Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə55/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   51   52   53   54   55   56   57   58   ...   128

87
 
nikahın qarşısını almaq üçün əlaqədar əsaslı şərtləri müvafiq qaydada tətbiq etmək imkanına malikdir. Bununla 
əlaqədar olaraq dövlət əcnəbinin iştirakı ilə bağlanan nikahın mənfəət evliliyi olub-olmadığını müəyyən etmək 
üçün həmin nikahla bağlı hərtərəfli yoxlamalar aparmalı olduqda Avropa İnsan Hüquqları Konvensiyasının 12-
ci maddəsini pozmuş hesab edilməyə bilər. Bu yoxlamalar xarici vətəndaşlardan planlaşdırılan nikah barədə 
müvafiq orqanların məlumatlandırılmasını tələb etməyi və əgər zəruridirsə, onların immiqrant statusuna və 
nikahlarının həqiqiliyinə aid informasyanın təqdim edilməsini xahiş etməyi nəzərdə tuta bilər. Lakin Avropa 
İnsan  Hüquqları  Məhkəməsi  son  işlərlə  bağlı  müəyyən  etmişdir  ki,  miqrasiya  nəzarətində  olan  şəxslərdən 
Birləşmiş  Krallıqda  nikaha  daxil  olmaq  üçün  icazə  əldə  etməzdən  əvvəl  müvafiq  təsdiqedici  arayış  üçün 
müraciət etmək tələbi bir sıra ciddi narazılıqlara səbəb olmuşdur. 
 
Misal: O’Donoqenin Birləşmiş Krallığa qarşı işi
211
 nikahın bağlanması ilə bağlı Birləşmiş Krallıq tərəfindən 
maneələrin tətbiq edilməsi ilə əlaqədar idi. İmmiqrasiya nəzarəti altında olan şəxslər Anqlikan kilsəsindən 
fərqli kilsədə nikaha daxil olmaq istədikdə onların müvafiq miqrasiya orqanının icazəsini əldə etmələri tələb 
olunurdu.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  bu  prosedurun  saxta  nikahların  baş  vermə  hallarının 
azaldılmasından  ibarət  bəyan  edilmiş məqsədlə  məntiqli  əlaqəsinin  olmadığını  müəyyən etmişdir,  çünki 
tələb  olunan  arayışın  verilib-verilməməsi  barədə  qərarın  qəbul  edilməsi  üçün  nəzərə  alınan  həlledici 
məqam yalnız ərizəçinin miqrasiya statusu ilə əlaqədar idi və nikahın həqiqiliyi ilə bağlı heç bir araşdırma 
aparılmamışdır.  Məhkəmə  bu  prosedurla  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  12-ci  maddəsinin 
pozulduğunu müəyyən etmişdir. Eyni zamanda, yalnız Anqlikan kilsəsində bağlanan nikahların təsdiqedici 
arayış əldə etmək tələbindən azad edilməsi dini zəmində diskriminativ hesab olunmuşdur. Bununla yanaşı, 
Məhkəmə bu cür arayış üçün təyin edilmiş rüsumların həddindən artıq yüksək olduğunu və ehtiyacı olan 
şəxslərlə bağlı heç bir istisnanı və ya rüsumdan azad olunmanı nəzərdə tutmadığını müəyyən etmişdir. 
 
Gəlinin/bəyin nikaha daxil olmaq məqsədi ilə ölkəyə gəlməsi üçün icazəyə verilmiş rədd cavabından Avropa 
İnsan Hüquqları Konvensiyasına əsasən təqdim olunan şikayətlərə nisbətən az rast gəlinir.
212
 
 
5.2.
 
Ailə münasibətlərinin tənzimlənməsi 
 
Ailə münasibətlərinin tənzimlənməsi məsələsi ailə üzvü, yaşayış icazəsi olan zəmanətçinin artıq ölkə ərazisində 
olan ailəsinin istənilən şəraitdə olan və ya qanunsuz yaşayan digər üzvünün vəziyyətini tənzimləmək niyyəti ilə 
bağlı vəziyyətləri təsvir edir. 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən 
Hərəkət  etmək  azadlığı  Direktivi
  ilə  (2004/38/EC)  təsbit  edilmiş 
normalar  Avropa  İqtisadi  Zonası  vətəndaşlarının  ailə  üzvləri  olan  üçüncü  ölkə  vətəndaşlarına  şamil  edilir; 
Direktiv Avropa İttifaqı vətəndaşlarına o zaman tətbiq edilir ki, əlaqədar şəxs hərəkət etmək azadlığından irəli 
gələn hüquqlardan istifadə etmiş olsun. Avropa İqtisadi Zonası vətəndaşının ailə üzvləri onun həyat yoldaşı, 
yaşı 21-dən aşağı olan, həmçinin yaşı 21-dən yuxarı və himayəsində olan (2(2)-ci maddə) uşaqları və "digər ailə 
üzvləri" (3(2)-ci maddə) hesab olunur. İsveçrə vətəndaşının ailə üzvləri kateqoriyasına aid şəxslərdən ibarət 
siyahı  nisbətən  məhduddur.
213
  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  "digər  ailə  üzvləri"  kateqoriyası  ilə  bağlı 
aydınlıq gətirmişdir. 
 
                                                
211
O’Donoqenin və
 
başqalarının Birləşmiş Krallığa qarşı 
(
O’Donoghue and Others v. the
 United Kingdom)
 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
əki 34848/07 saylı, 14 dekabr 2010
-
cu il tarixli işi.
 
212
Ə
bdül
ə
zizin, Kabalyesin v
ə
 Balkandalinin Birl
əşmiş Krallığa qarşı
 
(Abdulaziz, Cabales, and Balkandali v. the United Kingdom) 
Avropa 
İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 9214/80, 9473/81 v
ə
 
9474/81 saylı,28 may 1985
-
ci il tarixli işlə
ri. 
Ə
vv
ə
llc
ə
 
bu iş (onlardan bə
zil
ə
rinin 
nikaha daxil olmamış) və
 öz b
ə
yl
ə
rini v
ə
 ya 
ə
rl
ə
rini Birl
əşmiş Krallığa gə
tirm
ə
y
ə
 
çalışaraq çə
tin v
ə
ziyy
ə
t
ə
 
düşdüklə
rini iddia ed
ə

qadınlarla ə
laq
ədar idi. Bu iş Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
si t
ə
r
ə
find
ən baxılması üçün təqdim olunduğu zaman iddiaçıların hamısı 
artıq nikaha daxil olduğundan iş qadınların 
xeyrin
ə
 h
əll edilmiş hesab olunmuşdur.
 
213
 Bir t
ə
r
ə
fd
ən Avropa İttifaqı və
 
İttifaqa üzv olan dövlə
tl
ə
r dig
ə
r t
ə
r
ə
fd
ə
n is
ə
 
İsveçrə
 
Konfederasiyası
 
arasındakı "İnsanların sə
rb
ə
st 
h
ə
r
ə
k
əti haqqında" 21 iyun 1999
-
cu il tarixli Sazişin (OJ 2002 L 144/6) 
(Agreement between the European Community and its Member 
States, on the onepart, and the Swiss Confederation) 
3-cü madd
ə
sin
ə
 
ə
sas
ən İsveçrə
 v
ə
t
əndaşının üçüncü ölkə
 v
ə
t
əndaşalrından ibarə
t  
ail
ə
 
üzvl
ə
rin
ə
 h
əyat yoldaşları, yaşı 21
-d
ən aşağı və
 himay
ə
sind
ə
 
olan uşaqları, himayə
sind
ə
 olan v
ə
 artan x
ə
tt üzr
ə
 
birbaşa qohumluq 
d
ə
r
ə
c
əsi olan yaxın qohumları, ə
g
ə
r m
ə
nzill
ə
 v
ə
 maddi v
ə
saitl
ə
 t
əmin olunublarsa, aiddir (İsveçrə
 v
ə
t
əndaşı tə
l
ə
b
ə
 
olduqda buraya yalnız 
h
əyat yoldaşları və
 
azyaşlı uşaqlar aiddir
).
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə