Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə37/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   33   34   35   36   37   38   39   40   ...   128

59
 
olaraq  sığınacaq  axtaran  şəxs  təhlükəsiz  üçüncü  ölkəyə  buraxılmalıdır,  orada  himayə  olunmaq  məqsədi  ilə 
müraciət etmək imkanına malik olmalıdır və o, beynəlxalq himayə ehtiyacı olan şəxs kimi müəyyən edildikdə 
onunla  1951-ci  il  Cenevrə  Konvensiyasına  uyğun  rəftar  olunmalıdır.  Sonradan  geri  qaytarılan  şəxsin  başqa 
təhlükəli ölkəyə göndərilməməsinin əlaqədar dövlətlər tərəfindən təmin edilməsi çox vacibdir. 
 
İkinci  bir  vəziyyət 
Dublin  Əsasnaməsini
  ((EU)(604/2013)  tətbiq  edən  dövlətlərlə,  konkret  olaraq  Avropa 
İttifaqına üzv olan 28 dövlətlə, həmçinin Lixtenşteyn, Norveç və İsveçrə ilə əlaqədardır (Bölmə 4.2-ə baxın).
140
 
Dublin Əsasnaməsi
 beynəlxalq himayə üçün ərizələrin baxılması sahəsində üzv dövlətlər arasında məsuliyyət 
bölgüsünü  nəzərdə  tutur;  Avropa  İttifaqının  bir  üzv  dövlətində  ərizə  təqdim  etdikdən  sonra  başqa  bir  üzv 
dövlətə  getmiş  şəxsin  ərizəsinə  baxmaq  üçün  məsuliyyət  bölgüsünə  dair  meyarlar  iyerarxiyası  mövcuddur. 
Dublin  Əsasnaməsini
  tətbiq  edən  bütün  dövlətlərin  təhlükəsiz  olması  və  Avropa  İttifaqının  Fundamental 
Hüquqlar Xartiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməsi barədə təkzib olunan bir fərziyyə 
mövcuddur. 
 
Dublin Əsasnaməsində
 sadalanan müxtəlif kriteriayalardan biri ondan ibarətdir ki, ərizəçinin Avropa İttifaqının 
ümumi ərazisinə gəlməsinə icazə verən dövlət adətən onun ərizəsinin baxılmasına məsuliyyət daşıyan dövlət 
kimi müəyyən edilir (
Dublin Əsasnaməsinin
 III fəsli). Ərizəçinin hansı dövlət vasitəsi ilə ümumi əraziyə gəldiyini 
müəyyən etmək üçün onun gəldiyi ilk dövlətdə barmaq izləri götürülərək 
Dublin Əsasnaməsini
 tətbiq etmiş 
bütün  dövlətlərin  çıxışı  olan  "Eurodac"  məlumat  bazasına  daxil  edilir  ((EU)603/2013  saylı 
Eurodac 
Əsasnaməsinə
    baxın).  Məsələn,  əgər  sığınacaq  axtaran  şəxs  "A"  ölkəsinə  gələrək  sığınacaq  üçün  müraciət 
edirsə  və  onun  burada  barmaq  izləri  götürüldükdən  sonra  "B"  ölkəsinə  gedirsə,  "B"  ölkəsində  götürülmüş 
barmaq izləri "A" ölkəsində götürülmüş barmaq izləri ilə tutuşdurulacaq və bundan sonra "B" ölkəsi sığınıcaq 
almaq məqsədilə verilmiş müraciətə baxılması məsuliyyətinin "B" və ya "A" ölkəsi üzərinə düşdüyünü müəyyən 
etmək  üçün  Dublin  meyarını  tətbiq  etməlidir.  Dövlətlər  şəxslərin  sığınacaq  və  qəbuletmə  sistemlərində 
çatışmazlıqları olan Avropa İttifaqının üzv dövlətlərinə geri qaytarılmamasını təmin etməlidirlər. Avropa İttifaqı 
Fundamental  Hüquqlar  Xartiyasının  ciddi  şəkildə  pozulmasına  gətirib  çıxaran  müəyyən  hallarda 
Dublin 
Əsasnaməsi
 əsasında üzərinə müvafiq məsuliyyət düşməyən dövlətlər sığınacaq ərizəsinə baxmalı olurlar. 
 
Misal:  N.S.-in  və  M.E.-nin  birgə  işlərində
141
  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  Dublin  meyarına  əsasən 
ərizənin baxılması məsuliyyəti Avropa İttifaqına üzv olan digər bir dövlətin üzərinə düşdükdə belə müəyyən 
hallarda başqa bir üzv dövlətin 
Dublin Əsasənaməsinin
 3(2)-ci maddəsində əks olunmuş suveren hüquqa 
əsasən bu öhdəliyin öz üzərinə götürməsi ilə bağlı ilkin qərar qəbul etmişdir. Məhkəmə Avropa İttifaqına 
üzv olan dövlətlərin 3(2)-ci maddəsinə əsasən öz diskresion səlahiyyətlərini icra edərkən Avropa İttifaqının 
Fundamental Hüquqlar Xartiyası ilə tanınan əsas hüquqlara və prinsiplərə uyğun hərəkət etməli olduqlarını 
dəqiqləşdirmişdir. Əgər həmin üzv dövlətdəki sığınacaq prosedurlarında və qəbuletmə şəraitində Xartiyanın 
4-cü  maddəsinin  (işgəncənin  qadağan  edilməsi)  pozulmasına  gətirib  çıxaran  qüsurların  mövcud olmasını 
müvafiq  dəlillər  nümayiş  etdirirsə  və  birinci  üzv  dövlət  bu  barədə  məlumatlıdırsa,  o  sığınacaq  axtaranı 
sözügedən Əsasnaməyə uyğun olaraq müvafiq məsuliyyətə malik olan digər üzv dövlətə göndərməyə bilər. 
Bu üzv dövlətin üzərinə Əsasnamədəki başqa meyarı nəzərdən keçirmək və sığınacaq ərizəsinin baxılmasına 
məsuliyyət daşıya biləcək başqa bir üzv dövləti müəyyənləşdirmək öhdəliyi qoyur. Əgər başqa üzv dövlətin 
müəyyənləşdirilməsi mümkün deyilsə və ya başqa üzv dövlətin müəyyənləşdirilməsi proseduru həddindən 
artıq çox vaxt aparırsa birinci qeyd olunan üzv dövlət sığınacaq ərizəsinə 3(2)-ci maddəyə uyğun olaraq özü 
baxmalıdır. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  təklif  olunan  çıxarılmanın  proqnozlaşdırılan  fəsadlarını 
qiymətləndirmək məqsədi ilə müxtəlif elementlər arasında ilk olaraq insan hüquqlarına aid etibarlı hesabatlar 
nəzərdən keçirilməlidir. Qəbul edən dövlətlə bağlı insan hüquqlarına aid hesabatlar göndərən ölkənin mövcud 
risklər barədə bildiyini və ya bilməyə borclu olduğunu göstərirsə göndərən ölkə bu riskləri mütləq yoxlamalıdır. 
 
                                                
140
 
(EU)604/2013 saylı, 
(Regulation (EU) No. 604/2013) 
26 iyun 2013-
cü il tarixli Əsasnamə
, OJ 2013 L 180/31.
 
141
N.S.-
in Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
h
ə
mçinin M.E.-nin v
ə
 
başqalarının Qaçqın Ərizə
l
ərinin baxılması üzrə
 
Komissarlığa 
v
ə
 
Ədliyyə
, B
ə
rab
ə
rlik v
ə
 
Hüquqi İslahatlar nazirinə
 
qarşı Avropa İttifaqının Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-411/10 v
ə
 C-
493/10 saylı, 21 
dekabr 2011-ci il tarixli birg
ə
 
işlə
ri 
(N.S. v. Secretary of State for the Home Department and M.E. and Others v. Refugee 
Applications Commissioner & Minister for Justice, Equality and Law Reform)



Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə