Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə21/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   17   18   19   20   21   22   23   24   ...   128

37
 
Misal:  Mamatkulovun  və  Əskərovun  Türkiyəyə  qarşı  işində
61
  cavabdeh  dövlət  Avropa  İnsan  Hüquqları 
Məhkəməsinin 39 saylı Qaydaya əsasən göstərdiyi müvəqqəti tədbirə baxmayaraq, iddiaçıları Özbəkistana 
ekstradisiya etmişdir. İşin faktları aydın şəkildə göstərirdi ki, Məhkəmə iddiaçıların ekstradisiyası nəticəsində 
onların şikayət ərizəsini oxşar işlər əsasında müəyyən edilmiş proseduruna uyğun olaraq müvafiq qaydada 
yoxlanılmasını həyata keçirmək imkanından məhrum etmişdir. Nəticədə bu, onların Avropa İnsan Hüquqları 
Konvensiyasında  qeyd  olunmuş  mümkün  zorakılıqlardan  Məhkəmə  tərəfindən  müdafiə  edilməsinin 
qarşısını  almışdır.  Konvensiyanın  34-cü  maddəsinə  əsasən  üzv  dövlətlər  şəxsin  müraciətinə  baxmaq 
hüququnun səmərəli şəkildə icra olunmasına mane ola biləcək hər hansı bir tədbirin həyata keçirilməsindən 
və ya əməlin törədilməsindən çəkinməlidirlər. Üzv dövlətin müvəqqəti tədbirlərə əməl etməməsi Məhkəmə 
tərəfindən  iddiaçının  şikayət  ərizəsinə  səmərəli  şəkildə  baxılması  işinin  qarşısını  almaqla  və  onun 
hüquqlarının  səmərəli  şəkildə  icra  olunmasına  maneçilik  törətməklə  Konvensiyanın  34-cü  maddəsinin 
pozulması hesab edilir. 
 
Misal:  Səvriddin  Curayevin  Rusiyaya  qarşı  işində
62
  iddiaçıAvropa  İnsan  Hüquqları  Məhkəməsi  tərəfindən 
göstərilmiş müvəqqəti tədbirin qüvvədə olmasına baxmayaraq, Rusiya dövlət agentlərinin iştirakı ilə həyata 
keçirilmiş  xüsusi  əməliyyat  nəticəsində  Tacikistana  göndərilmişdir.  Cavabdeh  dövlət  müvəqqəti  tədbirə 
riayət  etmədiyindən  iddiaçı  Tacikistanda  ləyaqəti  alçaldan  rəftara  məruz  qalmaq  riski  ilə  üzləşmişdir, 
Məhkəmə  isə  onun  hüquqlarını  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsinə  əsasən  praktiki 
cəhətdən  səmərəli  şəkildə  təmin  etmək  imkanından  məhrum  etmişdir.  Bununla  əlaqədar  olaraq 
Konvensiyanın  34,  həmçinin  3-cü  maddələri  pozulmuşdur.  Məhkəmə  cavabdeh  dövlətə  iddiaçını  xarici 
yurisdiksiyada  onun  həyatı  və  sağlamlığı  üçün  mövcud  risklərdən  müdafiə  etmək  üçün  real  islahedici 
tədbirlər  həyata  keçirmək  göstərişi  vermişdir.  Bundan  başqa,  Məhkəmə  bu  cür  halların  təkrarlandığını 
nəzərə alaraq onun tərəfindən göstərilən müvəqqəti tədbirlərə uyğun olaraq potensial zərərçəkmiş şəxslərin 
səmərəli müdafiəsini təmin etmək məqsədi ilə əsaslı və qətiyyətli tədbirlər görməklə təkrarlanan problemi 
həll etmək göstərişi vermişdir. 
 
2.5.
 
Qeyri-qanuni vəziyyətdə olan miqrantlar 
 
İcazəsiz  və  ya  qanuni  əsaslar  olmadan  ölkəyə  gəlmiş  və  ya  burada  qalan  şəxslərin  həmin  ölkədə  olmaları 
tənzimlənməyən  və ya qeyri-qanuni hesab olunur. Ölkədə qeyri-müntəzəm və ya qeyri-qanuni şəkildə olma 
bu  ölkəyə  gizli  yollarla  gəlməkdən  və  ya  təyin  edilmiş  ünvanda  qalmamaqdan  şəxsi  vəziyyətin  dəyişməsi 
səbəbindən qanuni yaşayış icazəsinin yenilənməsi hüququndan məhrum edilməyənədək bir sıra hallardan irəli 
gələ  bilər.  Adətən müvafiq  hüquqi  statusun  olmaması  digər  prosessual və  maddi  hüquqlardan  faydalanma 
imkanlarına mənfi təsir göstərir (sosial təminat və sosial yardımdan istifadə məsələləri ilə əlaqədar bölmə 8.6-
a baxın). 
 
Avropa İttifaqı qanunvericiliyinə aid 
Geri qaytarılma Direktivinə
 (2008/115/EC) əsasən (Direktiv əsasında öz 
üzərinə  öhdəliklər  götürmüş  Avropa  İttifaqının  üzv  dövlətləri  ilə  bağlı  Əlavə  1-ə  baxın)  üçüncü  ölkə 
vətəndaşlarının  Avropa  İttifaqında  qanunsuz  qalması  məsələsi  artıq  həll  edilməmiş  şəkildə  qala  bilməz.  Bu 
Direktivin iştirakçısı olan Avropa İttifaqının üzv dövlətləri bu cür şəxslərin qalması məsələsini ya tənzimləməyə 
borcludurlar ya da onların geri qaytarılması barədə qərar qəbul etməlidirlər.  
 
Avropa İttifaqı ərazisində icazəsiz qalan bütün şəxslər sözügedən Direktivin əhatə dairəsinə düşür. Direktivin 
6-cı maddəsi Avropa İttifaqı üzv dövlətlərinin üzərinə bu cür şəxslərin geri qaytarılması barədə qərar qəbul 
etmək öhdəliyi qoyur. Lakin 6(4)-cü maddə dövlətləri bu öhdəlikdən azad edən halları da təsbit edir. Humanitar 
və bu səpkidən olan digər səbəblərlə yanaşı həmin şəxslərin Avropa İttifaqında qalmalarını tənzimləmək üçün 
zəruri  bir  səbəb  Avropa  İttifaqı  Fundamental    Hüquqlar  Xartiyasının  7-ci  və  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının 8-ci maddələri ilə təmin olunan şəxsi həyata və ailə həyatına hörmət hüququndan ibarətdir 
(ailə həyatına aid məsələlərlə bağlı fəsil 5-ə baxın). 
 
                                                
61
Mamatkulovun v
ə
 
Əskə
rovun Türkiy
ə
y
ə
 
qarşı
 
(Mamatkulov and Askarov v. Turkey)
 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
46827/99 v
ə
 
46951/99 saylı, 4 fevral 2005
-
ci il tarixli işlə
ri. 
62
S
ə
vriddin Curayevi
n Rusiyaya qarşı
 
(Savriddin Dzhurayev v. Russia) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 71386/10 saylı, 25 
aprel 2013-
cü il tarixli işi.
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
38
 
Misal:  M.  Gevondyanın  4  iyun  2012-ci  il  tarixli  işində
63
  Fransanın  Dövlət  Şurası  (Conseil  d’État) 
Geri 
qaytarılma Direktivinin
  6-cı maddəsi ilə  üzv dövlətlərin səlahiyyətli orqanları üzərinə  qanunsuz yaşayan 
üçüncü ölkə vətəndaşlarına qarşı geri qaytarılma qərarının sistematik şəkildə qəbul edilməsi öhdəliyinin 
qoyulmaması  qənaətinə  gəlmişdir.  6(4)-cü  maddə  6(1)-ci  maddə  ilə  əlaqədar  bir  sıra  istisnaları  və  geri 
çəkilmələri qeyd edir. Bununla əlaqədar olaraq geri qaytarılma barədə qərarlar avtomatik şəkildə qəbul 
edilə bilməz. Səlahiyyətli orqan əcnəbinin şəxsi və ailə vəziyyətini nəzərdən keçirməyə və ölkədən çıxarılma 
qərarının qəbul edilməsi prosesinin qarşısını ala biləcək  halları nəzərə  almağa borcludur. Direktivin 5-ci 
maddəsində göstərildiyi kimi, bu hallar arasında uşağın maraqları, əcnəbinin ailə vəziyyəti və səhhəti qeyd 
olunmalıdır. Bu nöqteyi-nəzərdən məhkəmələr əcnəbi tərəfindən bu cür səbəblər irəli sürüldükdə qəbul 
ediləcək qərarın onun şəxsi həyatı üçün fəsadlarını nəzərdən keçirməlidirlər. 
 
Ölkədə qalmaq icazəsini əldə etmək prosedurunun nəticələrini gözləyən bu cür şəxslərin həmin dövrdə ölkədə 
qalmaları  mümkün  olsa  da  (6(5)-ci  maddə),  sığınacaq  axtaranlarla  bağlı  vəziyyətdən  fərqli  olaraq  mütləq 
xarakter daşımır. Həmin Direktivdə bu cür şəxslərin statusu nəzərdən keçirilmir. 
Geri qaytarılma Direktivinə
 
dair şərhin 12-ci bəndi ölkədə icazəsiz qalan şəxslərdən bəzilərinin çıxarılmasının mümkün olmaması ilə bağlı 
ümumi  bir  vəziyyətin  geniş  şəkildə  bəlli  olduğunu  bəyan  etmişdir.  Eyni  zamanda,  bu  təfsirdə  dövlətlər 
tərəfindən orada yaranmış vəziyyət barədə yazılı məlumatların verilməsi də qeyd olunmuşdur, baxmayaraq ki, 
belə bir tələb Direktivin əməliyyat tədbirləri ilə bağlı hissəsində əks olunmamışdır. Nəzərdə tutulan maksimum 
saxlanılma müddəti bitmiş (saxlanılma məsələləri ilə bağlı fəsil 6-a baxın), lakin ölkədə qalmaq icazəsi hələ də 
əldə etməmiş şəxslərlə bağlı vəziyyət daha mürəkkəb hesab olunur.
64
 
 
Misal:  Kadzoyevin  işi
65
  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  tətbiq  edilən  Avropa  İttifaqı  qanunvericiliyinə 
əsasən  maksimum  saxlanılma  müddətinin  artırılmasına  heç  bir  halda  icazənin  verilməsinin  mümkün 
olmaması barədə qərar qəbul etdikdən sonra həbsdən azad edilmiş, lakin Bolqarıstandan çıxarıla bilməyən 
və  burada  sığınacaq  üçün  rədd  cavabı  almış  bir  çeçenlə  əlaqədar  idi.  Azad  edildikdən  sonra  iddiaçının 
Bolqarıstandan  çıxarılması  mümkün  olmasa  da,  bu  ölkənin  qanunvericiliyinə  əsasən  onun  üçün  heç  bir 
status  nəzərdə  tutulmadığından  o,  hər  hansı  statusa  və  ya  sənədə  malik  olmadığını  və  tamamilə  tək 
qaldığını başa düşmüşdür. 
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən qəbul edən dövlətdə şəxsə konkret bir statusun və əlaqədar 
sənədlərin verilməsi ilə bağlı Konvensiyadan irəli gələn hər hansı bir hüquq nəzərdə tutulmasa da, müəyyən 
hallarda  statusun  və  müvafiq  sənədlərin  verilməsi  müraciətinə  rədd  cavabı  diskriminativ  səbəblərlə 
əlaqədardırsa, Avropa İnsan Hüquqları Konvensiyasına zidd hesab olunur. 
 
Misal:  Kiyutinin Rusiyaya qarşı işində
66
  rusiyalı qadınla nikaha daxil olmuş və  bu nikahdan bir uşağı olan 
Özbəkistan vətəndaşı yaşayış icazəsi əldə etmək üçün Rusiyanın dövlət orqanlarına müraciət etmişdir. Lakin 
onun  İİV-ə  yoluxması  ilə  bağlı  testi müsbət  nəticələndiyindən  ona  rədd  cavabı verilmişdir.  Avropa  İnsan 
Hüquqları Məhkəməsi İİV-ə yoluxmuş şəxslərin xüsusi həssaslığını vurğulayaraq bu cür xəstəliyin əlilliyin bir 
formasına bərabər olmasını qəbul etmişdir. İİV-ə yoluxmuş əcnəbilərin deportasiyasını nəzərdə tutan milli 
qanunvericiliyin qeyd-şərtsiz müddəası hər hansı bir konkret işin faktlarını əsas götürərək fərdi qaydada 
qiymətləndirmələrin aparılmasına imkan verməsə də, belə bir müddəa obyektiv şəkildə əsaslandırılmamış 
hesab edilmişdir. Beləliklə, Məhkəmə iddiaçının səhhəti zəminində ayrı-seçkiliyə məruz qaldığını müəyyən 
edərək nəticədə Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin 8-ci maddə ilə birgə pozulması 
qənaətinə gəlmişdir. 
 
Avropa Sosial Xartiyasına əsasən dövlətin öz vətəndaşları üçün nəzərdə tutulmuş hüquqlarının əhatə dairəsi 
həmin  hüquqların  bu  dövlətin  ərazisində  qanuni  yaşayan  və  ya  əmək  fəaliyyəti  ilə  məşğul  olan  digər  üzv 
                                                
63
M. Gevondyanın
 
Fransanın Dö
vl
ət Şurasındakı 
(
France, Council of State (Conseil d’État),
M. Ghevondyan)
 
(Conseil d’État) 4 iyun 2012
-ci 
il tarixli işi.
 
64
 Ölk
ə
d
ən çıxarılmamış şə
xsl
ə
rin v
ə
ziyy
ə
ti il
ə
 
ə
laq
ədar Avropa İttifaqının Əsas Hüquqlar üz
r
ə
 Agentliyi (2011b)-d
ə
 
(FRA (2011b) 
f
ə
sil 2-
ə
 
baxın.
 
65
Kadzoyevin (Xuçbarovun) 
(Kadzoev (Huchbarov)
 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-357/09 [2009] ECR I-
11189 saylı, 30 noyabr 2009
-
cu il tarixli işi.
 
66
Kiyutinin Rusiyaya qarşı
 
(Kiyutin v. Russia)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 2700/10 saylı, 10 mart 2011
-ci il tari
xli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə