Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə61/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   57   58   59   60   61   62   63   64   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
94
 
Məhkəmə iddiaçının əvvəllər öz mənşə ölkəsində birgə ailə həyatı yaşadığı sonra isə tərk etməli olduğu həyat 
yoldaşı,  uşaqları  və  ya  yaşlı  qohumları  üçün  vizaların  verilməməsi  ilə  əlaqədar  bir  sıra  işlərə  Avropa  İnsan 
Hüquqları Konvensiyasına əsasən baxmışdır. 
 
Mənşə  ölkəsində  qalmış  həyat  yoldaşlarına  gəldikdə,  ailə  münasibətlərinin  tənzimlənməsinə  dair  işlərdə 
Avropa Şurasının üzv dövlətləri tərəfindən qaldırılmış və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul 
edilmiş  bir sıra oxşar  arqumentlərin  çoxunu  ailənin  yenidən  birləşməsi  ilə  bağlı  işlərə  də  şamil  etmək  olar. 
Xaricdə  yaşayan  partnyorlarla  nikah  bağlamış,  Avropa  Şurasının  üzv  dövlətində  yaşayan  və  xüsusilə  də  bu 
dövlətin  məhdudlaşdırıcı  miqrasiya  qaydaları  haqqında  məlumatı  olan  həyat  yoldaşlarının  xaricə  köçməsi 
ehtimal oluna bilər, əgər onlar bunun üçün ciddi maneələrin mövcud olduğunu nümayiş etdirmək iqtidarında 
deyillərsə. Üzv dövlətlər nikaha daxil olmuş cütlüyün müəyyən ölkədə yaşamaq seçiminə hörmətlə yanaşmağa 
və ya əcnəbi həyat yoldaşını öz ərazisində məskunlaşmaq üçün qəbul etməyə borclu deyillər. Lakin əgər üzv 
dövlət müəyyən kateqoriyalara aid miqrantlara öz həyat yoldaşlarını gətirərək bu dövlətdə yaşamaq hüququ 
verən qanunvericilik aktlarını qəbul etmək qərarına gələrsə, o bunu Avropa İnsan Hüquqları Konvensiyasının 
14-cü maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyin qadağan olunması prinsipinə uyğun etməlidir.
237
 
 
Miqrasiyanın səciyyəvi xüsusiyyətlərindən biri uşağı mənşə ölkəsində qoymaqdan ibarətdir: valideynlər təyinat 
ölkəsində  məskunlaşmaq üçün  miqrasiya  edərək  özlərini  hüquqi,  sosial və  iqtisadi  cəhətdən  təmin edib və 
uşaqlarını gətirib özləri ilə saxlamaq iqtidarında olmayanadək baba-nənələri və ya başqa qohumları ilə mənşə 
ölkəsində qoyurlar. Avropa İnsan Hüquqları Məhkəməsinin bu cür işlərə yanaşması əsasən hər bir işin konkret 
hallarından asılıdır. 
 
Misal:  Gülün  İsveçrəyə  qarşı  işində
238
  ilk  olaraq  ata,  sonra  isə  ana  İsveçrəyə  miqrasiya  edərək  uşağı 
Türkiyədə  qoymuşdular.  Baş  vermiş  yanğın  nəticəsində  aldığı  ciddi  xəsarətlərə  görə  uşağın  anasına 
İsveçrədə  qalmaq  məqsədi  ilə  humanitar  icazə  verilmişdir,  çünki  həmin  zaman  müvafiq  orqanlar  onun 
Türkiyəyə  geri  qaytarılacağı  təqdirdə  sağlamlığı  üçün  təhlükə  yaranacağını  hesab  etmişdilər.  Bununla 
əlaqədar olaraq qadının həyat yoldaşına da onunla qalmaq üçün yaşayış icazəsi verilmişdir. Sonra ər-arvad 
Türkiyədə qalmış uşağın onların yanına gəlib yaşaması barədə müraciət etsə də onların İsveçrədə qanuni 
əsaslarla yaşamalarına baxmayaraq statuslarına görə ailənin birləşməsi hüququna malik olmadıqları hesab 
olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi bu işin hər bir konkret məqamını və hallarını nəzərdən 
keçirərək  uşağın  anasının  səhhətində  stabilləşmənin  müşayiət  olunduğunu  nəzərə  alıb  bütün  ailənin 
Türkiyəyə köçüb yaşamasına mane olan real səbəblərin mövcud olmadığını müəyyən etmişdir. Bununla da 
uşağın öz valideynlərinə qovuşmasına icazənin verilməməsi Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci 
maddəsinin pozulması kimi müəyyən edilməmişdir. 
 
Misal:  Senin  Hollandiyaya  qarşı  işində
239
  valideynlər  Hollandiyaya  gələrkən onların  böyük  qızı Türkiyədə 
qalmışdır.  Məhkəmə  valideynlərin  öz  qızını  mənşə  ölkəsində  qoymaq  qərarının  onun  həmişəlik  ailədən 
kənar  qalmağını  nəzərdə  tutan  və  dəyişməz  olmadığını  müəyyən  etmişdir.  Belə  olan  halda,  Hollandiya 
dövlət orqanlarının qıza bu ölkədə öz ailəsinə qovuşmaq icazəsinin verilməməsi ilə Avropa İnsan Hüquqları 
Konvensiyasının 8-ci maddəsinin pozulduğunu müəyyən etmişdir. 
 
Misal:  Osmanın  Danimarkaya qarşı  işində
240
  Məhkəmə  uzun müddət  ərzində  öz ailəsi ilə  birlikdə  qanuni 
əsaslarla  Danimarkada  yaşadıqdan  sonra  Keniyada  qaçqın  düşərgəsində  məskunlaşan  nənəsinə  baxmaq 
məqsədi  ilə  atası  tərəfindən  Danimarkadan  aparılmış  yetkinlik  yaşına  çatmamış  Somali  vətəndaşı  olan 
məktəbli  qızın  məsələsini  nəzərdən  keçirmişdir.  Danimarkanı  tərk  etməsindən  iki  il  sonra  o,  bu  ölkədə 
yaşayan  ailəsinə  yenidən  birləşmək  məqsədi  ilə  yeni  yaşayış  icazəsi  almaq  üçün  müraciət  etdikdə 
Danimarkanın  müvafiq  orqanları  ona  rədd  cavabı  vermişdilər.  Məhkəmə  bunu  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının 8-ci maddəsinin pozulması kimi müəyyən etmişdir. 
 
                                                
237
Hodenin v
ə
 Abdinin Birl
əşmiş Krallığa qarşı
 
(Hode and Abdi v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
22341/09 saylı, 6 noyabr 2012
-
ci il tarixli işinin 43
-55-
ci paraqrafları.
 
238
Gülün İsveçrə
y
ə
 
qarşı
 
(Gül v. Switzerland) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 23218/94 saylı, 19 fevral 1996
-
cı il tarixli işi.
 
239
Senin Hollandiyaya qarşı 
(Sen v. the Netherlands) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki  
31465/96 saylı, 21 dekabr 2001
-ci il 
tarixli işi.
 
240
Osmanın Danimarkaya qarşı 
(Osman v. Denmark) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 38058/09 saylı, 14 iyun 2011
-
ci il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə