Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə38/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   34   35   36   37   38   39   40   41   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
60
 
Misal:  M.S.S.-in  Belçikaya  və  Yunanıstana  qarşı  işində
142
  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  iddiaçının 
Yunanıstandakı  yaşayış  və  həbsdə  saxlanılma  şəraitinin  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü 
maddəsinə  zidd  olması  qənaətinə  gəlmişdir.  Nüfuzlu  bir  hesabata  əsasən  Yunanıstanda  sığınacaq 
prosedurlarından  istifadə  ilə  əlaqədar  çatışmazlıqlar  və  şəxsin  başqa  bir  ölkəyə  göndərilməsi  təhlükəsi 
mövcud idi. Beləliklə, müəyyən olunmuşdur ki, Belçikanın dövlət orqanları iddiaçının Dublin Əsasnaməsinin 
3  maddəsinə  əsasən  Yunanıstana  göndərilməsinə  məsuliyyət  daşıyırlar  və  bu  orqanlar  bütün  mövcud 
dəlillərə  əsasən  o  zamanlar  sığınacaq  axtaranların  Yunanıstanda  ləyaqəti  alçaldan  rəftara  məruz 
qalmalarından ibarət risk barədə bilirdilər və ya bilməyə borclu idilər. 
 
3.1.7.
 
Beynəlxalq himayə statusunun ləğv edilməsi 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  1951-ci  il  Cenevrə  Konvensiyasının  1F  maddəsindən  qaynaqlanan 
Təsnif etmə Direktivinin
 12 və 17-ci maddələri beynəlxalq himayə statusunun ləğv edilməsi ilə bağlı müddəaları 
özündə  əks etdirirlər. Bu aşağıda verilmiş  əməllərdən  ən azı birinin törədilməsində  ittiham olunan şəxslərə 
münasibətdə tətbiq olunur: 
 

 
sülhə qarşı cinayət, hərbi cinayət və ya bəşəriyyətə qarşı cinayət; 

 
qaçqın olduğu ölkəyə gəlməzdən əvvəl həmin ölkədən kənarda qeyri-siyasi xarakterli ağır cinayət; 

 
BMT-nin məqsəd və prinsiplərinə zidd olan əməl. 
 
Beynəlxalq himayənin ləğv edilməsi məsələsi əlaqədar şəxsin beynəlxalq himayə ilə təmin olunmaq hüququna 
malik  olub-olmaması  məsələsinə  baxıldıqdan  sonra  nəzərdən  keçirilməlidir.  Beynəlxalq  himayədən  istifadə 
hüququ  ləğv  edilən  şəxslər  qaçqın  hesab  edilmirlər  və  əlavə  himayə  ilə  təmin  olunmaq  hüququna  malik 
deyillər. 
 
Misal: B və D-nin işində
143
Avropa İttifaqı Ədalət Məhkəməsi himayənin ləğv edilməsi müddəalarının necə 
tətbiq edilməsi ilə bağlı istiqamətlər vermişdir. Bu işdə əlaqədar şəxsin silahlı mübarizəni maliyyələşdirən 
təşkilata üzv olması və bu mübarizəni dəstəkləməsi onun əməllərinin "qeyri-siyasi xarakterli ağır cinayət" 
və ya "BMT-nin məqsəd və prinsiplərinə zidd olan əməl" kimi hesab edilməsi üçün avtomatik olaraq ciddi 
bir əsas deyil. Lakin bu əməllərin sübuta yetirilməsi onu beynəlxalq himayədən məhrum edə bilər. Bütün 
spesifik  faktların  ardıcıllıqla  qiymətləndirilməsi  əlaqədar  şəxsin  bu  əməllərin  və  ya  cinayətlərin 
törədilməsində təqsirli hesab edilməsi üçün ciddi səbəblərin olub-olmadığını müəyyənləşdirmək üçün bir 
əsas  kimi  istifadə  olunmalıdır.  Bu  qiymətləndirmə  təşkilat  tərəfindən  törədilmiş  əməllərin  sözügedən 
müddəaların  şərtlərinə  uyğun  gəlib-gəlmədiyini  və  Direktivin  12(2)-ci  maddəsində  nəzərdə  tutulmuş 
sübutlara  dair  standartları nəzərə  almaqla  bu  əməllərin  törədilməsinə  görə  şəxsi  məsuliyyətin  əlaqədar 
şəxsin üzərinə düşüb-düşmədiyini müəyyənləşdirmək məqsədi ilə aparılmalıdır. Eyni zamanda, Məhkəmə 
əlavə etmişdir ki, qaçqın statusunun ləğv edilməsi üçün əsas nə qəbul edən üzv dövlətə təhlükə törədən 
şəxslə,  nə  də  ki  konkret  işlə  bağlı  mütənasibliyin  qiymətləndirilməsi  ilə  əlaqədar  müvəqqəti  xarakter 
daşımır. 
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və 
yaxud  cəzanın  qadağan  edilməsi  ərizəçinin  davranışından  asılı  olmayaraq  qəti  xarakter  daşıyır  və  onun 
tərəfindən törədilməsi ehtimal olunan hüquqpozmanın növünün Avropa İnsan Hüquqları Konvensiyasının 3-
cü maddəsi əsasında qiymətləndirmənin məqsədləri ilə əlaqəsi yoxdur. Başqa sözlə, bu Konvensiya əsasında 
qiymətləndirmə zamanı ərizəçinin hətta arzuolunmaz və ya təhlükəli davranışı belə nəzərə alına bilməz. 
 
Misal: Səədinin İtaliyaya qarşı işində
144
 Məhkəmə 3-cü maddəyə əsasən işgəncənin qadağan olunmasının 
qəti  xarakter  daşıdığını  bir  daha  təsdiqləmişdir.  Beynəlxalq  terrorçuluqda  iştiraka  görə  iddiaçıya  qarşı 
                                                
142
M.S.S.-in Belçikaya v
ə
 
Yunanıstana qarşı
 
(M.S.S. v. Belgium and Greece)
 
[
GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30696/09 
saylı, 21 yanvar 2011
-
ci il tarixli işi. 
 
143
Almaniyanın B və
 D-y
ə
 
qarşı
 
(Bundesrepublik Deutschland v. B and D) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-57/09 v
ə
 C-101/09 
saylı, 9 noyabr 2010
-cu il tarixli birg
ə
 
işlə
ri. 
144
S
əədinin İtaliyaya qarşı 
(Saadi v. Italy) 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 37201/06 saylı, 28 fevral 2008
-
ci il tarixli işinin 
18-
ci paraqrafı;
 
İsmailovun və
 
başqalarının Rusiyaya qarşı 
(Ismoilov and Others v.Russia) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 


61
 
İtaliyada  cinayət  işi  başlanmışdır  və  onun  Tunisə  deportasiya  edilməsi  barədə  qərar  qəbul  olunmuşdur. 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  onun  Tunisə  geri  qaytarılacağı  təqdirdə  3-cü  maddəyə  zidd  rəftara 
məruz  qalma  ehtimalını  müəyyən  etmişdir.  Onun  davranışının  və  ona  qarşı  irəli  sürülən  ittihamların 
ağırlığının 3-cü maddə əsasında qiymətləndirmənin aparılması ilə heç bir əlaqəsi yox idi. 
 
3.1.8.
 
Beynəlxalq himayə statusunun itirilməsi 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən müvafiq ölkədə müşahidə olunan riskli vəziyyət yaxşılaşdıqda 1951-
ci il Cenevrə Konvensiyasının 1C maddəsinin himayənin dayandırılmasına dair müddəalarını özündə əks etdirən 
Təsnif etmə Direktivinin
 11 və 16-cı maddələri beynəlxalq himayədən istifadənin itirilməsinə icazə verir. 
 
Misal: Sələhədin Abdullanın və başqalarının işi
145
 Almaniya tərəfindən qaçqın statusu ilə təmin edilmiş İraq 
vətəndaşlarının qaçqın statusunun itirilməsi ilə əlaqədar idi. Qaçqın statusunun itirilməsi üçün əsas onların 
mənşə  ölkəsindəki  vəziyyətin  yaxşılaşmasından  ibarət  idi.  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  müəyyən 
etmişdir ki, 
Təsnif etmə Direktivinin
 11-ci maddəsinin məqsədləri üçün əlaqədar üçüncü ölkədəki vəziyyət 
əhəmiyyətli dərəcədə və daimi xarakter daşımaqla dəyişdikdə, qaçqın statusunun verilməsi üçün istifadə 
edilmiş əsas artıq mövcud olmadıqda və müvafiq şəxsin təqib olunmaq qorxusunu yaşamaq üçün başqa bir 
səbəb olmadıqda o, beynəlxalq himayə statusunu itirir. Dövlətlər vəziyyətin dəyişdiyini qiymətləndirmək 
üçün  qaçqının  şəxsi  vəziyyətini  nəzərə  almaqla  mənşə  ölkəsində  himayəni  təmin  edən  qurum  və  ya 
qurumlar  tərəfindən  təqib  olunmanın  qarşısını  almaq  üçün  əsaslı  tədbirlərin  görülüb-görülmədiyini  və 
digər  məsələlərlə  yanaşı  təqibin  əsasını  təşkil  edən  əməllərin  aşkar  edilməsi,  ittiham  edilməsi  və 
cəzalandırılması üçün səmərəli hüquq sisteminin işləyib-işləmədiyini yoxlamalıdır. Bu cür himayə qaçqın 
statusunu itirmiş əlaqədar vətəndaş üçün də əlçatan olmalıdır. 
 
Keçmişdə həddindən artıq ciddi ziyana məruz qalmış şəxslərin qaçqın və ya əlavə himayə statusu vəziyyətin 
dəyişdiyi təqdirdə itirilməyə də bilər, əgər onlar mənşə ölkəsinin himayəsi ilə əhatə olunmaqdan imtina etmək 
üçün təkzibedilməz dəlillər əsasında vəsatət qaldırmaq iqtidarındadırlarsa (
Təsnif etmə Direktivinin
 11 və 16-
cı maddələri). Avropa İnsan Hüquqları Konvensiyasında himayənin itirilməsinə aid xüsusi müddəalar nəzərdə 
tutulmayıb.  Bunun  əvəzində  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  nəzərdə  tutulan  çıxarılmanın 
proqnozlaşdırılan  fəsadlarını  nəzərdən  keçirir.  Qəbul  edən  dövlətin  keçmişdə  müşahidə  olunan  vəziyyəti 
mövcud vəziyyətlə bağlı müəyyən təlqinlər verə bilsə də riskin qiymətləndirilməsi üçün yalnız cari vəziyyət əsas 
kimi götürülməlidir.
146
 Avropa İnsan Hüquqları Məhkəməsi vəziyyəti qiymətləndirmək üçün müvafiq hökumət 
hesabatlarına, BMTQAK, həmçinin "Human Rights Watch" və "Amnesty International" kimi beynəlxalq qeyri-
hökumət təşkilatları tərəfindən təqdim olunan hesabatlara etimad göstərir. 
 
Misal: Avropa İnsan Hüquqları Məhkəməsi gənc Tamillilərin Şri Lankaya geri qaytarıldıqda üzləşə biləcəkləri 
riskin müxtəlif qiymətləndirmələrini aparmışdır. Bu qiymətləndirmələr baş vermiş münaqişənin müxtəlif 
vaxtlarını və qarşıdurmanın dayandırılmasından sonrakı müddəti əhatə etmişdir. Avropa İnsan Hüquqları 
Məhkəməsi ölkədə hökm sürən ümumi vəziyyəti nəzərə alaraq əlaqədar şəxslərin geri qaytarılması üçün 
təklif olunan vaxtda onlara təsir edə biləcək və ölkə ilə əlaqədar risk amillərini təhlil etmişdir.
147
 
 
3.2.
 
Kollektiv çıxarılma 
 
Həm  Avropa  İttifaqı  qanunvericiliyinə,  həm  də  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  kollektiv 
çıxarılma qadağan olunur. Kollektiv çıxarılma şəxsləri müvafiq ərazini və ya ölkəni qrup şəklində tərk etməyə 
                                                
2947/06 saylı, 24 aprel 2008
-
ci il tarixli işinin 127
-
ci paraqrafı; Ryabıkinin Rusi
yaya 
(Ryabikin v. Russia)
 
qarşı
 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
əki 8320/04 saylı, 19 iyun 2008
-
ci il tarixli işi.
 
145
S
ə
lah
ədin Abdullanın və
 
başqalarının Almaniyaya qarşı
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki 
(Salahadin Abdulla and Others v. 
Bundesrepublik Deutschland) 
C-175/08, C-176/08, C-178/08, C-179/08 [2010] I-
01493 saylı, 2 mart 2010
-cu il tarixli birg
ə
 
işlə
ri.
 
146
Tomiçin Birl
əşmiş Krallığa 
(Tomic v. the United Kindgom) 
(dec.) v
ə
 
Hidanın Danimarkaya qarşı
 (dec.) 
(Hida v. Denmark) 
Avropa 
İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 17837/03 v
ə
 
38025/02 saylı, 14 oktyabr 2003
-cü il v
ə
 19 fevral 2004-
cü il tarixli işlə
ri. 
147
Vil
varacanın və
 
başqalarının Birləşmiş Krallığa qarşı 
(
Vilvarajah and Others v. the United Kingdom) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki 13163/87, 13164/87, 13165/87, 13447/87 v
ə
 
13448/87 saylı, 30 oktyabr 1991
-
ci il tarixli işlə
ri; N.A.-
nın Birləşmiş
 
Krallığa qarşı
 
(NA. v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 25904/07 saylı, 17 iyul 2008
-
ci il tarixli işi
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə