Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə44/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   40   41   42   43   44   45   46   47   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
70
 
baxın).  Onlara  təqdim  etdikləri  ərizə  ilə  əlaqədar  qərar  qəbul  edilənədək  Avropa  İttifaqının  üzv  dövlətində 
qalmaq  icazəsi  verilir  (9-cu  maddə).  Müəyyən  təkrar  müraciətlərlə  bağlı  (9(2)  və  41-ci  maddələr)  və 
ekstradisiya  hallarında  qalmaq  hüququnaistisnalar  edilə  bilər. 
Avropa  İttifaqı  Şurasının  Çərçivə  Qərarına 
(2002/584/JHA)
  uyğun  olaraq  Avropa  həbs  sanksiyası  əsasında  ekstradisiyanın  öz  prosedur  təminatları 
mövcuddur.
167
 
 
Ərizəçilər şəxsi müsahibədə iştirak etməlidirlər (
Sığınacaq prosedurları Direktivinin
 14 və 15-ci maddələri).
168
 
Müsahibə məxfi şəraitdə adətən ərizəçinin ailə üzvlərinin iştirakı olmadan keçirilməlidir. Bu iş ərizə ilə bağlı 
müəyyən  məsələləri,  o  cümlədən,  ərizəçinin  mədəni  mənşəsini,  cinsi  mənsubiyyətini  və  oriyentasiyasını, 
gender  özünəməxsusluğunu  və  həssaslığını  nəzərə  almaq  səlahiyyətinə  malik  olan  şəxs  tərəfindən 
aparılmalıdır.  Müvafiq  yazılı  protokol  hazırlanaraq  tanış  olmaq  üçün  ərizəçiyə  təqdim  olunmalıdır  (17-ci 
maddə). Səlahiyyətli orqan ərizə ilə əlaqədar qərar qəbul etməzdən əvvəl üzv dövlətlər ərizəçiyə protokolla 
bağlı şərh vermək imkanı yaratmalıdırlar (17(3)-cü maddə). Dəyişdirilmiş Direktivin 15(3)(e) maddəsinə uyğun 
olaraq  uşaqla  müsahibə  uşağa  münasib  tərzdə  aparılmalıdır.  Müşayiət  olunmayan  azyaşlılar  xüsusi 
təminatlara,  o  cümlədən, nümayəndə  ilə  təmin olunmaq  hüququna malikdirlər  (25-ci maddə).  Əsas  diqqət 
uşağın ən yaxşı maraqlarına yönəldilməlidir (25(6)-cı maddəyə, həmçinin fəsil 9-a baxın). Hüquqi yardıma aid 
əlavə informasiya üçün bölmə 4.5-ə baxın. 
 
Ərizənin yoxlanması 
Sığınacaq prosedurları Direktivinin
 prosedur tələblərinə, həmçinin 
Təsnif etmə Direktivinə
 
əsasən ərizə üzrə dəlillərin qiymətləndirilməsi tələblərinə (4-cü maddə) uyğun aparılmalıdır. Yoxlama ən yeni 
informasiyadan  istifadə  etməklə  fərdi  qaydada,  obyektiv  şəkildə  və  qərəzsiz  aparılmalıdır  (
Sığınacaq 
prosedurları Direktivinin
 10-cu və 
Təsnif etmə Direktivinin
 4-cü maddələri). 
Sığınacaq prosedurları Direktivinin
 
10-cu  maddəsinə  uyğun  olaraq  birinci  instansiyalı  qərar  qəbul  etmək  məsuliyyəti  daşıyan  kvaziməhkəmə 
orqanı  və  ya  inzibati  orqan  ərizənin  mümkün  qədər  tez  bir  vaxtda  təqdim  edilməməsi  səbəbindən  onu 
avtomatik şəkildə rədd etməməlidir. 
Sığınacaq prosedurları Direktivinin
 12-ci maddəsi sığınacaq üçün müraciət 
etmiş  şəxsin  başa  düşdüyü  və  ya  başa  düşməsi  əsaslı  olaraq  ehtimal  olunan  dildə  keçəcəyi  prosedurlar  və 
qoyulmuş  vaxt  çərçivələri  barədə  məlumatlandırılmasını,  tələb  olunduğu  təqdirdə  tərcüməçi  xidmətləri  ilə 
təmin  olunmasını,  BMTQAK-la  və  ya  hüquqi  məsləhətlər  verən  təşkilatlarla  əlaqə  saxlaması  üçün  icazənin 
verilməsini, ərizə ilə bağlı qərarın qəbul edilməsi üçün istifadə olunmuş dəlillərlə tanış olmasını, qəbul edilmiş 
qərara  aid  bildirişlə  məntiqəuyğun  müddət  ərzində  təmin  olunmasını  və  qəbul  edilmiş  qərar  barədə  başa 
düşdüyü və ya başa düşməsi əsaslı olaraq ehtimal olunan dildə məlumatlandırılmasını nəzərdə tutur. Direktivin 
13-cü maddəsinə əsasən ərizəçilər onların işlərinə baxan orqanlarla əməkdaşlıq etməyə borcludurlar. 
 
Sığınacaq axtaranlar öz  ərizələrini geri götürmək  hüququna malikdirlər. Geri  götürmə  prosedurları da yazılı 
bildirişi nəzərdə tutan xəbərdaretmə tələblərinə uyğun olmalıdır (
Sığınacaq prosedurları Direktivinin
 44 və 45-
ci maddələri). Ərizəçinin öz ərizəsini birmənalı şəkildə geri götürdüyünü və ya ərizəsindən imtina etdiyini hesab 
etmək üçün əsaslı səbəb mövcud olduqda həmin ərizə geri götürülmüş və ya imtina edilmiş hesab oluna bilər; 
lakin dövlət ya yoxlamanı dayandıraraq görülmüş tədbirləri qeydə almalı və ya ərizəni rədd etməlidir (
Sığınacaq 
prosedurları Direktivinin
 27 və 28-ci maddələri). 
 
Sığınacaq almaq üçün edilən müraciətlə bağlı qərar mümkün qədər tez bir vaxtda və altı aydan gec olmayaraq 
qəbul olunmalıdır; 
Sığınacaq prosedurları Direktivinin
 31(3) və (4)-cü maddələrində sadalanan halları nəzərdə 
tutduqda ərizənin baxılması müddəti maksimum 21 aya uzadıla bilər. Qərar altı ay ərzində qəbul edilmədiyi 
təqdirdə ərizəçi ləngimə barədə məlumatlandırılmalıdır və ya öz xahişi əsasında qərarın nə vaxt gözləniləcəyi 
barədə informasiya əldə etməlidir (31(6)-cı maddə). Ərizəyə baxıldığı zaman sözügedən Direktivin II fəslində 
verilmiş  əsas  təminatlara  hörmətlə  yanaşılmalıdır.  Qərar  və  qərarla  bağlı  etiraz  etmək  yolları  barədə 
informasiya yazılı şəkildə təqdim olunmalıdır (Direktivin 11-ci maddəsi). 
 
Sığınacaq prosedurları Direktivinin
 33-cü maddəsinə əsasən üzv dövlətlərdən yolverilməz ərizələrə, məsələn, 
yeni elementləri özündə əks etdirməyən təkrar ərizələrə, Avropa İttifaqına üzv olmayan dövlətin ərizəçi üçün 
                                                
167
Artur Leymana v
ə
 
Aleksey Pustovarova qarşı
 
(Criminal proceedings against Artur Leymann and Aleksei Pustovarov) 
Avropa Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
ki C-388/08 [2008] ECR I-
08993 saylı, 1 dekabr 2008
-ci il tarixli 
cinay
ət araşdırmaları.
 
168
 H
ə
mçinin M.M.-
in İrlandiyanın Ədliyyə
, B
ə
rab
ə
rlik v
ə
 
Hüquq İslahatları nazirinə
 v
ə
 
Baş prokuroruna qarşı
 
(M. M. v. Minister for 
Justice, Equality and Law Reform, Ireland and Attorney General)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
277/11 [2012] saylı, 22 
noyabr 2012-
ci il tarixli işinə
 
baxın.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə