamil  edilməsinin  vacibliyi  qənaətinə 
gəlmişdir. Bu hüquqlar tibbi yardım,
67
 sığınacaq
68
 və təhsil
69
 hüquqlarından ibarətdir. 
 
2.6.
 
Uzunmüddətli yaşayış icazəsi olanlar 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən 
2011/51/EU  saylı  Direktiv
  əsasında  dəyişdirilmiş 
Uzunmüddətli 
yaşayış  icazəsi  Direktivi
  (2003/109/EC;  Əlavə  1-ə  baxın)  bu  Direktivin  şamil  edildiyi  dövlətlər  üçün  Avropa 
İttifaqının  üzv  dövlətlərində  qanuni  əsaslarla  və  davamlı  şəkildə  beş  il  yaşamış  üçüncü  ölkə  vətəndaşlarına 
"uzunmüddətli  yaşayış  icazəsi  olan"  statusunun  verilməsi  öhdəliyini  nəzərdə  tutur.
70
  Bu  statusun  verilməsi 
məsələsi stabil və müntəzəm resursların mövcudluğu və xəstəlik sığortasının verilməsi şərtləri ilə əlaqədardır. 
Bu  şərtlərin  təfsir  edilməsi  üçün  presedentlər  mövcud  olmasa  da 
Ailənin  yenidən  birləşməsi  Direktivində
 
(2003/86/EC;  ailə  məsələləri  ilə  əlaqədar  Əlavə  5-ə  baxın)  verilmiş  oxşar  şərtlərlə  əlaqədar  Avropa  Ədalət 
Məhkəməsi  onların  ciddi  şəkildə  təfsir  edilməsinin  tərəfdarıdır.  Məhkəmə  Avropa  İttifaqı  üzv  dövlətlərinin 
manevr  etmək imkanlarının Direktivin məqsədlərinə xələl yetirməmək dərəcəsində olması qənaətindədir.
71
 
 
Uzunmüddətli  yaşayış  icazəsi  Direktivinin
  11-ci  maddəsinə  əsasən  uzunmüddətli  yaşayış  icazəsi  olan 
statusunun verilməsi bu statusun daşıyıcılarının müxtəlif vacib sahələrdə yerli vətəndaşlarla bərabər rəftarını 
nəzərdə tutur (iqtisadi və sosial hüquqlarla əlaqədar fəsil 8-ə baxın). 
 
Avropa  İttifaqı  Ədalət  Məhkəməsinə  əsasən  Avropa  İttifaqının  üzv  dövlətləri  bu  dövlətlərdə  uzun  müddət 
ərzində  yaşamış  üçüncü ölkə  vətəndaşlarına və  onların  ailə  üzvlərinə  verilən yaşayış  icazələri  üçün  həddən 
artıq  yüksək  və  qeyri-proporsional  rüsum  tətbiq  edə  bilməzlər.  Bu  cür  rüsumlar  Direktivdən  irəli  gələn 
məqsədlərin təmin olunması işini təhlükə altına qoymaqla yanaşı onun səmərəliliyini sıfıra endirə bilər. 
 
Misal:  Avropa  Komissiyasının  Hollandiyaya  qarşı  işi
72
  ilə  bağlı  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  bu 
ölkənin (i) uzunmüddətli yaşayış icazəsi olan statusu əldə etmək, (ii) Avropa İttifaqının başqa üzv dövlətində 
uzunmüddətli  yaşayış  icazəsi  olan  statusunu  əldə  edərək  Hollandiyada  yaşamaq  və  (iii)  ailənin  yenidən 
birləşməsi üçün müraciət etmiş üçüncü ölkə vətəndaşlarının ailə üzvlərinə 188-830 Avro məbləği ətrafında 
dəyişən  həddindən  artıq  yüksək  və  qeyri-proporsional  rüsum  tətbiq  etməklə 
Uzunmüddətli  yaşayış 
Direktivindən
 irəli gələn öhdəliklərə riayət etməməsini müəyyən etmişdir. Məhkəmə daha konkret olaraq 
qeyd etmişdir ki, üzv dövlətlər üçüncü ölkə vətəndaşlarına yaşayış icazələrinin verilməsi zamanı tutulan 
rüsumlarla  əlaqədar  səlahiyyətlərinin  məhdud  olmamasını  nəzərə  alaraq 
Uzunmüddətli  yaşayış  icazəsi 
Direktivi
 ilə təmin olunan hüquqların icra edilməsi prosesinə maneələr yaratmamalıdır. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  ölkədən  çıxarılma  məsələsi  gündəmə  gəldiyi  zaman  ölkə 
ərazisində uzun müddət ərzində yaşama faktı bir amil kimi əsaslı şəkildə tanınmalıdır (Bölmə 3.4-ə baxın). 
 
                                                
67
 Sosial Hüquqlar üzr
ə
 Avropa Komit
ə
sinin Beyn
əlxalq İnsan Hüquqları Liqaları Federasiyasının Fransaya qarşı
 
(International Federation 
of Human Rights Leagues v. France) 
14/2003 saylı,
 8 sentyabr 2004-
cü il tarixli şikayə

ə
riz
ə
sin
ə
 dair q
ərarı. 
 
68
 Sosial Hüquqlar üzr
ə
 Avropa Komit
ə
sinin 
Uşaqların Müdafiə
si Beyn
ə
lxalq T
əşkilatının Hollandiyaya qarşı
 
(Defence for Children 
International v. the Netherlands) 
47/2008 saylı, 20 oktyabr 2009
-
cu il tarixli şikayə

ə
riz
ə
sin
ə
 dair q
ərarı.
 
69
 Sosial Hüquqlar Üzr
ə
 Avropa Komit
ə
sinin 2011-ci il üzr
ə
 
Yekunlarının "Ümumi
 
giriş" hissə
sinin 10-
cu paraqrafı: 17(2)
-ci madd
ə
nin 
t
ə
fsirin
ə
 dair b
ə
yanat, yanvar 2012-ci il. 
70
H
ə
mçinin Staatssecretaris van Justitie-nin Manqat Sinqx
ə
 
qarşı
 
(Staatssecretaris van Justitie v. Mangat Singh)
 
Avropa İttifaqı 
Ə
dal
ə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
502/10 [2012] saylı
,
 18 oktyabr 2012-
ci il tarixli işinə
 
baxın.
 
71
Çakrunun Minister Buitenlandse Zaken-
ə
 
qarşı
 
(Chakroun v. Minister van Buitenlandse Zaken) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki 
C-578/08[2010] ECR I-
01839 saylı, 4 mart 2010
-
cu il tarixli işinin 52
-
ci paraqrafına baxın
 
72
Avropa Ko
missiyasının Hollandiyaya qarşı
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki, 
(European  Commission v.  Kingdom  of  the  
Netherlands)
, C-
508/10 saylı 
26 aprel 2012-
ci il tarixli işinin 70
-
ci paraqrafı.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə