91
verilməlidir. Məhkəmə müəyyən etmişdir ki, nikaha daxil olmamış partnyora işlədiyi ölkədə daimi yaşamaq
hüququnun verilməsi onun bu ölkəyə inteqrasiyasına şərait yaradacaq və işçilərin hərəkət etmək azadlığına
nail olmaları istiqamətində öz töhfəsini verəcək. Yaşayış icazəsi almaq üçün müraciətə rədd cavabının
verilməsi ayrı-seçkilik halı kimi qəbul edilməlidir.
Ailənin yenidən birləşməsi Direktivi
üçüncü ölkə vətəndaşı olan zəmanətçinin həyat yoldaşı və uşaqlarının da
vəziyyətini tənzimləyir. Direktivin 5(3)-cü maddəsi ailə üzvünün zəmanətçinin yaşadığı Avropa İttifaqı üzv
dövlətinin ərazisindən kənarda olduqda belə, ailənin yenidən birləşməsi müraciətinin təqdim olunmasını və
baxılmasını tələb edir. Lakin bu tələb Avropa İqtisadi zonası vətəndaşlarının ailə üzvlərinə şamil edilmir.
224
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən Avropa Şurasının üzv dövlətləri əcnəbilərin gəlməsi, qalması
və çıxarılması məsələlərinə nəzarət etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci
maddəsi isə ailə həyatına hörmət hüququnu və bu hüquqa istənilən müdaxilənin əsaslandırılmasını nəzərdə
tutur (bu səpkidən olan işlərin baxılması üçün münasib ola biləcək meyarlardan ibarət siyahı bölmə 5.4.2-ə
verilir). Üzv dövlətin vətəndaşının və ya məskunlaşmış miqrantın həyat yoldaşının və ya başqa ailə üzvünün
ölkəyə buraxılması və ya vəziyyətinin tənzimlənməsi ilə bağlı rədd cavabının verilməsi ilə əlaqədar əhəmiyyətli
sayda iş Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunmuşdur. Üzv dövlət tərəfindən verilmiş rədd
cavabının əsaslandırılmış olub-olmamasını müəyyən etmək üçün əsas sual ailə həyatının xaricdə davam
etdirilməsi üçün maneələrin olub-olmaması ilə əlaqədardır. Vətəndaşın öz ölkəsini tərk etməsi faktı məntiqsiz
hesab edildikdə Avropa İnsan Hüquqları Məhkəməsi bir qayda olaraq üzv dövlətin bu cür qərarının mütənasib
olduğunu müəyyən edir.
225
Məhkəmənin bu sahədəki presedent hüququ hər bir işin səciyyəvi xüsusiyyətləri
və faktları ilə əlaqədardır (əlavə misallarla tanış olmaq üçün bölmə 5.4-ə baxın).
Misal: Darren Omoreqinin və başqalarının Norveçə qarşı işində
226
Məhkəmə müəyyən etmişdir ki, Nigeriyalı
kişinin Norveçli qadınla nikaha daxil olduqları zaman ərin ölkədə qanuni əsaslarla yaşaması faktına
baxmayaraq Norveçli qadının öz əri və uşaqları ilə Norveçdə yaşamaqlarına icazənin verilməsi ilə bağlı heç
bir gözləntisi olmamalı idi. Avropa İnsan Hüquqları Məhkəməsi Nigeriyalı ərin öz vətəni ilə çox sıx
əlaqələrinin olmasını nəzərə alaraq belə bir qənaətə gəlmişdir.
Misal: Nunyesin Norveçə qarşı işində
227
əvvəllər Norveçdə başqa adla cinayət törətmiş iddiaçı ölkəyə gəlmək
qadağasına zidd olaraq bu ölkəyə yenə qayıtmışdır. İddiaçı Norveç vətəndaşı ilə evlənmişdir və onların bu
nikahdan iki qızı var idi. Məhkəmə Norveçin iddiaçını ölkədən çıxaracağı təqdirdə Avropa İnsan Hüquqları
Konvensiyasının 8-ci maddəsini pozacağını müəyyən etmişdir.
Nikahın pozulmasından sonra əcnəbi həyat yoldaşın vəziyyətinin tənzimlənməsi müraciətinə verilmiş rədd
cavabı Məhkəmə tərəfindən də dəstəklənmişdir, baxmayaraq ki, bu ailənin yaşadığı dövlətin vətəndaşı olan
uşaq üzvünün de-fakto çıxarılmasına gətirib çıxara bilərdi (həmçinin bölmə 5.4.1-ə baxın).
Misal: Sorabyenin Birləşmiş Krallığa qarşı işində
228
keçmiş İnsan Hüquqları üzrə Avropa Komissiyası bəyan
etmişdir ki, iddiaçının anasının Keniyaya deportasiyası ilə əlaqədar 8-ci maddə əsasında təqdim etdiyi
şikayət ərizəsi yolverilməzdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı üç yaşında olduğundan anası ilə
köçmək iqtidarında idi və onun yeni mühitə uyğunlaşması gözlənilən idi. Onun Britaniya vətəndaşı
olmasının işə aidiyyəti yox idi. Bu cür yanaşma Avropa İttifaqı Ədalət Məhkəməsi tərəfindən Ruiz
224
Mouvement contre le racisme, lantisemitism et la xenophobie ASBL (MRAX) Belçika dövl
ə
tin
ə
qarşı
(Mouvement contre le racisme,
l’antisémitisme et la xénophobie ASBL
(MRAX) v. Belgian State)
Av
ropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-459/99 [2002] ECR I-
06591 saylı,
25 iyul 2002-
ci il tarixli işi; Avropa İttifaqı Komissiyasının İspaniya Krallığına qarşı
(Commission of the European Communities v.
Kingdom of Spain)
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-503/03 [2006] ECR I-
1097 saylı, 31 yanvar 200
6-
cı il tarixli işi.
225
Darren Omoreqinin v
ə
başqalarının Norveçə
qarşı
(Darren Omoregie and Others v. Norway)
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki
265/07 saylı, 31 iyul 20
08-
ci il tarixli işinin 68
-
ci paraqrafı; Baysultanovun Avstriyaya qarşı
(Bajsultanovv. Austria)
Avropa İnsan Hüquqları
M
ə
hk
ə
m
ə
sind
ə
ki
54131/10 saylı, 12 iyun 2012
-
ci il tarixli işinin
91-
ci paraqrafı;
Onurun Birl
əşmiş Krallığa qarşı
(Onur v. the United
Kingdom)
27319/07 saylı,17 fevral 2009
-
ci il tarixli işinin 60
-61-
ci paraqrafları.
226
Darren Omoreqinin v
ə
başqalarının Norveçə
qarşı
(Darren Omoregie and Others v. Norway)
Av
ropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki
265/07 saylı, 31 iyul 2008
-
ci il tarixli işi
227
Nunyesin Norveç
ə
qarşı
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki
(Núñez v. Norway)
55597/09
saylı, 28 iyun 2011
-
ci il tarixli işi.
228
İnsan Hüquqları üzrə
Avropa Komissiyasında
(European Commission of Human Rights)
Sorabyenin Birl
əşmiş Krallığa qarşı
23938/94
saylı
(Sorabjee v. the United Kingdom)
v
ə
Jaramillonun Birl
əşmiş Krallığa qarşı 24865/94 saylı
(Jaramillo v. the United Kingdom)
(dec.) 23
oktyabr 1995-
ci il tarixli işlə
ri.
Dostları ilə paylaş: |