Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə54/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   50   51   52   53   54   55   56   57   ...   128

85
 
hüququnu əhatə edir.
205
 Məskunlaşmış miqrantın çıxarılması onun mümkün ailə həyatından kənar qalması ilə 
yanaşı  şəxsi  həyata  hörmət  hüququna  da  müvafiq  işin  faktlarından  asılı  olaraq  əsaslandırılmış  və  ya 
əsaslandırılmamış  müdaxilə  hesab  oluna  bilər.  Münasib  olan  vəziyyətlərdə  Məhkəmənin  öz  diqqətini  şəxsi 
həyat aspektləri ilə müqayisədə daha çox ailə həyatına yönəltməsi konkret işin halları ilə əlaqədardır.
206
 
 
Misal:  Omojudinin  Birləşmiş  Krallığa  qarşı  işində
207
  Məhkəmə  bir  daha  təsdiqləmişdir  ki,  Avropa  İnsan 
Hüquqları  Konvensiyasının  8-ci  maddəsi  digər  insanlarla  və  beynəlxalq  aləmlə  əlaqələr  qurmaq  və  bu 
əlaqələri inkişaf etdirmək hüququ ilə yanaşı şəxsin sosial özünəməxsusluq aspektlərini də əhatə edə bilər. 
Məskunlaşmış  miqrantlar  və  onların  yaşadıqları  cəmiyyətlər  arasındakı  sosial  əlaqələrin  cəminin  ailə 
həyatının olub-olmamasından asılı olmayaraq 8-ci maddə kontekstində şəxsi həyat anlayışının bir hissəsini 
təşkil etdiyini mütləq qəbul etmək lazımdır. 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  Avropa  İttifaqının  Fundamental  Hüquqlar  Xartiyası  nikaha  daxil 
olmaq və ailə qurmaq (9-cu maddə) və ailə həyatına hörmət (7-ci maddə) hüquqlarını təmin etməklə yanaşı, 
uşaq hüquqlarını (24-cü maddə), xüsusən də uşağın hər iki valideyn ilə əlaqə saxlamaq hüququnu (24(3)-cü 
maddə) müdafiə edir. 
 
Miqrasiya məsələlərinə gəldikdə isə, 40 il bundan əvvəl qəbul edilmiş və insanların hərəkət etmək azadlığına 
aid ilk sənəd (
(EEC)1612/68 saylı Əsasnamə
) Avropalı əməkçi miqrantların yalnız öz həyat yoldaşları və yaşı 21-
dən aşağı olan uşaqları deyil, bu yaşdan yuxarı olan və onların öhdəsində olan uşaqları, valideynləri və baba-
nənələri tərəfindən də müşayiət edilməsinə dair xüsusi hüququ özündə əks etdirir. Artıq qeydiyyata alınmış 
partnyorlar  da  bu  cür  şəxslər  sırasına  daxil  edildiyindən  ailənin  digər  üzvlərinin  də  dövlətin  ərazisinə 
buraxılmasına və  burada yaşamasına  icazənin verilməsi məsələsi  asanlaşdırılmalıdır.  Necə  ki, keçmişdə  ailə 
üzvlərinin vətəndaşlığı bu hüquqla əlaqədar böyük əhəmiyyət kəsb etmirdi hal-hazırda da kəsb etməməlidir. 
Lakin  milli  miqrasiya  siyasətlərinin  çoxu  üçüncü  ölkə  vətəndaşlarının  hərəkət  etmək  azadlığını 
məhdudlaşdırmaq  məqsədi  daşıdığından  Avropa  İttifaqının  üzv  dövlətlərindəki  məhkəmə  çəkişmələrinin 
əksəriyyəti Avropa İqtisadi Zonası vətəndaşlarının hüquqları deyil, üçüncü ölkə vətəndaşlarının hüquqları ilə 
əlaqədardır. 
 
Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  üçün  əsas  sual  ailəvi  miqrasiya  ilə  bağlı  tətbiq  edilən  məhdudiyyətlərin 
Avropa  İttifaqı  vətəndaşlarının  hərəkət  etmək  azadlığından  irəli  gələn  hüquqların  istifadəsindən  çəkindirib-
çəkindirməyəcəyindən və ya Avropa İttifaqı vətəndaşlığından irəli gələn hüquqların istifadə olunmasına mane 
olub-olmamasından ibarətdir. Burada paradoks ondan ibarətdir ki, Avropa İttifaqının üzv dövlətlərində hərəkət 
etmək  azadlığından  irəli  gələn  hüquqları  icra  edən  Avropa  İttifaqı  vətəndaşları  ailənin  yenidən  birləşməsi 
hüququndan  əlaqədar  dövlətin  vətəndaşlarından  daha  çox  faydalanırlar.  Hərəkət  etmək  azadlığından  irəli 
gələn hüquqlardan istifadə etməyən Avropa İttifaqı vətəndaşları üçün ailənin yenidən birləşməsi məsələləri 
Avropa  İttifaqının  bəzi  üzv  dövlətlərində  hələ  də  məhdudedici  xarakter  daşıyan  milli  qanunvericiliklə 
tənzimlənir. 
 
Ankara Sazişinə dair 1/80 saylı Qərarın 7-ci maddəsi Türkiyə vətəndaşlarının ailə üzvləri üçün də xüsusi şərtlər 
nəzərdə  tutur. 
Uzunmüddətli  yaşayış  icazəsi  Direktivi
  (2003/109/EC)  və  üçüncü  ölkə  vətəndaşı  olan 
zəmanətçinin ailə üzvlərinə, başqa sözlə, Avropa İttifaqında ailənin yenidən birləşməsi üçün müraciət edən ailə 
üzvünə  aid  olan 
Ailənin  yenidən  birləşməsi  Direktivinin
  (2003/86/EC)  Avropa  İttifaqı  səviyyəsində  qəbul 
edilməsi Avropa İttifaqının bu sahədəki səlahiyyətlərini genişləndirmişdir. 
 
Sonda  isə  qaçqınların  öz  mənşə  ölkələrinə  qayıdıb  ailə  həyatını  davam  etdirmək  imkanının  olmaması 
səbəbindən onlara Avropa dövlətlərində ailənin yenidən birləşməsi ilə əlaqədar xüsusi üstünlüklərin verildiyini 
qeyd  etmək  lazımdır.  Bununla  əlaqədar  olaraq  qaçqınlar  üçün  xüsusi  şərtlər 
Ailənin  yenidən  birləşməsi 
Direktivinin
 V fəslində öz əksini tapıb. 
                                                
205
Prettinin Birl
əşmiş Krallığa qarşı
 
(Pretty v. the United Kingdom)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 2346/02 saylı, 29 aprel 2002
-ci 
il tarixli işinin 61
-
ci paraqrafı.
 
206
A.A.-
nın Birləşmiş Krallığa qarşı
 
(A.A. v. the United Kingdom)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 8000/08 saylı, 20 sentyabr 
2011-
ci il tarixli işi; Ünerin Hollandiyaya qarşı
 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 46410/99 saylı, 18 o
ktyabr 2006-
cı il tarixli işi.
 
207
Omojudinin Birl
əşmiş Krallığa qarşı 
(Omojudi v. the United Kingdom)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 1820/08 saylı, 24 noyabr 
2009-
cu il tarixli işinin 37
-
ci paraqrafı.
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
86
 
5.1.
 
Nikaha daxil olmaq və ailə qurmaq hüququ 
 
Nikah hüququ Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci və Avropa İttifaqı qanunvericiliyinə aid Avropa 
İttifaqı  Fundamental  Hüquqlar  Xartiyasının  9-cu  maddələri  ilə  təmin  olunur.  Bu  mövcud  ailə  münasibətləri 
zəminində immiqrant statusu əldə etməyə çalışan ailələlərə şamil edilən ailə həyatına hörmət hüququndan 
fərqli bir hüquqdur. 
 
Mənfəət evliliyi miqrasiya nəzarətindən yayınmaq üçün bir vasitə kimi istifadə edildiyindən Avropa dövlətəri 
nikah hüququ ilə əlaqədar bəzi məhdudiyyətlərə əl atmalı olurlar. 
 
Saxta  nikah  və  ya  (mənfəət  evliliyi)  birgə  yaşamaq  niyyəti  olmadan  və  ya  nikaha  xas  olan  digər  sosial 
xüsusiyyətləri özündə əks etdirmədən sırf miqrasiya məqsədi ilə  "yalnız ölkəyə gəlmək və  burada yaşamaq 
qaydalarından  yayınmaq  üçün"
208
qeydə  alınan  nikahdır.  Yurisdiksiyaların  çoxunda  saxta  nikaha  şəraitin 
yaradılması cinayət tərkibli əməl hesab olunur. 
 
Məcburi nikahlar tərəflərdən birinin öz iradəsinə zidd olaraq nikaha daxil olduqda baş tutur. İndiki zamanda 
kiminsə nikaha daxil olmağa məcbur edilməsi yurusdiksiyaların çoxunda cinayət tərkibli əməl hesab olunur. 
Təcrübədə  məcburi  nikahı  mənfəət  evliliyindən,  xüsusən  də  "sövdələşdirilmiş  nikahla"  bağlı  hallardan 
fərqləndirmək çətin ola bilər; sonuncu termin məcburi nikaha yaxın olan, həmçinin tərəflərdən birinin müvafiq 
ailələr  tərəfindən  təqdim  edilmiş  namizədlər  siyahısından  partnyorların  uyğunluğu  baxımından  hərtərəfli 
araşdırmalar apardıqdan sonra azad və könüllü seçimin edilməsi prosesindən ibarət müxtəlif vəziyyətləri əhatə 
edə bilər. Avropada məcburi nikahla bağlı qanunvericilik tədbirlərinin və ya presedentlərin sayı çox azdır.
209
 
 
Misal:  Kuilanın  işində
210
  Birləşmiş  Krallığın  Ali  Məhkəməsinə  ər-arvadın  ölkəyə  gəlmək  və  burada 
məskunlaşmaq  üçün  minimum  yaş  həddinin  18  yaşından  21  yaşadək  artırılmasını  nəzərdə  tutan 
İmmiqrasiya Qaydalarının 277-ci paraqrafında əks olunmuş əcnəbi ər-arvadın və ya qeyri-rəsmi nikahda 
yaşayan  cütlüyün  ölkəyə  gəlməsi  və  burada  məskunlaşmasına  qarşı  qadağanın  məcburi  nikahlardan 
çəkinmək  və  ya  bu  cür  nikahların  qarşısını  almaq  üçün  qanunauyğun  bir  üsul  olub-olmadığını 
müəyyənləşdirmək  müraciəti  ünvanlanmışdır.  Ali  Məhkəmə  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin 
presedent hüququna istinad edərək və ailəvi viza üçün müraciətə rədd cavabının verilməsini Avropa İnsan 
Hüquqları  Konvensiyasının  8-ci  maddəsinin  pozulması  kimi  müəyyən  edərək  belə  bir  müddəanı  qəbul 
etməmişdir. Belə olduqda məcburi nikahla bağlı şübhələr aradan qaldırıldıqdan sonra Ali Məhkəmə heç bir 
müstəsnanı nəzərdə tutmayan bu cür müfəssəl norma ilə məcburi nikah halları arasında heç bir məntiqi 
əlaqənin olmadığını müəyyən etmişdir. 
 
İmmiqrasiya  məqsədi  ilə  saxta  nikahların  sayının  kəskin  artması  Avropa  İttifaqı  qanunvericiliyinə  aid  olan 
Avropa İttifaqı Şurasının 97/C382/01 saylı Qətnaməsinin
 Avropa İttifaqı səviyyəsində qəbul edilməsinə gətirib 
çıxarmışdır. Bu Qətnamə Avropa dövlətlərinin mənfəət nikahları ilə bağlı narahatlığını özündə əks etdirərək 
müvafiq nikahı mənfəət evliliyi hesab etmək üçün əsasları göstərən amilləri sadalayır. 
 
İnsanların  hərəkət  etmək  azadlığına  dair  qanunvericilik  ailənin  tənzimlənməsi  və  ya  yenidən  birləşməsi 
məsələsinə  xüsusi  diqqət  yetirməyə  üstünlük  verərək  gəlinin/bəyin  ölkəyə  gəlməsi  üçün  icazə  vermək 
imkanlarına ümumiyyətlə toxunmur. Xaricdən dəvət olunan gələcək həyat yoldaşları üçün ölkəyə buraxılma 
icazəsi  əldə  etməyə  çalışan  şəxslərlə  əlaqədar  isə,  yalnız  ayrı-seçkiliyin  qadağan  olunması  prinsipi  tətbiq 
olunur. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasından  irəli  gələn  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  presedent 
hüququna əsasən dövlət nəzərdə tutulan nikahın mənfəət evliliyi olmasına əmin olduqda, əgər zəruridirsə, bu 
                                                
208
Avropa İttifaqı Şurasının "Mə
nf
əə
t evliliyin
ə
 
qarşı mübarizə
 aparmaq m
ə
qs
ə
di il
ə
 q
ə
bul edil
ə
c
ə
k  t
ə
dbirl
ə
r
ə
 dair"  4 dekabr 1997-ci 
iltarixli Q
ə
tnam
ə
sinin 1-ci madd
ə
si, OJ 1997 C 382/1 
(Council Resolution of 4 December 1997 on measures to be adopted on the 
combating ofmarriages of convenience)

209
 
Avropa Şurası Parlament Assambleyasının "Mə
cburi v
ə
 
uşaqlar arasında nikahlara dair" 1468(2005) saylı, 5 oktyabr 2005
-ci il tarixli 
Q
ə
tnam
ə
si.
 
210
R-nin (Kuila v
ə
 
başqalarının) Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı
 
(R (Quila and another) v. Secretary of State for the 
HomeDepartment)
 
Birl
əşmiş Krallığın Ali Mə
hk
ə
m
ə
sind
ə
ki 
[2011] UKSC 45 saylı, 12 oktyabr 2011
-
ci il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə