Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə34/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   30   31   32   33   34   35   36   37   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
54
 
bir  qrup  tərəfindən  gəlməsinə  baxmayaraq  dövlət  orqanlarının  kifayət  qədər  müdafiənin  təmin  edə 
bilməməsi səbəbindən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tətbiq edilməsi barədə 
qərar çıxarmışdır. 
 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  şəxsin  onu  qəbul  etdiyi  ölkədə  disident  fəaliyyəti  ilə  məşğul  olması 
səbəbindən geri qaytarılacağı təqdirdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə zidd rəftara 
məruz qalması riskinin artması məsələsi ilə bağlı işə də baxmışdır.
118
 
 
Misal:  S.F.-in  İsveçə  qarşı  işində
119
  Məhkəmə  İrandan  qaçdıqdan  sonra  İsveçdə  gərgin  siyasi  fəaliyyətlə 
məşğul  olmuş  siyası  disidentlərdən  ibarət  İranlı  ailənin  çıxarılması  ilə  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının  3-cü  maddəsinin  pozulacağı  barədə  qərara  gəlmişdir.  Məhkəmə  iddiaçıların  İrandakı 
fəaliyyətinin özü özlüyündə risk təşkil etməsi üçün kifayət etmədiyini, lakin onların internet yazışmalarının, 
həmçinin  İrandan  kənarda  belə  rejimin  tənqid  edilməsinin  İran  orqanları  tərəfindən  nəzarət  altında 
saxlanılmasını nümayiş etdirən faktlar əsasında İsveçdəki fəaliyyətinin vacib olduğunu müəyyən etmişdir. 
Beləliklə, iddiaçıların İsveçə  köçməzdən  əvvəl İrandakı fəaliyyətlərini və  baş vermiş hadisələri, həmçinin 
İranı şəxsiyyəti təsdiq edən etibarlı sənədlər olmadan qanunsuz tərk etməyə məcbur olduqlarını nəzərə 
alaraq İranın dövlət orqanları onları geri qaytarılacağı təqdirdə asanlıqla müəyyən edə bilərlər. 
 
3.1.3.
 
Riskin qiymətləndirilməsi 
 
Geri qaytarılmadan irəli gələn prinsiplərin qiymətləndirilməsi baxımından Avropa İttifaqı qanunvericiliyinə və 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən tətbiq edilən prinsiplərin bir çox oxşar cəhətləri mövcuddur. 
Bu  oxşarlığı  ilk  növbədə  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  presedent  hüququndan  və  BMTQAK 
qaydalarından irəli gələn və Avropa İttifaqının sığınacaq hüququna aid standartlara da şamil etmək olar. Bu 
prinsiplər  qiymətləndirmənin  fərdiləşdirilməsini  və  qüvvədə  olan  müvafiq  qanunları,  faktları,  sənədləri  və 
dəlilləri  nəzərə  almaqla  əsaslandırılmasını  nəzərdə  tutur.  Buraya  mənşə  ölkəsindəki  vəziyyət  haqqında 
informasiya da daxildir. Keçmişdə şəxsə vurulmuş ziyan gələcəkdə baş verə biləcək riskin vacib göstəricisi ola 
bilər. 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən 
Təsnif etmə Direktivinin
 4-cü maddəsi beynəlxalq himayənin tətbiqi 
ilə əlaqədar müvafiq faktların və halların qiymətləndirilməsi üçün təfərrüatlı qaydaları təsbit edir. Məsələn, 
fərdiləşdirilmiş  qiymətləndirilmə  aparılmalıdır:  şəxs  keçmişdə  təqiblərdən  əziyyət  çəkmişdirsə,  bu  onun 
gələcəkdə  geri  qaytarılacağı  təqdirdə  baş  verəcəyi  əsaslı  riskə  səbəb  ola  bilər.  Münasibliyi  müəyyən  edən 
əməkdaşlar vəsatəti əsaslandırmaq üçün düzgün cəhdlərin əsasını təşkil edən hər bir izahı nəzərə almalıdırlar. 
 
Qiymətləndirmənin vaxt çərçivələrinə gəldikdə, 
Təsnif etmə Direktivinin
 4(3)-cü maddəsi bu prosesin müvafiq 
ərizə  ilə  bağlı  qərarın  qəbul  edilməsi  zamanı  həyata  keçirilməsini  nəzərdə  tutur.  Dəyişdirilmiş 
Sığınacaq 
prosedurları  Direktivinin
  46(3)-cü  maddəsi  isə  apellyasiya  prosedurları  ilə  bağlı  faktların  və  məsələlərin 
apellyasiya  verildiyi  zaman  baxılmasını  tələb  edir.  Müdafiənin  dayandırılmasını  qiymətləndirmək  üçün  vaxt 
çərçivələri bölmə 3.1.8-də təsvir olunur. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  iddiaçının  üzv  dövlətdən  çıxarıldığı  təqdirdə  Avropa  İnsan 
Hüquqları Konvensiyasının 2 və ya 3-cü maddəsi ilə qadağan edilmiş rəftara məruz qalması riski ilə üzləşəcəyini 
ehtimal etmək  üçün vacib əsasların mövcud olduğunu sübuta yetirən faktları məhkəmədə təsdiq etmək  işi 
məhz iddiaçının ixtiyarına verilir. Bu cür dəlillər məhkəməyə təqdim olunduqda onlar haqqında şübhəni aradan 
qaldırmaq  müvafiq  dövlətin  işidir.
120
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  sığınacaq  axtaranların  verdikləri 
bəyanatları və təqdim etdikləri təsdiqedici sənədləri qiymətləndirərək yaranan şübhələri əsaslandırmaq üçün 
                                                
118
 Misal üçün 
Muminovun Rusiyaya qarşı
 
(Muminov v. Russia) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 42502/06 saylı
11 dekabr 2008-
ci il tarixli işinə
 
baxın.
 
119
S.F.-nin v
ə
 ba
şqalarının İsveçə
 
qarşı 
(S.F. and Others v. Sweden) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
52077/10 saylı, 15 may 
2012-
ci il tarixli işi.
 
120
S
əədinin İtaliyaya qarşı 
(Saadi v. Italy) 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 37201/06 saylı, 28 fevral 2008
-
ci il tarixli işin 129
-
cu paraqrafı.
 


55
 
onlara müvafiq imkanın verilməsini zəruriləşdirən xüsusi bir vəziyyətin mövcud olması faktını qəbul etmişdir.
121
 
Lakin tələb olunan informasiya çatışmadıqda və ya təqdim olunmuş sənədlərin həqiqiliyini şübhə altına almaq 
üçün tutarlı əsaslar mövcud olduqda əlaqədar şəxs qənaətbəxş izahatlar verməyə borcludur.
122
 
 
Misal: Sinqhin və başqalarının Belçikaya qarşı işində
123
 Məhkəmə Əfqan vətəndaşlarının sığınacaq almaq 
üçün təqdim edilmiş ərizələrini dəstəkləmək üçün verilən sənədlərin Belçikanın dövlət orqanları tərəfindən 
geri  qaytarıldığını  qeyd  etmişdir.  Əlaqədar  orqanlar  müvafiq  məsələni  kifayət  qədər  araşdırmadan 
sözügedən sənədləri qaneedici hesab etməmişdir. Konkret olaraq onlar iddiaçıları qaçqın statusu ilə təmin 
edən və  BMTQAK-ın  Nyu Delidəki  Nümayəndəliyi  tərəfindən verilmiş  sənədlərin  surətlərinin  həqiqiliyini 
asanlıqla  yoxlamaq  imkanlarına  malik  olsalar  da  bunu  etməmişdirlər.  Bununla  əlaqədar  olaraq  həmin 
orqanlar  sığınacaq  almaq üçün  təqdim  edilmiş  ərizələrin  Avropa  İnsan  Hüquqları  Konvensiyasının 13-cü 
maddəsində nəzərdə tutulduğu kimi dəqiq və təfərrüatlı yoxlanılmasını aparmamaqla bu maddə ilə birgə 
3-cü maddənin də müddəalarını pozmuşdur.
 
 
Avropa İnsan Hüquqları Konvensiyasının 36-cı maddəsi bir üzv dövlətin vətəndaşının digər üzv dövlətə qarşı 
Məhkəməyə təqdim etdiyi şikayətlə əlaqədar vətəndaşı şikayətçi olan üzv dövlətə müvafiq prosesdə iştirak 
etmək  hüququ  verir.  Aidiyyəti  dövlətə  öz  vətəndaşını  diplomatik  müdafiə  ilə  təmin  etmək  imkanının 
yaradılması məqsədi ilə Avropa İnsan Hüquqları Konvensiyasına daxil edilmiş bu müddəa ərizəçinin vətəndaşı 
olduğu dövlətdə Konvensiyanın 2-cü və 3-cü maddələrinə zidd rəftara məruz qalmasının ehtimal edilməsi ilə 
əlaqədar onun həmin dövlətə geri qaytarılması ilə bağlı riskə dair şikayətinə baxıldığı hallarda tətbiq edilmir.
124
 
 
Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən bu risk yalnız fərdi faktorlar deyil, birgə 
faktorlar  əsasında  qiymətləndirilməlidir.
125
Hər  bir  qiymətləndirmə  bütün  dəlilləri  nəzərə  almaqla 
fərdiləşdirilməlidir.
126
  Əgər  şəxs  keçmişdə  təqibdən  əziyyət  çəkirdisə,  bu  onun  gələcəkdə  də  riskə  məruz 
qalmasının əsaslı göstəricisi ola bilər.
127
 
 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  geri  qaytarılmanın  riskini  qiymətləndirərək  müvafiq  ölkədəki  ümumi 
vəziyyətə,  həmçinin  şəxslə  bağlı  konkret  risklərə  aid  faktları  nəzərdən  keçirir.  Avropa  İnsan  Hüquqları 
Məhkəməsi əlaqədar ölkədəki vəziyyəti nəzərdən keçirdiyi zaman istinad ediləsi sənədlərin növləri ilə əlaqədar 
təlimatlar  vermişdir  ki,  bu  sənədlər  sırasına  BMTQAK  və  beynəlxalq  insan  hüquqları  sahəsində  fəaliyyət 
göstərən  təşkilatlarının  hesabatları  da  daxildir.  Məhkəmə  informasiya  mənbəyi  məlum  olmayan  və  əks 
olunmuş qənaətləri digər həqiqətə uyğun faktlarla ziddiyyət təşkil edən hesabatları etibarsız sayır.
128
 
 
Şəxs çıxarılmadıqda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qiymətləndirmənin aparılması tarixi riskin 
nəzərə alınması prosesinin başlanğıc nöqtəsi sayılır.
129
 Bu prinsip Avropa İnsan Hüquqları Konvensiyasından 
irəli  gələn  hüququn  3-cü  maddədə  olduğu  kimi  mütləq  və  ya  8-ci  maddədə  nəzərdə  tutulduğu  kimi  qeyri-
mütləq xarakter daşımasından asılı olmayaraq tətbiq edilir.
130
 İddiaçı artıq çıxarıldıqda Avropa İnsan Hüquqları 
Məhkəməsi onun qəbul edən dövlətdə ləyaqəti alçaldan rəftara məruz qalıb-qalmamasına və həmin ölkə üzrə 
vəziyyətin iddiaçının ləyaqəti alçaldan rəftara məruz qalacağını ehtimal etmək üçün əsaslı səbəbləri nümayiş 
etdirib-etdirməməsi məsələsinə diqqət yetirir. 
                                                
121
Salah Şeexin Hollandiyaya
 
(Salah Sheekh v. the Netherlands) 
v
ə
 R.C.-
nin İsveçə
 
qarşı
 
(R.C. v.Sweden) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 1948/04 v
ə
 
41827/07 saylı, 11
 yanvar 2007-ci il v
ə
 9 mart 2010-
cu il tarixli işlə
rinin 148 v
ə
 50-ci 
paraqrafları.
 
122
Matsyuxina v
ə
 Matsyuxinin 
(Matsiukhina and Matsiukhin v. Sweden)
 
(dec.), h
ə
mçinin Kollinz v
ə
 Akaziyebenin 
İsveçə
 
qarşı
 
(Collins and Akaziebie v. Sweden)
 (dec.)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 31260/04 v
ə
 
23944/05 saylı, 21 
iyun 2005-ci il v
ə
 8 mart 2007-ci il tarixli 
işlə
ri. 
123
Sinqhin v
ə
 
başqalarının Belçikaya qarşı 
(Singh and Others v. Belgium) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 33210/11 saylı, 
2oktyabr 2012-
ci il tarixli işi.
 
124
I.-
nin İsveçə
 
qarşı
 
(I. v. Sweden) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 61204/09 saylı, 5 sentyabr 2013
-
cü il tarixli işi. 
 
125
S.F.-nin v
ə
 
başqalarının İsveçə
 
qarşı
 
(S.F. and Others v. Sweden)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
52077/10 saylı, 15 may 
2012-
ci il tarixli işinin 68, 69
-
cu paraqrafları.
 
126
R.C.-
nin İsveçə
 
qarşı
 
(R.C. v. Sweden) 
Avropa İnsan Hüquqları 
 
M
ə
hk
ə
m
ə
sind
əki 41827/07 saylı, 9 mart 2010
-
cu il tarixli işinin (tibbi 
arayış haqqında) 51
-
ci paraqrafı; 
N.-
in İsveçə
 
qarşı
 
Avropa İnsan HüquqlarıMə
hk
ə
m
ə
sind
ə
ki
 
(N.v. Sweden) 
23505/09 
saylı, 20 iyul 2010
-
cu il tarixli işinin 52
-c
i paraqrafı; 
Sufinin v
ə
 Elminin Birl
əşmiş Krallığa qarşı
 
(
Sufi and Elmi v. the United Kingdom) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki 831907/07 v
ə
 11449/07 
saylı, 28 iyun 
2011-
ci il tarixli işlə
ri.    
127
R.C.-
nin İsveçə
 
qarşı
 
(
R.C. v. Sweden)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 41827/07 saylı, 9 mart 2010
-
cu il tarixli işi.
 
128
Sufinin v
ə
 Elminin Birl
əşmiş Krallığa qarşı 
(Sufi and Elmi v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 831907/07 
v
ə
 11449/07 
saylı, 28 iyun 2011
-
ci il tarixli işlə
rinin 230-234-
cü paraqrafları.
 
129
S
əədinin İtaliyaya qarşı
 
(Saadi v. Italy) 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 37201/06 saylı, 28 fevral 2008
-
ci il tarixli işi.
 
130
A.A.-
nın Birləşmiş Krallığa qarşı 
(A.A. v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 8000/08 saylı, 20 sentyabr 
2011-
ci il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə