Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə23/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   19   20   21   22   23   24   25   26   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
40
 
Misal: Kuriçin Sloveniyaya qarşı işində
73
 Avropa İnsan Hüquqları Məhkəməsi bu ölkədə daimi yaşayan lakin 
altı  ay  ərzində  Sloveniya  vətəndaşlığı  üçün  müraciət  etməmiş  keçmiş  Yuqoslaviya  vətəndaşlarının 
Sloveniyanın  daimi  yaşayış  icazəsi  olanlar  reyestrindən  "silinməsi"  məsələsinə  baxmışdır.  Bu  cür 
"silinmənin"  fəsadları  vətəndaşsızlıq  hallarının  artmasından  və  ya  ölkə  sakinlərinin  bir  qisminin  burada 
yaşamaq hüququnu itirməsindən ibarət idi.
74
 Bununla belə, keçmiş Yuqoslaviya respublikalarının vətəndaşı 
olmayan şəxslərlə bu cür rəftar olunmurdu.  
 
Avropa İnsan Hüquqları Məhkəməsi xüsusən də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə 
zidd olaraq daimi yaşayış icazəsi olanlar reyestrindən "silinmiş" iddiaçılar kimi uzunmüddətli miqrantların 
işi ilə əlaqədar şəxsi həyat və ailə həyatına səmərəli şəkildə hörmətlə yanaşma məsələsindən irəli gələn 
öhdəliklərin  vacibliyini  xüsusilə  vurğulamışdır.  Eyni  zamanda,  Məhkəmə  müəyyən  etmişdir  ki,  keçmiş 
Yuqoslaviyanın  vətəndaşı  olmamış  və  əvvəllər  həmin  ölkənin  vətəndaşı  olmuş  əcnəbilərlə  fərqli  rəftar 
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə birlikdə 14-cü maddəsini pozmaqla ayrı-seçkilik 
halının əsasını təşkil edir. 
 
"Avropa Şurasının təsis edilməsi haqqında" 1955-ci il Avropa Konvensiyası bütün üzv dövlətlərdə yaşayan və 
yalnız bu Konvensiyaya qoşulmuş dövlətlərin vətəndaşı olan uzunmüddətli yaşayış icazəsi olanlara müfəssəl 
statusun verilməsini nəzərdə tutur. 
 
2.7.
 
Türkiyə vətəndaşları 
 
1963-cü  ildə  imzalanmış  Ankara  Sazişi  və  bu  Sazişə  dair  1970-ci  il  tarixli  Əlavə  Protokol  o  zamankı  Avropa 
İqtisadi Birliyinə qoşulması kontekstində Türkiyənin Birliklə ticarət və iqtisadi əlaqələrini gücləndirirdi. Sazişlə 
əlaqədar Avropa Ədalət Məhkəməsi, sonralar isə Avropa İttifaqının Ədalət Məhkəməsi tərəfindən 40-dan çox 
qərar qəbul edilmişdir. Buraya Əməkdaşlıq Şurasının qəbul etdiyi və Avropa İttifaqının üzv dövlətlərindəki bir 
çox Türkiyə vətəndaşının status ilə bağlı qərarları da əlavə etmək olar. Avropa İttifaqının üzv dövlətinə gəlmək 
və ya burada yaşamaq baxımından bu Saziş Türkiyə vətəndaşlarına hər hansı əlahiddə hüquqlar verməsə də 
Avropa  İttifaqının  üzv  dövlətində  fərdi  əmək  fəaliyyəti  ilə  məşğul  olan  və  ya  xidmətlər  göstərən  Türkiyə 
vətəndaşlarına 
Əlavə  Protokolun
  41-ci  "status-kvo"  maddəsindən  faydalanmaq  imkanı  verir.  Bu  maddə 
sözügedən  Sazişin  qüvvəyə  mindiyi  zaman  tərəfdar  dövlətlərin  Türkiyə  vətəndaşlarına  qarşı  tətbiq  etdiyi 
prosessual  və  maddi tələblərdən  başqa yeni  və  daha ciddi  tələblərin  tətbiqini  qadağan  edir.
75
  Bu  hüquqlar 
xidmətlərin  göstərilməsindən  fərqli  sahələrdə  çalışmaq  niyyətində  olan  Türkiyə  vətəndaşlarına  şamil 
olunmur.
76
 
 
Misal: Türkiyədə fəaliyyət göstərən türk şirkətləri tərəfindən Almaniyaya yük maşınları sürmək üçün işə 
götürülmüş türk sürücülərinə tətbiq edilən tələblər müxtəlif işlər əsasında nəzərdən keçirilmişdir. Beləliklə, 
bu işlər türk şirkətlərinin Avropa İttifaqının üzv dövlətlərində sərbəst şəkildə xidmət göstərmək hüququ ilə 
əlaqədar idi. Abatayın işi
77
 ilə əlaqədar Avropa Ədalət Məhkəməsi müəyyən etmişdir ki, Almaniya onun 
ərazisində xidmətlər göstərmək niyyətində olan Türkiyə vətəndaşlarına qarşı iş icazəsi əldə etmək tələbini 
tətbiq  etməməlidir  (əgər  belə  bir  icazə  "status-kvo"  müddəası  qüvvəyə  mindiyi  zaman  artıq  tələb 
olunmurdusa). 
 
                                                
73
Kuriçin v
ə
 
başqalarının Sloveniyaya qarşı
 
(
Kurić and Others v. Slovenia
) 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 26828/06 
saylı, 26 iyun 2012
-
ci il tarixli işi.
 
74
 
Sloveniya Avropa Şurasının "Dövlə
tin varisliyi il
ə
 
ə
laq
ə
dar v
ə
t
əndaşsızlıq hallarının yaranmaması haqqında" 2006
-
cı il tarixli 
Konve
nsiyasına qoşulmayıb.
 
75
Kraliçanın Əbdülnəsir Savasın xeyrinə
 v
ə
 
Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı
 
(The Queen v. Secretary of State for the 
Home Department, ex parteAbdulnasir Savas)
,
 
h
ə
mçinin 
Kraliçanın, Və
li Tumun v
ə
 
Mehmet Darinin Daxili İşlə
r Departamentinin Dövl
ə

katibin
ə
 
qarşı
 
(The Queen, Veli Tum and Mehmet Dari v. Secretary of State for the Home Department)
 
Avropa Əda
l
ə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki 
müvafiq olaraq C-37/98 [2000] ECR I-02927, C-16/05 [2007] ECR I-
07415 saylı, 11 may 2000
-ci il v
ə
 20 sentyabr 2007-
ci il tarixli işlə
ri, 
eyni zamanda, 
Oğuzun Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı
 
(Oguz v.Secretary of State for the Home Department)
 
Avropa 
i
ttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
186/10 saylı
, 21 iyul 2011-
ci il tarixli işi.
 
76
Leyla Ecem Demirkanın Almaniyaya qarşı
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
221/11 saylı 
(Leyla Ecem Demirkan v. 
Bundesrepublik Deutschland)
, 24 sentyabr 2013-
cü il tarixli işi.
 
77
Eran Abatayın və
 
başqalarının
 v
ə
 
Nadi Şahinin Bundesanstalt für Arbeit
-
ə
 
qarşı
 
(Eran Abatay and Others and Nadi Sahinv.Bundesanstalt 
für Arbeit) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-317/01 v
ə
 C-369/01 [2003] ECR I-
12301 saylı, 21 oktyabr 2003
-cü il tarixli birg
ə
 
işlə
ri. 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə