Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
74
etmədən avtomatik olaraq çıxarılmaya məruz qalırlar. İddiaçı isə ölkəyə daxil olmaqla bağlı müraciətinə
rədd cavabı verən müvafiq nazirliyin qərarını əldə etmək üçün inzibati məhkəməyə müraciət edə bilsə də,
müvafiq ərizə heç bir təxirəsalma gücünə malik deyildi və onun baxılması ilə bağlı hər hansı müddətlər
qoyulmamamışdır. Qeyd etmək lazımdır ki, o, təcili ərizələr üzrə hakimə müraciət etsə də, bu heç bir uğur
verməmişdir. Bu hüquqi müdafiə vasitəsi də avtomatik olaraq təxirə salma gücünə malik olmadığından
əlaqədar şəxs hətta hakim qərar qəbul edənədək ölkədən çıxarıla bilərdi. Avropa İnsan Hüquqları
Konvensiyasının 3-cü maddəsinin mahiyyətini və işgəncə və ya ləyaqəti alçaldan rəftar nəticəsində vurulan
ziyanın bərpa olunmaz xarakterini nəzərə alaraq 13-cü maddəyə əsasən tələb olunur ki, əgər razılığa gələn
dövlət şəxsin işgəncəyə və ya ləyaqəti alçaldan rəftara məruz qalma riski ilə üzləşəcəyini ehtimal etmək
üçün real səbəblər olan ölkəyə göndərilməsi barədə qərar qəbul edirsə, onu avtomatik təxirə salma gücünə
malik hüquqi müdafiə vasitələri ilə təmin etməlidir. Bu işdən irəli gələn təcrübədə isə buna nail
olunmamışdır. İddiaçı "gözləmə zonasında" olarkən belə bir hüquqi müdafiə vasitəsinə çıxışı olmadığından
Avropa İnsan Hüquqları Konvnesiyasının 3-cü maddəsi ilə birgə oxunan 13-cü maddəsi pozulmuşdur.
Misal:
M.S.S.-in Belçikaya və Yunanıstana qarşı işində
182
Məhkəmə ərizəçinin sığınacaq almaq üçün etdiyi
müraciətə baxıldığı zaman dövlət orqanlarının yol verdikləri nöqsanlara görə ərizənin parametrləri ciddi
şəkildə yoxlanılmadan öz mənşə ölkəsinə birbaşa və ya dolayı yollarla geri qaytarılması riski ilə
üzləşdiyindən və səmərəli hüquqi müdafiə vasitələrinə çıxışı olmadığından Yunanıstanın Avropa İnsan
Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə birgə 13-cü maddəsini pozduğunu müəyyən etmişdir.
Misal:
Hirsi Camaanın və başqalarının İtaliyaya qarşı işində
183
İtaliya gəmisi dənizdə potensial sığınacaq
axtaranları ələ keçirmişdir. İtaliyanın dövlət orqanları onların İtaliyaya aparıldıqlarına inandırmağa nail
olaraq Liviyaya geri qaytarılmasından boyun qaçırmaq üçün tətbiq edilən prosedurlar barədə
məlumatlandırmamışdır. Beləliklə, iddiaçılar çıxarılma tədbiri həyata keçirilməzdən əvvəl öz şikayətlərini
Avropa İnsan Hüquqları Konvnesiyasının 3-cü və ya bu Konvensiyaya dair 4 saylı Protokolun 4-cü maddəsinə
əsasən səlahiyyətli orqana təqdim edərək onların hərtərəfli və qərəzsiz qiymətləndirilməsinə nail
olmamışdırlar. Bununla da Məhkəmə Avropa İnsan Hüquqları Konvesiyasının 3-cü və Konvensiyaya dair 4
saylı Protokolun 4-cü maddələri ilə birgə 13-cü maddəsinin pozulması qənaətinə gəlmişdir.
Böyük Palataya təqdim olunmuş son işlərdən birində Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan
Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə birgə 13-cü maddəsinə əsasən təqdim olunmuş
şikayətə görə milli
hüquqi müdafiə vasitəsinin təxirəsalma gücünə malik olub-olmaması məsələsinə baxmışdır.
Misal:
De Souza Ribeironun Fransaya qarşı işində
184
iddiaçı yeddi yaşından ailəsi ilə birlikdə Fransa
Qianasında (Fransanın dənizdəki xarici ərazisi) yaşayan Braziliya vətəndaşıdır. Etibarlı yaşayış icazəsini
təqdim etməməsi səbəbindən inzibati qaydada saxlanılmadan sonra dövlət orqanları onun çıxarılması
barədə göstəriş vermişdir. O, növbəti günü çıxarılma göstərişinə qarşı şikayət ərizəsi təqdim etdikdən
təxminən 50 dəqiqə sonra deportasiya olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası
çıxarılma göstərişinin tələsik icra edilməsi nəticəsində mövcud hüquqi müdafiə vasitələrinin təcrübədə
əlçatmaz və müvafiq olaraq səmərəsiz olduğunu hesab etmişdir. İddiaçı deportasiya ərəfəsində
Konvensiyanın 8-ci maddəsinə əsasən təqdim etdiyi şikayət ərizəsi ilə əlaqədar səmərəli hüquqi müdafiə
vasitələri ilə təmin olunmamışdır. Bununla da Məhkəmə Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 13-cü
maddəsinin pozulduğunu müəyyən etmişdir.
4.1.4.
Sürətləndirilmiş sığınacaq prosedurları
Avropa İttifaqı qanunvericiliyinə əsasən
Sığınacaq prosedurları Direktivinin
31(8)-ci maddəsi sürətləndirilmiş
prosedurların tətbiq edilməsini mümkün edən 10 vəziyyəti sadalayır, məsələn, ərizəçinin təhlükəsiz ölkədən
olması və ya barmaq izlərinin götürülməsinə icazə verməməsi səbəbindən ərizənin əsassız hesab edilməsi.
182
M.S.S.-in Belçikaya v
ə
Yunanıstana qarşı
(M.
S.S. v. Belgiu
m and Greece) [
GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30696/09
saylı, 21 yanvar 2011
-
ci il tarixli işinin 293
-
cü paraqrafı.
183
Hirsi Camaanın və
başqalarının İtaliyaya qarşı
(Hirsi Jamaa and Others v. Italy)
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki
27765/09 saylı, 23 fevral 2012
-
ci il tarixli işinin 197
-207-
ci paraqrafları.
184
De Souza Ribeironun Fransaya qarşı
(De Souza Ribeiro v. France)
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki
22689/07 saylı, 13
dekabr 2012-
ci il tarixli işi.