Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə42/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   38   39   40   41   42   43   44   45   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
66
 
 
Misal:  Nazlının  işində
165
  Avropa  Ədalət  Məhkəməsi  müəyyən  etmişdir  ki,  Türkiyə  vətəndaşları  digər 
əcnəbilərə  tətbiq  edilən  ümumi  qabaqlayıcı  tədbirlər  əsasında  çıxarıla  bilməz,  lakin  onların  çıxarılması 
məsələsinə Avropa İqtisadi Zonası vətəndaşlarının çıxarılması zamanı tətbiq edilən meyarlar əsasında baxıla 
bilər. Məhkəmə diqqəti üzv dövlətlərin vətəndaşları olan işçilərin hərəkət etmək azadlığı sahəsində təsbit 
edilən prinsiplərlə oxşarlıq məsələsinə cəlb etmişdir. Məhkəmə narkotik maddələrin istifadəsi nəticəsində 
ictimai  asayiş  üçün  yaranan  təhlükənin  ciddiliyini  kiçiltmədən  yuxarıda  qeyd  olunan  prinsipləri  rəhbər 
tutaraq belə  bir qənaətə  gəlmişdir ki, Əməkdaşlıq Şurasının Qərarı  əsasında təmin edilmiş hüquqlardan 
yararlanan Türkiyə vətəndaşının məhkum edilməsindən sonra çıxarılması yalnız əlaqədar vətəndaşın şəxsi 
davranışı onun müvafiq üzv dövlətin dövlət maraqlarına qarşı digər ağır cinayətlərin törədəcəyini hesab 
etmək üçün əlavə tutarlı əsaslara yol açdıqda əsaslandırıla bilər. 
 
Misal: Poladın işində
166
 Məhkəmə müəyyən etmişdir ki, ictimai asayiş, dövlət təhlükəsizliyi və ya əhalinin 
sağlamlığının  mənafeyi  naminə  Əməkdaşlıq  Şurası  Qərarının  14-cü  maddəsinə  əsasən  Türkiyə 
vətəndaşlarına  şamil  olunmuş  hüquqların  məhdudlaşdırılmasına  icazə  verən  tədbirlər  yalnız  əlaqədar 
şəxsin şəxsi davranışından irəli gəlməlidir. Üzv dövlətin ərazisində bir neçə dəfə məhkum olunma bu cür 
tədbirlərin  o  təqdirdə  görülməsi  üçün  əsas  hesab  oluna  bilər  ki,  əlaqədar  şəxsin  davranışı  cəmiyyətin 
fundamental  maraqları  üçün  həqiqi  və  kifayət  qədər  ciddi  təhlükə  törətmiş  olsun  və  bununla  əlaqədar 
müvafiq hallar isə milli məhkəmə tərəfindən müəyyən edilsin.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                
Torpağına qarşı 
(Georgios Orfanopoulos and Others and  Raffaele  Oliveri v.  Land  Baden-Württemberg) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
482/01 v
ə
 C-493/01, [2003] ECR I-
05257 saylı, 11 sentyabr 2003
-cü il tarixli birg
ə
 
işlə
rinin 67-
ci paraqrafı.  
 
165
Öm
ər Nazlı, Çağlar Nazlı və
 M
ə
lik
ə
 
Nazlının Stadt Nürnberg
-
ə
 
qarşı
 
(Ömer  Nazli,  Caglar  Nazli  and  Melike  Nazli  v.  Stadt  Nürnberg) 
Avropa 
Ə
dal
ə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-340/97 [2000] ECR I-
00957 saylı, 10 fevral 2000
-ci il tarixli 
işi. 
 
166
Murad Poladın Stadt Rüsselsheim
-
ə
 
qarşı
 
(Murat Polat v. Stadt Rüsselsheim) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
349/06 saylı, 4 oktyabr 
2007-c
i il tarixli işi
 


67
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlavə presedentlər və ədəbiyyat 
 
Əlavə  presedentlərlə  tanış  olmaq  üçün  zəhmət  olmasa  bu  vəsaitin  174-ci  səhifəsində  verilmiş  təlimatlara 
diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki 
"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür. 
 
 
 
 
 
 
 
Əsas məqamlar 
 

 
Çıxarılmanı qadağan edən qəti, nisbətən qəti və qəti olmayan hallar mövcuddur (Bu fəslin "Giriş" bölməsi). 

 
Ləyaqəti alçaldan rəftarın Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən qadağan edilməsi 
qəti xarakter daşıyır. Öz mənşə ölkələrində 3-cü maddəyə zidd rəftarla üzləşəcək şəxslər, onların davranışından 
və  ya  onlara  qarşı  irəli  sürülən  ittihamların  ağırlığından  asılı  olmayaraq    geri  qaytarılmamalıdırlar.  Müvafiq 
orqanlar 
Təsnif  etmə  Direktivinə
  və  ya  1951-ci  il  Cenevrə  Konvensiyasına  əsasən  müdafiənin  itirilib-
itirilməməsindən asılı olmayaraq hər bir riski ayrılıqda qiymətləndirməlidirlər (Bölmə 3.1.2 və 3.1.7-yə baxın). 

 
1951-ci il Cenevrə Konvensiyasına əsasən məcburi geri qaytarmamaq prinsipi insanların həyat və azadlığı onların 
irqi əlaməti, dini etiqadı, milli mənsubiyyəti, müəyyən sosial qrupa mənsubluğu və ya siyasi əqidəsi səbəbindən 
təhlükəyə məruz qalacaqları mühitə geri qaytarılmasını qadağan edir (Bölmə 3.1-ə baxın). 

 
Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının üzv dövləti tərəfindən Avropa İttifaqının sığınacaq 
qanunvericiliyinə və ya 
Geri qaytarılma Direktivinə
, o cümlədən, 
Dublin Əsasnaməsinə
 əsasən görülən hər bir 
tədbir sığınacaq hüququna və məcburi geri qaytarmamaq prinsipinə uyğun olmalıdır (Bölmə 3.1-ə baxın). 

 
Avropa İnsan Hüquqları Məhkəməsi riskin real xarakter daşıyıb-daşımadığını  qiymətləndirdiyi zaman, əlaqədar 
şəxsin şəxsi vəziyyətini, həmçinin sözügedən ölkənin ümumi vəziyyətini nəzərdən keçirərək diqqəti şəxsin geri 
qaytarılması təklif olunan ölkəyə çıxarılmasının proqnozlaşdırılan fəsadlarına yönəldir (Bölmə 3.1 və 3.3-ə baxın). 

 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən sığınacaq axtaran öz iddiasını prinsip etibarı ilə təsdiq etdirməlidir 
və  əksər  hallarda  onun  ifadəsinin  qiymətləndirilməsi  zamanı  şübhələr  yarandıqda  onun  tərəfini  saxlamaq 
zəruridir. Lakin tələb olunan sübutlar çatışmadıqda və ya təqdim olunmuş informasiyanın həqiqiliyini şübhə 
altına almaq üçün əsaslı səbəblər mövcud olduqda əlaqədar şəxs bununla bağlı qənaətbəxş izahatlar verməyə 
borcludur (Bölmə 3.1.3-ə baxın). 

 
Şəxs  onu  qəbul  edən  ölkədə  Avropa  İttifaqı  qanunvericiliyi  və  ya  Avropa  İnsan  Hüquqları  Konvensiyası  ilə 
qadağan edilən rəftardan ibarət risklə üzləşə bilər və bu risk heç də həmişə qəbul edən dövlətlə deyil, sadəcə 
olaraq həmin dövlətdəki qeyri-dövlət qüvvələri, xəstəliklər və ya humanitar vəziyyətlə əlaqədar ola bilər (Bölmə 
3.1.2-ə baxın). 

 
Şəxs onu qəbul edən ölkədə doğma bölgəsinə geri qaytarıldığı təqdirdə Avropa İttifaqı qanunvericiliyi və ya 
Avropa İnsan Hüquqları Konvensiyası ilə qadağan olunan rəftardan ibarət risklə üzləşərsə, o, həmin ölkənin 
başqa bir hissəsində təhlükəsiz vəziyyətdə ola bilər (ölkədaxili müdafiə) (Bölmə 3.1.5-ə baxın). Bunun alternativi 
olaraq şəxsin öz ölkəsi onu bu riskdən müdafiə etmək iqtidarında ola bilər (himayənin kafiliyi). Bu cür hallarda 
şəxsi çıxaran dövlət onun beynəlxalq himayə ehtiyacının olmadığı qənaətinə gələ bilər (Bölmə 3.1.4-ə baxın). 

 
Həm Avropa İttifaqı qanunvericiliyi, həm də Avropa İnsan Hüquqları Konvensiyası kollektiv çıxarılmanı qadağan 
edir (Bölmə 3.2-yə baxın). 

 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  Avropa  İqtisadi  Zonası  vətəndaşlarının  ailə  üzvləri  olan  üçüncü  ölkə 
vətəndaşları yalnız dövlət təhlükəsizliyi və ya ictimai asayişin mənafeyi naminə çıxarıla bilərlər. Bu əsaslardan geri 
çəkilmə şərtləri ciddi şəkildə təfsir olunmalıdır və müvafiq qiymətləndirmə zamanı yalnız əlaqədar şəxsin şəxsi 
davranışı əsas götürülməlidir (Əlavə 3.4.2-yə baxın). 
 
 
 
 
 
 
 
 
 
 
 
4. SIĞINACAQ VƏ GERI QAYTARILMA IŞLƏRINDƏ PROSEDUR TƏMINATLARI VƏ 
HÜQUQI DƏSTƏK
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə