Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə57/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   53   54   55   56   57   58   59   60   ...   128

89
 
Məhkəməsi əsas hüquqlardan biri hesab edilən və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi 
ilə təmin olunan ailə həyatına hörmət hüququna istinad etmişdir. 
 
Avropa İttifaqı Ədalət Məhkəməsi qəbul etmişdir ki, müəyyən vəziyyətlərdə Avropa İttifaqı ərazisində yaşamaq 
hüququ  Avropa  İttifaqı  vətəndaşının  hərəkət  etmək  azadlığından  irəli  gələn  hüquqdan  heç  zaman  istifadə 
etməməsi  hallarında  tətbiq  edilərək  "Avropa  İttifaqının  fəaliyyəti  haqqında"  Müqavilənin  20-ci  maddəsinə 
əsasən Avropa İttifaqı vətəndaşlarının statusu ilə birbaşa əlaqələndirilə bilər. 
 
Misal:  Ruiz  Zambranonun  işində
218
  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  müəyyən  etmişdir  ki,  Belçika 
vətəndaşı  olan  və  himayəsindəki  azyaşlı  uşaqlarla  yaşamaq  və  onlara  baxmaq  üçün  bu  uşaqların 
valideynləri  olan  üçüncü  ölkə  vətəndaşlarına  Belçikada  yaşamaq  və  işləmək  icazəsi  verilməlidir.  Lakin 
Avropa İttifaqının vətəndaşı olan uşaqlar öz vətənlərindən başqa üzv dövlətə heç zaman getmədiklərindən 
və  ya  başqa  üzv  dövlətdə  yaşamadıqlarından 
Hərəkət  etmək  Azadlığı  Direktivinin
  3(1)-ci  maddəsinin 
tətbiqinin  mümkün  olmadığı  müəyyən  edilmişdir.  Məhkəmə  uşaqların  üçüncü  ölkə  vətəndaşı  olan 
valideynlərinə  Belçikada  yaşamaq  və  işləmək  icazəsi  vermək  məqsədi  ilə  onların  "Avropa  İttifaqının 
fəaliyyəti  haqqında"  Müqavilənin  20-ci  maddəsinə  əsasən  Avropa  İttifaqı  vətəndaşı  olması  statusuna 
birbaşa  istinad  etmişdir. Məhkəmə  vurğulamışdır  ki, bu  icazələrin verilməməsi "uşaqları  onların  Avropa 
İttifaqı  vətəndaşı  statusundan  irəli  gələn  hüquqlardan  faydalanması  imkanlarından  məhrum  etmişdir", 
çünki onlar öz valideynləri ilə olmaq üçün Avropa İttifaqı ərazisini tərk etməli olmuşdular. 
 
Lakin  bu  qərar  konkret  bir  işin  səciyyəvi  halları  ilə  əlaqədar  olduğundan  bütün  hallara  şamil  edilə  bilməz. 
Məsələn,  Avropa  İttifaqının  vətəndaşı  olan  uşaq yaşayış  icazəsi  almaq  üçün  rədd  cavabı  almış  üçüncü  ölkə 
vətəndaşından maddi və mənəvi cəhətdən asılı idi və bu asılılıq Avropa İttifaqı vətəndaşının nəyinki vətəndaşı 
olduğu üzv dövlətin ərazisini, hətta ümumiyyətlə Avropa İttifaqını tərk etməyə məcbur etmişdir.
219
 Bununla 
əlaqədar olaraq Avropa İttifaqı Ədalət Məhkəməsi aşağıda təsvir edilən işdə əlavə aydınlaşdırmalar vermişdir. 
 
Misal:  Ruiz  Zambranonun  işindən  iki  ay  sonra  baxılmış  MakKartinin  işində
220
  Avropa  İttifaqının  Ədalət 
Məhkəməsi  ikili  (Britaniya/İrlandiya)  vətəndaşlığa  aid  məsələyə  baxmışdır.  Birləşmiş  Krallıqda  anadan 
olmuş və həmişə orada yaşamış xanım MakKarti İrlandiya vətəndaşı kimi özü və üçüncü ölkə vətəndaşı olan 
həyat  yoldaşı  üçün  Birləşmiş  Krallıqda  yaşamaq  hüququ  əldə  etmək  məqsədi  ilə  müraciət  etmişdir. 
Ərizəçinin işçi və fərdi əmək fəaliyyəti ilə məşğul olan və yaxud maddi cəhətdən özünü təmin edən şəxs 
olmaması səbəbindən bu hüquqa malik  olmaması  əsas götürülərək ona rədd cavabı verilmişdir.  Bu işdə 
Məhkəmə  Avropa  İttifaqı  vətəndaşının  bir  və  ya  bir  neçə  üzv  dövlətin  vətəndaşı  olması  faktının  onun 
hərəkət etmək azadlığından irəli gələn hüquqdan istifadə etməsini əsaslandırmaq üçün kifayət etmədiyini 
dəqiqləşdirərək xanım MakKartinin hərəkət etmək azadlığından irəli gələn hüququnu heç zaman istifadə 
etmədiyindən 
Hərəkət etmək Azadlığı Direktivinin
 tətbiq edilməsinin mümkün olmadığını bir daha təsdiq 
etmişdir.  Bununla yanaşı, Avropa İttifaqının Ədalət Məhkəməsi müəyyən etmişdir ki, "Avropa İttifaqının 
fəaliyyəti haqqında" Müqavilənin 20 və 21-ci maddələri iddiaçıya öz həyat yoldaşı üçün Birləşmiş Krallıqda 
yaşamaq  hüququ  əldə  etmək  imkanı  vermir,  çünki  yaşamaq  icazəsi  almaq  üçün  etdiyi  müraciətə  rədd 
cavabının verilməsi onun Avropa İttifaqı vətəndaşı statusundan irəli gələn hüquqlardan istifadə etməsindən 
məhrum  etmir  və  Avropa  İttifaqı  ərazisində  sərbəst  hərəkət  etmək  və  azad  yaşamaq  hüququnu  icra 
etməsinə mane olmur. 
 
                                                
218
Ruiz Zambranonun Office national de lemploi-
ə
 
(ONEm) qarşı
 
(
Ruiz Zambrano v. Office national de l’emploi (ONEm)
) 
Avropa İttifaqı 
Ə
dal
ə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-34/09, [2011] ECR I-
01177 saylı, 8 mart 2011
-
ci il tarixli işi; 
Kunkian Katerin Junun v
ə
 Man Lavet Çenin 
Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı
 
(Kunqian Catherine Zhu and Man Lavette Chen v. Secretary of Statefor the Home 
Department) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-200/02, [2004] ECR I-
09925 saylı, 19 oktyabr 2004
-
cü il tarixli işinin 42
-47-ci 
paraqrafları.
 
219
O. v
ə
 S.-in v
ə
 Maahanmuuttovirasto v
ə
 Maahanmuuttovirastonun L.-
ə
 
qarşı
 
(O. and S. v. Maahanmuuttovirasto and 
Maahanmuuttovirasto v. L.)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-356/11 v
ə
 C-
357/11 saylı, 6 dekabr 2012
-ci il tarixli birg
ə
 
işlə
rinin 56-
cı paraqrafı.
  
220
Şirli MakKartinin Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı
 
(Shirley McCarthy v. Secretary of State for the Home Department

Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-434/09, [2011] ECR I-
03375 saylı, 5 may 2011
-
ci il tarixli işi. 
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə