Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə24/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   20   21   22   23   24   25   26   27   ...   128

41
 
Soysalın işi
78
viza tələbi ilə əlaqədar idi. Avropa Ədalət Məhkəməsi müəyyən etmişdir ki, Ankara Sazişinə 
dair Əlavə Protokolun 41-ci maddəsi əgər bu Protokolun qüvvəyə minməsi zamanı viza tələb edilmirdisə, 
Almaniyada türk şirkətləri adından xidmətlər göstərmək istəyən Türkiyə vətəndaşlarının bu ölkəyə gəlməsi 
ilə əlaqədar viza tələbinin tətbiqini istisna edir.  
 
Məhkəməyə əsasən vizanın tətbiqi ilə əlaqədar milli qanunvericiliyin Avropa İttifaqının 
(EC)539/2001 saylı 
Əsasnaməsinin
 (Əlavə 1-ə baxın) icrasından irəli gəlməsi faktı bu qərara təsir etmir. Bundan başqa, Avropa 
İttifaqı  qanunvericiliyi  "status-kvo"  müddəasını  özündə  əks  etdirən  müvafiq  beynəlxalq  sazişlərə  uyğun 
şəkildə təfsir olunmalıdır. 
 
Oğuzun  işində
79
  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  "status-kvo" müddəasının  Avropa  İttifaqına  üzv  olan 
dövlətlərin  miqrasiya  məsələləri  ilə  əlaqədar  sui-istifadələri  cəzalandırmaq  üçün  öz  milli 
qanunvericiliklərindən  istifadənin  qarşısını  almaması  qənaətinə  gəlmişdir.  Lakin  cənab  Oğuza  ölkəyə 
gəlmək  və  burada  qalmaq  icazəsinin  verilməsindən  səkkiz  il  sonra  onun  milli  miqrasiya  qanunvericilik 
aktlarına  zidd  fərdi  əmək  fəaliyyəti  ilə  məşğul  olması  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  tərəfindən  sui-
istifadə halı hesab olunmamışdır. 
 
Avropa  İttifaqının  yeni  üzv  dövlətlərinə  gəldikdə  isə  Türkiyə  ilə  bağlı  "status-kvo"  müddəasının  qüvvəyə 
minməsi tarixi onlar üçün İttifaqa üzv olduqları gündən hesablanır. 
 
Ankara Sazişinə dair 1970-ci il tarixli Əlavə Protokol iqtisadi və sosial hüquqlardan istifadə ilə bağlı fəsil 8-də 
müzakirə olunan bir sıra hüquqları nəzərdə tutur. Status məsələsinə gəldikdə isə Türkiyə vətəndaşları öz sosial 
və  əmək  hüquqlarını  icra  edərkən  Avropa  İttifaqına  üzv  olan  dövlətin  ərazisində  qalmaq  hüququna 
malikdirlər.
80
Ankara Sazişi əsasında yaradılmış Əməkdaşlıq Şurasının 1/80 saylı Qərarına uyğun olaraq Türkiyə 
vətəndaşları,  o  cümlədən,  onların  Türkiyə  vətəndaşı  olmayan  ailə  üzvləri  imtiyazlı  rəftardan  faydalanmaq 
hüququna  malikdirlər  ("Avropa  İqtisadi  Birliyi-Türkiyə  Əməkdaşlıq  Şurası";  ailə  həyatına  aid  məsələlərlə 
əlaqədar fəsil 5-ə baxın).
81
 Bu hüquqlar Türkiyə vətəndaşlarını qəbul edən üzv dövlətə gəlmə və bu dövlətdə 
qalma hüququnun verilməsi üçün istifadə olunmuş əsaslardan irəli gələn şərtlərlə əlaqədar olmaya bilər. 
 
Misal:  Avropa  Ədalət  Məhkəməsi  Altunun  işi
82
  ilə  əlaqədar  müəyyən  etmişdir  ki,  Türkiyə  vətəndaşının 
qaçqın  qismində  Avropa  İttifaqının  üzv  dövlətində  yaşamaq  və  müvafiq  olaraq  dövlətin  əmək  bazarına 
çıxmaq hüquqlarını əldə etməsi faktı onun ailə üzvünün Əməkdaşlıq Şurasının 1/80 saylı Qərarından irəli 
gələn  hüquqlardan  faydalanmasına  mane  olmur.  Bundan  başqa,  Kahvecinin  işində
83
  Avropa  İttifaqının 
Ədalət Məhkəməsi müəyyən etmişdir ki, hətta həmin işçi öz türk vətəndaşlığını saxlamaqla yaşadığı Avropa 
İttifaqı üzv dövlətinin vətəndaşlığını əldə etmiş olsa belə, onun ailə üzvləri onlara sözügedən Qərarla şamil 
olunan hüquqları tələb edə bilərlər. 
 
 
 
                                                
78
Mehmet Soysalın və
 
İbrahim Savatlının Almaniyaya qarşı
 
(Mehmet Soysal and Ibrahim Savatli v. Bundesrepublik Deutschland) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-228/06 [2009] ECR I-
01031 saylı, 19 fevral 2009
-
cu il tarixli işi.
 
79
Tural Oğuzun Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı
 
(Tural Oguz v. Secretary of State for the Home Department)
 Avropa 
İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-186/10, [2011] ECR I-
06957 saylı, 21 iyul 2011
-
ci il tarixli işinin 46
-
cı paraqrafı; 
Kra
liçanın, Və
li Tumun 
v
ə
 M
ə
hm
ə
t Darinin 
(The Queen, Veli Tum and Mehmet Dari) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-16/05 [2007] ECR I-
07415 saylı 20 
sentyabr 2007-
ci il tarixli işi.
 
80
Altunun Stadt Böblingen-
ə
 
qarşı
 
(Altun v. Stadt Böblingen) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-337/07 [2008] ECR I-103
23 saylı, 18 
dekabr 2008-
ci il tarixli işinin 21
-
ci paraqrafı; 
R
ə
c
əp Tefikin Berlin Torpağına qarşı
 
(Recep Tetik v. Land Berlin)
 
23 C-171/95 [1997] ECR I-
00329 saylıyanvar 1997
-
ci il tarixli işinin 48
-
ci paraqrafı; "Avropa Şurasının tə
sis edilm
əsi haqqında" 1955
-
ci il Avropa Konvensiyasının 2
-ci 
madd
əsi “[…] 
Konvensiyaya t
ə
r
əfdar çıxmış hə
r bir dövl
ə
t  [o cüml
ə
d
ə
n Türkiy
ə
 v
ə
 
Avropa İttifaqının bir
 çox dig
ə
r dövl
ə
ti] onun iqtisadi v
ə
 
sosial v
ə
ziyy
ə
ti imkan verdiyi d
ə
r
ə
c
ə
d
ə
 Konvensiyaya t
ə
r
əfdar çıxmış digə
r dövl
ə
tl
ə
rin v
ə
t
əndaşlarının öz ə
razisind
ə
 
davamlı və
 ya daimi 
yaşamasına şərait yaratmalıdır.
 
81
Natthaya Dülgerin Uetteraukreis-
ə
 
qarşı
 
(Natthaya Dülger v. Wetteraukreis) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
451/11 saylı, 19 
iyul 2012-
ci il tarixli işi.
 
82
Altunun Stadt Böblingen-
ə
 
qarşı
 
(Altun v. Stadt Böblingen) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-337/07 [2008] ECR I-
10323 saylı, 18 dekabr 
2008-
ci il tarixli işinin 50
-
ci paraqrafı

83
Staatssecretaris van Justitie-nin Tayfun Kahveciy
ə
 v
ə
 
Osman İnana qarşı
 
(Staatssecretaris van Justitie v. Tayfun Kahveci and Osman 
Inan)
 Avro
pa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-7/10 v
ə
 C-
9/10 saylı,29 mart 2012
-ci il tarixli birg
ə
 
işlə
ri. 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə