Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə36/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   32   33   34   35   36   37   38   39   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
58
 
etmir. Bu cür təminatların praktiki cəhətdən tətbiqi vasitəsi ilə şəxsin ləyaqəti alçaldan rəftardan ibarət riskdən 
müdafiə olunmasının kifayət qədər təmin edilib edilməyəcəyi məsələsinə baxılmalıdır. Hər bir işdə qəbul edən 
dövlətin təminatlarına verilən qiymət həmin vaxt üstünlük təşkil edən konkret halların xarakterindən asılıdır. 
 
Müvafiq işlə  bağlı ilkin dinləmələrdən əvvəl  Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən baxılması tələb 
olunan  başqa  bir məsələ  qəbul  edən  dövlətdə  insan hüquqlarının  müdafiəsi  ilə  bağlı  vəziyyət  əsasında  hər 
hansı bir təminatın qəbul edilməsini istisna etmək imkanının olub-olmamasından ibarət idi. Çox nadir hallarda 
əlaqədar  dövlətdəki  ümumi  vəziyyət  onun  tərəfindən  verilən  təminatların  qiymətləndirilməməsinə  səbəb 
olur.Əksər hallarda Məhkəmə ilk növbədə təminatların keyfiyyətinə sonra isə əlaqədar dövlətin bu sahədəki 
təcrübəsi  kontekstində  həmin  təminatların  nə  dərəcədə  etibarlı  olmasına  qiymət  verir.  Məhkəmə  bu  cür 
hərəkət etməklə ən yeni presedent hüququnda öz əksini tapmış müxtəlif faktorları nəzərdən keçirmiş olur.
137
 
 
3.1.5.
 
Ölkədaxili yerdəyişmə 
 
Həm  Avropa  İttifaqı  qanunvericiliyinə,  həm  də  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  dövlətlər  öz 
ölkəsində  riskə  məruz  qalan  şəxsin  həmin  ölkənin  başqa  bir  hissəsində  təhlükəsiz  vəziyyətdə  olacağını  və 
bununla da beynəlxalq himayəyə ehtiyacın olmaması qənaətinə gələ bilərlər. Avropa İttifaqı qanunvericiliyinə 
əsasən ölkədaxili himayə imkanları 
Təsnif etmə Direktivinin
 8-ci maddəsində sistemli şəkildə verilir. Avropa 
İnsan Hüquqları Konvensiyasına əsasən dövlətin ölkədaxili yerdəyişmə barədə təklifi təyinat məntəqəsinə geri 
qaytarılma  prosesinin  ilk  anından  başlayaraq  hərtərəfli  qiymətləndirilməlidir.  Bura  geri  qaytarılma 
məntəqəsinin  təhlükəsiz  olub-olmaması,  seçilmiş  marşrut  boyu  nəzarət-buraxılış  məntəqələrinin  mövcud 
olub-olmaması və ya həmin şəxsin təyinat məntəqəsinə çatmaq üçün keçəcəyi müəyyən ərazilərin təhlükəsiz 
olub olmaması daxildir. Şəxsi şəraitin də nəzərdən keçirilməsi tələb olunur. 
 
Misal: Sufinin və  Elminin Birləşmiş Krallığa qarşı işində
138
  Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən 
etmişdir ki, əgər geri qaytarılan şəxs müvafiq bölgəyə getdiyi, oraya buraxıldığı və orada məskunlaşdığı 
zaman  ləyaqəti  alçaldan  rəftardan  ibarət  real  riskə  məruz  qalmaqdan  qoruna  biləcəksə,  Avropa  İnsan 
Hüquqları Konvensiyasının 3-cü maddəsi prinsip etibarı ilə üzv dövlətlər tərəfindən ölkədaxili yerdəyişmə 
imkanlarının nəzərə alınması məsələsini istisna etmir. Bu işdə Məhkəmə yalnız ümumi zorakılıq vəziyyətini 
nəzərə alaraq Somalinin cənub və mərkəz hissələrində geri qaytarılan şəxslərin ləyaqəti alçaldan rəftardan 
ibarət real riskə məruz qalmayacağı yerlərin mövcud ola bilməsini nəzərə almışdır. Geri qaytarılan şəxslər 
əl-Şabaabın  nəzarəti  altında  olan  ərazilərdən  keçməli  olacaqlarsa  və  son  zamanlar  Somalidə  yaşamaq 
təcrübəsinə  malik  olmaları  səbəbindən  əl-Şabaabın  diqqətini  cəlb  etməmək  bacarıqları  nümayiş 
etdirmirlərsə, böyük ehtimalla onlar 3-cü maddəyə zidd rəftardan ibarət riskə məruz qalacaqlar. Bununla 
əlaqədar olaraq Məhkəmə iddiaçıların bir sıra səbəblərdən 3-cü maddəyə zidd rəftardan ibarət riskə məruz 
qalacaqları qənaətinə gəlmişdir.
139
 
 
3.1.6.
 
Başqa bir ölkədə himayə 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövlətinə iddiaçının ərizəsinə baxılması üçün 
başqa ölkəyə göndərilməsinə beynəlxalq himayə səbəblərindən icazə verilir, o şərtlə ki, həmin ölkə təhlükəsiz 
hesab  edilsin  və  orada  müvafiq  təminatlara  hörmətlə  yanaşılsın.  Bu  bölmə  həmin  himayənin  nə  zaman 
mümkün olduğunu izah edir, bölmə 4.2-də isə bununla əlaqədar tətbiq edilən prosedur təminatları təsvir edilir 
və bu təminatlar müşayiət olunmayan azyaşlılar üçün bölmə 9.1-də verilir. 
 
Başqa  ölkədə  təhlükəsizlik  iki  vəziyyəti  nəzərdə  tutur.  Ölkə 
Sığınacaq  prosedurları  Direktivinin
  38-ci 
maddəsində  sadalanan  bir  sıra tələblərə  cavab verdiyi  təqdirdə  təhlükəsiz  hesab  olunur.  Bununla  əlaqədar 
                                                
137
Otmanın (Abu Qatadanın) Birləşmiş Krallığa qarşı
 
(Othman (Abu Qatada) v. the United Kingdom) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
əki 8139/09 saylı, 17 yanvar 2012
-
ci il tarixli işinin 189
-
cu paraqrafı; İsmailovun və
 
başqalarının Rusiyaya qarşı 
(Ismoilov 
and Others v. Russia)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 2947/06 saylı, 24 aprel 2008
-
ci il tarixli işinin 127
-
ci paraqrafı; 
S
əə
dinin 
İtaliyaya qarşı
 
(Saadi v. Italy) 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 37201/06 saylı, 28 fevral 2008
-
ci il tarixli işi; Ryabıkinin 
Rusiyaya qarşı
 
(Ryabikin v. Russia) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 8320/04 saylı, 19 iyun 20
08-
ci il tarixli işi.   
 
138
Sufinin v
ə
 Elminin Birl
əşmiş Krallığa qarşı
 
(Sufi and Elmi v. the United Kingdom)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 8319/07 v
ə
 
11449/07 sayl
ı, 28 iyun 2011
-
ci il tarixli işlə
ri.
 
139
 H
ə
mçinin M.Y.H.-
nın İsveçə
 
qarşı 
(M.Y.H. v. Sweden) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 50859/10 saylı, 27 iyun 2013
-cü il 
tarix
li işinə
 
baxın.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə