Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə51/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   47   48   49   50   51   52   53   54   ...   128

79
 
Məhkəməsi belə  bir qənaətə  gəlmişdir ki, iddiaçının işi ilə əlaqədar tətbiq edilmiş qeyri-şəffaf prosedur 
Avropa  İnsan  Hüquqları  Konvensiyasının  8-ci  maddəsi  əsasında  tələb  olunan  hərtərəfli  və  məqbul 
qiymətləndirmənin aparılmasını nəzərdə tutmamışdır. Bundan başqa, Bolqarıstan məhkəmələri iddiaçıya 
qarşı irəli sürülmüş ittihamları təsdiq və ya rədd etmək üçün müvafiq dəlilləri toplamaqdan imtina etmişdir 
və onların qərarları sırf formal xarakter daşıyırdı. Bunun nəticəsində iddiaçının işi 7 saylı Protokolun 1-ci 
maddəsinin  1(b)  paraqrafına  əsasən  tələb  olunanlara  zidd  olaraq  müvafiq  qaydada  aparılmamış  və  ya 
araşdırılmamışdır. 
 
Misal: Anayonun və Salek Bardinin işləri
195
 üçüncü ölkə vətəndaşlarının uşaqları ilə birlikdə geri qaytarılması 
ilə əlaqədar idi. Avropa İnsan Hüquqları Məhkəməsi qərar qəbuletmə prosesində çatışmazlıqların olması, 
məsələn, uşağın ən yaxşı maraqlarının nəzərə  alınmaması və  ya bu maraqları müəyyənləşdirən orqanlar 
arasında əlaqələndirmənin olmaması səbəbindən Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin 
pozulduğunu müəyyən etmişdir. 
 
4.5.
 
Sığınacaq və geri qaytarılma prosedurları ilə əlaqədar hüquqi yardım 
 
Hüquqi  yardımdan  istifadə  məsələsi  ədalət  mühakiməsi  sistemindən  istifadə  prosesinin  əsasını  təşkil  edir. 
Ədalət  mühakiməsi  sisteminə  çıxış  təmin  olunmadan  insanların  hüquqları  səmərəli  şəkildə  təmin  oluna 
bilməz.
196
  Hüquqi  dəstək  adətən  mürəkkəb  və  ya  sürətlə  həyata  keçirilən  prosedurların  başa  düşülməsini 
əlaqədar  şəxs  üçün  dil  səddi  səbəbindən  çətin  edən  sığınacaq  və  geri  qaytarılma  prosesləri  zamanı  xüsusi 
əhəmiyyət kəsb edir. 
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən məhkəməyə müraciət etmək hüququ istənilən demokratik 
idarəetmə sistemində sarsılmaz mövqeyi olan ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir.
197
 Avropa 
İnsan  Hüquqları  Konvensiyasının  6-cı  maddəsinin  aspektlərindən  biri  olan  ədalətli  məhkəmə  araşdırması 
hüququ sığınacaq və miqrasiya işləri ilə əlaqədar tətbiq edilməsi mümkün olmayan kimi müəyyən edilmişdir, 
çünki bu işlər mülki hüquqların və vəzifələrin müəyyənləşdirilməsi və ya cinayət ittihamının irəli sürülməsi ilə 
əlaqədar  deyil.
198
  Lakin  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  tərəfindən  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının  6-cı  maddəsi  əsasında  işlənib  hazırlanmış  ədalətli  məhkəmə  araşdırması  hüququnun 
prinsipləri Konvensiyanın 13-cü maddəsi ilə əlaqədar olmayan hesab edilmirlər. Prosedur təminatları nöqteyi-
nəzərindən  13-cü  maddənin  tələbləri  6-cı  maddənin  tələbləri  ilə  müqayisədə  elə  ciddi  olmasa  da,  13-cü 
maddənin məqsədləri üçün hüquqi müdafiə vasitələrinin mahiyyəti əlçatan prosedurlardan istifadəni nəzərdə 
tutur. 
 
Misal:  G.R.-in  Hollandiyaya  qarşı  işində
199
  Məhkəmə  yaşayış  icazəsinin  əldə  edilməsi  üçün  inzibati 
prosedurdan  səmərəli  istifadə  ilə  əlaqədar  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  13-cü  maddəsinin 
pozulduğunu müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, yaşayış icazəsi əldə etmə və müəyyən edilmiş 
rüsumun  ödənilməsindən  azad  olunma  ilə  əlaqədar  inzibati  prosedur  de-yure  mövcud  olsa  da,  inzibati 
rüsumun məbləğinin iddiaçının ailəsinin faktiki gəliri ilə uyğun olmaması səbəbindən de-fakto mövcud deyil. 
Eyni  zamanda, Məhkəmə  iddiaçının  yoxsul  vəziyyətini  tam  nəzərə  almamış  səlahiyyətli  nazirin  də  bu  işə 
formalist  münasibətini  vurğulamışdır.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  Konvensiyanın  6-cı  maddəsi 
əsasında işlənib hazırlanmış "ədalətli məhkəmə araşdırması hüququ" prinsiplərinin 13-cü maddəyə də aid 
olduğunu bir daha təkrar etmişdir. 
                                                
195
Anayonun Almaniyaya qarşı
 
(Anayo v. Germany) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 20578/07 saylı, 21 dekabr 2010
-cu il tarixli 
işi; 
Salek Bardin
in İspaniyaya qarşı
 
(Saleck Bardi v. Spain) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 66167/09 saylı, 24 may 2011
-ci il 
tarixli işi.
 
196
 Daha 
ətraflı məlumat üçün Avropa İttifaqının Fundamental Hüquqlar üzrə
 Agentliyi (2010b)-
ə
 
baxın: 
(FRA (2010b)
 
197
Aireyin İrlandiyaya qarşı 
(Airey v. Ireland) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 6289/73 saylı, 9 oktyabr 1979
-
cu il tarixli işi.
 
198
Mauianın Fransaya qarşı 
(Maaouia v. France)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 39652/98 saylı, 5 oktyabr 2000
-
ci il tarixli işi.
 
199
G.R.-
in Hollandiyaya qarşı 
(G.R. v. the Netherlands) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 22251/07 saylı, 10 yanvar 2012
-ci il 
tarixli işinin 49, 50
-
ci paraqrafları.
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
80
 
Bu işdə Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurasının xüsusilə də həddindən artıq yoxsul yaşayanların 
ədalət mühakiməsi sistemindən istifadə imkanlarının asanlaşdırılması üçün hüquqi yardımla bağlı tövsiyələrinə 
istinad etmişdir.
200
 
 
Misal: M.S.S.-in Belçika və Yunanıstana qarşı işində
201
 Avropa İnsan Hüquqları Məhkəməsi iddiaçının geri 
qaytarıldığı Yunanıstanda vəkilə ödəmək üçün maddi vəsaitinin olmadığını müəyyən etmişdir; ona hüquqi 
məsləhətlər və istiqamətləndirmələr təklif edən beynəlxalq təşkilatlardan istifadə etmək imkanları barədə 
məlumat verilməmişdir. Hüquqi yardım göstərən vəkilin olmamasını da buraya əlavə etdikdə bütün bunlar 
Yunanıstanın hüquqi yardım sisteminin təcrübədə səmərəsiz olduğunu göstərmişdir. Bununla da, Avropa 
İnsan  Hüquqları  Məhkəməsi  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsi  ilə  birlikdə  13-cü 
maddəsinin də pozulduğu qənaətinə gəlmişdir.
 
 
Avropa İttifaqı qanunvericiliyinə  əsasən  Avropa İttifaqı Fundamental  Hüquqlar  Xartiyası hüquqi yardım və 
dəstəkdən istifadə hüququnun inkişaf etdirilməsi işinin əsasını təşkil edir. Xartiyanının 51-ci maddəsinə əsasən 
bu sənəd Avropa İttifaqının üzv dövləti tərəfindən Avropa İttifaqı qanunvericiliyi icra olunduğu zaman tətbiq 
edilir.  Xartiyanın  47-ci  maddəsi  nəzərdə  tutur  ki,  "hər  kəsin  məsləhət  almaq,  müdafiə  edilmək  və  təmsil 
olunmaq imkanı olmalıdır […]" və “ədalət mühakiməsi sistemindən səmərəli istifadəni təmin etmək zərurəti 
ilə əlaqədar hüquqi yardım kifayət qədər resursları olmayan şəxslər üçün əlçatan olmalıdır […]." 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  ədalətli  məhkəmə  araşdırması  hüququ  Avropa  İnsan  Hüquqları 
Konvensiyası  ilə  əhatə  olunmayan  sığınacaq  və  miqrasiya  işlərinə  də  şamil  olunmalıdır.  Hüquqi  yardım 
məsələsinin Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasının 47-ci maddəsinə daxil edilməsi bu məsələnin 
tarixi və konstitusion əhəmiyyətini vurğulayır. 47-ci maddəyə dair İzahedici Məruzə hüquqi yardımla əlaqədar 
Strasburq presedent hüququnu, xüsusən də Aireyin işini
202
nəzərə çatdırır. 
 
4.5.1.
 
Sığınacaq prosedurları ilə əlaqədar hüquqi yardım 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən 
Sığınacaq  prosedurları  Direktivinin
  22(1)-ci maddəsi  ərizəçilərə  öz 
ərizələrinə  aid  məsələlərlə  əlaqədar  hüquq  məsləhətçiləri  ilə  məsləhətləşmələr  aparmaq  hüququ  verir. 
Direktivin 20-ci maddəsinə uyğun olaraq müvafiq orqan tərəfindən mənfi qərar qəbul edildiyi təqdirdə Avropa 
İttifaqının  üzv  dövlətləri  şikayətin  təqdim  edilməsi,  həmçinin  şikayətlə  bağlı  dinləmələrin  aparılması  üçün 
ərizəçiyə  pulsuz  hüquqi  yardımın  və  təmsilolunma  imkanının  verilməsini  təmin  etməlidirlər.  Nəzərəçarpan 
uğur  perspektivləri  olmayan  şikayətlərlə  əlaqədar  pulsuz  hüquqi  yardım  və/və  ya  təmsilolunma  imkanları 
verilməyə də bilər (20(3)-cü maddə). Üzv dövlətlər müəyyən şərtlərə, məsələn, maddi məsələlərə və ya vaxt 
məhdudiyyətlərinə riayət etməni tələb edə bilərlər (21-ci maddə). 
 
Direktivin  23-cü  maddəsi  hüquqi  yardımın  və  təmsilolunma  imkanlarının  həcmini,  o  cümlədən,  hüquq 
məsləhətçisinə  ərizəçinin  şəxsi  işi  ilə  tanış  olmaq,  həmçinin  öz  müştərisi  ilə  praktiki  cəhətdən  görüşmək 
icazəsinin  verilməsi  məsələlərini  də  nəzərdə  tutur  (əgər  o  saxlanılma  müəssisələri  və  tranzit  zonaları  kimi 
qapalı  yerlərdə  saxlanılırsa).  Ərizəçiyə  sığıncaqla  bağlı  şəxsi  müsahibəyə  milli  qanunvericilik  əsasında  icazə 
verilmiş hüquq məsləhətçisini və ya başqa konsultantı dəvət etmək imkanı verilir. 
 
Avropa Şurası Nazirlər Komitəsinin "Sürətləndirilmiş sığınacaq prosedurları kontekstində insan hüquqlarının 
müdafiəsinə dair" Təlimatları
203
da hüquqi yardım və dəstək hüququnu tanıyır. 
 
 
 
 
                                                
200
 
Avropa Şurası Nazirlə
r Komit
əsinin "Ədalə
t mühakim
ə
si sistemind
ə
n istifad
əni asanlaşdıran tə
dbirl
ər haqqında üzv dövlə
tl
ə
r üçün" 
R(81)7 saylı, 1981
-ci il tarixli Tövsiy
ə
si; 
Sialkovskanın160 Polşaya qarşı
 
(
Siałkowska v. Poland

Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
8932/05 saylı, 22 mart 2007
-
ci il tarixli işi.
 
201
M.S.S.-in Belçikaya v
ə
 
Yunanıstana qarşı 
(M.S.S. v. Belgium and Greece) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 30696/09 saylı, 21 
yanvar 2011-
ci il tarixli işinin 319
-cu paraqra
fı.
 
202
Aireyin İrlandiyaya qarşı
 
(Airey v. Ireland) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 6289/73 saylı, 9 oktyabr 1979
-
cu il tarixli işi.
 
203
 
Avropa Şurası Nazirlə
r Komit
ə
sinin "Sür
ə
tl
əndirilmiş sığınacaq prosedurları kontekstində
 
insan hüquqlarının müdafiə
sin
ə
 dar" 1 iyul 
2009-ci il tarixli T
əlimatları.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə