Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə53/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   49   50   51   52   53   54   55   56   ...   128

83
 
 
 
 
 
 
                            
Avropa İttifaqı                           Əhatə olunan məsələlər                       Avropa Şurası 
Avropa İttifaqı Fundamental  Hüquqlar 
Xartiyasının 9-cü maddəsi (nikaha daxil 
olmaq və ailə qurmaq hüququ); 
 Avropa İttifaqı Şurasının "Mənfəət 
evliliyinə qarşı mübarizə aparmaq məqsədi 
ilə qəbul ediləcək tədbirlərə dair"  1997-ci il 
tarixli Qətnaməsi  
Nikaha daxil olmaq və  
ailə qurmaq hüququ 
Avropa İnsan Hüquqları 
Konvensiyasının 12-ci maddəsi (nikah 
hüququ); 
O'Donoxyunun Birləşmiş Krallığa 
qarşı Avropa İnsan Hüquqları 
Məhkəməsindəki 2010-cu il tarixli işi 
(nikah hüququ ilə bağlı maneələr) 
Avropa İttifaqı Fundamental  Hüquqlar 
Xartiyasının 7-ci maddəsi (şəxsi həyata və 
ailə həyatına hörmət hüququ); 
Avropa İqtisadi Zonası vətəndaşlarının ailə 
üzvləri olan və hərəkət etmək azadlığından 
irəli gələn hüquqlardan istifadə edən 
şəxslər: 
Hərəkət etmək azadlığı Direktivi 
(2004/38/EC); 
Metokun Avropa Ədalət Məhkəməsindəki 
C-127/08 saylı, 2008-ci il tarixli işi (ailə üzvü 
olan üçüncü ölkə vətəndaşının Avropa 
İttifaqının üzv dövlətində əvvəllər qanuni 
qalması tələb olunmur); 
Meri Karpenterin Avropa Ədalət 
Məhkəməsindəki C-60/00 saylı 2002-ci il 
tarixli işi (üçüncü ölkə vətəndaşı olan qadın 
həyat yoldaşı Avropa İttifaqının digər üzv 
dövlətinə getdikdə öz uşağı ilə birlikdə 
onun yaşadığı üzv dövlətdəki evində qala 
bilər); 
Hollandiya dövlətinin Avropa Ədalət 
Məhkəməsindəki C-59/85 saylı, 1986-cı il 
tarixli işi (qeydiyyata alınmış partnyorlar) 
Ruiz Zambrananın Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-34/09 saylı, 2011-ci il 
tarixli işi (Avropa İttifaqı vətəndaşına aid 
olan güzəştləri itirmək riski ilə üzləşən 
uşaqlar); 
Murat Dərəçinin Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki C-256/11 saylı, 2011-ci il 
tarixli işi (həyat yoldaşı və uşaqlar); 
Üçüncü ölkə vətəndaşı olan zəmanətçinin 
ailə üzvləri: 
Ailənin yenidən birləşməsi Direktivi 
(2003/86/EC) (adətən ailə üzvü ölkədən 
kənarda olarkən vətəndaşlıq üçün  
müraciət edir) 
Ailə münasibətlərinin 
tənzimlənməsi 
Avropa İnsan Hüquqları 
Konvensiyasının 8-ci maddəsi (şəxsi 
həyata və ailə həyatına hörmət 
hüququ); 
Rodriqes da Silvanın Hollandiyaya 
qarşı Avropa İnsan Hüquqları 
Məhkəməsindəki 2006-cı il tarixli işi 
(uşağın ən yaxşı maraqları); 
Darren Omoreqinin Norveçə qarşı 
Avropa İnsan Hüquqları 
Məhkəməsindəki 2008-ci il tarixli işi 
(Nigeriyadan olan ərin öz mənşə 
ölkəsi ilə sıx bağlılığı); 
Nunyesin Norveçə qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2011-ci il 
tarixli işi (Norveçdə ailə həyatı) 
5. ŞƏXSİ HƏYAT, AİLƏ HƏYATI VƏ NİKAH HÜQUQU 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
84
 
Avropa İqtisadi Zonası vətəndaşlarının ailə 
üzvləri olan və hərəkət etmək azadlığından 
irəli gələn hüquqlardan istifadə edən 
şəxslər: 
Hərəkət etmək azadlığı Direktivi 
(2004/38/EC); 
Çakrunun Avropa İttifaqı Ədalət 
Məhkəməsindəki 2010-cu il tarixli işi 
(ailənin üçüncü ölkə vətəndaşının üzv 
dövlətə gəlməzdən əvvəl və ya gəldikdən 
sonra yaradılması vacib deyil) 
Üçüncü ölkə vətəndaşı olan zəmanətçinin 
ailə üzvləri: 
Ailənin yenidən birləşməsi Direktivi 
(2003/86/EC) 
Ailənin yenidən 
birləşməsi 
Avropa Sosial Xartiyasının 19(6)-cı 
maddəsi (əcnəbi işçilərin ailələrinin 
yenidən birləşməsi); 
Gülün İsveçrəyə qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 1996-cı il 
tarixli işi (mənşə ölkəsində qalmış 
uşaqlar); 
Senin Hollandiyaya qarşı Avropa 
İnsan Hüquqları Məhkəməsindəki 
2011-ci il tarixli işi (mənşə ölkəsində 
qalmış uşaqlar); 
Osmanın Danimarkaya qarşı Avropa 
İnsan Hüquqları Məhkəməsindəki 
2011-ci il tarixli işi (yeniyetmənin 
Danimarkadakı ailəsinə qovuşması) 
Avropa İttifaqı Fundamental  Hüquqları 
Xartiyasının 7-ci maddəsi (şəxsi həyata və 
ailə həyatına hörmət hüququ) 
Çıxarılmadan müdafiə 
Avropa İnsan Hüquqları 
Konvensiyasının 8-ci maddəsi (şəxsi 
həyata və ailə həyatına hörmət 
hüququ) 
Avropa İqtisadi Zonası vətəndaşlarının ailə 
üzvləri olan və hərəkət etmək azadlığından 
irəli gələn hüquqlardan istifadə edən 
şəxslər: 
Hərəkət etmək azadlığı Direktivinin 
(2004/38/EC) 13-cü maddəsi; 
Üçüncü ölkə vətəndaşı olan zəmanətçinin 
ailə üzvləri: 
Ailənin yenidən birləşməsi Direktivinin 
(2003/86/EC) 15-ci maddəsi 
Münasibətlərin 
pozulmasına  
aid işlər 
Berrehabın Hollandiyaya qarşı 
Avropa İnsan Hüquqları 
Məhkəməsindəki 1988-ci il tarixli işi 
(uşaqlarla əlaqənin saxlanması); 
Sorabyenin Birləşmiş Krallığa qarşı 
İnsan Hüquqları üzrə Avropa 
Komissiyasındakı 1995-ci il tarixli işi 
(boşanma) 
Avropa İqtisadi Zonası vətəndaşlarının ailə 
üzvləri olan və hərəkət etmək azadlığından 
irəli gələn hüquqlardan istifadə edən 
şəxslər: 
Hərəkət etmək azadlığı Direktivinin 
(2004/38/EC) 27-33-cü maddələri; 
Üçüncü ölkə vətəndaşı olan zəmanətçinin 
ailə üzvləri: 
Ailənin yenidən birləşməsi Direktivinin 
(2003/86/EC) 6(2)-ci maddəsi 
Cinayət işi üzrə 
məhkumluğa  
aid işlər 
Boultifin İsveçrəyə qarşı Avropa İnsan 
Hüquqları Məhkəməsindəki 2001-cil 
tarixli işi (çıxarılmanın 
mütənasibliyini qiymətləndirmək 
üçün meyarlar); 
Ünerin Hollandiyaya qarşı Avropa 
İnsan Hüquqları Məhkəməsindəki 
2006-cı il tarixli işi (şəxsi həyata və 
ailə həyatına hörmət hüququndan 
irəli gələn maneələrin 
qiymətləndirilməsi meyarları) 
 
Giriş 
 
Bu fəsil şəxsi həyata və ailə həyatına hörmət, həmçinin nikaha daxil olmaq və ailə qurmaq hüquqlarına diqqət 
yetirir.  Burada  həmçinin  ailənin  tənzimlənməsi  və  yenidən  birləşməsi  məsələləri,  həmçinin  ailə  birliyinin 
qorunması təminatları nəzərdən keçirilir. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  şəxsi  həyata  və  ailə  həyatına  hörmət  hüququ  bu 
Konvensiyanın 8-ci maddəsi ilə təmin olunur. "Şəxsi həyat" anlayışı çox geniş və dərin məna kəsb etdiyindən 
bu anlayışın müfəssəl bir tərifini tapmaq çox çətindir. Bu anlayış şəxsin fiziki və psixoloji toxunulmazlığını, şəxsi 
inkişaf hüququnu və digər insanlarla və beynəlxalq aləmlə əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə