Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə58/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   54   55   56   57   58   59   60   61   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
90
 
Misal: Ruiz Zambranonun işi ilə bağlı qərar qəbul edildikdən və qısa bir müddət keçdikdən sonra Avropa 
İttifaqı Ədalət Məhkəməsinə Dərəçinin işi
221
 ilə əlaqədar olaraq üçüncü ölkə vətəndaşına Avropa İttifaqının 
vətəndaşları  olan,  hərəkət  etmək  azadlığından  irəli  gələn  hüquqlardan  heç  zaman  istifadə  etməmiş  və 
maddi cəhətdən ondan asılı vəziyyətdə olmayan həyat yoldaşı və uşaqlarının yaşadıqları Avropa İttifaqının 
üzv dövlətində yaşaması üçün icazə verib-verməmək barədə qərar qəbul etmək imkanı verilmişdir. Avropa 
İttifaqı Ədalət Məhkəməsi bəyan etmişdir ki, üzv dövlətlər üçüncü ölkə vətəndaşının yaşayış icazəsi almaq 
üçün  etdiyi  müraciətə  rədd  cavabı  verə  bilərlər,  əgər  bu  cavab  onun  ailə  üzvü  olan  Avropa  İttifaqı 
vətəndaşının  bu  vətəndaşlıq  statusundan  irəli  gələn  və  ona  şamil  edilən  hüquqlardan  faydalanmaq 
imkanından məhrum olunmasına gətirib çıxarmayacaqsa və məhz bu məqam müvafiq məhkəmə tərəfindən 
yoxlanılmalıdr. Bu cür qiymətləndirmə ilə əlaqədar müvafiq istiqamət vermək üçün Avropa İttifaqı Ədalət 
Məhkəməsi  qeyd  etmişdir  ki,  “üzv  dövlət  vətəndaşının  iqtisadi  səbəblərdən  və  ya  ailənin  bütövlüyü 
baxımından  üzv  dövlətin  vətəndaşı  olmadıqlarına  görə  onunla  Avropa  İttifaqı  ərazisində  yaşamaq 
iqtidarında olmayan ailə üzvlərini bu ərazidə saxlamaq niyyətindən ibarət bir fakt həmin ailə üzvlərinə bu 
ərazidə  yaşamaq  hüququ  verilmədikdə  əlaqədar  Avropa  İttifaqı  vətəndaşının  da  bu  ərazini  tərk  etməyə 
məcbur olunmasına dair müəyyən mövqelərin dəstəklənməsi üçün kifayət etmir.” 
 
Misal: İidanın Ulm-a qarşı işində
222
 Yaponiya vətəndaşı Almaniya vətəndaşı olan həyat yoldaşı və yetkinlik 
yaşına  çatmamış  qızı  ilə  Almaniyaya  köçmüşdür.  Sonradan  iddiaçının  həyat  yoldaşı  və  qızı  Avstriyaya 
köçsələr  də  o  Almaniyada  qalmışdır.  Cənab  İida  və  onun  xanımı  rəsmən  boşanmasalar  da  2008-ci  ildən 
etibarən ayrı yaşayırdılar. 2008-ci ildə cənab İida Avropa İttifaqı vətəndaşının ailə üzvü kimi yaşayış icazəsi 
almaq üçün müraciət  etdikdə  Almaniyanın müvafiq orqanları tərəfindən rədd cavabı almışdır. Belə olan 
halda,  Avropa  İttifaqı  Ədalət  Məhkəməsindən  üçüncü  ölkə  vətəndaşının  ailə  üzvlərinin  vətəni  olan  üzv 
dövlətdən artıq köçərək əsasən başqa bir üzv dövlətdə yaşamalarına baxmayaraq ona ailə üzvlərinin vətəni 
olan  üzv  dövlətdə  yaşamaq  icazəsini  verib-verməmək  məsələsinin  dəqiqləşdirilməsi  xahiş  edilmişdir. 
Avropa İttifaqı Ədalət Məhkəməsi qeyd etmişdir ki, hərəkət etmək  azadlığından irəli gələn hüquqlardan 
istifadə etmiş Avropa İttifaqı vətəndaşının ailə üzvü olan üçüncü ölkə vətəndaşı yalnız o təqdirdə 
2004/38 
saylı Direktivdən
 faydalana bilər ki, onun Avropa İttifaqı vətəndaşı olan ailə üzvlərinin yaşadığı üzv dövlətdə 
məskunlaşmış olsun. Bundan başqa, Avropa İttifaqı Ədalət Məhkəməsi qeyd etmişdir ki, cənab İidanın qızı 
atasına  üzv  dövlətdə  yaşamaq  hüququnun  verilməsi  ilə  əlaqədar müraciət  edə  bilməz,  çünki  sözügedən 
Direktivin 2(2)(d) maddəsi valideynin himayəsində olan uşaqlara deyil, uşaqların himayəsində olan və artan 
xətt üzrə birbaşa qohumları olan şəxslərə şamil edilir. 
 
Eyni  zamanda,  Avropa  İttifaqının  Ədalət  Məhkəməsi  bu  işə  "Avropa  İttifaqının  fəaliyyəti  haqqında" 
Müqavilənin 20 və 21-ci maddələri prizmasından da baxmışdır. Məhkəmə cənab İidanın həyat yoldaşı və 
qızının  Avropa  İttifaqı  vətəndaşı  statusundan  irəli  gələn  hüquqlarından  istifadə  edə  bilməmələri  faktını 
istisna etmişdir. Bütün bunların yekununda Avropa İttifaqı Ədalət Məhkəməsi iddiaçının həyat yoldaşı və 
qızının hal-hazırda yaşadıqları üzv dövlətdə deyil, başqa bir üzv dövlətdə yaşamaq hüququnu əldə etməyə 
çalışdığını,  yaşadığı  dövlətin  qanunvericiliyinə  əsasən  yaşamaq  müddətinin  artırılması  hüququnun  ona 
prinsip etibarı ilə şamil edildiyini və 
2003/109/EC Direktivi
 çərçivəsində ona uzunmüddətli yaşayış icazəsi 
olan statusunun verilməsinin mümkünlüyünü diqqətə çatdırmışdır. 
 
Hərəkət etmək azadlığı Direktivinin
 2(2)-ci maddəsi ailə üzvləri kateqoriyasına "qeydə alınmış partnyorları" da 
aid  edir,  o  şərtlə  ki,  bu  Avropa  İttifaqının  üzvü  olan  müvafiq  dövlətin  milli  qanunvericiliyinə  uyğun  olsun. 
Müəyyən  hallarda  qeydə  alınmamış  partnyorlara  da  müvafiq  vətəndaşa  və  ya  məskunlaşmış  miqranta 
qoşulmaq hüququ verilə bilər. 
 
Misal: Hollandiya dövlətinin Reedə qarşı işində
223
 Avropa Ədalət Məhkəməsi belə bir qənaətə gəlmişdir ki, 
əgər Hollandiya qanunları bu ölkənin vətəndaşı olan şəxsin stabil partnyoruna onunla birlikdə Hollandiyada 
yaşamaq  icazəsi  verirlərsə  bu  imkan  Avropa  İttifaqının  tərəfdar  çıxdığı  müqavilələrdən  irəli  gələn 
hüquqlarını Hollandiyada icra edən Böyük Britaniyalı işçi ilə  stabil münasibətlərdə  olan xanım Reedə  də 
                                                
221
Murat Dereçinin v
ə
 
başqalarının Bundesministe
ruim für Inneres-
ə
 
qarşı
 
(Murat Dereci and Others v. Bundesministerium für Inneres)  
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
256/11 saylı, 15 no
yabr 2011-
ci il tarixli işinin 68
-
ci paraqrafı.
 
222
İidanın Stadt Ulm
-
a qarşı
 
(Iida v. Stadt Ulm) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki  C-40/11 sa
ylı,8 noyabr 2012
-
ci il tarixli işi.
 
223
Hollandiyanın Ann Florens Reedə
 
qarşı
 
(State of Netherlands v. Ann Florence Reed) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-59/85 [1986] 
ECR I-
01283 saylı, 17 aprel 1986
-
cı il tarixli işinin 28
-30-
cu paraqrafları.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə