Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə45/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   41   42   43   44   45   46   47   48   ...   128

71
 
təhlükəsiz  üçüncü  ölkə  hesab  edildiyi  təqdirdə  baxmaq  tələb  olunmur.  Yolverilməz  təkrar  ərizə  təqdim 
olunduğu halda şəxsi müsahibə aparılmamalıdır (34-cü maddə). 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  Məhkəmə  insanların  sığınacaq  prosedurlarına  çıxışının  və 
keçiriləcək  prosedurla  əlaqədar müvafiq  informasiya  ilə  təmin olunmalarının  zəruriliyini  müəyyən  etmişdir. 
Dövlət orqanlarının sığınacaq  ərizələri ilə  bağlı qərarların qəbul edilməsində  həddindən artıq uzunmüddətli 
ləngimələrdən çəkinmələri tələb olunmuşdur.
169
 Məhkəmə sığınacaq ərizəsinin birinci instansiyada baxılması 
işinin  səmərəliliyini  qiymətləndirərək  tərcüməçilərin  mövcudluğu,  hüquqi  yardımdan  istifadə  imkanları  və 
müvafiq orqanlarla sığınacaq axtaran arasında etibarlı ünsiyyət sisteminin mövcudluğu kimi digər faktorları da 
nəzərdən keçirmişdir.
170
 Əgər ərizəçinin çıxarılması ilə əlaqədar 3-cü və ya 2-ci maddəyə zidd rəftardan ibarət 
riskdən  çəkinmək  üçün  tutarlı  əsaslar  mövcuddursa,  riskin  qiymətləndirilməsi  kontekstində  13-cü  maddə 
dövlət orqanlarından hər bir ərizənin müstəqil şəkildə və hərtərəfli baxılmasını tələb edir.
171
 
 
4.1.2.
 
Səmərəli hüquqi müdafiə vasitələri hüququ 
 
İnsanların sığınacaq, yaşayış icazəsi almaq üçün etdikləri müraciətə verilən rədd cavabına qarşı və ya onların 
hüquqlarının pozulmasını iddia edən şikayətlərlə əlaqədar praktiki və  səmərəli hüquqi müdafiə vasitələrinə 
çıxışı  olmalıdır.  Bu  kontekstdə  həm  Avropa  İttifaqı  qanunvericiliyi,  həm  də  Avropa  İnsan  Hüquqları 
Konvensiyası  səmərəli  şəkildə  və  tezliklə  baxılacaq  fərdi  işlərə  uyğunlaşdırılması  tələb  olunan  prosedur 
təminatlarını  tanıyır.  Bununla  əlaqədar  olaraq  həm  Avropa  İttifaqı  qanunvericiliyi,  həm  də  Avropa  İnsan 
Hüquqları Konvensiyası əsasında təfərrüatlı prosedur tələbləri işlənib hazırlanmışdır. 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  Avropa  İttifaqı  Fundamental  Hüquqlar  Xartiyasının  47-ci  maddəsi 
"səmərəli hüquqi müdafiə vasitələri və ədalətli məhkəmə araşdırması hüquqlarını" nəzərdə tutur. Xartiyanın 
47-ci maddəsinin birinci paraqrafı "dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri hüququnu" 
təmin  edən  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  13-cü  maddəsindən  irəli  gəlir.  Lakin  Avropa  İnsan 
Hüquqları  Konvensiyasının  13-cü  maddəsi  bu  hüququ  dövlət  orqanları  qarşısında  nəzərdə  tutursa,  Avropa 
İttifaqı Fundamental Hüquqlar Xartiyası bu hüququ məhkəmə qarşısında da nəzərdə tutur.
172
 
 
Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyası 47-ci maddəsinin ikinci paraqrafı şəxsin yalnız mülki hüquq 
vəvəzifələri  müəyyən  edilərkən  və  ya  ona  qarşı  hər  hansı  cinayət  ittihamı  irəli  sürülərkən  işin  ədalətli 
araşdırılmasını təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsindən irəli gəlir. Miqrasiya və 
sığınacaq işləri mülki hüquqların və ya vəzifələrin müəyyən edilməsini nəzərdə tutmadığından bu işlərlə bağlı 
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tətbiqi istisna olunur.
173
 Avropa İttifaqı Fundamental 
Hüquqlar Xartiyasının 47-ci maddəsi isə belə bir fərq qoymur. 
 
Sığınacaq  prosedurları  Direktivinin
  46-cı  maddəsi  beynəlxalq  himayə  ilə  bağlı  qərara,  əvvəllər  baxılması 
dayandırılmış  ərizənin  yenidən  açılması  müraciəti  ilə  bağlı  rədd  cavabına  və  beynəlxalq  himayənin  geri 
götürülməsinə  dair  qərara  qarşı  səmərəli  hüquqi  müdafiə  vasitələri  hüququnu  nəzərdə  tutur.  Buraya  həm 
faktların,  həm  də  qanun  müddəalarının  hərtərəfli  və  qərəzsiz  baxılması  daxildir.  Müəyyən  edilmiş  vaxt 
çərçivələri müvafiq şikayətin təqdim edilməsini qeyri-mümkün və ya həddindən artıq çətin etməməlidir. 
 
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə 
də bu müddəa sığınacaq və miqrasiya işləri ilə bağlı münasibətlərə tətbiq edilə bilməz (Bölmə 4.5-ə baxın). Bu 
cür  işlərlə  bağlı  dövlət  orqanı  qarşısında  səmərəli  hüquqi  müdafiə  vasitələri  hüququnu  nəzərdə  tutan 
Konvensiyanın 13-cü maddəsi tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasından, o cümlədən, bu 
Konvensiyanın 3-cü maddəsindən irəli gələn digər hüquqlar 13-cü maddə ilə birgə oxunmalıdır. Bundan başqa, 
Konvensiyanın  8-ci  maddəsinə  uyğun  təmin  olunan  şəxsi  həyata  və  ailə  həyatına  hörmət  hüququ  ilə  də 
                                                
169
M.S.S.-in Belçika v
ə
 
Yunanıstana qarşı 
(M.S.S. v. Belgium and Greece) 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki  30696/09 
saylı, 21 yanvar  2011
-
ci il tarixli işi; 
Abolxaninin v
ə
 
Karimnianın Türkiyə
y
ə
 
qarşı 
(Abdolkhani and Karimnia v. Turkey) 
Avropa İnsan 
Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30471
/08 saylı, 22 sentyabr 2009
-
cu il tarixli işi.
 
170
 
Əlavə
 informasiya üçün M.S.S.-in Belçikaya v
ə
 
Yunanıstana qarşı
 
(M.S.S. v. Belgium and Greece) 
[
GC] Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
əki  30696/09 saylı, 21 yanvar  2011
-
ci il tarixli işinin 301
-
ci paraqrafına baxın.
 
171
 
Yuxarıda qeyd olunan işin 293
-
cü paraqrafı.
 
172
 
Avropa İttifaqı Fundamental  Hüquqlar Xartiyasına dair Şə
rhl
ə

(2007/C 303/02)
, OJ 2007 C 303/17. 
173
Mauianın Fransaya qarşı
 
(Maaouia v. France)
 
(dec.) Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 39652/98 saylı,12 yanvar 1999
-cu il 
tarixli işinin 38
-39-
cu paraqrafları.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə