Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə19/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   15   16   17   18   19   20   21   22   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
34
 
2.1.
 
Sığınacaq axtaranlar 
 
Sığınacaq axtaranlar təqib olunma ilə bağlı əsaslı qorxu və ya ləyaqəti alçaldan rəftara və yaxud ciddi xəsarətə 
məruz qalma riski səbəbindən öz mənşə ölkəsinə qayıda və ya qaytarıla bilməməsini əsas gətirərək beynəlxalq 
himayə ilə təmin olunmağa çalışırlar (Fəsil 3-ə baxın). 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq axtaranlar "beynəlxalq himayə üçün müraciət edən şəxslər" 
kimi müəyyən olunur. Onların vəziyyəti Avropa İttifaqının sığınacaq qanunvericiliyi ilə tənzimlənir. Sığınacaq 
qanunvericiliyinə  aid  bütün  müvafiq  hüquqi  sənədlər  və  bu  sənədləri  tətbiq  edən  dövlətlər  Əlavə  1-də 
sadalanır. Sığınacaq prosedurlarından istifadə məsələsi fəsil 1-də müzakirə olunur. Bu bölmədə isə ərizələri 
baxılmaqda olan və yekun qərar gözləyən sığınacaq axtaranlar nəzərdən keçirilir. Avropa İttifaqı qanunvericiliyi 
sığınacaq  üzrə  təqdim  etdiyi  ərizə  ilə  əlaqədar  qərar  qəbul  edilməyənədək  sığınacaq  axtaranın  müvafiq 
dövlətdən  çıxarılmasını  qadağan  edir. 
Sığınacaq  prosedurları  Direktivinin
  (2013/32/EU)  9(1)-ci  maddəsi 
sığınacaq axtaran şəxsin Avropa İttifaqına üzv olan dövlətlərin ərazisində olması faktının qanuni bir hal hesab 
edildiyini  nəzərdə  tutur.  Bu  maddə  müvafiq  prosedur  məqsədi  ilə  səlahiyyətli  orqan  tərəfindən  qərar 
çıxarılmayanadək sığınacaq axtarana "üzv dövlətdə qalmaq icazəsinin verilməsini" bəyan edir, baxmayaraq ki
xüsusilə də növbəti ərizələrin təqdim olunması ilə bağlı bəzi müstəsnalar mövcuddur. 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  sığınacaq  axtaranın  sənədlə  təmin  olunmaq  hüququ 
Qəbuletmə 
şərtləri Direktivi
 (2013/33/EU; Direktivdən irəli gələn öhdəlikləri öz üzərinə götürmüş üzv dövlətlərlə Əlavə 1-
də tanış ola bilərsiniz) ilə təsbit olunur. Direktivin 6-cı maddəsi sığınacaq almaq üçün ərizə ilə müraciət etmiş 
bütün şəxslərə üç gün ərzində onların sığınacaq axtaran şəxs statusunu və ya ərizələrinə baxıldığı müddətdə 
müvafiq dövlətdə qalmaq icazəsini təsdiq edən sənədin mütləq qaydada verilməsini nəzərdə tutur. Direktivin 
6(2)-ci maddəsinə uyğun olaraq ərizəçi saxlanıldığı və ya sərhəddə olduğu zaman dövlət ona bu cür sənədin 
verilməsindən çəkinə bilər. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  gəldikdə,  müraciətlərinə  baxıldığı  zaman  sığınacaq  axtaranların 
statusunu  tənzimləyən  müvafiq  müddəa  bu  sənəddə  mövcud  deyil.  Bununla  əlaqədar  olaraq  milli 
qanunvericilik  aktlarına  əsasən  müraciətlərinə  baxıldığı  zaman  sığınacaq  axtaranlara  müvafiq  dövlətin 
ərazisində  qalmaq  icazəsinin  verilib-verilməməsi  məsələsini  nəzərdən  keçirmək  zəruri  olardı.  Avropa  İnsan 
Hüquqları  Konvensiyasının  5(1)-ci  maddəsi  sığınacaq  axtaranların  müvafiq  dövlətin  ərazisinə  "qanunsuz 
gəlmələrinin"  qarşısını almaq məqsədi ilə  saxlanılmasına icazə  verir. Avropa İnsan Hüquqları Məhkəməsinə 
əsasən müvafiq dövlət orqanları tərəfindən formal icazə verilməyənədək əlaqədar dövlətə gəlmə "icazəsiz" 
hesab olunur. 
 
Misal:  Səədinin  Birləşmiş  Krallığa  qarşı  işində
50
  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  dövlət  orqanları 
tərəfindən  icazə  verilməyənədək  ölkəyə  gəlmənin  icazəsiz  hesab  edilməsi  qərarına  gəlmişdir.  Bu  işdə 
Məhkəmə sığınacaq axtaranın ərizəsinə baxıldığı zaman qanuna uyğun olaraq yeddi gün ərzində münasib 
şəraitdə saxlanılması ilə əlaqədar 5(1)-ci maddənin pozulmadığını müəyyən etmişdir. 
 
Misal: Lakin Suso Musanın Maltaya qarşı işində
51
 Məhkəmə müəyyən etmişdir ki, əgər hər hansı dövlət istər 
müstəqil şəkildə, istərsə də Avropa İttifaqı qanunvericiliyi çərçivəsində öz öhdəliklərini artıraraq sığınacaq 
üçün müraciətinə baxılan immiqrantın bu dövlətə gəlməsinə və ya bu dövlətdə qalmasına birmənalı şəkildə 
icazə verən qanunvericilik aktını tətbiq edərsə, bu dövlətdə icazəsiz gəlmənin qarşısını almaq məqsədi ilə 
baş  vermiş  saxlanılma  faktı  5(1)(f)  maddəsində  nəzərdə  tutulmuş  saxlanılmaya  qanunilik  nöqteyi-
nəzərindən ziddir. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  dair  4  saylı  Protokolun  2-ci  maddəsi  dövlətdə  "qanuni  əsaslarla" 
olanların hərəkət etmək azadlığını qeyd edir, 7 saylı Protokolun 1-ci maddəsi isə dövlətin ərazisində "qanuni 
əsaslarla" olanların bu ərazidən çıxarılmasına qarşı müəyyən prosedur təminatlarını nəzərdə tutur. Lakin şəxs 
öz hüquqi statusunu itirə də bilər. 
 
                                                
50
S
əə
dinin Birl
əşmiş Krallığa qarşı
 
(Saadi v. the United Kingdom)
 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 13229/03 saylı, 29 
yanvar 2008-
ci il tarixli işin 65
-
ci paraqrafı. 
 
51
Suso Musanın Maltaya qarşı
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
(Suso Musa v. Malta)
 
42337/12 saylı, 23 iyul 2013
-
cü il tarixli işi.
 


35
 
Misal:  Almaniya  Hökuməti  sığınacaq  prosedurlarının  həyata  keçirildiyi  müddət  ərzində  sığınacaq 
axtaranların  qanuni  yaşayış  icazəsi  olan  şəxs  hesab  edildiklərini  BMT-nin  İnsan  Hüquqları  Komitəsi
52
 
qarşısında qəbul etmişdir. Lakin Omvenikenin Almaniyaya qarşı işində
53
Məhkəmə hökumətin müvəqqəti 
yaşayışla əlaqədar irəli sürülən şərtlərin, daha dəqiq desək müəyyən bir şəhərin ərazisinin hüdudlarından 
kənara  çıxmamaq  tələbinin  pozulması  nəticəsində  iddiaçının  öz  hüquqi  statusunu  itirməsini  və  bu 
məsələnin Avropa İnsan Hüquqları Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsinin təsir dairəsindən 
kənara çıxması arqumentini qəbul etmişdir. 
 
2.2.
 
Qaçqın statusu verilmiş şəxslər və əlavə himayə ehtiyacı 
olan şəxslər 
 
Avropa İttifaqı qanunvericiliyinə  əsasən  Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası sığınacaq üçün 
müraciət  etmək  hüququndan  kənara  çıxaraq  birbaşa  sığınacaq  hüququnu  təmin  edir  (18-ci  maddə).  Başqa 
sözlə, sığınacaq üçün müraciət edən şəxslərin hamısı sığınacaq axtaran şəxs statusunu əldə etmək hüququna 
malikdir. 
Təsnif etmə Direktivinin
  (2011/95/EU) 13 (qaçqın statusu) və  18-ci maddələri (beynəlxalq  himayə 
ehtiyacı  olan,  lakin  qaçqın  statusunun  şamil  olunmadığı  şəxslər  üçün  əlavə  himayə)  qaçqın  statusunun 
verilməsi və ya əlavə himayənin təmin olunması hüququnu birmənalı şəkildə təsbit edirlər. Beynəlxalq himayə 
ilə təmin olunmuş şəxslər onların mənşə ölkələrindəki vəziyyət həqiqətən yaxşılaşdığı təqdirdə öz statuslarını 
itirə  bilərlər  (Bölmə  3.1.8-ə  baxın).Sözügedən  Direktivin  24-cü  maddəsi  sənəd  əldə  etmək  hüququnu 
tənzimləyir.  Beynəlxalq  himayə  ehtiyacı  olan  kimi  tanınan  şəxslər  yaşayış  icazəsi  əldə  etmək  hüququna 
malikdirlər: qaçqınlar üçün üçillik, əlavə  himayə ilə təmin olunanlar üçün isə birillik icazə nəzərdə tutulur. 25-
ci maddə isə qaçqınları və müəyyən hallarda köməkçi himayədən yararlanan şəxsləri yol sənədi əldə etmək 
hüququ ilə təmin edir. 
 
Sığınacaq  hüququ  Avropa  İttifaqı  Fundamental  Hüquqlar  Xartiyasının  18-ci  maddəsində  əks  olunduğu  kimi 
Avropa  İnsan  Hüquqları  Konvensiyasında  nəzərdə  tutulmayıb.  Eyni  zamanda,  Avropa  İnsan  Hüquqları 
Məhkəməsi  1951-ci  il  Cenevrə  Konvensiyasında
54
  nəzərdə  tutulmuş  qaçqın  statusu  üçün  müraciətə  rədd 
cavabının verilməsi və ya bu statusun ləğv edilməsi və yaxud 
Təsnif etmə Direktivi
55
 ilə təmin olunan sığınacaq 
hüququnun tanınmaması kimi məsələlərin Avropa İnsan Hüquqları Konvensiyasına zidd olub-olmamasına aid 
işlərə baxa bilməz. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi əcnəbinin ölkədən çıxarılması nəticəsində Avropa 
İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsinə  və  ya  hər  hansı  digər  müddəalarına  zidd  olaraq  ləyaqəti 
alçaldan rəftara məruz qalması riski ilə üzləşə bilib-bilməməsi məsələlərinə baxa bilər (Fəsil 3-ə baxın).
56
 
 
2.3.
 
İnsan alveri və xüsusilə istismaredici əmək şəraitinin qurbanları 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən 
işə  götürənlərə  qarşı  sanksiyalar  Direktivi
  (2009/52/EC)  qanunsuz 
yaşayan  miqrantların  qanunsuz  məşğulluğunun  bəzi  formalarını  cinayət  tərkibli  əməl  hesab  edir.  Bu  cür 
vəziyyətdə olan işçilər azyaşlı olduqları və ya xüsusilə  istismaredici əmək şəraitinə məruz qaldıqları təqdirdə 
əlaqədar  işə  götürənlərə  qarşı  şikayət  etmək  proseduruna  şərait  yaratmaq  məqsədi  ilə  müvəqqəti  yaşayış 
icazəsi ilə təmin oluna bilərlər (13-cü maddə). 
 
Avropa  İttifaqı  Şurasının  insan  alverinin  qurbanı  və  ya  qanunsuz  miqrasiyaya  şərait  yaradan  əmələ  məruz 
qalmış  şəxs hesab olunan üçüncü ölkə  vətəndaşları üçün verilən yaşayış icazəsi haqqında 
2004/81/EC  saylı 
Direktivi
  bu  cür  zərərçəkmiş  şəxslərin  ölkədən  çıxarılmaması  üçün  möhlət  müddəti  nəzərdə  tutur.  Eyni 
zamanda, bu Direktiv dövlət orqanları ilə əməkdaşlıq edən insan alveri qurbanlarının yaşayış icazəsi ilə təmin 
olunmasını Avropa İttifaqının üzv dövlətlərindən tələb edir (müvafiq olaraq 6 və 8-ci maddələr). Belə bir yaşayış 
                                                
52
 CCPR/C/DEU/2002/5, 4 dekabr 2002-ci il. 
53
Omvenikenin Almaniyaya qarşı
 
(Omwenyeke v. Germany)
 
(dec.) Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 44294/04 saylı, 20 noyabr 
2007-
ci il tarixli işi.
 
54
Ə
hm
ədin Avstriyaya qarşı
 
(Ahmed v. Austria) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 25964/94 saylı, 17 dekabr 1996
-
cı il tarixli işinin 
38-
ci paraqrafı. 
 
55
Sufinin v
ə
 Elminin Birl
əşmiş Krallığa qarşı
 
(Sufi and Elmi v. the United Kingdom)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 8319/07 v
ə
 
11449/07 saylı, 28 iyun 2011
-
ci il tarixli işlə
rinin 226-
cı paraqrafı (Tə
snif etm
ə
 Direktivinin 15-ci madd
ə
si bar
ə
d
ə

(Qualification Directive)
.  
56
NA-
nın Birləşmiş Krallığa qarşı
 
(NA. v. The United Kingdom)
 
Avrop
a İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 25904/07 saylı, 17 iyul 2008
-ci il 
tarixli işinin 106
-107-
ci paraqraflarına baxın.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə