Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə47/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   43   44   45   46   47   48   49   50   ...   128

73
 
Misal: Çonkanın Belçikaya qarşı işi
179
 etnik Roman  mənşəli sığınacaq axtaranların Konvensiyaya dair 4 saylı 
Protokolun 4-cü maddəsinə zidd kollektiv çıxarılması ilə əlaqədar idi ki, qarşıda duran inzibati və praktiki 
maneələr  iddiaçılara  öz  sığınacaq  iddialarına  Belçikada  nail  olunmasına  mane  olmuşdur.  İşin  birinci 
instansiyada baxılması zamanı iddiaçlar öz işləri ilə tanış olmaq, dinləmələr zamanı tərtib edilmiş protokolla 
bağlı  məsləhətləşmələr  aparmaq  və  ya  öz  şərhlərini protokola  daxil  etmək    imkanı  əldə  etməmişdirlər. 
Daha  yüksək  instansiya  qarşısında  mövcud  olan  hüquqi  müdafiə  vasitələri  isə  avtomatik  təxirə  salma 
gücünə malik deyildi. Bununla əlaqədar olaraq Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasına dair 4 
saylı  Protokolun  4-cü maddəsi  ilə  birlikdə  bu  Konvensiyanın  13-cü  maddəsinin də  pozulması  qənaətinə 
gəlmişdir. 
 
Müəyyən hallarda bir hüquqi müdafiə vasitəsi Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsində əks 
olunmuş  tələbləri  təmin  etmədikdə  buna  milli  qanunvericiliyə  əsasən  nəzərdə  tutulmuş  hüquqi  müdafiə 
vasitələrinin bir cəmi vasitəsi ilə nail olmaq mümkündür.
180
 
 
4.1.3.
 
Avtomatik təxirə
 
salma gücünə malik şikayətlər 
Avropa İttifaqı  qanunvericiliyinə  əsasən 
Sığınacaq  prosedurları  Direktivinin
  46-cı maddəsi  məhkəmə  və  ya 
tribunal  qarşısında  səmərəli  hüquqi  müdafiə  vasitələri  hüququnu  nəzərdə  tutur.  Bu  Avropa  İttifaqı 
Fundamental    Hüquqlar  Xartiyasının  47-ci  maddəsinin  mətninə  də  uyğundur.  Direktiv  üzv  dövlətlərdən 
müvafiq  şikayətin  təqdim  olunması  müddəti  bitənədək,  həmçinin  şikayətlə  bağlı  qərar  qəbul  edilənədək 
ərizəçilərə  öz  ərazilərində  qalmaq  icazəsinin  verilməsini  tələb  edir.  46(6)-cı  maddəyə  əsasən  əsassız  və  ya 
yolverilməz  şikayətlərin  müəyyən  növləri  ilə  əlaqədar  müvafiq  dövlətdə  avtomatik  olaraq  qalmaq  hüququ 
mövcud  deyil  və  bu  cür  hallarda  şikayətin  baxılması  müddəti  ərzində  şikayətçinin  ölkə  ərazisində  qalıb-
qalmaması barədə qərar çıxarmaq səlahiyyəti şikayətə baxan orqana verilməlidir. Buna oxşar istisna 
Dublin 
Əsasnaməsinə
 uyğun göndərilmələr barədə qərarın qəbul edilməsi ilə əlaqədar də mövcuddur ((EU)604/2013 
saylı  Əsasnamənin  27(2)-ci  maddəsi).  Məhkəmə  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  belə  bir 
qənaətə gəlmişdir ki, əgər şəxs onun sığınacaq almaqla bağlı müraciətinə aldığı rədd cavabından şikayət edirsə, 
həmin şikayət ərizəsi avtomatik təxirə salma gücünə malik olmalıdır, çünki ona qarşı həyata keçiriləcək geri 
qaytarılma tədbiri 3-cü maddəyə zidd olaraq mümkün bərpa edilməz fəsadlara gətirib çıxara bilər. 
 
Misal:  Gebremedhinin  [Gaberamadhien]  Fransaya  qarşı  işində
181
  Avropa  İnsan  Hüquqları  Məhkəməsi 
iddiaçının Eritreyada ləyaqəti alçaldan rəftara məruz qalması riski ilə  əlaqədar iddialarının Avropa İnsan 
Hüquqları Konvensiyasına əsasən "mübahisə olunan" şikayətin təqdim edilməsi üçün kifayət qədər əsaslı 
olduğunu  hesab  etmişdir.  Bununla  əlaqədar  olaraq  iddiaçı  3-cü  maddə  ilə  birlikdə  götürülmüş  13-cü 
maddəyə  istinad  edə  bilərdi.  13-cü  maddənin  müddəaları  əcnəbinin  geri  göndəriləcəyi  ölkədə  3-cü 
maddəyə zidd olaraq ləyaqəti alçaldan rəftara məruz qalması riski ilə üzləşəcəyini ehtimal etmək üçün real 
səbəblər mövcud olduqda onun çıxarılması barədə qərara qarşı təxirə salma gücünə malik hüquqi müdafiə 
vasitələrinə çıxışının təmin olunmasını tələb edir. Bu cür risklə üzləşəcəyini iddia edən sığınacaq axtaranlar 
Fransanın  ərazisinə  buraxılmaq  icazəsi  ilə  artıq  təmin  olunduqda  Fransa  qanunvericiliyi  yuxarıda  qeyd 
olunan  tələbə  müəyyən  dərəcədə  cavab  verən  proseduru  nəzərdə  tutur.  Buna  baxmayaraq,  həmin 
prosedur  bu  cür  riskin  mövcudluğunu  iddia  edən,  lakin  hava  limanına  gəldikdən  sonra  sərhəddən 
buraxılmamış  şəxslərə  şamil  olunmur.  Əcnəbilər  sığınacaq  almaq  məqsədilə  ərizə  təqdim  etmək  üçün 
Fransa ərazisində olmalıdırlar. Əgər onlar sərhəddən buraxılmamışdırlarsa, ilk növbədə ölkəyə daxil olmaq 
icazəsini əldə etməyənədək belə bir ərizə ilə müraciət edə bilməzlər. Onlar bunun üçün zəruri sənədlərə 
malik  olmadığından  sığınacaq  səbəblərini  əsas  gətirərək  ölkəyə  daxil  olmaq  icazəsi  əldə  etmək  üçün 
müraciət etməlidirlər. Bundan sonra dövlət orqanları nəzərdə tutulan sığınacaq müraciətinin "aşkar şəkildə 
əsassız" olub-olmadığını müəyyən etmək üçün yoxladıqları zaman onlar "gözləmə zonasında" saxlanılırlar. 
Dövlət  orqanları  müraciəti  "aşkar  şəkildə  əsassız"  hesab  etdikdə  əlaqədar  şəxslərin  ölkəyə  gəlmək 
müraciətinə rədd cavabı verirlər. Bundan sonra həmin şəxslər sığınacaq üçün müraciət etmək imkanı əldə 
                                                
179
Çonkanın Belçikaya qarşı
 
(
Čonk
a v. Belgium) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 51564/99 saylı, 5 fevral  2002
-ci il tarixli 
işi.
 
180
Kudlanın Polşaya qarşı
 
(
Kudła v. Poland

[GC] Avropa 
İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 30210/96 saylı, 26 oktyabr 2000
-
ci il tarixli işi.
 
181
Gebremedhinin [Gaberamadhien] Fransaya qarşı 
(Gebremedhin [Gaberamadhien] v. France) 
Avr
opa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki 
25389/05 saylı, 26 aprel 2007
-
ci il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə