Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə50/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   46   47   48   49   50   51   52   53   ...   128

77
 
Avropa İttifaqının İnsan Hüquqları Məhkəməsi sığınacaq axtaranların Yunanıstanda qəbul etmə şəraitinin 
və  digər  əlaqədar  işlərin  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsinə  zidd  olduğunu  artıq 
müəyyən  etmişdir.  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  belə  bir  qənaətə  gəlmişdir  ki,  üzv  dövlətlərin 
Yunanıstanda müşahidə olunan və qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qala biləcək sığınacaq 
axtaranlara  real  risk  yaradan  sığınacaq  prosedurları və  qəbuletmə  şəraitindəki sistematik  çatışmazlıqlar 
barədə  "xəbərsiz"  olmaları  mümkün  deyil.  Məhkəmə 
Dublin  Əsasnaməsinin
  Xartiyadan  irəli  gələn 
hüquqlara uyğun həyata keçirilməsinin vacibliyini vurğulamışdır və bu iddiaçıların sığınacaq almaq üçün 
ərizəni Yunanıstanda təqdim etmələrinə baxmayaraq, məsul üzv dövlətin mövcud olmaması səbəbindən 
məhz  Birləşmiş  Krallığın  və  İrlandiyanın  sığınacaq  almaq  üçün  təqdim  edilmiş  ərizəyə  baxmağa  borclu 
olduqlarını nəzərdə tuturdu.
 
 
Avropa İnsan Hüquqları  Konvensiyasına  əsasən 
Dublin Əsasnaməsini
  təfsir etmək  Avropa İnsan Hüquqları 
Məhkəməsinin  səlahiyyətinə  aid  olan  məsələ  deyil.  Lakin  Məhkəmənin  presedent  hüququndan  göründüyü 
kimi, Dublin göndərilmələri kontekstində təminatlarla bağlı Konvensiyanın 3 və 13-cü maddələri də tətbiq edilə 
bilər.
190
 
 
Misal:  M.S.S.-in  Belçika  və  Yunanıstana  qarşı  işində
191
  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  iddiaçının 
səmərəli hüquqi müdafiə vasitələri hüququnun həm Yunanıstan, həm də Belçika tərəfindən pozulduğunu 
müəyyən etmişdir. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, Yunanıstanın sığınacaq qanunvericiliyinə riayət 
etməməsi və bu ölkədə sığınacaq prosedurlarından və hüquqi müdafiə vasitələrindən istifadə sahəsində 
ciddi struktur çatışmazlıqlarının olması səbəbindən iddiaçının Əfqanıstana əsassız geri qaytarılmasından və 
orada ləyaqəti alçaldan rəftardan ibarət riskdən müdafiə edən səmərəli təminatlar mövcud deyil. Belçikaya 
gəldikdə  isə,  Dublin  göndərilmələri  çərçivəsində  məsuliyyətin  Yunanıstanın  üzərinə  qoyulması  məsələsi 
şəxsin başqa ölkəyə göndərilməsi nəticəsində 3-cü maddə ilə qadağan edilmiş rəftara məruz qalmasının 
iddia edilməsinə aid işlərlə bağlı şikayətlərin yaxından və hərtərəfli baxılması tələbini nəzərdə tutan Avropa 
İnsan Hüquqları Məhkəməsinin proseduruna ziddir.
 
 
4.3.
 
Sığınacaq axtaranların qəbul edilməsi şərtlərinə dair prosedurlar 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq almaq üçün ərizə təqdim edildiyi gündən etibarən 15 gün 
ərzində sığınacaq axtaranlar onların qəbul edilməsi şərtləri ilə əlaqədar onlara şamil olunan güzəştlər və əməl 
etməli olacaqları öhdəliklər barədə məlumat almalıdırlar (
Qəbuletmə şərtləri Direktivinin
 (2013/33/EU) 5-ci 
maddəsi). Eyni zamanda, mövcud olan hüquqi yardım və ya dəstək barədə informasiya da təqdim olunmalıdır. 
Əlaqədar şəxs təqdim olunan informasiyanı başa düşmək iqtidarında olmalıdır. Sığınacaq üçün müraciət edən 
şəxs  dövlət orqanlarının müvafiq güzəştlərin ona şamil edilməməsi qərarına qarşı şikayət etmək  hüququna 
malikdir (
Qəbuletmə şərtləri Direktivinin
 (2013/33/EU) 26-cı maddəsi). 
 
Qəbuletmə  şərtləri  Direktivindən
  irəli  gələn  öhdəliklərə  riayət  etməmə  Frankoviçin  işi  timsalında  (Vəsaitin 
"Giriş"  hissəsinə  baxın)  Avropa  İttifaqı  qanunvericiliyinin  və/və  ya  Avropa  İnsan  Hüquqları  Konvensiyasının       
3-cü maddəsinin pozulması halları kimi məhkəmə yolu ilə təqib edilə bilər.
192
 
 
Misal: Həm Avropa İnsan Hüquqları Məhkəməsi, həm də Avropa İttifaqı Ədalət Məhkəməsi müvafiq olaraq 
M.S.S. və N.S.-in və M.E.-nin işləri ilə əlaqədar belə bir qənaətə gəlmişdir ki, məsul üzv dövlətlərin sığınacaq 
axtaranlar üçün sığınacaq prosedurlarında və qəbuletmə şəraitində sistematik çatışmazlıqlar Avropa İnsan 
                                                
190
Moh
ə
mm
ə
d Husseynin v
ə
 
başqalarının Hollandiya və
 
İtaliyaya qarşı
 
(Mohamed Hussein and Others v. the Netherlands and Italy) 
(dec) Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 27725/10 saylı, 2 aprel 2013
-
cü il tarixli işi; 
Moh
ə
mm
ədin Avstriyaya qarşı
 
(Mohamed v. Austria) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 2283/12 saylı, 6 iyun 2013
-
cü il tarixli işi.
 
191
M.S.S.-in Belçika v
ə
 
Yunanıstana qarşı 
(M.S.S. v. Belgium and Greece 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30696/09 
saylı, 21 yanvar 2011
-
ci il tarixli işi.
 
192
M.S.S-in Belçika v
ə
 
Yunanıstana qarşı
 
(M.S.S. v. Belgium and Greece) 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 30696/09 saylı, 
21 yanvar 2011-
ci il tarixli işi.
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
78
 
Hüquqları Konvensiyasının 3-cü və Avropa İttifaqı Sosial Xartiyasının 4-cü maddələrinə zidd qeyri-insani və 
ləyaqəti alçaldan rəftarla nəticələnmişdir.
193
 
 
4.4.
 
Geri qaytarılma prosedurları 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən 
Geri  qaytarılma  Direktivi
  (2008/115/EC)  geri  qaytarılma  barədə 
qərarların verilməsi ilə bağlı müəyyən təminatları nəzərdə tutaraq (6, 12 və 13-cü maddələr) məcburi çıxarılma 
ilə müqayisədə daha çox könüllü geri qaytarılmaların tətbiq edilməsinə şərait yaradır (7-ci maddə). 
 
Direktivin 12-ci maddəsinə uyğun olaraq geri qaytarılma və ölkəyə təkrar gəlmək qadağası barədə qərarlar, o 
cümlədən, mövcud hüquqi müdafiə vasitələri haqqında informasiya əlaqədar şəxsin başa düşdüyü və ya başa 
düşməsi  əsaslı  olaraq  ehtimal  olunan  dildə  və  yazılı  şəkildə  təqdim  olunmalıdır.  Bununla  əlaqədar  olaraq 
Avropa İttifaqının üzv dövlətləri müvafiq üzv dövlətə daha çox gələn miqrantların danışdıqları ən azi beş dildə 
informasiya  vərəqələri  nəşr  etməyə  borcludurlar. 
Geri  qaytarılma  Direktivinin
  13-cü  maddəsi  üçüncü  ölkə 
vətəndaşlarının çıxarılma barədə qərarla bağlı səlahiyyətli məhkəməyə və ya inzibati orqana və yaxud müvafiq 
müraciətə baxıldığı zaman çıxarılmanı müvəqqəti təxirə salmaq səlahiyyətlərinə malik olan aidiyyəti orqana 
şikayət etmək və ya bu qərara yenidən baxmaq hüququ ilə təmin olunmalarını nəzərdə tutur. Üçüncü ölkə 
vətəndaşları milli qanunvericiliklə təsbit edilmiş qaydalara uyğun olaraq pulsuz hüquqi məsləhət əldə etmək, 
təmsil olunmaq və əgər zəruridirsə, tərcüməçi xidmətlərindən istifadə etmək imkanları ilə təmin olumalıdırlar. 
 
Direktivin  9-cu  maddəsi  çıxarılma  qərarları  məcburigeri  qaytarmamaq  prinsipinə  zidd  olduqda  və  əlaqədar 
şəxslər  təxirəsalma  gücünə  malik  hüquqi  müdafiə  vasitəsindən  istifadə  etməyə  nail  olduqda  bu  qərarların 
icrasının  mütləq  təxirə  salınmasını  nəzərdə  tutur.  Bundan  başqa,  çıxarılma  əlaqədar  şəxsə  aid  spesifik 
səbəblərdən, məsələn, onun səhhəti ilə əlaqədar və texniki maneələr səbəbindən təxirə salına bilər. Çıxarılma 
təxirə  salındığı  təqdirdə  Avropa  İttifaqının  müvafiq  üzv  dövləti  əlaqədar  hüquq-mühafizə  tədbirinin  təxirə 
salınması barədə yazılı təsdiq verməlidir (14-cü maddə). 
 
Geri  qaytarılma  Direktivi
  Avropa  İttifaqının  başqa  üzv  dövlətinə  köçmüş  Avropa  İttifaqı  vətəndaşlarının  və 
hüquqi  vəziyyətləri 
Hərəkət  etmək  azadlığı  Direktivi
  (2004/38/EC)  ilə  tənzimlənən  Avropa  İqtisadi 
Zonası/İsveçrə  vətəndaşlarının  ailə  üzvləri  olan  üçüncü  ölkə  vətəndaşlarına  şamil  edilmir. 
Hərəkət  etmək 
azadlığı  Direktivi
  ictimai  asayiş,  dövlət  təhlükəsizliyi  və  səhiyyə  səbəblərindən  ölkəyə  gəlmək  və  burada 
yaşamaq məhdudiyyətləri kontekstində prosedur təminatlarını müəyyən edir. Bu cür qərarlar qəbul edildikdə 
məhkəmədən və, əgər münasibdirsə, inzibati prosedurlardan istifadə imkanları təmin olunmalıdır (27, 28 və 
31-ci maddələr). Əlaqədar şəxslərə həmin qərarlar barədə yazılı bildirişlər təqdim olunmalıdır, həmçinin bu 
bildirişlərin  məzmununu  və  fəsadlarını  başa  düşmək  imkanı  yaradılmalıdır.  Həmin  bildiriş  şikayətin  təqdim 
olunması  ilə  və  müvafiq  müddətlərlə  bağlı  prosedur  aspektlərini  özündə  əks  etdirməlidir  (30-cü  maddə). 
Türkiyə vətəndaşları nisbətən fərqli müdafiə ilə təmin olunurlar. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  bu  Konvensiyanın  13-cü  maddəsi  ilə  əlaqədar  verilmiş 
mülahizələrə əlavə olaraq qanuni əsaslarla yaşayan əcnəbilərin çıxarılması hallarında əməl edilməsi nəzərdə 
tutulan  konkret  təminatlar  sözügedən  Konvensiyaya  dair  7  saylı  Protokolun  1-ci  maddəsində  bəyan  edilir. 
Bundan  başqa,  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  Konvensiyanın  8-ci  maddəsində  şəxsi  həyata  və  ailə 
həyatına əsassız müdaxilələrin  qarşısını  alan  prosedur  təminatlarının  əks  olunması  qənaətinə  gəlmişdir.  Bu 
müəyyən müddət ərzində müvafiq dövlətdə yaşayaraq öz şəxsi və ailə həyatını qurmuş və ya həmin dövlətdə 
məhkəmə prosesinə cəlb edilmiş şəxslərə daha çox aiddir. 8-ci maddəyə əsasən qərar qəbuletmə prosesinin 
prosedur aspektlərində mövcud olan çatışmazlıqlar müvafiq qərarın qanuna uyğun olmaması səbəbindən 8(2)-
ci maddənin pozulması ilə nəticələnə bilər. 
 
Misal:  C.G.-nin  Bolqarıstana  qarşı  işi
194
  gizli  müşahidəyə  dair  məxfi  raport  əsasında  milli  təhlükəsizlik 
səbəblərindən  çıxarılmış  uzunmüddətli  yaşayış  icazəsi  olanla  əlaqədar  idi.  Avropa  İnsan  Hüquqları 
                                                
193
 
Yuxarıda qeyd olunan işlə
r v
ə
 NS-
in Daxili işlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı
 
(NS v. Secretary of State for the Home 
Department) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
411/10 [2011] saylı, 21 dekabr 2011
-ci i
l tarixli işinin 86
-
cı paraqrafı.
 
194
C.G.-nin v
ə
 
başqalarının Bolqarıstana qarşı
 
(C.G. and Others v. Bulgaria) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 1365/07 saylı, 24 
aprel 2008-
ci il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə