Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə26/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   22   23   24   25   26   27   28   29   ...   128

43
 
Avstriyanın  dövlət  orqanları  tərəfindən  təqdim  olunmuş  və  cənab  Rotmana  qarşı  həbs  sanskiyasının 
verilməsi  barədə  informasiyanı  əsas  götürərək  onun  Alman  vətəndaşlığını  saxta  yollarla  əldə  olunması 
səbəbindən ləğv etməyə çalışmışdır. Lakin belə bir qərarın qəbul edilməsi onun vətəndaşsızlığına gətirib 
çıxarmışdır.  İşi  istiqamətləndirən  məhkəmə  cənab  Rotmanın  vətəndaşsızlığı  səbəbindən  Avropa  İttifaqı 
vətəndaşlığını  da  itirməsi  ilə  əlaqədar  bu  məsələnin  Avropa  İttifaqı  qanunvericiliyinin  əhatə  dairəsinə 
düşüb-düşmədiyini bilmək niyyətində idi. Avropa İttifaqı Ədalət Məhkəməsi Avropa İttifaqı üzv dövlətinin 
şəxsi  vətəndaşlıqdan  məhrum  etməsi  qərarı  onun  Avropa  İttifaqı  vətəndaşı  statusunu  itirməsini  və  bu 
statusdan irəli gələn hüquqlardan məhrum etməsini nəzərdə tutduğundan Avropa İttifaqı qanunvericliyinin 
əhatə dairəsinə düşən və bununla əlaqədar olaraq onun prinsiplərinə uyğun gələn bir iş olması barədə qərar 
vermişdir.  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  qeyri-düzgün  məlumatlar  təqdim  etmə  səbəbindən  üzv 
dövlətin naturalizasiya barədə qərarını ləğv etməsi məsələsinin qanunauyğun olması qənaətinə gəlmişdir, 
baxmayaraq ki, bunun nəticəsində əlaqədar şəxs həmin üzv dövlətin vətəndaşlığı ilə yanaşı Avropa İttifaqı 
vətəndaşlığını da itirmişdir. Lakin belə bir qərar digər məsələlərlə yanaşı şəxsin öz ilkin vətəndaşlığını bərpa 
etmək  məqsədi  ilə  ona  zəruri  bir  müddətin  verilməsini  nəzərdə  tutan  mütənasiblik  prinsipinə  uyğun 
olmalıdır. 
 
Avropa İnsan Hüquqları Konvensiyasında başqa dövlətin vətəndaşlığını əldə etmək hüququ mövcud deyil.
88
 
Lakin  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  qeyd  etmişdir  ki,  vətəndaşlıqdan  əsassız  məhrum  etmə  əməli 
əlaqədar şəxsin şəxsi həyatına təsir etdiyindən Konvensiyanın 8-ci maddəsinə əsasən məhkəmə yolu ilə həll 
oluna bilər.
89
 
 
Misal: Genovezevin Maltaya qarşı işində
90
 Avropa İnsan Hüquqları Məhkəməsi Malta vətəndaşı olmayan 
qadının və Malta vətəndaşlığı məhkəmə yolu ilə tanınmış kişinin nikahdan kənar doğulmuş uşağının Malta 
vətəndaşlığı  əldə  etmək  müraciətinə  rədd  cavabının  verilməsi  məsələsinə  baxmışdır.  Vətəndaşlığın 
verilməməsi məsələsi ayrılıqda götürülmüş 8-ci maddənin pozulması kimi qiymətləndirilməsə də Məhkəmə 
hesab  etmişdir  ki,  bu  məsələnin  iddiaçının  sosial  özünəməxsusluğuna  təsiri  daha  geniş  xarakter 
daşıdığından o, 8-ci maddənin əhatə dairəsinə düşür və rədd cavabının əsassız və diskriminativ xarakteri 
Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi ilə birlikdə 8-ci maddəsinin də pozulmasına dəlalət 
edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                
88
K. v
ə
 V. ail
əsinin Hollandiyaya qarşı
 
(European Commission of Human Rights, Family K. and W. v. the Netherlands) 
(dec.) İnsan 
Hüquqları üzrə
 
Avropa Komissiyasındakı 11278/84 saylı, 1 iyul 1985
-
ci il tarixli işi. 
 
89
Karasyovun Finlandiyaya 
(Karassev v. Finland) 
(dec.), Slivenkovun Latviyaya 
(Slivenko v. Latvia) 
[GC] v
ə
 Kuduzoviçin 
Sloveniyaya 
(
Kuduzović v. Slovenia
) 
(dec.) qarşı Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 31414/96, 48321/99 v
ə
 
60723/00 saylı, 12 yanvar 1999
-cu il, 9 oktyabr 2003-cü il  v
ə
 17 mart 2005-
ci il tarixli işlə
ri. 
90
Genovezevin Maltaya qarşı
 
(Genovese v. Malta) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 53124/09 saylı

11 oktyabr 2011-ci il tarixli 
işi.
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
44
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlavə presedentlər və ədəbiyyat 
 
Əlavə  presedentlərlə  tanış  olmaq  üçün  zəhmət  olmasa  bu  vəsaitin  174-ci  səhifəsində  verilmiş  təlimatlara 
diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki 
"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür. 
 
Əsas məqamlar 
 

 
Əksər hallarda müvafiq sənədlərin mövcudluğu əcnəbilərə əmək bazarına çıxmaq, həmçinin özəl və 
dövlət xidmətlərindən istifadə etmək imkanı verir; eyni zamanda, bu dövlət orqanları ilə mübahisəli 
halların yaranmasının qarşısını alır (bu fəslin "Giriş" bölməsinə baxın). 

 
Avropa İttifaqının Fundamental Hüquqlar Xartiyası sığınacaq hüququnu birmənalı şəkildə təsbit edir. 
Avropa İnsan Hüquqları Konvensiyası sığınacaq əldə etmək hüququnu təmin etməsə də qəbul edən 
dövlətdə ölüm və ya ləyaqəti alçaldan rəftar təhlükəsi ilə üzləşəcək şəxsin çıxarılmasından çəkinmə 
bu Konvensiya əsasında göndərən dövlətdən tələb oluna bilər (Bölmə 2.2-yə baxın). 

 
Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq axtaranlar öz sığınacaq ərizələrinə yekun qərarın 
verilməsini  gözləyərkən  aidiyyəti  dövlətin  ərazisində  qalmaq  hüququna  malikdirlər  və  şəxsiyyəti 
təsdiq edən sənədlərlə təmin olunmalıdırlar (Bölmə 2.1-ə baxın). 

 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  qaçqın  statusu  verilmiş  şəxslər  və  əlavə  himayədən 
faydalanan şəxslər şəxsiyyəti təsdiq edən sənədlərlə və yol sənədləri ilə təmin olunmalıdırlar (Bölmə 
2.2-yə baxın). 

 
Həm Avropa İttifaqı qanunvericiliyinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasına əsasən insan 
alveri qurbanlarının polis orqanları ilə əməkdaşlığına şərait yaratmaq üçün onlar yaşayış icazələri ilə 
təmin olunmalıdırlar. Avropa İttifaqı qanunvericiliyinə və Avropa İnsan Hüquqları Konvensiyasına 
əsasən bu cür şəxsləri müdafiə etmək üçün dövlətlərdən konkret tədbirlərin həyata keçirilməsi tələb 
oluna bilər (Bölmə 2.3-ə baxın). 

 
Geri  qaytarılma  Direktivi
  qeyri-qanuni  vəziyyətdə  olan  üçüncü  ölkə  vətəndaşlarının  müvafiq 
vəziyyətinin  ya  tənzimlənməsini  və  ya  onların  geri  qaytarılması  üçün  qərarın  verilməsini  Avropa 
İttifaqının üzv dövlətlərindən tələb edir (Bölmə 2.5-ə baxın). 

 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  miqrantın  statusunun    tanınmaması  və  ya  ona 
müvafiq sənədlərin verilməməsi məsələsi 8-ci maddəyə müvafiq olaraq məhkəmə yolu ilə həll edilə 
bilər (Bölmə 2.5-ə baxın). 

 
Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövlətində 5 il ərzində qanuni əsaslarla 
davamlı şəkildə yaşayan üçüncü ölkə vətəndaşı daha yüksək status əldə etmək hüququna malikdir 
(Bölmə 2.6-ya baxın). 

 
Türkiyə vətəndaşları və onların ailələri Ankara Sazişinə dair 1970-ci il tarixli Protokol qüvvəyə mindiyi 
zaman fərdi əmək fəaliyyəti və ya xidmətlərin göstərilməsi ilə əlaqədar tətbiq edilmiş şərtlərdən daha 
ciddi şərtlərə məruz qala bilməzlər (Bölmə 2.7-yə baxın). 

 
Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İqtisadi Zonasının və ya İsveçrənin və yaxud Avropa 
İttifaqı vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşları hərəkət etmək azadlığından irəli 
gələn hüquqları icra edərək daha imtiyazlı status əldə etmək hüququna malikdirlər (Bölmə 2.8-ə 
baxın). 

 
Nə Avropa İttifaqı qanunvericiliyi, nə də ki, Avropa İnsan Hüquqları Konvensiyası vətəndaşlığın əldə 
olunması məsələsini əhatə etməsə də vətəndaşlığın itirilməsi müvafiq Avropa İttifaqı hüquqlarının 
itirilməsini  də  nəzərdə  tutsa  bu  məsələyə  Avropa  İttifaqının  qanunvericiliyi  əsasında  baxıla  bilər 
(Bölmə 2.9-a baxın). 
 
 
 
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə